Həzrət İmam Hüseynin (ə) adını daşıyan bu sayt müstəqil İslam internet portalıdır. Bu layihə ölkəmizdə İslam dini sahəsində maarifçilik işlərinin aparılması və inkişafına yardım etmək məqsədi daşıyır.
Azərbaycan dilində təqdim olunan «www.imamhuseyn.org» saytında dinimiz haqqında geniş məlumatları əks etdirən maraqlı məqalələr, elmi əsərlər, tədqiqat işləri, eləcə də virtual İslam dərsləri yer almaqdadır.
Burada Siz Qurani-Kərimin ərəb və Azərbaycan dilində səsli oxunuşunu dinləyə və müxtəlif dillərdə tərcüməsilə tanış ola bilərsiniz.
Bunlarla yanaşı, saytımızın "Forum" bölməsində dini mövzuları əks etdirən müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparmaq mümkündür.
Saytda həmçinin ilahiyyatçı mütəxəssislərə İslam dini haqqında Sizləri düşündürən çeşidli sualları ünvanlayıb, onlara dolğun cavab tapa bilərsiniz.
Saytımız vasitəsilə namazın qılınma qaydasını və vaxtlarını öyrənə, azan sədasını dinləyə, eləcə də müxtəlif dualarla tanış ola bilərsiniz.
Layihənin müəllifi və rəhbəri: Vahid Mustafayev
Layihənin koordinatoru: Hacı Elşən Mustafayev
Aparıcı-mütəxəssis: Hacı Ağabala Mehdiyev.