Sual-cavab



Cavabı görmək üçün sualın üstünə klikləyin

Hamısını göstər      Hamısını gizlət

SALAM ALEYKUM BAQISLAYIN NARAHAT EDIREM ZEHMET OLMASA CEFER TEYYAR NAMAZININ QILINMA QAYDASIN DEYERDIZ

Əleykumus-salam və rəhmətullah. Cəfər Təyyar namazı İslamda qılınmasına çox təkid edilmiş namazlardandır. Bu namazı həzrət Peygəmbər (s) Cəfər Təyyara öyrədib və onun imkan daxilində hər gün, ya iki gündən bir, ya hər cümə, ya hər ay ya heç olmasa ildə bir dəfə qılmasını tövsiyə edib. Namazın qılınma qaydası belədir: Niyyətdə belə deyirsən: "Cəfər Təyyar namazı qılıram qürbətən iləllah." Sonra "Allahu əkbər" deyib Həmd (Fatihə) surəsini oxuyursan. Həmd surəsindən sonra Zilzal (Zəlzələ) surəsini oxuyursan. Bu surənin ardınca on beş dəfə "təsbihati-ərbəə"ni ("subhanəllahi vəlhəmdu-lillahi və la ilahə illəllahu vəllahu əkbər" zikrini) deyirsən. Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra rükuda on dəfə "təsbihati-ərbəə"ni deyirsən. Rükudan qaxıb "təsbihati-ərbəə"ni on dəfə deyir, sonra səcdəyə gedirsən. Səcdənin zikrini deyəndən sonra səcdədə "təsbihati-ərbəə"ni on dəfə deyib qalxir, oturan halda "təsbihati-ərbəə"ni on dəfə deyib yenidən səcdəyə gedirsən və yenə səcdə zikrindən sonra orada "təsbihati-ərbəə"ni on dəfə deyir, qalxib oturur "təsbihati-ərbəə"ni on dəfə deyir, sonra ikinci rükətə qalxırsan. İkinci rəkətdə yenə Həmd surəsini oxuyursan. Həmddən sonra Adiyat surəsini oxuyursan. Daha sonra on beş dəfə "təsbihati-ərbəə"ni deyib rükuya gedirsən. Rükunun zikrlərini deyəndən sonra yenə rükuda on dəfə "təsbihati-ərbəə"ni deyir, rükudan qalxib dayanandan sonra on dəfə "təsbihati-ərbəə" deyir və səcdəyə gedirsən. Səcədə zikrini deyəndən sonra on dəfə "təsbihati-ərbəə"ni deyir, qalxib oturur on dəfə "təsbihati-ərbəə" deyir, yenidən səcdəyə gedir bu səcdəni də birinci səcdə kimi yerinə yetirirsən. Səcdədən qalxib on dəfə "təsbihati-ərbəə" deyir, sonra təşəhhüd və salamları verirsən. Sonra qalxib yenə eyni ilə bu qaydada daha bir dənə iki rükətli namaz qılırsan bu fərqlə ki, bu dəfə birinci rükətdə Həmddən sonra Nəsr surəsini, ikinici rükətdə isə Tovhid surəsini oxuyursan. (Əlbəttə əgər kimsə Zilzal, Adiyat və Nəsr surələrini bilmirsə, yaxud bu surələri öyrənmək imkanına malik deyilsə, onların yerinə Tovhid surəsini oxuya bilər.)

Hər iki namazın ikinici rükətində qunut tutmaq müstəhəbdir.

Həmçinin müstəhəbdir ki, ikinci namazın ikinci rükətinin ikinci səcdəsində  "təsbihati-ərbəə"dən sonra belə deyəsən: "Ya mən ləbisəl-izzə vəl-vəqar, ya mən  təəttəfə bil-məcdi və təkərrəmə bih, ya mən la yənbəğit-təsbihu illa ləh, ya mən əhsa kullə şəyin elmuh, ya zən-ne'məti vət-taul,   ya zəl-mənni vəl-fəzl, ya zəl-qudrəti vəl-kərəm, əs'əlukə biməaqidil-izzi min ərşik, və bimuntəhər-rəhməti min kitabik və bismikəl-ə'zəmil-ə'la və bikəlimatikəl-tammat ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf'ələ bi ...... (nöqtələrin yerinə öz istəyini de.)"

Müstəhəbdir ki, namazın salamı veriləndən sonra Müfəzzəlin imam Sadiqdən (ə) nəql etdiyi dua oxunsun. Müfəzzəl deyir: İmam Sadiqi (ə) Cəfər Təyyar namazı qılan gördüm. O Həzrət (ə) namazı qılıb qurtarandan sonra əllərini göyə qaldirib  nəfəsi kəsilnə kimi "ya Rəbb, ya Rəbb...." dedi. Sonra yenə nəfəsi kəsilnə kimi "ya Rəbbah, ya Rəbbah...." dedi. Daha sonra nəfəsi kəsilnə kimi "Rəbb, Rəbb" dedi. Sonra nəfəsi kəsilnə kimi "ya Allah, ya Allah...." dedi. Bunun ardınca nəfəsi kəsilnə kimi "ya Həyyu, ya Həyyu....." dedi. Sonra nəfəsi kəsilnə kimi "ya Rəhim, ya Rəhim...." dedi. Sonra yeddi dəfə "ya Rəhman, ya Rəhman..." və yeddi dəfə "ya ərhəmər-rahimin" dedi. Bunun ardınca belə dedi: "Allahumə inni əftətihul-qaulə bihəmdikə və əntiqu bis-sənai ələykə və uməccidukə və la ğayətə limədhikə və usni ələykə və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdikə və ənni lixəliqətikə kunhu mərifəti məcdikə və əyyə zəmənin ləm təkun məmduhən bifəzlikə mausufən biməcdikə əvvadən ələl-muznibinə bihilmikə təxəlləfə sukkanu ərzikə ən taətikə fəkuntə ələyhim ətufən bicudikə cəvadən bifəzlikə əvvadən bikərəmikə. Ya la ilahə illa əntəl-mənnanu zul-cəlali vəl-ikram."

Sonra İmam (ə) mənə buyurdu: "Ey Müfəzzəl, əgər mühüm hacətin varsa, bu namazı qıl və Allahı bu duanı oxuyaraq çağır, Allah Öz istəyi ilə onu rəva edər...."

zehmet olmasa menim sualima cvb vererdiniz sedeqe ile zekatin ferqi nededir?Allah razi olsun indiden tewekkurler

Salamun əleykum və rəhmətullah. Müsəlmanlar arasında  zəkat adətən Allah yolunda muəyyen qaydalar əsasında ayrılıb yoxsullara verilməsi vacib olan mal və ya pul barəsində, amma sədəqə Allah yolunda verilən müstəhıb pul və ya mal barəsində işlənilir. Lakin əslində zəkatın özü sədəqənin bir növüdür. Belə ki, sədəqə iki növdür - vacib və müstəhıb. Vacib sədəqə elə zəkatdır. Quranda da vacib zəkat mənasında sədəqə kəlməsindən istifadə edilmişdir.

Salam aleykum. Allah tealadan ümid kəsilməz hansı məsələlərdə? bağışlanmaqda? yoxsa nəsə istiyəndə?

Əleykumus-salam və rəhmətullah. Növündən asılı olmayaraq heç bir məsələdə Allahdan ümid kəsilməz. Allaha qarşı naümid olmaq böyük günahlardandır. Allah-taala Quranda ümidin Ondan kəsilmsini kafirlərə isnad edib: "Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz." (Yusif surəsi, ayə 87)

Salam. Deyrlər ki, ölümündən qorxmayan adam kafirdir...
Xahiş edirəm bunun nə dərəcədə düz və ya səhv olduğunu izah edəsiniz. Ümümiyyətlə ölümdən qörxub qorxmamaqla bağlı Qurani-kərimdə və hədislərdən məlumat vererdiniz. Sağ olun

Əleykumus-salam və rəhmətullah. Xeyr, "ölümündən qorxmayan adam kafirdir" ifadəsi düzgün ifadə deyil və bu nə məntiq, nə də ağıl baxımından düz sayıla bilməz. Əksinə ölümdən kafirlər daha çox qorxarlar və möminin imanı hər nə qədər güclü olsa, ölümdən qorxusu da bir o qədər az olar. Çünki kafir ölümü həyatın sonu sanır. Onun üçün ölümlə hər şey bitir. Lakin mömin ölümü həyatın bir mərhələsindən başqa bir mərhələsinə keçid sayır və buna görə də heç nədən qorxusu olmaz.

NAMAZ QILAN QIZIN QASININ ARASINI ALMASI MUMKUNDURMU?

Salamun əleykum və rəhmətullah. Bu, dini deyil ürfi (adət-ənənədən qaynaqlanan) məsələdir. Dində ərə getmiş xanımın qaşını alması və ya almaması barədə bir əmr və ya qadağa yoxdur və bu, onların  öz ixtiyarına buraxılmışdır.

SALAM NAMAZ QILAN RESSAM OLA BILERMI? 2.SERIALA BAXA BILERMI? 3.MAKYAJIN DINLE ELAQESI VARMI?

Əleykumus-sa


Sualınızı göndərin


Doldurulması vacib sahələr *.

 

Copyright 2008 © Imamhuseyn.org