Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (09.VII.2010)

  Xətib: Hacı Elşən Rüstəmov

                                         1-ci XÜTBƏ

   

           Əssəlamu ələykum və rəhmətullah. Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu. Əla  seyyidina və nəbiyyina əşrəfil ənbiyayi vəl mürsəlinə əbil Qasimi Muhəmməd (s). Və əla alihi və əhli-beytihit teyyibinət tahirinəl məsumin.

        Usikum və nəfsi bi təqvallah.

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.

     Mövzu: İmam Museyi-Kazim (ə)-ın şəhadəti.

      Allah-təala Maidə surəsi ayə 3-də buyurur:

      "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (İslamı) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim."

      Mənaqib ibn Məğazlı səh 19, hədisi 24-də Əhli-sünnətin mötəbər alimləri, o cümlədən İbn Məğazlı Şafii Xətib Bağdadi (Əbu Hüreyrədən) və digərləri nəql edir ki, bu ayə Qədir-Xum günündə Həzrəti Peyğəmbər (s)-ın Əli (ə)-ı İslam ümmətinə rəhbər təyin edən gündən dərhal sonra nazil oldu.

     Əbu Səid Xidri və Cabir Ənsaridən bu ayə barədə bir hədis "Ğayətul-Məram" kitabında, səh 337-də belə nəql olunur:

     "Allah Peyğəbər (s)-ı o gün ki, Qədir-Xuma dəvət etdi və əmr etdi ki, ağacların altındakı tikanları süpürüb təmizləsinlər. Bu cümə günü baş verdi. Sonra camaatı Əli (ə)-a tərəf çağırdı və Əli (ə)-ın qolundan tutub o həddə qədər qaldırdı ki, camaat onun qoltuğunun altının ağlığını gördülər və hələ o iki əzizlər bir-birindən ayrılmamışdı ki, o ayə nazil oldu:

     "Bu gün dininizi sizin üçün kamil etdim və sizin üçün din olaraq İslamı bəyənib seçdim."

       Peyğəmbər (s) buyurdu:

      "Allahu Əkbər! Dinin kamil olmasına və nemətin tamamlanmqasına və mənim Peyğəmbərliyim, Əli (ə)-ın vilayət və rəhbərliyi Allahın razılığına görə!" Sonra buyurdu:

      "Allahım onun - Əli (ə)-ın dostu ilə dost ol və düşməni ilə düşmən ol. Və hər kəs ona kömək etsə, Sən də o kəsə kömək ol, hər kəs ona yardımçı olmasa, Sən də ona yardımçı olma."

       H.q. 183-cü il, rəcəb ayının 25-i İmam Museyi-Kazim (ə)-ın şəhadət günüdür.

       İmam Kazim (ə) h.q 128-ci il səfər ayının 7-də Məkkə ilə Mədinə arasındakı "Əbva" məntəqəsində səhər çağı anadan olmuşdur. O həzrət (ə)-ın adı Musa, atasının adı İmam Sadiq (ə), anası isə Həmidə adlı xanım idi. İmam (ə)-ın bir neçə ləqəbləri var idi.

  • 1. Kazim - yəni qəzəbini udan. İmam (ə) öz düşmənlərindən zülüm və əzab görürdüsə də səbr edirdi. Bu səbəbə görə həmin ləqəb İmam verilmişdi.
  • 2. Babul-həvaic - yəni hacətlər qapısı. Kimin nə istək və hacəti olsaydı İmam (ə) ona kömək əlini uzadardı. İmam (ə)-ın Alim, Əbdi-Saleh, Sabir, Əmin, Zeynül-müctəhidin və Zarib ləqəbləri də vardır. Zarib - yəni vuran deməkdir. Bir kəs İmam (ə)-a pislik etsəydi İmamın batini onu vururdu və o kəs həyatından xeyir tapa bilmirdi.

      İmam Museyi-Kazim (ə)-ın künyələri:

  • 1. Əbul-Həsən - bu onun məhşur olan künyəsidir.
  • 2. İmam (ə)-ın oğlu İmam Rza (ə)-ın adı Əli olduğu üçün bu künyə ona aid edilir.
  • 3. Əbu İsmail - İmam (ə)-ın başqa bir oğlunun adı İsmail olduğu üçün bu künyə də ona verilmişdir.
  • 4. Əbu İbrahim - İmam (ə)-ın böyük oğlunun adı İbrahim idi ki, o da Şah-Çıraq adı ilə məhşurdur. Şiraz şəhərində o İmamzadənin qəbri böyük bir ziyarətgahdır.

       Hicrətin 148-ci ili İmam Sadiq (ə) şəhid edildikdən sonra İmam Kazim (ə)-ın imamət dövrü başlayır - imamətin dövrü 36 il olub.

       İmam Sadiq (ə)-ın Mədinədə təsis etdiyi məktəbin təsirindən haqq tərəfdarları xeyli çoxalmışdır. Onlar indi İmam Museyi-Kazim (ə)-dan bəhrələnirdilər və onu qanuni xəlifə hesab edirdilər. Bu isə Abbasi xəlifələrini çox narahat edirdi.

      Tarixə əsasən İmam Museyi-Kazim (ə)-ın 18 oğlu və 19 qızı olub. Oğlanlarından Əli (ə) (İmam Rza (ə) - anasının adı Nəcmə olub) sonra Abbas, Qasım, Cəfər və başqaları, qızlarından isə Fatimeyi-Kubra, Rüqəyyə, Fatimeyi-Suqra, Zeynəb və başqaları. İmama Musey-Kazim (ə)-ın imamətinin əvvəli Mənsurun (h.q. 137-158) xilafət illərinin axır vaxtlarına təsadüf edir. Mənsur Dəvaniqi İmama əziyyət vermədi. Ondan sonra 10 il Mehdi (158-169 h.q.) xilafətdə oldu. O, məlun İmam (ə)-ı İraqa apartdırıb həbsə saldırdı. Lakin o Həzrətdən bəzi möcüzələr görüb, onu Mədinəyə qaytartdı. Sonra xilafətə Hadi adı ilə tanınmış Musa (169-170 h.q.) gəldi.O da İmama əziyyət vermədi. Lakin Harun Ərrəşid (170-193 h.q.) hakimiyyətə gələn kimi İmam (ə)-ı Bağdada gətizdirdi.

       Bir gün İmam Museyi-Kazim (ə) Harunun Bağdaddakı gözəl və təmtəraqlı saraylarından birinə daxil oldu. Öz dövlət və hakimiyyətinə uymuş Harun sarayını göstərərək təkəbürlə İmam Musa (ə)-dan soruşdu:

       "Bu saray kimindir?" Harunun məqsədi öz gücünü və imkanını İmam (ə)-a göstərmək idi.

        İmam Museyi-Kazim (ə) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu:

        Bu ev fasiqlərin evidir. Beləki Allah-təala onlar haqqında buyurmuşdur:

       "Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr ona inanmazlar. Onlar haqq yolunu görsələr onu qəbul etməz, azğınlıq yolunu görsələr o yolu özlərinə seçərlər. Bunun səbəbi isə onların ayələmizi yalan hesab etmələri və ondan qafil olmalarıdır." (Əraf surəsi, ayə 146)

       Harun bu cavabdan zox narahat olub, qəzəbini güclə saxladı. Pərt olmuş halda soruşdu:

      "Onda bu ev kimindir?"

      Imam Kazim (ə) buyurdu:

     "(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir. Ancaq başqaları onu zorla qəsb edib, sahibi olmuşlar."

      Harun dedi:

     "Əgər bu şiələindirsə bəs nə üçün o evin sahibi onu tələb etmir?"

      Imam (ə) buyurdu:

     "Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır. Indi onun əsl sahibi nə vaxt onu abad etmək iqtidarında olsa, onu yenidən geri alacaqdır." (Biharul-ənvar, cild 48, səh 138)

      Harun zahirdə özünü yaxşı göstərməyə çalışsa da ic üzünü gizlədə bilməyib imam (ə)-ı zindana saldırdı. imam (ə) həbsxanada ibadətini daha da artıraraq ibadət üzün belə münasib yer ona qismət olduğu üzün şükr edirdi. Əksər vaxtlarını səcdə halında kezirirdi. Həbsxananın bacasından baxanlar oraya bir əba düşdüyünü zənn edirdilər. Zindan gözətçisi onlara deyirdi ki, əbanın altında Imam Museyi-Kazim (ə) səcdə halındadır. Uzun müddət həbsdə qalandan sonra Harunun əmri ilə Imama 10 ədəd zəhərli xurma yedizdirdilər. Xurmaların zəhərli olduğunu bildiyi üçün Imama təklif olunan əlavə xurmaları yeməkdən imtina edərək buyurdu:

    "Sizə lazım olan məqsəd üçün bu qədər kifayət edər."

     Xilafət nümayəndələri özlərinə bəraət qazandırmaq üzün qazliər dəvət edərək Imam (ə)-ın sağlam olduğunu nümayiş etdirmək istədilər. Imam (ə) onlara buyurdu:

     "Bu gün mən  şiddətlə qızaracağam, sabah saralacağam, o biri gün isə şiddətlə ağarıb Allahın rəhmətinə qovuşacağam."

      Həqiqətən o əlamətlərdən sonra h.q. təqvimi ilə 183-cü il, rəcəb ayının 25-də cümə günü Imam Museyi-Kazim (ə) 54 yaşında şəhid oldu.

      Imam Rza (ə) Mədinədə idi. Atasının şəhadətini imamət elmi ilə biən kimi "Teyyül-Ərz" ilə Bağdada gələrək atasını qüsl və kəfən edib namazını qıldı.

      Harun məlun əmr etmişdi ki, O həzrətin nəşini aşağı səviyyədə, nərdivanın üstünə qoyub, üstünə cır-cındır sərərək etsinlər. Bunu bilən İmamın dostları silahlanaraq, böyük dəstələrlə nəşi əhatə edib qiymətli bir kəcavəyə qoydular. Çiyinlərində apararaq "Məqabiri-Qüreyş" adlanan qəbrstanlıqda böyük ehtiramla dəfn etdilər. İndi o yer "Kazimeyn" adlanır. İmam (ə)-ın böyük elmi irsi bizlərə gəlib çatmışdır. İmam (ə)buyurur:

          "Hər kəs dünyaya aşiq olsa axirət qorxusu qəlbindən üz döndərər."

          "Allahın ən bədbəxt bəndəsi o kəsdir ki, ikiüzlü və ikidilli ola, din qardaşının yanında onu tərifləyib, ondan uzaqlaşan kimi onu pisləyir, yaxud müsəlman qardaşına bir nemət düşsə ona paxıllığı tutsun və elə ki, dara düşdü ona kömək etməsin."  (Müstədrəkül-vəsail, cild 2, səh 102) 

                  Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd.

          Sadaqallahul əliyyul əzim.

 

          

                                            2-ci XÜTBƏ

    

          

         Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla Rəsulillah. Və əla Əliyyin əmirilmuminin. Və ələs siddiqətittahirə. Və əla sibtəyirrəhmə. Əl Həsəni vəl Hüseyn. Və əla Əliy ibnil Hüseyn. Və Muhəmməd ibni Əli. Və Cəfər ibni Muhəmməd. Və Musa ibni Cəfər. Və Əliy ibni Musa. Və Muhəmməd ibni Əli. Və Əliy ibni Muhəmməd. Vəl Həsən ibni Əli. Vəl xələfil Hadiyil Məhdi (ə.c.).

            Mövzu: Həzrəti Peyğəmbər (s)-ın besəti

      Hicrətdən 13 il əvvəl Peyğəmbər (s) 40 yaşında olanda rəcəb ayının 27-də Hira mağarasında ibadətlə məşğul olarkən Cəbrail mələk ona peyğəmbərlik müjdəsi verdi. Yeni qayda ilə dəstəmaz və namazı öyrətdi və Quranın "Ələq" surəsinin ilk 5 ayəsi Peyğəmbər (s)-a nazil oldu:

  • 1. "(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
  • 2. O, insanı laxtalanmış qandan yaratdı.
  • 3. (Ya Peyğəmbər) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
  • 4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
  • 5. O Rəbin ki, insana bilmədiklərini öyrətdi."

      Quran, rəvayət və tarixi mənbəələr şahidlik edir ki, bütpərəstliklə, bəzilərinin məsihilik və yəhudiliyə etiqadı ilə yanaşı xüsusilə Məkkədə rəsmi din İbrahim (ə)-ın dini idi. Quran İslamı İbrahim peyğəmbərin dininin davamı bilir. "Həcc" surəsi ayə 78-də Allah-təala buyurur:

     "O sizi seçdi və dində sizin üçün heç bir çətinlik qoymadı - atanız İbrahimin dini kimi."

      Müxtəlif şəraitdə bu nöqtə qeyd edilir ki, İslam Peyğəmbəri İbrahim dininin davamçısıdır. Bu haqda Quranda Allah-təala Nəhl surəsi ayə 123-də belə buyurur:

      "Sonra sənə batildən haqqa tapınıb müşriklərdən olmayan İbrahimin dinininə tabe ol deyə vəhy etdik."

       Sonra Bəqərə surəsi ayə 135-də buyurulur:

     "Doğru yolu tapmaq üçün yəhudi və ya məsihi olun deyirlər. Onlara de ki, biz batildən haqqa tapınan, heç vaxt müşrik olmamış İbrahim dinindəyik."  

      İslamda bir çox əmələ aid hökmlər, xüüsusilə həcc əməlləri İbrahimin dininə uyğundur. Bunu çoxlu rəvayətlər təsdiq edir.

      Tarix şahiddir ki, ərəblərin çoxu İbrahim dininə inanmış, həcci yerinə yetirmiş, namaz qılmışlar. Yəqubi deyir:

      "Qüreyş Ədnanın bütün övladları İbrahimin dininin bəzi əməllərini icra edir, həcci yerinə yetirirdilər. Onlar qonağı əziz tutur, ayların hörmətini saxlayırdılar. Fəsad və zülmdən çəkinir, günahkarları cəzalandırır, Allah evinin rəisliyini öhdələrində saxlayırdılar."

        Quran və rəvayətlərdə buyurulanlara, tarixdə yazılanlara diqqət etməklə necə ola bilər ki, Quran cəmiyyət üçün unudulmuş bir dini təsbit etsin və xalq onun hökmlərindən xəbərsiz olsun?! Bu sübutlara əsasən hicaz xalqının rəsmi dini İbrahim dini olmuşdur və bütpərəstliyə, çoxlu qaydalar da əməl edilmişdir.

        Bunu da qeyd edək ki, hicaz xalqı İbrahim dininə daha bağlı olmuş və məsihilik, yəhudilik xüsusi ilə Məkkədə zəif olmuşdur. Həzrəti Peyğəmbər (s)-da səmavi İbrahim dininə etiqad etmişdir.

         Çünki Məkkədə nə məsihilik nə də yəhudilik dini tanınmırdı və "həzrət öz dininə etiqad edirdi" deyimi onun peyğəmbərliyindən əvvəl əsaslı ola bilməz. 

         Quran və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. Allah təala Rum sürəsi 32-ci ayədə buyurur:

       "Hər bir dəstə öz dininə sevinər."

        İnsan öz məsləyinə bağlı olmaqla kifayətlənmiyib, başqalarına da bu yola gətirməyə çalışır.

       Peyğəmbərlərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncələrində batil əməlləri viran qoyub, gözəl tohid binasını ucaltmalıdırlar. Büütn peyğəmbərlərin son məqsədi eynidir. Bəşəriyyəti Allaha qovuşdurmaq. Nəhl surəsi ayə 36-da Allah-təala buyurur:

      "Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, taqutdan və onun batil təzahürlərindən çəkinin."

       Əlbətdəki bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məsuldur. Ən böyük məsuliyyət isə bu risalət silsiləsinə başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. O, yeni bir mədəni, siyasi inqilab üçün çalışır. Düşüncələri bəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.

    Belə bir dərin dəyişiklik bir dəfəyə qısa bir müddətə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri bu idi ki, özündən sonraki peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Peyğəmbər (s)-ın risaləti ümumbəşəri olduğundan, onun zhuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinə düşür. Buna görə əsrlələ böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim (ə) 3 min ildən də çox əvvəl Peyğəmbər (s)-ın zühurunu müjdələyir:

     "Onların araslnda elə birini onlara peyğəmbər göndərdi ki, ayələrini oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin."

      Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. O öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. Allah-təala Səff surəsi ayə 6-da buyurur:

      "Bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı və məndən sonra gələcək Əhməd adlı bir Peyğəmbərlə müjdə verən Allahın elçisiyəm."

        İncildə Əhməd adı ivritcə "Fərqəlit" kimi verilmişdir. Məhəmməd Peyğəmbərin xüsusiyyətləri o qədər xırdalarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında Peyğəmbər (s)-ı öz oğullarını tanıdıqları kimi tanıyırdılar. Bu hazırlıqlar, ardıcıl təbliğlər cəmiyyətə, xüsusilə hicaz və fələstin ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq idi. Hamı bu zühurun intizarında idi. Bu günəş kimi hamıya aydın idi.

         Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini qəbul etməyə layiqdirlər.   Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümrəsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, heç vaxt doğru yoldan sapmamış insanlara nəsib olur.bütün bu əlamətlər Allaha məlumdur və peyğəmbərləri də Allah seçir. Bu məsuliyyət öz şəxsi ləyaqətini heç vaxt alçaltmamış insanlara tapşırılır. İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir.

     İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi Peyğəmbər (s)-ın risaləti ilə kamala çatır. Risalətin  sonuncu olmasının fəlsəfəsi budur ki, risalət istəklərin təmini üçündür və Məhəmməd (s)-ın risaləti bütün istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.

     Peyğəmbər (s)-ın risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyətə bundan böyük hadisə, bundan böyük nemət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi, siyasi bir quruluş gətirir. Ləyaqət baxımından bu risalət Peyğəmbər (s)-a 40 yaşından rəsmi olaraq başlayır. Bunu da deyək ki, rəvayətlərə əsasən ona hələ 40 yaşında mələklər nazil olmuş, röyə aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Quran Həzrətə 40 yaşında nazil olmuşdur

                               Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd.

        Sadaqallahul əliyyul əzim.

 

 

Copyright 2008 © Imamhuseyn.org