Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (02.VII.2010)

Xətib: Hacı Elşən Rüstəmov   

                                           

                                        1-ci XÜTBƏ

         Əssəlamu ələykum və rəhmətullah. Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu. Əla  seyyidina və nəbiyyina əşrəfil ənbiyayi vəl mürsəlinə əbil Qasimi Muhəmməd (s). Və əla alihi və əhli-beytihit teyyibinət tahirinəl məsumin.

        Usikum və nəfsi bi təqvallah.

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.

 

     Mövzu: Əli (ə)-ın mövludu-2.

     Allahtəala Hud suarəsi 105 və 106-cı ayələrdə buyurur:

    "(Qiyamət gəldiyi gün) Allahın izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqlar! Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onları oarada ah-fəryad gözləyir."

     Bu ayədə olan "bədbəxt" sözü Əli 9ə)-ın düşmənlərinə, "xoşbəxt" sözü isə onun dostlarına aid edilir.

     Əllamə Bəhrani öz kitabında görkəmli alim, Əllamə Müvəffəq ibn Əhməd əl-Məkki əl Hənəfinin "Fəzaili-Əmirəlmöminin" adlı kitabından belə bir hədis nəql edir:

     "O öz sənədi ilə ("Mücəmül-Təbərani"də) Fatimeyi-Zəhra (s.ə)-dən belə nəql etdiyini söyləyir:

      Allahın Rəsulu buyurdu:

     "Bu Cəbrail mənə xəbər verdi ki, həqiqətən xoşbəxtlərin xoşbəxti o kəsdir ki, Əli (ə)-ı həm diriliyində, həm də vəfat etdikdən sonra sevsin. Həqiqətən bədbəxtlərin bədbəxti o kəsdir ki, Əli (ə)-la həm həyatda olarkən, həmdə vəfat etdikdən sonra düşmənçilik etsin."   (Ğayətül-məram, Bəhrani, cild 6, səh 55, fəsil 71. hədis 36)

    Hicrətin 5-ci ilində Əbu Sufyanın başçılığı ilə müxtəlif tayfalardan olan Məkkə ordusu Mədinəni 1 ay mühasirədə saxladı. Səlman (ə)-ın məsləhəti ilə şəhər kənarına müdafiyə məqsədi ilə eni və dərinliyi 5 metr olan xəndək qazmışdılar. Müşriklərin ərzaq ehtiyatı tükənirdi. Onlardan 5 nəfər atlı xəndəyi keçib özlərinə mübariz istədilər. Onlardan Əmr ibn Əbdəvəd min döyüşçüyə bərabər sayılırdı. O, Bədrdə yaralandığı üçün Uhud davasında döyüşə bilməmişdi. İndi öz məharətini göstərmək istəyirdi. Heç kəs onun müqabilinə çıxmağa cürət etmədi. Əli (ə) Peyğəmbər (s)-dan icazə aldı. Peyğəmbər (s) Əli (ə) üçün dua etdi və dedi:

    "İndi bütün İslam bütün şirklə üz-üzə gəlir." (Nəhcül-bəlağə, İbn Əbil Hədidin şərhi, cild 13, səh 284)

     Bu hədisdən məlum olur ki, bu döyüş çox həledici rol oynayırdı. İslamın gələcək taleyi Əli (ə)-ın Əmr ibn Əbdəvədə qalib gəlməsindən aslı idi. Əbdəvədin zərbəsi ilə Əli (ə)-ın qalxanı sındı və başından yaralandı. Əli (ə)-ın zərbəsi isə Əmrin ölümünə səbəb oldu. Müşriklər geri çəkilərək Məkkəyə qayıtdılar.

     Əhli-sünnənin görkəmli mühəddisi Hakim Nişaburi Peyğəmbər (s)-dan belə nəql edir:

     "Xəndək müharibəsində Əli ibn Əbutalibin Əmr ibn Əbdəvədlə mübarizəsi mənim ümmətimin qiyamətədək edəcəkləri əməllərin hamısından üstündür." (Əl-Müstədrəkül ələs səhiheyn, cild 3, səh 32)

       Peyğəmbər (s) hicrətin 7-ci ili belə qərara gəldi ki, Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Bunun iki səbəbi var idi.

  • 1. Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam ümməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənləri ilə əl-ələ verib Mədinəyə hücum etmişlər.
  • 2. İkinci səbəb isə İran və Roma imperiyaları 3-cü bir qüdrətli dövlətin meydana çıxmasını istəmədikləri üçün Xeybər yəhudiləri bu iki imperiya ilə birləşib müsəlmanların üzərinə hücum edə bilərdilər.

      Xəndək döyüşündə də onlar müşriklərə kömək etmişdilər. Peyğəmbər (s) 1600 nəfərlik bir qoşunla Xeybər qalasının yəhudilərinə hücum etdi. Onların qalaları çətinliklə olsa da bir bir alınırdı. Lakin ən güclü sərkərdələrin yığıldığı Qəmus qalası müqavimət göstərirdi. Peyğəmbər (s)-ın başı ağrıdığı üçün orduya bir-başa özü rəhbərlik edə bilmirdi. Hər gün bayrağı bir sərkərdəyə verib qalaya göndərirdi. Onlar da qalanı fəth edə bilməyib geri qayıdırdı. Bir gün Peyğəmbər (s) bayrağı Əbu Bəkrə, səhəri gün isə Ömər ibn Xəttaba verib onları da qalaya göndərdi. Lakin onların heç biri qələbə qazanmadan geri qayıtdılar. Peyğəmbər (s) buyurdu:

    "Sabah bu nayrağı elə bir şəxsə verəcəyəm ki, Allah-təala o qalanı o şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və Peyğəmbəri sevir, Allah və Peyğəmbəri də onu sevir. (Əl-İstiab fi mərifətil əshab, cild 3, səh 36)

      Səhər hamı Peyğəmbər (s)-ın ətrafına yığıldılar ki, görəsən Peyğəmbər (s) bayrağı kimə verəcək? Peyğəmbər (s) buyurdu:

     "Əli haradadır?"

      Dedilər ki, Əli (ə)-ın gözləri bərk ağrıyır. Peyğəmbər (s)-ın göstərişi ilə Əli (ə)-ı gətirdilər. Peyğəmbər (s) Əli (ə)-ın gözlərinin sağalması üçün dua etdi və Əli (ə)-ın gözləri sağaldı. Peyğəmbər (s) bayrağı ona verdi. Əli (ə) dedi:

     "Ya Rəsulallah! Onlarla İslamı qəbul edənədək vuruşacağam."

      Peyğəmbər (s) buyurdu:

     "İndi ora get! Eləki qalaya yetişdin, onları İslama dəvət et, Allah qarşısındakı vəzifələrini xatırlat." (Səhih Müslim, cild 7, səh 121)

     Əli (ə) qalanın başçısı Harisi və onun qardaşı, tanınmış pəhləvan Mərhəbi və Yasəri həlak etdi. Yəhudilər qalanın qapılarını bağladılar. Əli (ə) ilahi qüvvəsi ilə qalanın qapılarının terindən götürüb, qala ətrafındakı qazılmış xəndəyin üzərinə atdı. Xeybər döyüşü başa çatdı. Yəhudilərin razılığı ilə Fədək bağı Peyğəmbər (s)-a bağışlandı. Mədinə və İslam əmin-amanlıqda oldu. Hicrətin 8-ci ili 12 minlik İslam qoşunu Məkkə şəhərinə döyüşsüz olaraq daxil oldu. Hicrətin 10-cu ili Peyğəmbər (s) həccül-vidanı yerinə yetirdi. Qədir-Xum çölündə maidə surəsi 67-ci ayə nazil oldu. Əli (ə) vəli və xəlifə elan edildi. Bir qədər sonra Peyğəmbər (s)-a axırıncı dəfə ayə nazil oldu:

    "Bu gün dininizi kamil etdim və sizə olan nemətimi tamamladım. Bir din olaraq sizin üçün İslamı bəyəndim."

    Əli (ə)-ın həyatının 4-cü mərhələsi Peyğəmbər (s)-ın rehlətindən Əli (ə)-ın zahiri xəlifə olduğu günə qədər ki, dövrüdür. Əli (ə) Nəhcül-bəlağədə buyurur ki, bu dövrdə mən boğazımda sümük qalmış, gözlərimə tikan batmış kimi səbr etdim.

    Əli (ə) ümum İslam mənafeyinə görə səbr etdi. Eyni zamanda daxili və xarici təhlükələr də mövcud idi. Elə ki, Peyğəmbər (s)-ın vəfat xəbəri eşidildi, təzə müsəlman olmuş bəzi tayfalar yenidən müşrik oldu. Açıq-aşkar İslam dövləti ilə müxalifət etdilər. Bir sıra Müseyləmə, Tuleyh və Səccah kimi yalançı peyğəmbərlər əmələ gəldi. Romalıların da hücum etmək təhlükəsi var idi. Ona görə də Əli (ə) öz xilafətini tələb etməyərək mübarizə etmədi. Əli (ə)-ın böyük səbri nətiucəsindən müsəlmanlar birləşərək müqavimət göstərib, təhlükələrin qarşısını aldı. Əli (ə)-ın xəlifələr dövründəki fəaliyyəti bir çox sahələri əhatə edirdi:

  • 1. Allah-təalaya ibadət, İmam Səccad (ə) öz ibadətini Əli (ə)-ın ibadəti qarşısında heç hesab edirdi.
  • 2. Quranın təfsiri və bir çox ayələrdəki müşkülləri həll etmək. Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək.
  • 3. Yəhudi və xristian alimlərinin Mədinəyə gəlib onları düşündürən suallara cavab vermək. Əli (ə)-ın şücaət və elmindən xəlifələr həmişə məmnun və razı qalırdılar.
  • 4. Çox çətin dini-hüquqi məsələləri həll etmək.
  • 5. Bir çox kimsəsizlər və kasıbların dolanışığını təmin etmək. Hətta İmam öz zəhməti ilə quyular qazıb, bağlar salıb kasıblara vəqf edirdi.
  • 6. Xəlifələr siyasi məsələlərdə və ya başqa işlərdə çətinliklərlə rastlaşıb çıxılmaz vəziyyətə düşdükdə, etimadlı məsləhətçi kimi yalnız Əli (ə)-a müraciət edirdilər. Əli (ə) bütün çətinliklərin həll yolunu göstərirdi. Bunların bəziləri "Nəhcül-bəlağə"də və başqa tarixi kitablarda yazılmışdır.

Peyğəmbər (s) romalıların təhlükəsini yox etmək üçün Cəfəri Təyyarın başçılığı ilə Şama tərəf qoşun göndərmişdi. Lakin Cəfəri Təyyar və bir çoxları şəhid olub, heç bir müvəffəqiyyət qazanmadan Mədinəyə qayıtmışdılar. Peyğəmbər (s) böyük bir qoşunla Təbuk çölünə gəldi. Lakin Roma qoşunu ilə rastlaşmadıqları üçün müharibə baş vermədən geri qayıtdılar. Peyğəmbər (s) xəstə olarkən Üsamənin başçılığı ilə qoşun təşkil etdirib Şama - romalılarla döyüşə göndərməyə nə qədər cəhd etdisə də məlum səbəblərə görə qoşun Mədinədən aralanmadı. Peyğəmbər (s) rehlət etdikdən sonra Əbu Bəkr Şama getmək üçün iclas çağırdı. Hərə bir söz dedi. Nəhayət Əbu Bəkr Əli (ə)-a müaciət etdikdə Əli (ə) onu Peyğəmbər (s)-ın fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki, əgər vuruşsan, qalib gələcəksən. Xəlifə İmamın onu ürəkləndirməsindən sevinib dedi:

     "Yaxşılığı yozdun və xeyirliyə müjdə verdin." (Tarixi-Yəqubi, cild 3, səh 39)

    Sasanilərlə olan döyüşdə Ömər ibn Xəttab (hicrətin 14-cü ili) bildirdi ki, istəyir Mədinədən Kufə ilə Bəsrə arasındakı bir yerə gedib orduya oradanbaşçılıq etsin. Təlhə, Osman və başqaları xəlifənin bu fikrini müdafiə etdilər. Əli (ə) ayağa durub dedi:

    "Xəlifənin mövqeyi zəncir xalqalarına bənzəyir. Xəlifə bu zəncir xalqalarını bir yerə bğlamalıdır. əgər bu zəncir xalqaları qırılsa parça-parça olub dağılacaqlar. Daha onu bir yerə yığmaqda mümkün olmayacaq. Əgər qeyri-ərəbin (düşmənin) gözü sənə sataşsa, deyəcəklər ki, bu ərəblərin rəhbəridir. Əgər onu aradan götürsək, rahatlıqda olacağıq. Bu fikir onları səninlə mübarizədə həvəsləndirəcək və onların daha ciddi hərəkətinə səbəb olacaq."(Nəhcül-bəlağə, 146-cı xütbə)

    İkinci xəlifə Əli (ə)-ın sözlərini bəyənib Kufəyə tərəf getmək fikrindən daşındı. Ömər ibn Xəttab çox vaxt deyərdi:

    "Bir çətinlik üz verərkən bunun həlli üçün Əbul-Həsənin (Əli (ə)-ın tapılmamasından Allaha pənah aparıram". (Əl-İstiabu fi mərifətil-əshab, cild 3, səh 39)

                  Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd.

          Sadaqallahul əliyyul əzim.

 

 

 

                                 

                                      2-ci XÜTBƏ

    

           Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla Rəsulillah. Və əla Əliyyin əmirilmuminin. Və ələs siddiqətittahirə. Və əla sibtəyirrəhmə. Əl Həsəni vəl Hüseyn. Və əla Əliy ibnil Hüseyn. Və Muhəmməd ibni Əli. Və Cəfər ibni Muhəmməd. Və Musa ibni Cəfər. Və Əliy ibni Musa. Və Muhəmməd ibni Əli. Və Əliy ibni Muhəmməd. Vəl Həsən ibni Əli. Vəl xələfil Hadiyil Məhdi (ə.c.).

       Mövzu: Əli (ə)-ın mövludu-3.

      Osmanın maliyyə və idarə beytül-malı yüz faiz qeyri-şəri yollarla istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri vəzifədən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman camaatın ləyaqətsiz icra başçılarının dəyişdirilməsi haqqındakı şikayətlərinə baxmadığına görə, nəhayət camaat onun hökümətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat Əli (ə)-a beyət etdi. Bu baxımdan Osmanın ölümündən sonra iş başına keçən Əli (ə)-ın höküməti qiyam və camaatın sabiq hökümətin zülmlərinə qarşı qaldırdığı qiyam nəticəsində yaranmış bir hökümət idi.

       Osmanın hökümətinin pozğunluqlarından biri də bu idi ki, Həkəm ibn Əbu Ası oğlu Mərvanla birgə Mədinəyə gətizdirmişdi. Peyğəmbər (s) onu Tifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr, Ömər) onu Mədinəyə gətizdirməyə cürət etməmişdilər. Osman onları Mədinəyə gətizdirdikdən sonra öz qızını Mərvana ərə vermiş və Mərvanı xilafətin icra aparatına başçı təyin etmişdir. Bu təbii ki, camaatın qəzəblənməsinə səbəb olmuşdur. 

       Osmanın evi 49 gün qiyamçıların mühasirəsində qaldı. Osman nə vaxt camaatla daha yumşaq davranmaq istəyirdisə Mərvan camaatı bir o qədər çox qəzəbləndirirdi. Axırda müsəlmanlar qəzəblənərək Osmanın evinə töküldülər və onu qətlə yetirdilər.

     Get-gəllər, müsəlmanların təkidli istəkləri, keçmiş zülmdən cana gəlmiş və ədalət aşiqi olan camaatın axınları Həzrət Əli (ə)-ın evinə çoxaldığından Əli (ə) özünə vəzifə bilib camaatın besətini qəbul etdi. Əli (ə)-ın xilafətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə bu şəxslər Əli (ə)-ın höküməti qarşısında müxalif bir dəstə yaratdı. Bu müxalifət sonda "Nakisin" (Cəməl) döyüşü "Qasitin" (Süffeyn) və "Nəhrəvan"  döyüşləri ilə nəticələndi.

      Peyğəmbər (s)-ın hocrətdən sonra Mədinədə qurduğu İslam hökümətinin ikinci Əli (ə)-ın bərpa etdiyi həmin dövlət təəssüflər olsun ki, çoxda ömür sürmədi. Hərçənd Əli (ə) daxildə baş verən münaqişələr, xəyanətkar ünsürlərin törətdiyi təxribatların ucbatından nəzərdə tutduğu islahatları həyata keçirməyə nail olmadı. Lakin İslam prinsiplərinə əsaslanan ideal dövlət nümunəsini ərsədə işıqlandıra bildi. Həzrətin təşkil etdiyi dövlətin parlaq strukturu geniş mülahizələrə burada macal olmasa da imkan daxilində höküməti idarə istiqamətində onun əhəmiyyət verdiyi çox qiyməlti örnək mahiyyət kəsb edəcək yüksək idealarına müxtəsər də olsa toxunacağıq:

  • 1. Əli (ə) elə ilk başdan xilafəti qəbul etməyinin mahiyyətini ədalətin icrası kimi irəli çəkərək onu, xüsuasilə ictimaiyyatda rifah və təminatın, bir-birinə tam əks olan iki sinfi qütbün həlli perspektivində arayırdı.

     Qabaqda keçdiyi kimi çox qabarıq şəkildə sosial problemə çevrilən aclar və toxlar təbəqələri arısındankı ayrıseçkiliyə öz münasibətini bildirən Həzrət deyirdi:

     "Allah bilici və alimlərlə əhd-peyman bağlayıb ki, belə vəziyyətin qarşısında sükut etməsinlər.

  • 2. Həzrət (ə) mənsəb və iqtidarı yalnız xalqa xidmət etmək, ictimai hüquqların bərpası və batili (zülm və haqsızlıq) məhv etmək üçün vəsilə bilmiş və heç vaxt ona sui-istifadə mənbəyi və yaxud yağlı bir tikə gözü ilə baxmamışdır. Deyilənlərə açıq və aydın dəlil onun dövlətçiliyidir. Elə buna görə də nə vaxtdan bəri iqtidara susamış Təlhə və Zubeyr kimilərinə hər hansı mənsəb və vəzifəni tapşırmaqdan qəti imtina etmiş və nəticədə onların müxalifəti və təxribatı ilə qarşılaşmışdır.
  • 3. O, mömünlərin əmiri və xəlifəsi olmasına baxmayaraq son dərəcə sadə bir güzaranla keçinir və vəzifələrə seçdiyi şəxsləri də sadə bir həyat sürməyi tövsiyyə edirdi. Dünyanın cazibədarlığına tam etinasızlıq, cəlbedici maddi rəngarənglik və təmtəraqdan uzaqlıq Həzrətin şəxsiyətində ən spesifik xüsusiyyətləri, onun dövlətçiliyində ən üstün xarakterik çalarları aşılayır.
  • 4. Onun dövlət nmayəndələrinin seçki və təyinində əsas qarşıya qoyduğu meyarları təqva, sağlam ömür və parlaq keçmiş, rəhbərlik bacarığı, qətiyyətli dindarlıq və digər layiqli keyfiyyətlərindən ibarət idi. Qohumluq və digər nisbət əlaqələrini onun vəzifə bölgüsündə zərif bir xırdalığını belə görə bilməzsiniz. Həzrətin bütün İslam ölkəsində xidmət etdiyi 51 nəfər vali və nümayəndəsi arasında mühacir, ənsar, yəmənli, nəzarlı, haşimi və qeyri-haşimi, hicazlı, iraqlı, qoca və cavan şəxslər göründüyü halda oğulları İmam Həsən, İmam Hüseyn və Məhəmməd Hənəfiyə, qızı Zeynəb (s.ə)-nin əri Abdullah ibn Cəfər kimilərindən əsər-əlamət yoxdur. Halbu ki, bu adamların özləri də yaş və vəzifə baxımından rəhbərliyə layiq adamlar idi və bir çox həssas mövqelərdə, müharibə və döyüş meydanarında mühüm rol oynayırdılar. Lakin Həzrət hər hansı bir vəzifənin qohum-əqrəbasına həvaləsində cidi pəhriz edirdi.

      Əks tərəfdə isə qatı düşmən olan Müaviyyə öz çirkin və şeytani məqsədlərinə nail olmaq üçün heç nəyi əsirgəmir, şəriətə zidd olaraq hər bir alçaqlığa əl atırdı. Beləliklə bəzi sadəlövh və şuursuz adamlar Müaviyyənin ağıllı, zirək kimi İmamdan üstün təsəvvür edirdilər. Həzrətin isə bu məqamda buyurduğu kəlamı diqqəti özünə cəlb edir:

    "O, həqiqətdə kələkbazlıq, yaramazlıq və alçaqlıq edir. Əgər kələkbazlıq və hiyləgərlik çirkinlik olmasaydı mən ən zirək adam olardım."

  • 7. Əli (ə) iş başına ləyaqətli, sağlam nümayəndələr təyin etməsinə baxmayaraq onların iş üsulu və rəftarından daim xəbədar olmaq məqsədi ilə xüsusi adamlar ayırmışdır. Heç bir hərəkət və hadisə onun gözündən yayınmır, lazım gəldikdə münasib, yerli qərarlar verirdi.

     Əli (ə) nəhayət 4 il 9 ay hökümətdə olduqdan sonra hicrətin 40-cı ili ramazan ayının 19-cu gecəsi Əbdurrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində namaz qılarkən vurulan zərbənin təsirindən iki gün sonra şəhadətə qovuşmuşdur.

                               Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd.

        Sadaqallahul əliyyul əzim.

 

 

Copyright 2008 © Imamhuseyn.org