Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (25.VI.2010)

 


Xətib: Hacı Elşən Rüstəmov  

 

                                    1-ci Xütbə

   Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

     Mövzu: " Əli (ə)-ın mövludu."

      Əraf surəsi 181-ci ayədə Allah-təala buyurur:

     "Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, haqqı rəhbər tutaraq (insanlar arasında) ədalətlə hökm edirlər."

      Bu ayədəki bir zümrə (insan) kəlməsi əhli-beyt (ə)-a aid olduğunu aşağıdakı əhli-sünnə müfəssirləri yazmışlar. "Yənaibul-Məvəddət" kitabında bu sənəd Əl-Məvəddətul Qurba kitabından nəql edilmişdir, səh 248; Mənaqibu ibn Məğazlı, səh 171; Əhqaqül-Haqq, səh 307, cild 3; Şəvahidut-Tənzil, cild 1, səh 207, hədis 266-287

     Görkəmli Əhli-sünnət alimi Müvəffəq ibn Əhməd Əbu Bəkr ibn Mərdəneyhdən öz sənədinə əsasən Əli (ə)-dan nəql edir ki, o dedi:

     "Bu (İslam) ümməti 73 dəstəyə bölünəcək. Cənnətə girəcək bir dəstədən başqa hamısı od içindədir. Onların haqqında Allah-təala buyurur:

      "Yaratdıqlarımız içində bir zümrə (dəstə) də vardır ki, onlar insanları haqq yola aparır, haqqı rəhbər tutaraq ədalətlə hökm edirlər - bunlar mən və şiələrimdir." (Şəfahidut-Tənzil; Hakim Həskani, cild 1, səh 204;  Yənaibul-Məvəddət, səh 109; Çayətul-Məram, cild 4, səh 298, hədis1)

       Bu gün rəcəb ayının 12-sidir. Sabah isə rəcəb ayının 13, Əli (ə)-ın mübarək mövlududur. Əli (ə) "Amulfil"- fil ilinin 30-cu ilində hicrətdən 23 il əvvəl, Kəbə evində anadan olmuşdur. (Mirucuzzəhəb-Məridi, cild 2, səh 349)

      Atası Əbutalib ibn Əbdülmütəllib, anası Fatimə binti Əsəd olmuşdur. Hicrətin 40-cı ilində ramazan ayının 21-də Kufə məscidində şəhid edilmişdir. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Əli (ə) besətdən, yəni Peyğəmbər (s)-ın peyğəmbərliyə seçilməsindən 10 il əvvəl dünyaya gəlməsini, dinin təbliğində Peyğəmbər (s)-la çiyin-çiyinə olmasını və Peyğəmbər (s)-ın rehlətindən sonra 30 il yaşamasını nəzərə alaraq Əli (ə)-ın 63 illik həyatını 5 hissəyə bölmək olar:

•1.    Anadan olduğu gündən Peyğəmbər (s)-ın besətinə qədər .

•2.    Besətdən Peyğəmbər (s)-ın Mədinəyə hicrətinə qədər.

•3.    Hicrətdən Peyğəmbər (s)-ın rehlətinə qədər.

•4.    Peyğəmbər (s)-ın rehlətindən Əli (ə)-ın xəlifə olmasına qədər ki dövr.

•5.    Əli (ə)-ın xəlifəlikdən şəhid olmasına qədər ki, dövr.

 

   1-ci dövr

     Əli (ə) ömrünün ruhi və fiziki cəhətdən formalaşma dövrünü Peyğəmbər (s)-ın təlim-tərbiyəsi altında keçirmişdir. İbn Əsir Əl Kamilu "Fit-Tarix" kitabında, cild 2, səh 58-də, İbn Hişam Təbəri, İbn Əbil Hədid və başqalarından yazırlar:

      "Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman Peyğəmbər (s)-ın əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onlar çox çətinliklə dolanırdı. Peyğəmbər (s)-ın Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək məqsədi ilə hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbər (s)-ın təklifi ilə razılaşdı. Beləliklə də Abbas Cəfəri, Peyğəmbər (s)-da Əli (ə)-ı öz öhdəsinə götürdü. Əli (ə) Peyğəmbər (s) peyğəmbər seçilənə qədər onun evində qaldı və Peyğəmbər (s) peyğəmbər təyin edilən kimi dərhal onun peyğəmbərliyini qəbul etdi. Əbu Fərəc İsfahani "Məqatilut-talibin kitabında 15-ci səhifədə yazır ki, Peyğəmbər (s) Əli (ə)-ı öz öhdəsinə götürərkən buyurur:

    "O kəsi seçdim ki, Allah-təala da onu mənim üçün seçmişdir."

    Əli (ə) "Qasiə" xütbəsində buyurur:

   "Siz mənim Peyğəmbər (s)-la yaxın qohumluğumu və ona xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz bağrına basar və məni öz yerində yatızdırardı. Belə ki, mən onun qoxusunu hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən, anasının ardınca düşən kimi onun ardınca düşərdim. Gündə bir əxlaqi məsələni mənə öyrədərdi və tapşırardı ki, ona riayət edim." (Nəhcül-bəalğə, xütbə 192, Sübhi Salehinin redaktəsi olan nüsxə)

     Peyğəmbər (s) besətdən əvvəl rəcəb ayında (bəzi mənbəələrdə ramazan, şaban aylarında da) Hira mağarasında ibadətlə məşğul olardı. İbadəti qurtrdıqdan sonra gedib Kəbəni yeddi dəfə təvaf edib, sonra evə qayıdardı. Tarixdən məlumdur ki, Peyğəmbər (s) Hira dağına gedəndə Əli (ə)-ı da özü ilə aparardı. Peyğəmbər (s) rəcəb ayının 27-də peyğəmbərliyə təyin ediləndə Əli (ə)-da orada idi.

     Əli (ə) "Qasiə" xütbəsində buyurur:

    "Peyğəmbər (s) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbər (s)-a dedim:

     "Bu nə qışqırıqdır? Cavab verdi ki, Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o, camaatı yer üzündə aldatmaqdan naümüd oldu. Mən görənləri sən də görürsən. Mən eşidənləri sən də eşidirsən. Təkcə fərqimiz odur ki, sən peyğəmbər deyilsən. Sən mənim vəzirimsən, canişinimsən "

      Bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aidir. İbn ƏbilHədid Nəhcül bəlağənni şərhində yazır:

     "Səhih kitablarında rəvayət olunur ki, Cəbrail (ə) birinci dəfə Peyğəmbərə nazil olub onun peyğəmbər seçildiyini bildirdikdə Əli (ə) da orada idi.

   

2-ci dövr.

      Əli (ə) əvvəldən İbrahim peyğəmbərin dinin də təkallahçı olmuşdur. İlk dəfə də kişilər içərisində Peyğəmbər (s)-ın peyğəmbərliyini Əli (ə) qəbul etmişdir.Əli (ə)-dan qeyri olanlar bütpərəstlikdən uzaqlaşmış və İslmamı qəbul etmişlər.

     İbn Əbil Hədib Nəhcül-bəlağənin şərhində yazır:

   "Həftənin birinci günü Məhəmməd (s) peyğəmbər seçildi və Əli (ə) səhəri gün onunla birgə namaz qıldı. "

     Peyğəmbər (s)-ə besətdən bir neçə il sonra Cəbrail (ə) nazil odu və dedi ki, daha İslamı gizli şəkildə deyil, aşkar şəkildə yaymaq lazımdır və əvvəlcə qohum-əqrabadan başlanmalıdır.

     Şüəra surəsi 214-216-cı ayələrdə Allah-təala buyurur:

      "Və ən yaxın qohumlarını qorxut! (yəni dəvət et.) Sənə tabe olan mömünləri qanadın altına al! (Onlarla yumşaq davran, köməklərinə çat.) Əgər (yaxın qohumların)sənə qarşı çıxsalar onlara belə de:

      "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!"

      Qohumların haqqı qəbul etməsi çox mühüm olduğu üçün Peyğəmbər (s) Əli (ə)-a buyurdu ki, Bəni-Haşim qəbiləsindən 45 nəfər böyük şəxsiyyətləri nahara çağırıb, onlar üçün (dəvə balası kəsib) ət yeməyi bişirsin. Süfrəyə də süd qoymağı unutmasın. Qonaqlar gəldi, yemək yeyildikdən sonra Peyğəmbər (s)-ın əmisi Əbu Ləhəb öz yersiz söhbətləri ilə məclisi pozdu, hamı durub evinə getdi. Peyğəmbər (s) səhəri gün Əbu Ləhəbdən başqa bütün qohumlarını dəvət etdi. Yeməkdən sonra Peyğəmbər (s) söhbətə başlayıb buyurdu:

   "Mənim qohumlarım üçün gətirdiyim şeydən başqa bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və axirət xeyirini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tovhidə, təkallahçılılığa və öz peyğəmbərliyimə dəvət edim. Bu işdə kim mənə kömək etsə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar."

    Bu zaman araya sükut çökdü. Əli (ə) ayağa durub (o zaman onun 14  yaşı var idi.) buyurdu:

    "Ey Allahın Rəsulu mən bu işdə sənə kömək edərəm."

    Peyğəmbər (s) ona əyləşməsini əmr etdi. 2-ci dəfə Peyğəmbər (s) sözlərini yenə təkrar etdi. Yenə Əli (ə) ayağa durub bu işə hazır olduğunu bəyan etdi. 3-cü dəfə də Əli (ə)-dan başqa Peyğəmbər (s)-ı qəbul edən olmadı. Peyğəmbər (s) əlini Əli (ə)-ın əlinin  üstünə qoyub Bəni-Haşim tayfasına onun haqqında buyurdu:

     "Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda canişinimdir (xəlifəmdir.)"  (Şərhi-Nəhcül-bəlağə, İbn Əbil Hədif, cild 13, səh 211)

       Beləliklə sonuncu peyğəmbərinin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə təyin olundu.

       Besətin 13-cü ili, zilhiccə ayının 13-də Peyğəmbər (s)-la Mədinə sakinləri arasında "Əqəbə" peymanı bağlandı. Mədinəlilər Peyğəmbər (s)-ı Mədinəyə dəvət edərək onu müdafiə edəcəklərinə söz verdilər. Müsəlmanlar təzyiqlərə məruz qaldıqları üçün yavaş-yavaş Mədinəyə köç etdilər. Müşriklər İslam üçün yeni mərkəzin qurulmasının qarşısını almaq üçün besətin 14-cü ili səfər ayının sonunda "Darun-nədvə" də Məkkənin şura yığıncağında yığışıb qərar çıxartdılar ki, Peyğəmbər (s)-ı öldürsünlər. Bəni-Haşimin qisas tələb edən müharibəsinin qarşısını almaq üçün hər qəbilədən bir qatil təyin etdilər və düşündülər ki, belə olsa Bəni-haşim bütün qəbilələrlə müharibə edə bilməz. Beləliklə qan pulu almaqla kifayətlənər. Allah-təala Əraf surəsi 30-cu ayədə buyurur:

      "(Ya Məhəmməd!) Yadına sal ki, bir vaxt kafirlər səni həbs etmək, və ya öldürmək, yaxud da (Məkkədən) çıxarıb qovmaq üçün (Darun-nədvədə) sənə qarşı hiylə qurdular. Allah onların da bu hiyləsinə qarşı tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır."

    Müşriklərin bu niyyətini Allah-təala Peyğəmbər (s)-a xəbər verdi. Peyğəmbər (s) izi itirmək üçün Əli (ə)-ə yerində yatızdırıb, rəbiül-əvvəl ayının 1-də  gecə ikən Məkkədən çıxdı. Əli (ə) Peyğəmbər (s)-ın yatarkən üstünə örtdüyü yaşıl örtüyü üstünə çəkdi. Səhərə yaxın Peyğəmbər (s)-ın evinə hücum etdikdə Əli (ə)-ı gördülər. Artıq Peyğəmbər (s) Sur mağarasında gizlənmişdi. Onu təqib edənlər mağaranın ağzına çatdıqda hörümçək torunu görüb geri qayıtdılar. Qurani-Kərimdə Əli (ə)-ın bu fədakarlığını Allah-təala belə bəyan edir - Bəqərə surəsi, ayə 207-də:

    "İnsanlar arasında eləsi də vardır ki, Allah-təalanın razılığını qazanmaq üçün Allah yolunda öz canını verər. Allah-təala öz bəndəsinə qarşı mehribandır."

     Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Həmin gecə İslam tarixində "Leylətul-məbit" adı ilə məhşur olmuşdur

Bismillahir rəhmanir rəhim.

    Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati         vətəvasau bilhəqqi və təvasau bissabır.

      Sadaqallahul əliyyul əzim          

 

 

                                        2-ci Xütbə   

                

                Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

     Mövzu: "Davamı."

      Əli (ə)-ın həyatının 3-cü dövrü hicrətdən Peyğəmbər(s)-ın rehlətinə qədər olan dövrdür. İslam dininin ictimai qanularından biri dini qardaşlıq və qardaşlıq siqəsi, müqaviləsi və əhd-peymanıdır. Peyğəmbər (s) müxtəlif yollarla bu əlaqəni yaratmaq və onu genişləndirmək üçün çox şeylər etmişdir. Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra mühacirlə ənsara müraciət edib dedi:

     "Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacir və bir ənsar) qardaş olun."

     Bundan sonra müsəlmanlar arasında mehribançılıq daha da artdı.

      Müsəlmanlar bir-birinə qardaş olduqdan sonra Əli (ə) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbər (s)-ın hüzuruna gəlib buyurdu:

      "Məni heç kimlə qardaş etmədin?"

       Peyğəmbər (s) buyurdu:

       "Sən mənim hər iki dünyada qardaşımsan"

       Sonra qardaşlıq siqəsi oxudu. Peyğəmbər (s)-ın dəfələrlə Əli (ə)-ı özünə rəsmi olaraq qardaş təyin etməsi Əli (ə)-ın Peyğəmbər (s)-a nə dərəcədə yaxın olmasını və onun fəzilət və əzəmətinin çox yüksək olmasını göstərir.

Eyni zamanda da Peyğəmbər (s) Qədir-Xumda da müsəlmanlara müraciət etdi ki, biri digərini özünə qardaş etsin. Peyğəmbər (s) Əli (ə)-ın əlindən tutub, onu özünə qardaş edərək buyurdu:

     "Mən kimə mövla və rəhbərəmsə, Əli də ona mövla və rəhbərdir." (Əl-Müstədrəkul Ələs Səhiheyn, cild 3, səh 35)

      Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra dəfələrlə müşriklər və yəhudilərlə müharibələr aparmışdır. (Bəzi mənbəələrdə müharibələrin sayı 80 və ya 83 göstərilmişdir.) Bu müharibələrin 27-də Peyğəmbər (s) rəhbərlik etmiş və 27 döyüşün 26-da  Əli (ə) istirak eytmişdir. Təkcə "Təbuk" davasında Əli (ə) iştirak etməmişdir. Əli (ə) Peyğəmbər (s)-ın əmri ilə Mədinədə qaqlmışdır. Çünki Peyğəmbər (s)-ın olmamasından istifadə edərək münafiqlər Mədinədə çevriliş etmək istəyirdilər. Bu səbəbdən Peyğəmbər (s) Əli (ə)-ı Mədinədə saxladı ki, münafiqlərin qarşısını alsın.

     Əli (ə)-ın hicrətin ikinci ilində baş vermiş "Bədr" döyüşündə həll edici rolu olmuşdur. Şama gedən ticarət yolu Mədinənin kənarından keçdiyi üçün Qüreyş karvanı İslamın böyük düşməni olan Əbu Sufyanın başçılığı altında Şamdan Məkkəyə qayıdırdı. Peyğəmbər (s) mühacir və ənsardan təşkil olunmuş 313 nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək üçün Bədr çölünə gəldi. Peyğəmbər (s) müşriklərə bildirmək istəyirdi ki, onların əsas ticarət yolu müsəlmanların əlindədir. Əgər onlar İslamı yayamaqda müsəlmanlara mane olsalar müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəkdir. Müsəlamanların hərəkətindən xəbər tutan Əbu Sufyan karvanın yolunu dəyişib Qırmızı dənizin sahili ilə Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi. Əbu Sufyanın başçılığı ilə 950 nəfərlik müşrik Mədinəyə yola düşdü. Hicrətin 2-ci ili, ramazan ayının 17-də iki qoşun Bədr çölünün quyularının kənarında üz-üzə gəldilər.

     Müşriklər sayca 3 dəfə müsəlmanlardan çox idi. Döyüş başlayanda Qüreyşin ən güclü sərkərdələrindən 3-ü - Ütbə, (o Əbu Sufyanın qaynatası və Hindənin atası idi) Şeybə (Ütbənin böyük qardaşı idi) və Vəlid (Ütbənin oğlu idi) meydana çıxıb rəqib döyüşçü tələb etdilər. Bu zaman ənsardan 3 nəfər irəli çıxıb özlərini tanıtdıraraq vuruşmaq istədilər. Lakin müşriklər vuruşmaq istəməyib qışqırdılar ki, bizimlə vuruşmağa öz qohumlarımızdan - bizim şənimizə layiq olan adamlar gəlsin!

    Bu zaman Peyğəmbər (s) Übeydə ibn  Haris Əbdül Mütəllibə, Həmzə ibn Əbdül Mütəllibə və Əli ibn Əbutalib (ə)-a əmr etdi ki, meydana çıxıb o 3 nəfərlə vuruşsun. Həmzə Şeybə ilə Übeydə Ütbə ilə və döyüşçülərdən ən cavanı olan Əli (ə) Müaviyənin dayısı, Əbu Sufyanın qaynı, Hindənin qardaşı və Ütbənin oğlu Vəlidlə vuruşdular. Təkbə-tək döyüşdə Əli (ə) və Həmzə öz rəqilərini tez bir zamanda məğlub etdilər. Lakin Übeydə ilə Ütbə arasında olan döyüşdə biri digərini məğlub edə bilmirdi. Buna görə də Əli (ə) və Həmzə Übeydənin köməyinə gələrək Ütbəni öldürdülər. (Əl-kamilu Fit-Tarix, cild 2, səh 125)

     Əli (ə) xəlifə olduğu dövrdə Müaviyəyə yazdığı məktubların birində bu hadisəyə işarə edərək buyurur:

    "Bədr döyüşündə baban Ütbəni, dayın Vəlidi və qardaşın Hənzələni öldürdüyüm qılınc hələ də məndədir." (Nəhcül-bəlağə, 64-cü məktub) 

     Sonra ümumi döyüş başlandı. Amma bunun müşriklərə bir xeyri olmadı. Onlar məğlub edildilər və 70 nəfər əsir düşdü.

     Şeyx Müfid Bədr döyüşündə öldürülən müşrilərin 36 nəfərinin Əli (ə) tərəfindən öldürüldüyünü yazır. (Əl-irşad, səh 29)

     Müşriklərin ruhiyyəsi Bədr döyüşü nəticəsində zəiflədi. Ona görə də onlar intiqam almaq üçün 5 min nəfərlik böyük bir ordu hazırladılar. Peyğəmbər (s) hərbi şura təşkil edib qərara aldı ki, onları Mədinədə qarşılasınlar. Peyğəmbər (s) 1000 nəfərlik ordu ilə Mədinənin şimalında olan Ühüd dağı ətrafında mövqe tutdu. Yolun yarısında məhşur münafiq Abdullah ibn Übeyin 300 nəfər tərəfdarı onun sözü ilə yolun yarısından geri qayıtdılar. Beləliklə cəmi 700 nəfər döyüşçü qaldı. Hicrətin 3-cü ili, şəvval ayınını 7-si Ühüd dağı ətəyində iki qoşun səhərə yaxın üz-üzə gəldi. Dağın başında olan yolla müşriklər mömünlərin arxasına keçib zərbə vura bilməsinlər deyə Peyğəmbər (s)-ın əmri ilə Abdullah ibn Cübeyrin başçılığı altında 50 nəfər oxatan o yolu nəzarətə götürdü. Peyğəmbər (s) dönə-dönə tapşırdı ki, əsla o yolu  boş qoymasınlar. Hətta müsəlmanlar qalib gəlsə belə. O dövrün qanununa görə bayraqdar böyük əhəmiyyət daşıyırdı. Bayraqdarı əvəz edən adamlar da təyin edilərdi. Əgər bayraqdar ölsə və bayraq ensə bu ruhiyyəni zəiflədərdi. Müşriklər Bəni-Əddar qəbiləsindənm bir neçə bayraqdar təyin etmişdi. Əli (ə) onların hamısını öldürdü və müşriklər qaçmağa başladı.

     İmam Sadiq (ə) buyurur:

   "Ühüd davasında müşriklərin 9 bayraqdarı olmuş və onların hamısı Əli (ə)-ın qılıncı ilə öldürülmüşdür." (Şeyx Mufid İrşad, səh 47)

     Qüreyşin ordusunun qaçdığını görən keşikdə duran əsgərlərin 40 nəfərdən çoxu Abdullahın onlara Peyğəmbər (s)-ın tapşırığını xatırlatmasına baxmayaraq qənimət ələ keçirtmək üçün qaçan düşmənlərin dalınca düşdülər. Bunu görən Xalid ibn Vəlid hücum edərək 5-10 nəfəri şəhid edib, müsəlmanların arxasına keçdi. Bunu görən Əmrə binti Əlqəm adlı müşrik qadın yerdən bayrağı götürərək döyüşçülərin ruhiyyəsini qaldırdı, nəticədə müsəlmanlar məğlub oldu. Müsəlmanlardan 70 nəfər, o cümlədən Həmzə (ə) və bayraqdar Müsəb ibn Ümeyr şəhid oldu. Müşriklər Peyğəmbər (s)-ın şəhid olması haqqında şayə yaydılar.

    Peyğəmbər (s)-ın bu döyüşdə dişi sındırıldı. İbn Əsir yazır:

    "Peyğəmbər (s) hücum etmək məqsədində olan bir dəstə müşriki görüb, Əli (ə)-a əmr etdi ki, onlara hücum etsin. Əli (ə) onlara hücum edərək bir neçəsini öldürməklə onları pərakəndə saldı.Sonra Peyğəmbər (s) başqa bir dəstə görüb onlara hücum etməyi Əli (ə)-a əmr etdi. Əli (ə) onlardan da bir neçəsini öldürüb, dağıtdı. Bu zaman Cəbrail (ə) Peyğəmbərə nazil olub dedi:

     "Əli (ə) son dərəcə şücaət göstərir."

      Peyğəmbər (s) buyurdu:

     "Əli məndən, mən də Əlidənəm "

     Bu zamam göydən belə bir səs eşidildi:

     "Züfuqardan başqa heç bir qılınc və Əlidən başqa heç bir cavan yoxdur."

      Seyyid Əzim Şirvani yazır:

 

                  Bu adı göylərdə zikr edərdi Cəbrail,

                       La fəta illa Əli, la seyfə illa Zülfiqar.

                       Şiri-həqq şənindən özgə şənə ünvan olmadı

                       La fəta illa Əli, la seyfə illa Zülfiqar.

       İbn Əbil Hədid yazır.:

      "ELə ki, Peyğəmbər (s)-ın səhabələrinin çoxu qaçmağa başladı, müşriklər Peyğəmbərə hücumlarını artırdılar. Bəni-Kənanə qəbiləsindən bir dəstə, Bəni-Əbd Mənat qəbiləsindən də bir dəstə Peyğəmbər (s)-a tərəf hücum etdilər. Onların arasında 4 nəfər adlı-sanlı pəhləvan gözə dəyirdi. Peyğəmbər (s) Əli (ə)-a əmr etdi ki, onların hücumunun qarşısını alsın. Əli (ə) piyada vuruşurdu. Əli (ə) 50 nəfərdən artıq olan bir dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib peyğəmbər (s)-a hücum etmək istəsələr də Əli (ə)-ın güclü müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz 4 nəfər və tarixdə adları bilinməyən 10 nəfər də Əli (ə)-ın qılıncı ilə yerə sərildilər. Cəbrail (ə) Peyğəmbər (s)-a dedi:

    "Dogrudan da Əli (ə) sənə çox kömək edir. Mələklər bu cavanın etdiyi şücaətdən heyran qalmışlar."

      Peyğəmbər (s) Cəbrail (ə)-a buyurdu:

     "Nəyə görə də belə olmasın? O, məndən, məndə ondanam."

      O gün asimandan belə bir səs eşidildi:

      "La seyfə illa Zülfiqar, la fəta illa Əli. (Zülfiqardan başqa heç bir qılınc və Əlidən başqa heç bir cavan yoxdur) "

       Bu səs dəfələrlə təkrar edilirdi. Səs eşidilir,ancaq deyən görünmürdü. Peyğəmbər (s)-dan bunun kim olmasını soruşdular. Peyğəmbər (s) isə cavab verdi ki, bu Cəbrail (ə)-dır. (Şərhi Nəhcül-bəlağə, cild 14, səh 250-251; Mənabiqi Xarəzmi, səh 223)

       Ühüd müharibəsində Peyğəmbər (s)-ı (üzündən və başından yaralar aldı) Əli (ə)-dan başqa 2 nəfər də qoruyurdu. Əli (ə) bu döyüşdə çoxlu yaralar aldı. Ühüddən qayıdanda Peyğəmbər (s) Fatimə (s.ə)-yə dedi:

      "Ey Fatimə, götür qılıncı. Ərin öz borcunu əda etdi. Alla-təala onun qılıncının vasitəsi ilə Qüreyş böyükllərini məğlubiyyətə uğratdı." (Kəşful-Çəmmə, səh 54)

       Allah-təala "Ali-imran surəsi, 157-ci ayədə bu məsələyə işarə etmişdir.

      Mədinəli olan Bəni-Nəzirə və Bəni-Qüreyş yəhudi tayfaları dostluq peymanını pozdular. Onlar Sama sürgün edildi. Əli (ə)-ın başçılığı ilə olan döyüş ərəfəsində onlar təslim oldular. 

Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm  yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

Vəssəlamu ələykum və rəhmətullah.

 

Copyright 2008 © Imamhuseyn.org