Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.
Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Mövzu: " İslamın tarixi həqiqətləri."
Hücurat surəsi, 9 və 10-cu ayələrdə Allah-təala buyurur:
"Əgər mömünlərdən 2 dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun. Beləliklə Allahın əmrinə qayıdın. Həmişə ədalətlə sülhü bərqərar edin, həmişə ədalətli olun. Allah ədalətliləri sevir."
Həqiqətən bütün mömünlər bir-biri ilə qardaşdırlar. Siz qardaşlar barışısı olun. Allahdan qorun ki, bəlkə rəhm olunasınız.
Bütün mömünlərin qardaşlığını Allah-təala vacib bilir. Amma məlumdur ki, qardaşlar arasında müəyyən fikir mübadiləsinin və müxtəlifliyinin olması labüddür. Məhz bunun nəticəsində bütün dinlərdə olduğu kimi İslamda da zaman-zaman müxtəlif məzhəblər yaranmışdır. Bunlar hamısı İslam idealogiyasına təsir göstərmişdir. Həzrəti Peyğəmbər (s) buyurur:
"Ümmətimin ixtilafı Allahın rəhmətidir."
Yəni məzhəblərin çoxu islami incəliklərin üzə çıxmasına xidmət edir. Bu inkişafdan bəzən sui-istifadələrə də yol verilmişdir.
Məsələn: Bütün müsəlmanlrı və bütün kitab əhli olanları da müşrik və kafir hesab edən bir məlum cərəyanın olması yol verilməzdir. Nisa surəsi 80-cı ayədə Allah-təala buyurur:
"Peyğəmbər (ə)-a itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmişdir. Kim üz döndərsə (qoy döndərsin.) Biz k səni onların üzərində gözətçi olmağa göndərməmişik."
Bu məntiqlə Peyğəmbər (s) müəyyən bir şəxsin itaətini əmr etsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsə itaət etmək, (birbaşa) Allaha itaət etmək sayılır. Yüzlərlə mötəbər hədislərdə Peyğəmbər (s) bütün müsəlmanlara özündən sonra Əli (ə)-a itaət etməyi vacib buyurmuşdur. Deməli, əgər Əli (ə) itaəti Peyğəmbər (s)-ın əmri və göstərişidirsə, o həzrətin ardıcılı (şiə) olmaq Peyğəmbər (s)-ın itaətindən kənara çıxmaq deyildir. Bəziləri şiə sözünün Peyğəmbər (s)-dan sonra yarandığını idia edirər. Lakin bu söz Quranda da işlədilmişdir. İnsanların bəzisi digərlərinin şiəsi, tərəfdarı adlandırılmışdır. Saflat surəsi 83-cü ayədə İbrahim peyğəmbər Nuh peyğəmbərin şiəsi kimi təqdim olunmuşdur.
"Onun (Nuhun) şiələrindən biri İbrahim idi."
Bu söz Peyğəmbər (s)-ın zamanında da işlədilmişdir. Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Əbu-Həim İsfahani mötəbər sənədlərlə İbn Abbasdan nəql edir:
"Bəyyimə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:
"İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onlarının mükafatı Rəblərinin hüzurunda, altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda dincələrlər. Allah onlardan, onlarda Allahdan razıdırlar.
Peyğəmbər (s) Əli (ə)-a üzünü tutaraq buyurdu:
"Ya Əli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da onlardan razı olar."
Bu mötəbər hədis, aşağıdakı tanınmış əhli-sünnə kitablarında da yazılmışdır:
- 1. İ. Mənaqib - Əbül Müəyyəd ibni Əhməd Xarəzmi
- 2. Şəvahidut - tənzil fi qənaidit tətsil - Həkim Əbül Qasım Ubeydullah ibni Əbdullah Əl-Həskani.
- 3. Durrul-mənsur fi kitabillahi-məsur - Cəlaədin Ziyuti.
- 4. Sənaiq - İbni Hacər.
- 5. Nihayə - İbni Əsir.
Əhli-sünnə raviləri,hədisşünasları, Seyyid Əli Həmədani Şafei "Məvəddətul-qurba" kitabında və İbni Hacər "Əs-səvaiqul-mühriqə" kitabında Peyğəmbər (s)-ın xanımı Ümmü-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:
"Ya Əli! Sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar. Deməli, bu ayə və hədislərdən məlum olur ki, şiə sözü sonradan yaranmış bir termin (söz) deyildir. Əksinə bu kəlmə Peyğəmbər (s)-ın dilindən bəyan olmuşdur və Peyğəmbər (s) Əli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.
Müxtəlif dövrlərdə 12 imamlar iftira və böhtanlara məruz qalmışdır. İndiki dövrün özündə də bəzən radikal vəhhabi termini ilə yanaşı, radikal şiə termini ifadəsini yaradıb təbliğ edənlərə də rast gəlirik. 12 imama tərəfdar elə necə var elədir. Bəs radikalı necə olur? Bunu yəqinki bu termini işlədənlər özləri bilir.
Tarix boyu müsəlman qardaşlar arasında ədavət toxumu səpməyə çalışan qərəzli adamlar, bəzən isə məlumatsız müsəlmanlar bu məzhəb haqqında əsassız sözlər demişlər. Bir-birindən xəbərsiz olan müsəlmanlar hiyləgər düşmələrin, dırnaqarası alimlərin iftira və böhtanlarına uyaraq öz müsəlman qardaşlarını müşrik adlandıraraq düşmən mövqeyində dururlar. Çox təəssüflər olsun ki, belə münasibətlərə təkcə avam insanlar arasında deyil, dırnaqarası alim və təhqiqatçıların bəzi kitablarında da rast gəlmək olur.
Şəhabudin Əbu Ömər Əhməd ibn Məhəmməd ibni Əbdi-rəbbih Qurtəbi Maliki (h.q. 4-cü əsr) "Əqdul-Fərid adlı kitabının 1-ci cildində şiələri İslam ümmətinin yəhudiləri adlandıraraq yazır:
"Şiələr yəhudilər kimi tələqdan sonra iddə saxlamağı lazım bilmirlər.
Şiələr yəhudilər kimi Allahın vəhy mələyi Cəbraili özlərinə düşmən hesab edirlər. Onların etiqadına görə Cəbrail Qurani-Kərimi Həzrət Əliyə nazil etməli idi. Lakin xəyanət edərək onu Həzrət Məhəmməd (s)-a nazil etdi."
Əhməd ibn Əbdul-Həlim Hənbəli (h.q. 8-ci əsrdə) "Minhacus-sünnə" kitabında Peyğəmbər (s) əhli-beyti barəsində nəql olunmuş bütün hədisləri təkzib etmiş, şiə məzhəbinə saysız-hesabsız böhtanlar atmışdır. İbni Teymiyyə ləqəbi ilə tanınan bu alib həmin kitabın 1-ci cildində yazır:
"Qibləyə üz tutan firqələr arasında şiələr kimi yalançı bir firqə yoxdur." Sonra yazır: "Şiələr məscidlərə etinasızdırlar. Onlar məscidlərdə cümə və camaat namazları qılmazlar."
Həmin kitabın 2-ci cildində şiələrin 12-ci imamın yolunu gözləyərək hətta namaz belə qılmadıqları iddia olunur.
Fəxr Razi özünün "Məfatihul-qəyb təfsirində şiələri rafizi (dindən çıxmış) adlanıdıraraq hər dəfə "Allah onlara lənət etsin" deyə söyləmişdir. "Qobusnamə" kitabının müəllifi öz oğluna nəsihət edir ki, ev alanda elə al ki, qonşun ələvi (şiə) olmasın.
Belə alimlərin qərəzli, qeyri-obyektiv mövqeləri, bir cahil təəssübkeşlikəri bir çox görkəmli 12 imamçı alimlərin öldürülməsi ilə nəticələnmişdir. Öz zamanında əvəzsiz fəqih və mütıfıkkir, Məhəmməd ibn Cəlaləddin Məkki Amilinin (h.q. 8-ci əsr) faciəli qətli bir nümunədir. Şəhidi-ənvəl ləqəb ilə məhşurlaşan bu dahi şəxsiyyət bütün məzhəblərin nümayəndələrinə öz məzhəbindən dərs verirmiş. Onun zindanda olarkən heç bir mənbəədən istifadə etmədən yazdığı Əl lümuətud-Dəməşqiyyə kitabı bu günədək bütün dini hövzələrdə iki-üç illik tədris proqramıdır. Belə bir alim məhz əhli-beyt aşiqi olduğu üçün Dəməşq qaziləri Bürhanuddin Maliki və İbad ibni Əl Cəmdə Şafeinin hökmü ilə edam edərək dar ağacında daş-qalaq edilmiş, daha sonra isə yandırılaraq külünü səhraya səpmişlər. Vəhhabilər son 200 il ərzində müsəlmanlara, xüsusilə əhli-beyt aşiqlərinə qarşı çox saylı qırğınlar həyata keçirdilər. Bir milyardan çox olan müsəlmanlara kafir və müşrik adı verənlər bu təriqətin yaranmasında müstəsna rol oynamış İngiltərə idarəsinin etiraflarını belə eşitmək istəmirlər.
Böyük Britaniyənın məxfi agenti olmuş Mister Hemferin vəhhabi təriqətinin yaranması ilə bağlı yazdığı xatirələri əks etdirən "İngilis Cəsusunun etirafları" kitabını oxuyun və deyilənlərin həqiqət olduğunu təsdiq edin.
Onlar yarandığı gündən on minlərlə müsəlmanın qanını axıtmışlar. Hazırkı dövrdə də İraq və Əfqanıstan kimi ölkələrin şəhərlərində 100 lərlə müsəlmanların qanını axıdırlar. Taliblər Əfqanıstanda hakimiyyətdə olanda Məzari-şərif şəhərinin əhalisini kütləvi şəkildə qıraraq qadınlarını əsir götürmüşlər. Pakistanda, Əfqanıstanda, Hindistanda, Şimali Qafqazda olan bütün müsəlmanlara qarşı terror hadisələri keçirmişlər və həyata keçirməkdədirlər. Müsəlmanların düşmənləri iti xəncəllərini müsəlmanların əli ilə özümüzə sancdılar. Belə bir məsəl var:
"Ağaclar dedilər ki, meşəyə bir alət gəlib, ağacları kəsəcək. Soruşdular ki, o alət nədəndir? Dedilər kəsici alətdir, amma sapı özümüzdəndir. Dedilər ki, hə, onda bu çox təhlükəlidir."
İlahi, səni and verirəm izzət və cəlalına. Müsəlmanlara dost və düşməni tanımaqda kömək ol.
AMİN!
Bismillahir rəhmanir rəhim.
Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati vətəvasau bilhəqqi və təvasau bissabır.
Sadaqallahul əliyyul əzim
2-ci Xütbə
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "Davamı."
Fürqan surəsi 54-cü ayədə Allah-təala buyurur:
"İnsanları sudan yaradan (bir-biri ilə) əsl qohum (qan qohum, ata-ana, bacı-qardaş) və sonradan qohum edən Odur. (Allahdır. Birinci ata-ana tərəfdən, ikinci isə bacı cə qız tərəfdən olan qohumluqdur.)"
Görkəmli müfəssir Hakim Həskani yazır:
"Əs-Sədiyyi deyir ki, bu ayə Peyğəmbər (s) və Əli (ə) haqqında nazil olmuşdur. (Çünki,) Fatimə Əli ilə ailə həyatı qurmuşdu. Əli (ə) Peyğəmbər (s)-ın əmisioğlu, həyat yoldaşı (Fatimə (s.ə)) isə onun qızıdır. Onlar əsl qohum və sonradan qohum (kürəkən - gəlin qohumu) olmuşdular." (Hş Həskani. "Şəvahidut-Tənzil, cild 1, səh 411)
İbn Sirin də bu ayənin Peyğəmbər (s), Həzrəti Əli (ə) və Fatimə (s.ə) haqqında olduğunu qeyd edir. (Şəvahidut-Tənzil, cild 1, səh 414; Əl-Cəmiul-Əhkamul-Quran, 12-ci cild, səh 60)
Mollazadə Şəkəni "Kitabul-bəyan fi Təfsiril Quran" kitabında cild 2, səh 115-də yazır:
"Bütün təfsirlərdən məlum olur ki, Əmirəlmöminin (ə) Peyğəmbər (s)-la həm nəsb (nəsil), həm də qohumluq fəzilətini cəm edibdir. Amma nəsb cəhətinə hər ikisi Əbdül-Mütəllibin nəvələridir və qohumluq cəhətinə Peyğəmbərimiz Fatimə (s.ə)-ı tərnic edibdir.
Peyğəmbər (s) buyurur:
"Ey Əli! Həqiqətən Allah-təala Fatiməni sənə nigah etdi. Yeri onun başlığı müəyyən etdi. Hər kəs onun (Yerin) üstündə səninlə düşmənçilik edərək getsə (hərəkət etsə) ona haramdır." (Yənaibul-məvədət, səh 180)
Əbazər Kəbənin qapısının həlqəsindən tutub deyirdi:
"Kim məni tanıyırsa tanısın, kim məni tanımırsa tanısın. Mən Əbazər Qəffariyəm! Peyğəmbər (s)-dan eşitdim ki, belə buyurdu:
"Mənim əhli-beytim sizin üçün eyni ilə Nuhun gəmisi kimidir. Kim o gəmiyə minsə xilas olar. Kim ondan ayrılsa həlak olacaq.
Bu Hədis Buxari; Müslim; Müstədrəkül Şəbiheyn; Hafiz Təbərani cild 2, səh 184; yenə Hafiz Təbərani, "Mücmil kəbir" və "Mücəmil səgir" kitabında (Dehli çapı, səh 78; Süyut, "Tarixi Xülafə", səh 573)
Şey Məhəmməd Əmin Əntaki "Limaza əxtərtü məzhəbə Əhləl-bəyt" (nə üçün əhli-beyt məzhəbini seçdim) kitabında bu hədisin barəsində yazır:
"Bütün İslam alimlərini nəzəri budur ki, bu hədis səhih hədisdir, (müvatir hədisə yaxındır). Bir çox hafizlər, məşhur hədisçilər və alimlər öz kitablarında bu hədisi yazmışlar. Onların sayı 100-dən çoxdur. Hamısı da bu hədisi səhih hədis hesab edirlər. Hətta qeyri-müsəlmanlar da bu hədisi İslamihədis olaraq qeyd ediblər.
"Əqəbatül ənvar" kitabında "Səfinə"-"gəmi" hədisin 92 kitabdan nəql olunur. Bu kitabların hamısı böyük əhli-sünnə alimləri tərəfindən yazılmışdır.
Bu hədisdən axan məna budur ki, Peyğəmbər (s) demək istəyib ki, məndən sonra ümmətimi böyük tufanlar əhatə edəcək. Çoxları, yəni əhli-beytimi qəbul etməyənlər bu tufanın dalğaları arasında məhv olub batacaq. Nuh peyğəmbərin gəmisinin gərəklilik müddəti su çəkilənə qədər idi.Peyğəmbər (s)-ın buyurduğu gün əhli-beyt adlandırdığı nicat gəmisinin gərəkliliyi isə qiyamətə qədərdir. Əhli-beytgəmisinin sərnişinlərinin böyük mükafatı isə axirətdədir.
Mərhum Seyyid Əzim Şiravani "gəmi" hədisini nəzm edərək buyurur:
Olsa hər kim gəştiyi ali-Peyğəmbər sakini,
Baki (ağlar) olmaz qəhridə gər gündə yüz tufan olur.
Hər kimin kim, Heydəri-Kərrar tək mövlası var,
Xatiri xoş, könlü-xürrəm daima şadan olur.
Səfinə hədisini İmam İdris Şafei bir şeirində belə tərənnüm edir:
"Təriqətlər insanları azğınlıq və cəhalət dəryasında batdırdığı vaxt, mən Allahın adı ilə nicat gəmisinə səvar oldum. O gəmi Müstəfa, xatəm Rəsulun (s) əhli-beytidir. Mən onların ilahi bir ip olan vilayətindən yapışdım. Bizə əmr olunub ki, (Həmin Allah ipindən, yəni onların vilayətində-Quranda olan ayə) o ipdən yapışaq."
Çox yaxşıdır ki, hamı əhli-beytə təvəssül etsin və haqqı onlardan öyrənsin. Haqqı qəbul etməyənlər daima haqqa böhtanlar atıblar. Amma məsəl var deyərlər:
"Böhtan ayaq tutar, amma yeriməz."
Bəzi qərəzli adamlar iddia edirlər ki, şiə məzhəbi Osman ibn Əfvanın dövründə Abdullah ibn Səba adlı bir nəfər tərəfindən yaradılmışdır.
Onlar idda edir ki, əslən yəhudi olan Abdullah ibn Səba müsəlmanlar arasında ixtilaf yaratmaq üçün belə bir məzhəbin bünövrəsini qoymuş və bütün şiələr onun fikr və etiqadlarına tabe olmuşlar. Bu iddianın ağ yalan və böhtan olması hamıya məlumdur. Ona görə ki, şiəlik Osman ibn Əfvanın dövründə yaranmamışdır. Şiəliyin hələ Peyğəmbər (s)-ın dövründə olması onlarala əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə çötəbər hədislər bu məzhəbin Peyğəmbər (s)-ın özü tərəfindən açıqlandığını sübut edir. Necəki bəzi hədis və ayələr birinci xütbədə qeyd olundu.Digər tərəfdən bu məzhəbin banisi həqiqətən Abdullah ibn Səba olmuşsa onda bu adam bir məzhəb rəhbəri kimi şiələr tərəfindən hörmətlə yad edilməli idi. Hal bu ki, bu böhtan həmişə şiələr tərəfindən lənətlənir. Bütün mənbəələrimizdə bu adam kafir və məlun adlandırılır. Əllamə-Məclisinin Biharul-ənvar kitabında, həmçinin digər kitablarda qeyd olunur:
"Əli (ə) Abdullah ibn Səbanı 3 gün həbsdə saxladıqdan sonra, o tövbə etmədiyi üçün onu odda yandırdı."
Həmin kitablarda İmam Sadiq (ə) buyurur:
"Allah Səbaya lənət etsin. O (kişi) Əli (ə)-a Allahj olduğunu iddia etdi. Allaha and olsun ki, Əli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə..."
İbn Babəveyn "Ətaidi-Səduq" kitabında İmam Cəfər Sadiq (ə)-ın səhabəsi ibn Əyundan nəql edir:
"Bir gün İmam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Allah-təala Məhəmməd (s)-ı və Əli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir?"
İmam Sadiq (ə) buyurdu:
"O Allahın düşməni yalan deyir."
Biz bütün kitablarımıza nəzər salsaq Abdullah ibn Səbanı lənətləyən yüzlərlə hədisə rast gələrik.
Abdullah ibn Səba "Əliallahilər məzhəbinin bünövrəsini qoymuşdur. "Əliallahilər" - əqidəsi əhli-beyt tərəfdarları tərəfindən qəbul edilməmişdir və onlar kafir hesab olunurlar.
Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına kor-koranə şəkildə uyub, Qurana əks çıxırlar. Əli (ə)-ın "nəuzu-billah" Allah olduğuna etiqad bəsləyirlər. Əli (ə) onları diri-diri odda yandırtdırırdı. Bütün şiələr Allahın vahid olduğuna, Allahdan başqa hər şeyin məxluq və Ona möhtac olduğuna inanırlar.
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.
Vəssəlamu ələykum və rəhmətullah.