Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (04.VI.2010)


Xətib: Hacı Elşən Rüstəmov  

                                    1-ci Xütbə

           Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

 

         Mövzu: " Dostluq-3."   

           Allah-təala dostluğun qorunub saxlanılması üçün Fusillət surəsi 34-cu ayədə buyurur:

       "Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən.

         İmam Səccad (ə)-ın, əmisioğlu ilə sözü düşmüşdü. Elə ki, axşam oldu İmam Səccad(ə) qonaq gedərkən geyindiyi paltarları geyinib əmisioğlunun evinə yola düşdü. O, qapını döydü. Əmisioğlu baxdı ki, gələn İmam Səccad (ə)-dır. Elə bildi ki, onunla dava etməyə gəlib. Tez qılınc götürüb qapını açdı. Gördü ki, İmam qonaq paltarında gəlib. İmam ona dedi:

        "Ey əmioğlu əgər mənim günahım varsa Allah məni bağışlasın. Əgər sənin günahın varsa Allah səni bağışlasın." İmamın əmisioğlu hərəkətindən peşiman olub dedi:

         "Ey əmioğlu sənin günahın yoxdur. Mən günahkaram.

          Peyğəmbər (s) buyurur:

         "Ey Əbazər! Yaxşı dostun (olması) tənhalıqdan yaxşıdır. Tənhalıq yaxşıdır pis dostdan. Sükutdansa danışmaq yaxşıdır. ("Hər məsumdan 40 hədis", cild 77, səh 86)

          Cəbrail (ə) buyurur ki, ey kaş insan olaydım, alimlərlə dostluq edəydim. İnsa ictimai yaradıldığı üçün tənha ola bilməz. Məsələn, bir insan meşədə azıbsa milliyətindən asılı olmayaraq bir insan görərsə çox sevinər. Tənha yaşamaq, insanda vəsvəsəyə və bədgüman olmağa səbəb olur.  Hər adamla da dostluq etmək olmaz. İnsan namünasib tanımadığı adamla dostluq etsə bunun təlükəli nəticələri ola bilər. Yaxşı dost insan şəxsiyyətinin inkişafına səbəb olur. Ramazan ayının bəzi dualarıında yaxşı dost tapmaq və pis dostların uzaq olmasını arzu və xahiş edilir. Peyğəmbər (s) buyurur ki, insanın yaxşı və ya pis olması onun dostunun necə olması ilə təyin edirlər. Ona görə də necə adamla dostluq etməyə insan gərək diqqət yetirsin.

       İmam Həsən (ə) Cəmadəyə buyurur:

      "Özünə dost təyin edəndə bu xüsusiyyətlər onda olsun.

  • 1. Onunla həmrəy olmaq sənə ucalıq gətirsin.
  • 2. Əgər ona etibar etdin, səni qoruya.
  • 3. Əgər ondan kömək istədin, sənə kömək eliyə.
  • 4. Əgər ona bir şey desən, onu təsdiq edə.
  • 5. Əgər ona silə (yaxşılıq, ehsan, hal-əhval tutmaq, yoldaşlıq) etdin, o da əvəzini verə - yəni sənin kimi ola.
  • 6. Əgər ona əl uzatdın, onu möhtərəm bilə.
  • 7. Əgər çətinliyə düşdün, səni çətinlikdən çıxara.
  • 8. Səndə olan yaxşı keyfiyyətləri tərif edə.
  • 9. Əgər ir şey istədin, onu sənə verə.
  • 10. Əgər sakit qalsan, səninlə maraqlana.

                                             (Kənzülurürfan, cild 2, səh 26)

 

        Hər bir insan bu əlaqələrin  möhkəmləndirilməsi üçün çalışmalıdır. İnsan səmimiyyətə zərərli amilləri tanımalı və onları ictimai münasibətlər səhnəsindən silib atmalıdır. Bu yolda, yəni dostluq və səmiyyət əlaqələrinin yaradılması yolunda bütün zəruri qaydalardan istifadə edilməli və bu qaydalara riayət olunmalıdır. Təbii ki, insanların dost seçmə üsulu fərqlidir. Əgər seçim üçün meyar imandırsa, iman dərəcələri müxtəlif olduğundan bu sahədə seçimlər də müxtəlif olur. Daha üstün iman və mərifətə malik olan insan yalnız Allahın razılığı haqqında düşünür və bu razılıqdan başqa bir şeyin intizarında olmur. Belə bir düşüncə tərzinə malik olan insan dost seçimində də həmin meyara üstünlük verir. O, elə bir dost seçməyə çalışır ki, bu ünsiyyət ona daim Allahı xatırlatsın və onu Allaha yaxınlaşdırsın. İmanı zəif olan insanlar isə sadəcə elə bir dost seçmək istəyirlər ki, bu dostluq onların etiqadına zərbə vurmasın. Bu insanlar öz mənəvi təkamüllərinə yetərincə  diqqət verməsələrdə, öz zərərlərinə də razı deyillər. Bir sözlə, zəif      imanlı insanlar dost seçimində bir o qədər də ehtiyatlı olmurlar.

        Dostluğun qorunmasında riayət olunası şərtlərdən biri səmimiyyətdir. Səmim dostun isə bir şərti ostun düşməni ilə dostluq edilməməsidir. Təbii ki, həyatda hər bir insanın həm dostu var, həm də düşməni. Amma mömünün dostluq meyarı yalnız ilahi razılıq olduğundan, o heç zaman Allahın, dinin düşmənləri ilə yaxınlıq etmir. Eləcə də Allahın və mömünlərin düşmənlərinin dostları ilə ülfətdən çəkinir. Amma ideal imana malik olmayanların dostluq və düşmənçiliyinin əsasını Allaha imantəşkil etmir. Bəzən mpmünlük iddiasında olanlarda bir-biri ilə düşmənçilik edirlər. Hansı ki, həqiqi mömün dünya malı üstündə savaşa qalxmaz. Ona görə də ən əhəmiyyətli məsələ kin-küdurətin necə aradan qalxması, dostluğun necə hifz olunmasır.

         Əgər sizin dostunuzun düşmənləri  varsa, dostunuzla münasibətləri qorumaq üçün onun düşmələri ilə yaxınlıq etməməlisiniz. Belə etsəniz dostluğunuz daha da möhkəmlənər. Siz bu səxslə dostluq etdiyiniz halda onun düşmənləri ilə yaxınlıq edə bilməzsiniz. Çünki dostunuz onun düşmənləri ilə yaxınlıq etdiyinizi görəsi halda sizinlə səmimi olası deyil.

         Beləcə dostluğunuzun möhkəm olmasını istədiyiniz halda onun düşmənləri ilə dostluq etməməlisiniz. Həzrət Əli (ə) buyurur:

         "Dostunun düşməni ilə dost olma. Belə etsən dostunla düşmənçilik etmiş olarsan."

          Çünki belə bir əməl elə dostla düşmənçilik etmək kimidir. Əgər bir şəxsin düşməni ilə dostluq edirsinizsə, elə onun özü ilə düşmənçilik edirsiniz.  Başqa sözlə Həzrət (ə)-in kəlamında   vurğulanır ki, həm dost, həm də dostun düşməni ilə yaxın münasibət səmimi ola bilməz. Bir şəxslə dostluq etmək istəyirsənizsə onun düşmənindən uzaq olmaq lazımdır. Əlbəttə bu o demək deyil ki, dostunuzun düşməni ilə düşmənçilik edəsinizi. Məqsəd dotun düşməni ilə dostluq etməmək, yaxın səmimi əlaqədə olmamaqdır. Çünki belə bir əməl dostunuz üçün təhlükə yaradır.

          İctimai əlaqlərdə kiminsə ikili rəftar etməsi mümkündür.  Yəni elələri var ki, hamı ilə dost olduğunu iddia edir. Hansı ki, bu şsin qəlbində heç bir kimsənin məhəbbəti yoxdur və o, dostluq qaydalarına riayət etmir. Belələri əslində hiyləgərlik edirlər. Əli (ə)-ın buyuduğundan belə məlum olur ki, mömün şəxs belə bir rəftardan uzaq olmalıdır. Çünki mömün saf, yekrəng olmalı və onun dostluğu, eləcədə düşmənçiliyi həqiqi olmalıdır. Necə ola bilər ki, insan biri ilə dost olduğunu iddia etdiyi halda qəlbində ona qarşı düşmən mövqe tutsun?! Həqiqi mömün birini dost seçirsə onun qəlbində həmin şəxsə qarşı məhəbbət və ehtiram olur. Əli (ə) necə də gözəl buyurur:

         "Hiyləgərlik etmə, bu alçaqların sifətidir."

          İnsan hiyləgərlikdən uzaq olmalı, onun zahiri ilə batini arasında uyğunluq hökm sürməlidir. Əgər biri ilə dostluq idiasındasansa həqiqətən ona yaxın ol. Əgər mömünsənsə hiyləgərlik sənə yaraşan iş deyil və bu sifət alçaqların sifətidir.

                             Bismillahir rəhmanir rəhim.

    Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati         vətəvasau bilhəqqi və təvasau bissabır.

      Sadaqallahul əliyyul əzi          

 

                                   

                                           2-ci Xütbə   

                

                Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

        Mövzu: "Dostluq - 4."

        Mayın 31-i, 2010-cu il tarixində Aralıq dənizində beynəlxalq sularda, İsrailin mühasirəsində olan Qəzzəyə dünyanın 40-a yaxın ölkəsindən 600 nəfərdən artıq olan adamdan ibarət humanitar yardım aparan 6 gəmi İsrail dövləti tərəfindən hərbiçilərin hücumuna məruz qalmışdır. Dövlət səviyyəsində olan terror zamanı 19 adam həlak olmuş, 50-dən çox adam isə yaralanmışdır. Azərbaycan respublikasından iki nəfər həmin karvanda olmuşlar. BMT-nin fövqəladə iclası çağırılmış, bu özbaşınalığa etiraz edilmişdir. Həmişə olduğu kimi ABŞ İsraili müdafiə etmişdir.

        Dünyanın əksər dövlətlərinin itimai, siyasi və dini şəxsiyyətləri bi haqsızlığı kəskin tənqid etmişdir. Türkiyyə respublikasının 4 vətəndaşı şəhid edilmişdir. Türkiyyə dövləti, milli məclisi və bu məsələni müzakirə edərək İsrail dövlətinin üzr istəməsini və Qəzənin mühasirəsinə son qoyma haqqında qərar çıxartmışdır.

         Qafqaz Müsəlmanları İdarəsinin sədri və bütün Qafqazın şeyxi, Allahşükür Paşazadə həzrətləri İsrail rejiminin Qəzzəyə humanitar yardım aparan gəmi karvanına hücumuna kəskin münasibət bildirir. Şeyxülislam həzrətləri ANS telekanalına müsahibəsində baş vermiş vəhşiliyi kəskin tənqid edərək beynəlxalq sularda baş verən hadisəni qəddarlıq adlandıraraq demişdir:

          "İsrail ya istefa versin, ya da üzr istəsin!"

        Şeyxülislam həzrətləri Bu hadisə ilə əlaqədər olaraq rəsmi surətdə etiraz bəyanatı vermişdir.

        Eləcə də dünən Cəmadius-sani ayının 20-si Peyğəmbər qızı Fatimeyi Zəhra (s.ə)-nın mübarək anadan olan günü idi. Mərhum İmam Xomeyninin də anadan olan günü h.q təqvimi ilə həmən gündür. Bu gün 21 il əvvəl 1989-cu il, iyun ayının 4-də isə böyük ictimai, siyasi və dini xadim Peyğəmbər (s) və Zəhra (s.ə) balası Seyyid Ruhullah Musəvi Xomeyni (r.ə)-in vəfatının il dönümüdür. Mərhum Şəhriyar İmam Xomeyni haqqında yazır:

       "Əsrin danışan Quranısan."

        Bu böyük şəxsiyyət Allahın bəşəriyyət üçün böyük tövhəsidir. Bu tövhə 12-ci İmam (ə)-ın zühuruna qədər davam edəcəkdir. Uca Allah mərhum Imamin və bütün şəhidlərin ruhun şad eləsin.    

         Xoşbəxt o adamdır ki, Peyğəmbər və əhli-beytini Allaha görə özünə dost tutub. Kim bu dünyada, kimi sevərsə, kimi özünə dost hesab edərsə, qiyamətdə onunla da məhşur olub, tanınacaqdır. Əgər bir adam özünə zülm edənləri dost tutarsa, qiyamətdə
onlarla da tanınacaqdır.

          İmam Sadiq (ə) buyurur ki, pis dost atəş kimidir. Kim bu odla yaxınlıq etsə, onu yandıracaqdır. Pis yoldaş Nuh peyğəmbərin oğlunu yoldan çıxartdı. Nəticədə o, sularda batdı. Pis yoldaş Cəfəri Kəzzabı yoldan çıxartdı. O da imamlıq idiası etdi. Baxmayaraq ki, İmam Hadi (ə)-ın oğlu idi. 11-ci İmamın qardaşı idi. 12-ci İmam (ə)-ın əmisi idi. Bütün bu səhvlərə səbəb pis yoldaş oldu. Sədi Şirazi yazır:

           "Nə qədər bacarırsansa pis yoldaşdan uzaq ol. Pis yoldaş əfi ilandan da pisdir. Pis ilan təkcə insanın canın alır. Pis yoldaş isə insanın həm canın, həm imanın alır."

            Necə ki, Fürqan surəsinin 28-ci ayəsində Allah-təala buyurur:

            "Vay halıma! İkaş filankəsi (şeytanı) özümə dost tutmayaydım."

       Quranda qiyamətin bir neçə cür adları vardır. Biri də həsrət günüdür.  Məryəm surəsində Allah-təala buyurur:

       "Onları həsrət günü ilə qorxut!"

       İmam Sadiq (ə) atasından və o da Peyğəmbər (s)-dan nəql edir:

       "3 tayfa ilə dostluq etmək ürəyi öldürər.

  • 1. Aubaş (bizim dildə 5 hərfdən ibarət olan söyüş) adamlarla oturub-durmaq.
  • 2. Qadınpərəst (qadınlarla çox söhbət etməyi xoşlayan) adamlarla oturub-durmaq.
  • 3. Malpərəst, dünyapərəst dövlətlilərlə oturub-durmaq.

       Əvvəlki xütbədə dostluğun qorunmasında səmimiyyətin böyük əhəmiyyəti olması haqqında danışdıq. Dostluğun  möhkəmləndirilməsinin digər bir çərti xeyirxahlıq və canyananlıqdır

Məsələn çətinliklər zamanı dosta yardım göstərilməlidir. Onun büdrəmələrinə göz yummamalı və onun səhvlərinin qarşısı alınmalıdır. Bir şəxsi dost seçdiyiniz zaman bu dostluqda səhlənkar olmamalısınız. Ona arxa durmaq və büdrəməlirini xatırlatmaq lazımdır. Onun büdrəmələri və nöqsanları düzgün şəkildə aradan qaldırılmalıdır. Yaxşı iş gördükdə ona səmimi qəlbdən təşəkkür edilməlidir. Ona kamillik qazanmaqda gücünüz çatan qədər köməklik göstərməlisiniz ki, xeyir işlərin icrasında irəli gedə bilsin. Məsələn, iki tələbə bir-birinə qarşı xeyirxah olmalıdır. Tələbə yalnız öz inkişafı haqqında yox, yoldaşının da inkişafı haqqında düşünməli, təhsildə öz köməyini əsirgəməməlidir. Bəzən iki tələbə səmim dost olsa da onların hər biri yalnız öz inkişafı barədə düşünür. Yalnız tələbə yoldaşını ötüb keçmək barədə düşünmək düzgün deyil. Özü ilə məşğul olan tələbə təbii ki, yodaşını yaddan çıxarır. Belə rəftar dostluğun çərtləri olan səmimiyyət və canyananlıqda bir araya sığmır. Hətta belə bir münasibət xəyanət də sayıla bilər. Dostluq zamanı belə bir rəftar yekrənglik və səmimiyyətə ziddir. İslam nəzərində dotluğun bir şərti bir şəxslə dostluğa başladıqda onun xeyirxahı olmaqdır. Dost dosta əlindən gələni əsirgəməməlidir. İlahi dostluğun tələb etdiyi hər bir əməli xeyirxahlıqla yerinə yetirmək lazımdır. Hətta dost imtina etsədə sən öz xeyirxahlığından qalmamalısan. Məsələn, onu hansısa bir pis işdən çəkindirmək üçün nəsihət etsən incisə bunun fərqi yoxdur, siz nəsihətinizi davam etdirin. Amma dostluq qaydalarının tapdamayın. Heç bir halda dosta nəsihət və xeyirxahlıq tərk olunmamalıdır. Gücünüz çatan qədər dostunuzu pis işlərdən çəkindirməyə çalışın. Xeyir iş gördüyü zaman bu işdə ona yardımçı olun. Qardaşına nəsihət verərkən istər yaxşı, istər pis - səmimi, xalis və qərəzsiz ol. Dostuna xeyirxahlıq hədiyyə et. Bir müddət xeyirxahlıq edib, bir müddət süst oturma. Yalnız öz inkişafın haqqında düşünmə. Öz xeyirini, dostunun xeyirindən üstün tutma. Ona daimi köməkçi, hara getsə yoldaş ol.  

       Dostluqda möhkəmlik və davamlılıq.

       Sözsüz ki, həyatda insan növbə-növ hallara düşür. O, gah yoxsuldur, gah varlı, gah xəstədir, gah sağlam. Onun müxtəlif problemləri olur. Növbə-növ hadisələrlə üzləşir. Bütün insanlar öz problemlərinin həllində başqalarının köməklərinə ehtiyaclıdır. Ona görə də bir şəxs dostunuzsa, ona bütün işlərdə yardımçı olun. Bir şəxs varlı olarkən onunla dostluq edib, kasıblığa düşəndə ona arxa çevirməyin. Kimsə ilə ictimai məqamına görə dostluq etməyin. Əgər belə bir şəslə dostluq edirsinizsə. Ictimai mövqeyini itirdiyinə görə onu atmayın. Dostluğunuzu hər zaman qorumağa çalışın. Bütün eniş-yoxuşlarda ona əl tutun. Onu kölgə tək izləyin.

  Bismillahir rəhmanir rəhim.

        Qul huvəllahu əhəd. Allahus səməd. Ləm  yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

Vəssəlamu ələykum və rəhmətullah.

 

 

Copyright 2008 © Imamhuseyn.org