Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (28.V.2010)


Xətib: Hacı Elşən Rüstəmov  

 

                                    1-ci Xütbə

   Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

     Mövzu: " Dostluq-1."

      Furqan surəsi 27, 28 və 29-cu ayələrdə Allah-təala buyurur:

    "O gün zalım (yəni o kəs ki, Allah və Peyğəmbər (s)-ın yolundan uzaqdır, onlar peşimançılıqla əllərini çeynəyib deyəcəklər:

    "Kaş mən Peyğəmbər (s) vasitəsi ilə (özümə)düzgün bir yol tutaydım."

    "Vay halıma! Kaş filankəsi (şeytanı və şeytansifətləri) özümə dost etməyəydim."

    "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər (s) və Quranın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikr edən Peyğəmbər (s)-dan və Qurandan) yayındırdı. Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxar. (zəlil və rüsvay edər)

       Peyğəmbər (s) buyurur:

     "Hənnariyun (İsa (ə)-ın köməkçiləri) İsa (ə)-a sual etdilər ki, ey Ruhullah, kiminlə dost olaq? Buyurdu:

  • 1. O adamla ki, onunla görüşəndə Allah yadına düşsün.
  • 2. Onun danışığı sənin elm və ibadətini çoxaltsın.
  • 3. Əməllərinə baxanda axirətə rəğbətin çoxala.

                                                                        (Üsulu-kafi, cild 1, səh 48)

         Əli (ə)-dan rəvayət olunub ki, Allahı tanıdıqdan sonra yaxşı dostdan şirin, pak şərif bir nemət yoxdur.

         Hər bir insan ağıl və düşüncə ilə çalışmalıdır ki, yaxşı dost tapsın. Ona görə də çox ölçüb-biçməli, dəqiq hesab və axtarış etməlidir. Ehtimala və zəif dəlillərə qane olmamalıdır. Amma eləki, insan yaxşı bir dost tapdısa, onu sınaqdan keçirtməlidir. Onun təqvalı, ağıllı və etibarlı bir dost olduğunu gördükdən sonra bu dostluğu qoruyub, saxlamalıdır.

          Bəziləri onun yaxşı olmadığını desə də onlara deməlidir:

         "Mən illərdir onunla dostam. Mən ona inanıram. Güman ki, siz səhv edirsiniz." Onun pis işlər gördüyünə əmin olmayınca, ondan əl üzmək olmaz. Həmin əminlik qəti dəlillərə əsaslanmalıdır. Haqsız mühakimə yürütməməlidir. Dostdan məhrum olmaq çox böyük bəladır. Şeytan heç vaxt iki mömünün dostluğunu istəməz. Allah-təala Maidə surəsi 91-ci ayədə

buyurur:

         "Həqiqətən də şeytan içki və qumarla arnıza kin və ədavət salmaq istəyir."

         Bu ayə şərab və qumar barəsində olsada təkcə bu iki şeyə aid deyil. Əslində bu iki şey ədavət və düşmənçilik səbəblərinin bir qismidir. Bu ayədə yəni şeytan şərab və qumar yolu ilə sizi bir-birinə düşmən etmək istədiyi kimi, başqa yollarla da sizin aranızda ədavət salmaq niyyətindədir. İki mömünün bir-birinə sədaqətli, səmim və məhəbbətli olmasını şeytan heç vaxt xoşlamır. Buna görədə müxtəlif yollarla dostlar arasında şübhə və bədgümanlıq toxumu səpir.

          Məsələn, bəzilərini vadar edir ki, söz gəzdirmək, böhtan, eybaxtarmaq, qeybət yolu ilə insanları bir-birinə qarşı bədbin etsin. Dostluq və məhəbbət aradan qalxsın. İki insan arasında məhəbbət və səmimiyyət qalmasın. Bu şeytanın arzusudur. Biz şeytanın arzusunu özündə qoyub yaxşı dostlar axtarmalıyıq. Allaha xatir bir-birimizi sevib, bu məhəbbətlərdən öz mənəvi inkişafımız üçünistifadə etməliyik. Allaha görə olan dostluq və sevgini rəğbətləndirən çoxlu hədislər vardır. Məsələn, İmam Baqir (ə) Hərət Peyğəmbərdən nəql edir:

         "Qiyamət günü bir dəstə (insan) üzlərində nur parlayan halda behiştə haqq-hesabız (qorxusuz) daxil olarlar". Adamlar soruşarlar ki, bunlar kimlərdir ki, behiştə hesabsız daxil olurlar? Cavab verilər:

           "Bunlar bir-birlərini Allaha görə dost tutub sevənlərdir." (Biharul-ənvar, cild 7, səh 195)

             Əli (ə) buyurur:

             "Dost öz qardaşına (dostuna) 3 vaxtda qayğı göstərməyincə (həqiqi) dost deyil:

  • 1. Onun çətinlik və narahatçılığında (canı və malı ilə dostunun yanında olmalıdır.)
  • 2. O, özü olmayanda (dostunun barəsində xoşa gəlməz sözlər deyilməsində və eşidilməsindı mane olmalıdır.)
  • 3. Vəfat edib həyaatla vidalaşanda (onun yanında olub dua və istiğfarla onu yad etməlidir. (Nəhcül-bəlağə)

            İnsanın ömrü qısa olduğu üçün, və bir çox digər səbəblərdən insanın insana ən azı mənəvi ehtiyacı vardır. Belə bir deyim var:

           "Hər kəsin miniyi gecə və gündüzdür. Özü getməsədə onu aparırlar."

           Deməli, bu fani dünyada insanlar Allaha göə dostluq etsələr, axirət həyatları da xeyirli olacaqdır. Necə ki, Ənkəbut surəsi, 64-cü ayədə Allah-təala buyurur:

            "Axirət evi şübhəsiz ki, əbədidir."

            Bəzən deyərlər ki, qardaşın necədir? Cavab verərlər ki, yol yoldaşı olmamışam. Dostun yaxşı olmasının təyin edilməsinə səfərdə olmağı n əhəmiyyəti böyükdür.

             Bir gün Peyğəmbər (s) səfərə çıxmışdır. Əmr etdi ki, yemək hazırlamaq üçün bir qoyun kəssinlər. Bir nəfər dedi ki, ey Peyğəmbər qoyunu mən kəsəcəm. Bir başqası dedi ki, məndə onun dərisini soyacağam. Digəri dedi ki, mən də bişirəcəyəm. Peyğəmbər (s) buyurdu:

     "Ocaq qalamaq üçün odunu mən yığacam."

     Dedilər: "Ey Peyğəmbər! Biz olan yerdə sizə zəhmət vermərik."

     Peyğəmbər (s) buyurdu:

    "Mən sizi özümdən üstün tutmağı xoşlamıram. Həqiqətən Allah-təala özünü başqalarından üstün tutmağı xoşlamaz." (Montəhal-əmal, cild 1, səh 23)

         İmam Rza (ə) Mədinədən Məkkəyə - Həcc ziyarətinə gedəndə Mədinə karvanlarına yox onu tanımasınlar deyə başqa şəhərlərin karvanlarına qoşulardı. Yol boyu karvanda olnalara xidmət edərdi. Odun yığıb, ocaq qalayar, xörək bişirib, süfrə salardı. Məkkəyə çatanda Məkkə əhalisi imama yaxınlaşıb, deyərdilər:

        "Salam olsun sənə ey Peyğəmbərin oğlu!"

        Bundan sonra karvandakılar imamı tanıyıb, deyərdilər ki, ey İmam! Niyə özünü bizə tanıtmadın ki, sizə xidmət edək. Amma İmamın məqsədi isə məlum idi. Çünki o, vəliyullah idi - yəni Allahın dostu, mömünlərin də dostudur.

         1993-cü ildə Quran örgənən şagirdlər və valideynləri 50 nıfırlik dəstədən ibarət Məşhəd ziyarətinə getmişdik. Mərhum Hüccətül-İslam Mirməhəmməd Təqi (Hacı Ağa) ağanın oğlu Ağamehdi ağa da bizimlə idi. O, gedən də və gələndə bütün yol boyu hər bir adama təkbətək yemək və su verərək hamının xidmətində dururdu. Bu yüksək insani keyfiyyət şübhəsiz ki, babalarından ona ərməğan olmuşdur. Bütün bu xislətlər dostluğun əsas şərtlərindəndir ki, bununda kökündə ilahi eşq və məhəbbət qərar tutur.

         Yol yoldaşının, dostun, ümumiyyətlə insanın ünsiyyətdə olduğu şəxslərin insan əxlaqına böyük təsiri vardır. İmam Sadiq (ə) buyurur:
         "Üç dəsdə ilə dotluq etməkdən çəkinin".

  • 1. Xain.
  • 2. Zalım.
  • 3. Xəbərçi. (Tohəful-uqul, səh 329)

        Sonra İmam Sadiq (ə) buyurur ki, əgər bir adamı xain bilirsənsə, yəni sənin adından gedib başqasına xəyanət edirsə, onun bil ki, bir dəfə də başqasının adından gəlib sənə xəyanət edəcəkdir. Əgər bi adam  xaindirsə, sən onu təmin edirsənsə, bu gün səninlədir. Başqası bir az səndən artıq pul versə gedib ona tabe olub, sənə xəyanət edəcək. Əgər bir adam sənin pulunla, əmrinlə başqasına zülm eləyirsə, bir gün başqası ona artıq pul versə gəlib o zülmü də sənə edəcək. Əgər bir adam ki, başqasından sənə xəbər gətirir və bu onun peşəsidir. Elə başqası da ona bir az artıq pul versə, səndən ona da xəbər gətirər. Belə adamlarla oturub durmaq məsləhət deyildir.

       İnsan içki içənlərlə, müxtəlif günah sahibləri ilə gərək dostluq etməsin. Peyğəmbər (s) buyurur ki, haram içki etməyi adət edənə nə qız verin, nədə ondan qız alın. Bəziləri hərdən bir içki içir, bəziləri isə hər gün içir. Belə adamlara adətkar və badəpərəst deyirlər.

     İmam Sadiq (ə) buyurur:

    "Dotluğun bəzi ölçüləri və şərtləri vardır. Kim də bu şərt və ölçülər yoxdursa o, dostluğa layiq deyildir. Amma yaxşı dostluq şərtləri:

  • 1. Zahiri və batili bir olsun.

 Yəni üzdə necədirsə, arxada da o cür olsun. Üzdə salamverib hal əhval soruşur, amma üzünü o tərəfə çevirən kimi o birinə göz vurub, dalınca səni pisləyir. Belə bir adam xaindir. Müəllimim deyir ki, mən cavan olanda bir nəfərlə oturub söhbət edirdik. Bir mömünün barəsində söz düşdü. Mən onu tanımırdım. Həmsöhbətim o adamın fasiq, pis olması haqqında danışırdı. Elə bu vaxt o adam gəlib çıxdı. Onun dalınca danışan adam ayağa durub, qollarını onun boynuna saldı. Sanki onun ən əziz adamı idi. Həmin vaxtdan nə ona inanıram nə də buna. Çünki onun pisliyini eşidirsən və onun haqqında eşitdiyini heç yerdə danışmaq olmaz. Ona görə ki, yəqinliyin  yoxur. Amma bunun iki- üzlüyü göz qabağındadır.

       İmam Sadiq (ə) ikinci şərti belə buyurur:

      "Sənin yaxşılığını öz yaxşılığı bilə, sənin pisliyini də öz pisliyi bilə."

     Yəni sənin abr-həyanı öz abr həyası və sənin rüsvayçılığını öz rüsvayçılığı bilə.

     3.  O dost ki, vəzifə və məqama və çoxlu mal-sərvətə yetişdi, əvvəlki dostluğunu saxlaya.

           Yəni elələei var ki, vəzifə dövlət sahibi olan kimi əvvəl ki, dostlarnı bəyənmir.

  • 4. Öz imkan və bacarığı qədər ehtiyac olduqda səndən əsirgəməyə.
  • 5. Əsl dost odur ki, bəla və müsibətlər baş verəndə, səni tək qoyub qaçmaya. Məsəl var deyərlər:

            "Bağda ərik var idi, salam əleyk var idi. Bağda ərik qurtardı, salam əleyk qurtardı."

     Yenə müəllimim deyir ki, bir nəfər var idi. Yerli idik. Hərdən bizə gəlib məsləhət alardı. Söhbət edərdik. Sonra onubir ilə yaxın görmədim. Eşitdim ki, millət vəkili olub. Vəzifəsi böyüyüb. Bir gün bir yığıncaqda görüşdük. Amma mənə salam vermədi. Sanki məni heç tanımır. Fikirləşdim ki, ola bilməz ki, məni heç tanımasın. Öz-özümə dedim. Bəlkə fikirlidir, ona görə məni tanımır. Özüm ona yaxınlaşıb salam verdim. Necəsiz, nə var, nə yox - deyə soruşdum. Mənə baxıb nə isə fikirləşib dedi:

        "Elə bil mənə tanış gəlirsən."

            Mən heçnə demədim. Çünki özümü onun səviyyəsinə endirmədim.

 

                             Bismillahir rəhmanir rəhim.

    Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati         vətəvasau bilhəqqi və təvasau bissabır.

      Sadaqallahul əliyyul əzim

  

                                            2-ci Xütbə   

                

                Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

        Mövzu: "Dostluq - 2."

       Bu gün 92 il əvvəl 1918-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda Müsavat höküməti - Xalq Cümhuriyyəti qurulmuşdur. Bu günün çox böyük əhəmiyyəti vardır. İmperializm və onun nökərləri - sovet Rusiyası və erməni daşnaqlarının əli ilə Milli hökümət 22 aydan sonra süquta yetirildi. Böyük Məmməd Əmin Rəsulzadənin dediyi tarixi kəlam 72 ildən  sonra öz yerini tutdu:

         "Bir dəfə yüksələn bayraq bir daha enməz."

        O dövrdə Əhməd Cavad yazmışdır:

                   Can qurban verməyin vaxtı çatıbsa,

                      Səndən hansı namərd əsirgəyər can?

                      Qoyaram başımı ayaqlarına,

                      Ey ana torpağım! Ey Azərbaycan!   

             Heç bir cəmiyyətdə dotluq olmasa inkişaf ola bilməz. Dinin, millətin, vətənin və milli dövlətyimizin düşmənlər üzərində zəfər və qalibiyyət əldə etməsi üçün hər bir şəxsöz vəzifə və mövqeyində son dərəcə ədalətli və məsuliyyətli olmalıdır. Hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməlidir. Belə olduqda dünya və axirət səadəti bizlərə nəsib olacaqdır.

        Zuxruf surəsi 67-ci ayədə Allah-təala buyurur:

      "Müttəqilərin (dostluğu) müstəsna olmaqla, o gün (qiyamətdə bütün) dostlar bir-birinə düşmən kəsilləcəklər.

        İmam Səccad (ə) övladlarından birinə, yəqin ki, İmam Baqir (ə) buyurur:

        "Sənə vəsiyyət edirəm ki, beş dəstə adamla oturub-durma, danışma, həmsəfər olma." Dedi:

          "Atacan onlar kimlərdir?"

         İmam Səccad (ə) buyurdu:

  • 1. Heç vaxt yalançı ilə oturub durma. Çünki yalançı sərab kimidir. Uzağı sənə yaxın, yaxını isə sənə uzaq göstərər.
  • 2. Heç vaxt fasiq (aşkar günah edənlə) və pis iş görənlərlə oturub-durma ki, səni bir tikəyə ondan da ucuz satar.
  • 3. Heç vaxt paxılla oturub-durma. Əgər sən ehtiyaclı olsan, sənə kömək əlini uzatmaz.
  • 4. Heç vaxt axmaqla yoldaşlıq etmə. Çünki o sənə zərər və ziyan yetirər. Yəni sənə xeyir vermək istəsə də sənə ziyan yetirər.

 

          Bir gün qurbağa ilə durna dost olurlar. Durna deyir ki, gəl bir-birimizin ayağını iplə bağlayaq ki, lazım olduqda bir-birimizi tez tapaq. Elə də edirlər. Bir gün çalağan durnanı caynağına alıb aparır. Qurbağa da onunla havaya qalxıb həlak olur.

          Bir nəfər bir xəstənin görüşünə gedir. Xəstənin yanında onun övladlarına deyir ki, babanız da öləndə mənə xəbər vermədiz. Indi atanız ölən kimi mənə tez xəbər verin. Gəlim onun namaz və dəfnində iştirak edim. O adam öz səmimiyyətini bildirmək əvəzinə axmaqlığından xoşagəlməz sözlər danışırdı.

            

  • 5. Heç vaxt "qəti-rəhm" - lə dotluq etmə. Çünki onu quranda 3 yerdə məlun adlandırılmış oxudum. (1-ci. Məhəmməd surəsində, 2-ci. Rədd surəsi ayə 25, 3-cü. Bəqərə surəsi ayə 27)

          İmam Rza (ə) buyurur:

           "Əgər bir nəfər bir günahkarı özünə dost bilirsə onunla günahda şərikdir. Həmçinin bir kəs bir mömünü özünə dost bilərsə, onun itaətkarlıq və mömünlüyündə şərikdir. Əgər bir şəxs bir zalıma kömək edərsə onun zülmündə şərikdir. Əgər bir şəxs bir zalıma kömək etməzsə ədalət və dostluq yolundadır. Ey camaat bilin ki, Allaha dost olmaq ədalət və təqva nəticəsində də olur. (Vəsailüşşiə, cild 11, səh 446)

          İmam Rza (ə) buyurur:

          "Əgər bir kəs bizim şiələr ilə düşmənçilik edərsə bizimlə düşmənçilik etmişdir. Əgər bir kəs onlarla məhəbbət və dostluq edərsə bizimlə dostluq etmiş kimidir, çünki şiələr bizim gül və suyumuzdan yaradılmışdır. Kim onları sevərsə bizimlədir. Kim onları sevməzsə bizimlə olmayacaq. Kim onlardan üz çevirsə deməli Allahdan üz çevirmişdir. Əgər haram və ya bir pisliyi onlara aid etsələr deməli o pisliyi Allaha da aid ediblər. Çünki onlar Allahın sevimli bəndəliri və Allahın həqiqi dostlarıdır. (Vəsailüşşiə, cild 1, səh 441)

           Dost odur ki, onunla danışanda, söhbət edəndə səni axirətə rəğbətləndir. Odur ki, tarixdə dostun, yoldaşın cəmiyyətə, ailəyə təsirinin şahidi oluruq  Dost və yoldaş istər mənfi, istərsə də müsbət mənada ictimaiyyətdə öz təsirini göstərir. Ömər ibn Əbdüləziz Bəni-üməyyənin hakimləri içərisində ən yaxşısı idi. Camaat arasında əhli-beyt (ə)-a düşmənçilik etməyi, Həzrət Əli (ə)-ı söyməyi qanuniləşdirmişdi. Hətta uşaqları da bu işə öyrətmişdilər. Amma Ömər ibn Əbdüləziz hakim olandan sonra fikirləşdi ki, bu işi necə aradan qaldırsın? Onun yəhudi dostu var idi. O, yəhudini çağırıb dedi:

      "Səninlə işim var, gəl.

       Yəhudi gəldikdə ona dedi:

       "Sabah cümə namazında mən də gələcəyəm və orda olacağam. Namazdan sonra camaatın içində durub de ki, mən sənin qızını sevir və onunla ailə qurmaq istəyirəm.

         O zaman belə bir adət var idi. Kim birinin qızını sevsəydi, məsciddə elçilik edərdi. İndi həmin adət yoxdur. İndi əgər biri bu cür etsə, məscidin içində bu sözü desə yaxşı olmaz. Əgər qızı verəcəkdisə bundan sonra daha verməz.

        Ömər ibn Əbdüləziz ona dedi:

       "Sən məndən qızımı istə məndə sənə deyəcəyəm ki, yox olmaz. Çünki sən yəhudisən, mən isə müsəlman. İslamda müsəlman qızı yəhudiyə vermək olmaz. Bu iş haramdır. Onda sən də de ki, bəs niyə Peyğəmbər (s) öz qızını Əli (ə)-a verdi? Mən də deyəcəyəm ki, Əli müsəlman idi. Sən də deyərsən ki, "əgər Əli müsəlman olduğu halda niyə əməvilər onu söyürlər?" Sən bu sözləri de. Qalan söhbətlər mənlikdir. Nəlazımdırsa, özüm edəcəyəm. Cümə günü oldu. Ömər ibn Əbdüləziz içəri girdi. Bütün millət namaza hazırlaşmışdı. Yaxşı bir fürsət idi. Yəhudi ayağa qalxıb ona deyilən sözləri deməyə başladı. Ömər ibn Əbdüləziz dedi:

       "Əli (ə) özü də ən birinci iman gətirən müsəlman idi.

       Yəhudi dedi:

       "Əgər belədirsə Bəni-üməyyə onu söyür, pisləyir, camaata da Əlini söyməyi öyrədir, ona lənət oxuyurlar.

       Ömər ibn Əbdüləziz üzünü camaata tutub dedi ki, ey camat! Bunun cavabını siz verin.

        Hamı susdu və heç nə deyə bilmədi. Bununla da onun fikri baş tudu. Bu sözlər camaata təsir göstərdi. Ömər ibn Əbdüləzizin bu rəftarı hamının ağzını bağladı. Yavaş-yavaş bu məntiqlə Bəni-üməyyənin bu cinayətinin qarşısı alındı. Camaatında Həzrət Əli (ə)-a olan kin-küdrəti, söyüşləri aradan qalxdı.

        Ömər ibn Əbdüləziz deyir:

       Mən məktəbdə oxuyan vaxt bir nəfər Əli (ə) haqqında nalayiq sözlər dedi. Ustadım ona dedi ki, siz bu sözü danışmaqla düz iş görmürsüz. Həzrəti Əli (ə) Peyğəmbər (s)-ın əmisi oğlu və kürəkəni idi. Peyğəmbhər (s) özündən sonra Əli (ə)-ı Allahın əmri ilə vəliəhd qoyub getdi. Bu sözlər mənim yadımda qaldı və mən hakim olandan sonra bu işi icra etdim.

       Deməli həqiqi müəllim, yaxşı dost, insanın əxlaqına müsbəttəsir göstərir.

        Yezid öldükdən sonra onun Müaviyyə adlı oğlunu xəlifə qoydular. Tarixdə ona 2-ci Müaviyə deyirlər. Onun Ömərül-Məqsud adında halalzadə bir müəllimi var idi. Həmin müəllim bütün həqiqətləri ona öyrətdiyi üçün o, xitabət kürsüsünə çıxıb ata-babasını lənətlədi. Peyğəmbər əhli-beytini isə təriflədi. Hamı bir-biriə dəydi. Tədqiqad apardılar və bildilər ki, həmin müəllim həqiqəti ona başa salıb. Ona görə də onu diri-diri torpağa basdırdılar. 2-ci Müaviyyəni isə zəhərləyib öldürdülər. Yaxşı müəllimin təlimi nəticəsində 2-ci Müaviyyə cəhalət yox, səadət yolunu özü üçün təyin etdi.

          Buna görə də insan gərək kiminlə oturub-durduğunu bilə. Dost və yoldaşın, həmsöhbətin, ustadın, onun hərəkətlərində böyük təsir və rolu olduğu üçün təqvalı və pəhrizkar insanlarla dostluq etməlidir.

                  Bismillahir rəhmanir rəhim.

        Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

Vəssəlamu ələykum və rəhmətullah.

 

 

 

Copyright 2008 © Imamhuseyn.org