Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (14.V.2010)

   


Xətib: Hacı Elşən Rüstəmov  

                                   1-ci Xütbə

   Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

     Mövzu: " Allaha yaxın olmağın yolları ."

         Şübhəsiz Allah hər şeyə şahiddir. (Onların nə etdiklərini və ya nəyə layiq olduqlarını yaxşı bilir.) İnsanın imanının təkmilləşidirilməsi üçün bəzi yollardan istifadə etmək lazımdır.

•1.    Təfəkkür və qəti dəlillər:

       Allahın varlığını və töhidi isbat etmək üçün gətirilən dəlil və sübutlar bu yolda təsirlidir. Dəlillərlə sübut olunur ki, bütün varlıqlar ehtiyaclıdırlar. Onlar vücuda gəlmkədə və həyatlarını davam etdirməkdə, bütün əməl və rəftarlarında hər şeydən ehtiyacsız olan bir varlığa ehtiyaclıdırlar. Onlar, qəni və ehtiyacsız olan, heç bir cəhətdən məhdudlaşmayan, mütləq kamala sahibolan bir Vacibül-vücud sayəsində yaşayırlar. Vacibül-vücud bir zatdır ki, (varlıq) onda bir nöqsan, məhdudiyyət, ehtiyacın olmağı mümkün deyildir. Bütün kamal sifətlərinə malikdir. Onun müqəddəs zatında elm, qüdrət, həyat və s. kimi kamalların heç bir hədi hüdudu yoxdur. Hər bir yerdə hazır və nəzarətçidir. Heç bir şey Ondan pünhan və gizli deyildir. Bütün yaratdıqlarına yaxındır. İnsana, hətta, onun damarından belə yaxındır. Allah-təala Qaf surəsinin 16-cı ayəsində buyurur:

         "Biz ona şah damarından da yaxınıq!"

          Yəni, insanın adi hərəkətlərindən tutmuş, ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur.

           Bəqərə surəsi 115-ci ayədə Allah-təala buyurur:

          "Şərq də, qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!"

            Hədid surəsinin 4-cü ayəsində Allah-təala buyurur:

           "Siz harda olsanız Allah sizinlədir. O, sizin etdiklərinizi bilir və görür."

            Bir müəllim şagirdlərinə müraciət edir ki, kim bu toyuğu aparıb bir yerdə kəsə bilər ki, heç kəs onu görməsin. Bütün şagirdlər deyir ki. Biz bacararıq. Amma bir şagird deyir ki, mən bacarmaram. Müəllim səbəbini soruşduq da o cavab verib deyir ki, bəs hara getsəm Allah məni görəcək.

•2.    Allahın ayələrində düşünmək.

       Qurani-Kərim dünya varlıqlarının hər birini, dünyanı yaradanın vücuduna dair bir ayə və nişanə hesab edir. Bir çox ayələr təkid edir ki, dərindən düşünülməlidir ki, dünyada olan bütün gözəllikllər, qəribəliklər, nizam-intizam və ona hakim lan qanuna uyğunluqdan, elm və hikmət sahibi olan Pərvərdigarı drk edəsiniz. Bəqərə surəsi 164-cü ayədə Allah-təala buyurur:

        "Həqiqətən yerlərin və göyün yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində İçərisində insan üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göndərdiyi yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərfinə yaymasında, küləyin bir səmtdən başqa bir səmtə əsməsinə, Göylə yer arasında (Allahın əmrinə) tabe buludların hərəkətində ağıl və düşüncə sahibi olan insanlar üçün (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır."

           Təbiətdə olan qəribə hadisələr lə yanaşı insanlardan istənilmişdir ki, öz varlığında, eləcə də başdan-ayağa sirlər xəzinəsi olan ruhun və bədənin mürəkkəb quruluşunda dərindən fikirləşsinlər. Dillərin, rənglərin zahiri formaların müxtəlif olmasında, cütlərin varlığı barəsində dərindən düşünsünlər. Həmçinin insanlardan istənilmişdir ki, günəşin və ulduzların yaradılışında, onların gözəl və nizamlı hərəkətində, eləcə də yer, dağlar, təpələr, ağaclar, bitkilər, suda və quruda yaşayan müxtəlif canlılar barəsində təfəkkür etsinlər.

           Doğurdan da başdan ayağa gözəlliklərlə, qəribəliklərlə dolu olan dünyada hər bir varlıqda yüzlərlə sirlər, incəliklər gizlənmişdir. Günəş sistemi, ulduzlar, buludlardan tutmuş atom kimi heyrətləndirici bir aləm, yer, dağlar və mədənlərdən tutmuş okeanlara, dənizlərə, göllərə və çaylara qədər, böyük meşələrdən tutmuş müxtəlif bitkilərə qədər, böyüklü-kiçikli ağaclar qədər, böyük heyvanlardan tumuş, kiçik həşəratlara qədər və s. insan onlarda olan gözəllikləri dəqiq qanunuyğunluqları müşahidə etməklə, onların, Yaradanın sonsuz əzəmət və hikmətini dərk edərək, heyrətə dalır və deyir: "Pərvərdigara! Sən bunları boş-boşuna yaratmamısan! Ey insan! Ulduzlala bəzənmiş asimana nəzər sal və yaxşı-yaxşı fikirləş. Meşənin kənarında oturaraq, uca dağlara çıxaraq, Allahın əzəmət və qüdrətinə tamaşa et. Necədə gözəl dünyadır, necədə gözəl yaradandır!"

•3.    Allahı dərk edib ona yaxınlaşmağın digər yolu isə ibadətdir.

       İman və mərifət hasil olduqdan sonra insan yaxşı işlər görəyə, şəri vəzifələrini yerinə yetirməyə diqqət etməlidir. Çünki yaxşı əməl yalnız iman və mərifətlə kamilləşir. Nəticədə insan Allaha yaxınlaşır. Allah-təala Fatir surəsi 10-cu ayədə buyurur:
         "Hər kəs izzət istəyirsə (bilməlidir ki,) izzət bütünlklə Allaha məxsusdur. Pak söz (la ilahə illallah) Allaha doğru yüksəlir, saleh əməl isə (onu) daha da ucaldır."

        Saleh əməlin iman və mərifət ilə müqayisədəki rolu bir növ benzinini təyyarədən ötrü ifadə etdiyi rola bənzəyir. Benzin olmasa, təyyarəhavaya qalxıb hərəkətini davam etdirə bilmədiyi və yanacaq qurtaran zaman süqut etdiyi kimi, iman və mərifətdə saleh əməllə yanaşı olmasa insani yüksək məamlara çatdıra bilməz. Əgər saleh əməl ona kömək etməsə süqut edər.

        Hicr surəsi 99-cü ayədə Allah-təala buyurur:  

         "Pərvərdigarına ibadət et ki, yəqin (məqamı) sənin üçün hasil olsun."

        Nəfsin kamilləşməsinin, düzgün tərbiyyələnməsinin və yəqin məqamına çatmasının yeganə yolu şəri vəzifələri dəqiq və düzgün yerinə yetirməsində, ibadət və bəndəliyə ciddi yanaşmaqdadır. Əgər bir şəxs ibadətdən başqa yolla yüksək mənəvi məqalara çata biləcəyini güman edirsə, həqiqətən də yanılmışdır. Əli (ə) döyüşün şiddətli yerində tez-tez günəşin istiqamətinə baxırdı. Dedilər ki, ey Əli! Niyə günəşə tez-tez baxırsan? Buyurdu ki, günorta namazına az qalıb. Dedilər: "Döyüşün bu qızğın yerində də namaz olar?" Əli (ə) buyurdu: "Bu döyüş və qılınc vurmaq, elə namaz üçündür."

•4.    Allaha yaxınlaşmağın başqa bir yolu isə zikr və duadır.

        İslam dini zikr deməyə və onu davam etdirməyə xüsusi diqqət yetirmişdir. Həzrəti Peyğəmbər (s) və məsum İmamlardan çoxlu dualar və zikrlər gəlib çatmışdır. Onu oxuyanlar üçün çoxlu savablar nəzərdə tutulmuşdur. Zikr həqiqətdə nəfsin kamala yetişməsinə, insanın Allah dərgahına yaxınlaşmasına səbəb olan mühüm ibadət hesab olunur. Həzrəti Peyğəmbər (s) buyurur:

         "Beş şey insanın əməl tərəzəsini ağırlaşdırır: Sübhanəllah; Vəlhəmdulillah; Və la ilahə illallah; Vallahu əkbər; və saleh övladın ölümünə səbr etmək. (Biharul-ənvar, cild 93, dəh 169.)

            Hər kəlam Allahı insana xatırladırsa, mərhumu da həmd-səna və təsbih olarsa bu zikr adlanır. Bəqərə surəsi 152-ci ayədə Allah-təala buyurur: 

             "Bəs Məni (zikr edin) xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükr edin, kafir oolmayın. (Nemətlərimi danmayın!)"

              153-cü ayədə isə buyurur:

             "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla) Alahdan kömək diləyin..."

              Mərifət əhli bəzi zikrlərə daha çoxz üstünlük vermişlər.Bəziləri "la ilahə illallah" zikrini, bəziləri "Sübhanəllahi - Vəlhəmdulillahi - Və la ilahə illahi - Vallahu əkbər" zikrini, bəziləri isə, başqa zikrləri seçmişlər. Lakin bəxi hədislərdə məlum olur ki, "la ilahə illallah" kəlməsi başqa zikrlərdən daha üstündür.

               Peyğəmbər (s) buyurur: "İbadətlərin ən yaxşısı la ilahə illallah deməkdir." (Biharul-ənvar, cild 93, səh 168)

              Peyğəmbər (s) Cəbrail (ə)-dan nəql edir ki, Allah-təala belə buyurur:

              "La ilahə illallah kəlməsi mənim möhkəm (alınmaz) qalamdır. Hər kəs ona daxil olsa mənim əzabımdan amanda olar." (Biharul-ənvar, cild 93, səh 192)

              Mərhum Seyyid Ruhullah Musəvi hər gün Şəbaniyyə duasını oxuyarmış. Şahidi olmuşam lap qoca vaxtlarında mərhum Basqallı Hacı Həbib əmi nəin ki, youmiyyə namazlarını dəqiq vaxtında qılmağa çox ciddi diqqət yetirirdi, hətta müstəhəb zikr və namazları (Gecə namazlarını və zikrlərini) da eşq və məhəbbətlə yerinə yetirirdi.

              Mərhum Ayətullahul Üzma Seyyid Əbdüləli Səbzəvari çox böyük bir alim olub. 103 cild kitabın müəllifidir. 50 il Nəcəfdə "dərsi-xaric" deyib. Bir gecə Həzrəti Peyğəmbəri yuxuda görür. Peyğəmbər ona deyir ki, "Məbadiür-rəhman" adlı bir təfsir yaz. Mərhum Seyyid astranomik baxımdan 3 cilddən ibarət həmin təfsiri qələmə alır. Mərhum Seyyidi səhifeyi Səccadiyəni əzbər bilirmiş. Onun nəzərinə görə bütün müstəhəb namazlar və duaları icra etmək lazımdır. O hər gün Cəfəri-Təyyar namazın qılarmış. Xəstəxanada olanda Cəfəri-Təyyar namazını qıla bilmədiyi üçün evə gəldikdən sonra qəzasını qılarmış.

             Zikr və dualarda mühüm məsələlərdən biri  onun mənsına diqqət yetirməkdir. Çünki zikrlərin təkrar olunması və ya onların ddavam etdirilməsi, mənəvi diqqət yetirmədən, insanı məqsədinə çatdıra bilməz. Faydalı olan şey mənanı düşünərək insanın Allah qarşısında hüzuri-qəlb tapmasıdır - insan qəlbinə hücum edən, münasib olmayan fikrlərin inka edilməsidir. O qəlb Allah nuru ilə dola bilər ki, Allahdan başqa olanlardan boşaldılmış olsun.

       Bismillahir rəhmanir rəhim.

Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati vətəvasau bilhəqqi və təvasau bissabır.

      Sadaqallahul əliyyul əzim

  

 

                                  2-ci Xütbə   

                

                Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

        Mövzu: "Davamı."  

        Peyğəmbər (s) buyurur: "Fatimə mənim bədənimin bir parşasıdır. Kim onu inc idərsə, məni də nicidibdir." (Müsnədi-Əhməd ibn Həmbəl, cild 2, səh 5; Səhih-Müslim, cild 7, səh 141)

          Bu gün ki, günlər Fatimeyi-Zəhranın və 4 aylıq körpəsi Möhsinin şəhadət günləri olduğu üçün sizə baş sağlağı verirəm.

          Mərifət əhlindən bəziləri Allaha yaxınlaşmağa nail olmaq üçün aşağıdaki tövsiyyələrə etmişlər.

          1. Mürid hər bir şeydən əvvəl, tövbə vasitəsi ilə öznəfsinin günahlardan çirkin və rəzil xislətlərdən təmizləməlidir. Əvvəl tövbə məqsədi ilə qüsul et, qüsul halında günahlarını, batuni audəliklərini nəzərində canlandır və mehriban Allaha belə ərz et: "Pərvərdigara, günahlardan tövbə edərək Sənə tərəf qayıtdım. Qərara almışam ki, bir daha günah etməyim. Bədənimi su ilə pakladığım kimi., qəlbimi də günahlardan, audəliklərdən, rəzil xüsusiyyətlərdən paklayıram."

           2. Özünü daim Allahın hüzurunda gör və çalış ki, bütün vəziyyətlərdə Allahı xatırlayasan. Əgər azacıq qəflət baş vermiş olsa dərhal tövbə et.

           3.  Öz nəfsini günaha aludə olmaması üçün tamailə nəzarət altına al. Gecə-gündüz ərzində nəfsdən hesab çəkmək üçün bir saat ayır, gündəlik əməllərini tam diqqətlə araşdır, onu ciddi şəkildə mühasibəyə çəkib cəzalandır.

            4.  Sükuta riayət et, zərurət miqdarında artıq danışma.

            5.  Ehtiyac qədər yemək ye, çox yeməkdən, qarına qulluq etməkdən çəkin.

            6. Daim dəstəmazlı ol. Hər vaxt dəstəmazın batil olsa, dərhal yenidən dəstəmaz al. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Mütəal Allah buyurur: "Hər kəs dəstəmazı batil olduqda yenidən dəstəmaz almasa, Mənə cəfa etmişdir. Hər kəs dəstəmaz aldıqdan sonra iki rəkət namaz qılmasa Mənə cəfa etmişdir.Hər kəs namaz qılıb dünya və axirət işləri barəsində dua etsə, onun duasını qəbul etməsəm, Mən ona cəfa etmiş olaram."

            7. Gecə-gündüz ərzində bir saatı hüzuri-qəlblə Allaha ayır. Əgər gecə zamanı. Xüsusilə səhər çağları olsa daha yaxşı olar. Sakit bir güşədə əyləş, başını dizinə qoy və bütün duyğularını özünə cəm et. Yad fikirlərin daxil olmasının qarşısını ciddi şəkildə al. Bir müddət bu əəli davam etdir. Bəlkə sənin üçün müşakifələr (qeyb aləmindən görüntülər) hasil olunar.

            8.  "Ya Həyyu ya Qəyum, ya Mən la ilahə illa ənt"  zikrini daim dildə və eyni zamanda hüzuri-qəlblə təkrarla.

            9.  Gecə-gündüz ərzində uzun bir səcdə yerinə yetir və imkan olduqca hüziri-qəlblə bu zikrləri təkrar et: "La ilahə illa ənt, sübhanəkə inni kuntu minəz-zalimin."   

              Səcdənin davam etdirilməsi dəfələrlə təcrübədən çıxmışdır və çox müsbət təsirləri var. Bəzi ariflər barəsində nəql olunur ki, səcdədə bu zikri 4 min dəfə təkrar edirmişlər.

            10. Gecə-gündüzdə bir saat hüzuri-qəlb ilə "Ya Fəniyyu ya Muğni" sözünü təkrarlamaqdan ötrü ayır.

            11. Hər gün hüzuri-qəlblə bir qədər Quran oxu, ayələrin mənasında təfəkkür et. Əgər ayaq üstü oxusan daha yaxşı olar.

            12.  Sübhə yaxın yuxudan oayanan zaman dəstəmaz al və sakit bir yerdə gecə namazı qıl, vətr namazının qunutunu uzat, özün və mömünlər üçün bağışlanmaq istə.

             Gecə namzından sonra "Səxrə" ayəsini hüzuri-qəlb ilə 7 dəfə oxu, çünki bu, yəqinin hasil olmasında, Allahdan başqa fikirlərin zehindən çıxarılmasından çox faydalıdır. Səxrə ayəsi budur:

              "İnnə Rəbəkumullahulləzi xələqəssamavati vəl-ərzə fi sittəti əyyamin, summəstəva ələl-ərşi yuğşil-ləylən-nəharə  yətlubuhu həsisən vəş-şəmsu vəl qəməru vənnucumu müsəxxəratin bi əmrih , əla ləhul-xəlqu  vəl-əmru, təbarəkəllahu Rəbbul-aləmin. Udu Rəbbəkum təzərruən və xifyətən innəhu la yuhibbul-mutədin və la tufsidu filərzi bədə islahiha vəduhu xovfən və təməən innə rəhmətəllahi qəribun minəl-muhsinin."   

                Nəzərdə tutulan nəticəyə çatmaq üçün 40 gecə-gündüz bu göstərişə əməl edilməlidir. Mümkündür ki, Sübhan Allahın nəzərini cəlb edəsən və sənin üçün müəyyən uğurlar hasil olsun. Lakin əgər birinci 40 günlükdə müvəfəq olmasan məyus olma, ikinci 40 günlüyü daha artıq ciddiyətlə başla və öz istəyinə çatıncaya qədər davam etdir. Əgər yenə də müvəffəq olmasasn öz nəticəni artırana qədər 3-cü, 4-cü, 5-ci və s. 40 günlükləri əlavə etdir. Heç vaxt əməldən, ciddiyyətdən, nəfslə cihaddan usanma, Allaha mrifət uğrunda ciddiyyət göstər və mehriban Allahdan müvəffəqiyyətlər dilə. Səndə istedad və qabiliyyət formalaşan zaman Allahın köməkliyi ilə nəaliyyət əldə edəcəksən.

                 Allahdan başqa olan fikirləri qəlbdən çıxartmaq üçün tədricən 4 mərhələni ötmək olar:

  • 1. Birinci mərhələdə çalışın zikr halı ikən bütün diqqətiniz zikrlərə yönəlsin, bütün başqa fikirləri başınızdan çıxardın. Bu əməli o qədər davam etdirin ki, nəfsinizə kamil şəkildə hakim kəsiləsiniz və onun başqa fikirlərə yönəlməsinin qarşısını alasız.
  • 2. İkinci mərhələdə, elə birinci mərhələdə olduğu kimi, zikrlə məşğul olun, bu şərtlə ki, zikrin məna və məhfumlarına tam diqqət yetirəsiniz, onları zehninizdən keçirəsiniz, digər fikirlərin hücum gətirməsidən tamamilə uzaq olasız. Bu göstərişi o qədər davam etdirin ki, nəhayət zikrin bütün mərhələlərində başqa fikirlərin qəlbə yönəlməsinin qarşısını ala biləsiz. Eyni halda zikrlərin məfhum və mənalarını da diqqətlə nəzər yetirməlisiniz.
  • 3. Üçüncü mərhələdə çalışmalısınız ki, ilk növbədə mənaları qəlbinizdə canlandırasınız. Zikrləri qəlbdən qəbul edib onlara iman gətirdiyiniz üçün onu dilinizdə təkrar edəsiniz. Həqiqətdə dil qəlbə itaət edir.
  • 4. Dördüncü mərhələdə çalışırsınız ki, bütün fikirləri, mənaları və hətta zikrlərdən təsəvvür olunan məfhumları da qəlbinizdən çıxardasınız, onu Sübhan Allah tərəfindən əta olunan nuraniyyət üçün hazırlayasınız. Bütün varlığınızla Haqq-Təbarəkə və Təalaya diqqət yetirəsiniz, Ondan başqa hər bir şeyi qəlbinizdən çıxarıb, qəlbin qapısını Allah tərəfindən olan lütflərə açasınız. Bu zaman mümkündür ki, Allah tərəfindən olan məxsus lütflərə layiq görüləsiniz, ilahi urdan istifadə edəsiniz, onun cazibəsi ilə kamal mərhələsinə doğru seyr edəsiniz. Təkamül yolcusu bu məqamda o qədər qərq ola bilər ki, Allahdan başqa heç bir şeyi görməyə bilər, belə ki, öz nəfs və davranışlarını da müşahidə etməyə bilər, yalnız Allahla ünsiyyət bağlaya bilər.

              

          Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

 

Copyright 2008 © Imamhuseyn.org