Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.
Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Mövzu: "Fatimeyi-Zəhranın (s.ə-ın) həyatı ."
Peyğəmbər (s)-ın qızının adı: "Fatimə (s.ə)-dir.
Künyəsi: "Ummu Əbiha,
Ummul Həsəneyn, Ummusibtəyn.
Ləqəbi: Zəhra, Siddiqeyi-Kübra, Bətul, Səyyidətin-Nisail-Aləmin, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Mütəhhərə və s.
Yunis İbn Zəybək deyir ki, İmam Sadiq (ə) buyurdu: "Fatimə adının mənası nədir?" Ərz etdim ki, ey mənim sərvərim, onun mənasını mənə başa sal. Buyurudu: "Tutimət minəşşər." Yəni hər cür pislikdən təmizlənmiş, ayrılmış. Sonra buyurdu: "Əgər mömünlərin ağası Əli (ə) olmasaydı Fatimə (s.ə) üçün Adəmdən tutmuş, ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı." (Üsulu-Kafi, cild 1, səh 461)
Həmçinin rəvayət olub ki, Faztimən (s.ə)-ın adı Allahın "Fatir" adından götürülmüşdür.
O, Həzrətə ona görə Tahirə deyirlər ki, o, hər cür çirkinlikdən və pislikdən uzaqdır. Zəhra adlandırılmasının səbəbi isə gündə 3 dəfə nurlu camalınıın Əli (ə) üçün cilvələnməsindən irəli gəlirdi.
Bətul adlandırılmasının səbəbi isə Həzrəti Məryəm kimi qadınlara aid məlum adəti görməməsi olub. Bəziləri Bətul sözünü "Bətil" kəlməsindən olduğunu, yəni Allaha qovuşaraq bu dünyanı tərk etmək mənasında olduğunu demişlər.
Atası: Məhəmməd ibn Əbdulah (s).
Anası: Xədiceyi-Kübra binti Xuvəyld olub.
Xədicə (s.ə) Peyğəmbər (s)-ın birinci xanımı olub. Onlar 25 il birlikdə ailə həyatı sürüblər. İbrahimdən başqa bütün övladları ondan dünyaya gəlib. Xədicə (s.ə)-nın şənində Allah-təala Cəbrail (ə) vasitəsi ilə ona salam göndərib. (Müstədrəkül-hakim, cild 3, səh 186)
Xədicə vəfat edəndə Fatimeyi-Zəhra (s.ə)-nın 5 yaşı var idi. Xanım atasına sığınıb: "Anam hanı?, Anam hanı?"- dedi və ağladı.
Zəhra (s.ə) besətin 5-ci ili, hicrətdən 7 il əvvəl, cəmadülaxir ayının 20-də Məkkədə anadan olub. (Üsuli-kafi,)
Şəhadəti: Hicrətin 11-ci ili, 13 cəmadiüləvvəl vəya cəmadiülaxirin 3-də şəhid olub.
Dəfn yeri dəqiq bilinmir. Ya öz evində, və ya Bəqi qəbrstanlığındadır.
Mərhum Şeyx Səduqun fikrincə Bəqi qəbrstanlığındadır.
Ömür müddəti... 17 yaşla, 18 yaş arasında olub.
Övladları: Həsən və Hüseyn, Möhsün (səqt edilmiş), Zeynəbi-Kübra, Zeynəbi-Suğra (Gülsüm). Möhsün Qənzəf tərəfindən şəhid edilmişdir. (Mənaqib, cild 3, səh 357)
Fatimə (s.ə) Peyğəmbər (s)-ə çox oxşayırdı. Yerişi sanki Peyğəmbərin yerişi idi. Həmişə xanım Peyğəmbər (s)-ın yanına gələnbdə Peyğəmbər (s) onu mehribanlıqla qarşılayıb, əlindən öpərdi və buyururardı: "Fatimə bədənimin parçasıdır, kim onu sevindirsə məni sevindirib, kim ona pislik etsə mənə pislik edibdir. Fatimə mənə hamıdan əzizdir."
Fatimə (s.ə)-nını barəsində Mübahilə ayəsi - Ali-imran 61-ci ayə və Əhzab surəsi 33-cü ayə nazil olmuşdur. O, Allahın buyurduğu Əhli-beytdəndir. O, 11 İmamın anasıdır. O, mömünlərin anasıdır. O, Peyğəmbər (s)-ın buyurduğu kimi, Ummu Əbiha, yəni atasının anasıdır. Peyğəmbər buyurur: "O, əvvəldən axıra iki dünya qadınlarının xanımıdır. (Rövzətül-vaizin, səh 180)
Siyuti "Əddarul-Mənsur" kitabında Abdullah ibn Abbasdan nəql edir ki, 9 ay müddətində, yəni (dünyadan köçən günə qədər) gördüm ki, Peyğəmbər (s) hər gün hər namaz vaxtı Əli (ə)-ın qapısına gəlib buyururdu: "Allahın rəhmət və bərəkəti sizə olsun. Ey Əhli-beytim! (Allah-təala buyurur) Həqiqətən Allah istəyir ki, ki, siz Əhli-beyti bütün günahlardan uzaq edə, və sizi pk və təmiz qərar verə." Məlum olur ki, Peyğəmbər (s) 1350 dəfə Təthir ayəsini Əli (ə), Fatimə (s.ə) və Həsəneyn qapısında oxuyub. Yəni (30*5=150*9=1350) bu ayə ancaq və ancaq Əhli-beyt barəsində nazil olub. Təthir ayəsinin nazil olma səbəbi bu hadisə ilə bağlıdır ki, bir gün Peyğəmbər (s) Ummu Sələmənin evində idi. Fatimə (s.ə) atası üçün yemək gətirdi. Peyğəmbər buyurdu: "Əziz balam get Əli, Həsən və Hüseyni də çağır gəlsinlər. Onlar Peyğəmbərin yanına gəlib yemək yedilər. Ummu Sələmə deyir ki, Peyğəmbər (s) taxtın üstündə əyləşmişdi. Xeybər növündə olan əbanı başına çəkdi. Əli (ə), Fatimə (s.ə), Həsən və Hüseyni (ə)-ıə yanına çağırdı. Əbanı onların başının üstünə çəkdi. Və Təthir ayəsi nazil oldu. Ummu Sələmə deyir ki, mən əbanın bir tərəfini qaldırıb dedim ki, ey Peyğəmbər. Mən də sənin ailənin bir üzvüyəm. Bu ayəyə mən də aidəm? Peyğəmbər buyurdu: "Sən də xeyirlilərdənsən (yaxşılardansan)." (Müsnədi-Əhməd ibn Həmbəl, cild 6, səh 292-323.
Peyğəmbər (s) Fatimə (s.ə)-yə olan sonsuz məhəbbətini ifadə edən "ya həbibətə əbiha" - kimi kəlamlarını misal göstərmək olar. Bunun mənası ey atasının dostu və istəklisi deməkdir.
Allaha daha yaxın olan insanlar öz övladlarını yaxın qohumlarını və dostlarını nəfsani duyğular üzündən sevmirlər, əksinə onlar hər cür nəfsani, eləcədə qeyri-insani hissiyatdan uzaqdırlar. Belə şəxsiyyətlərin məhəbbəti ixlas üzündən Allaha görə olur. Allahdan qeyri başqalarına olan istəkləri isə elə yenə də Allaha tərəf qayıdır və Allaha xatir olur. Ona görədə Peyğəmbər (s) qızı Zəhra (s.ə)-nı çox sevirdi və ya Yaqub Peyğəmbər oğlu Yusifi çox sevirdi. Eləcədə İmam Hüseyn (ə) qardaşı Əbəl Fəzli çox sevirdi. Onu çağıranda sənə canım fəda olsun - deyirdi
"Müshəfi-Fatimə" adlı Zəhra (s.ə)-nın kitabı olmuşdur. "Bəsairud-dərəcat" kitabında yazılmışdır ki, İmam Sadiq (ə) buyurur: "Fatimə özündən sonra bir kitab yadigar qoyub. Bu kitab Quran deyildir. Lakin uca yaradan tərəfindən Fatiməyə nazil olan Allah kəlamıdır. Peyğəmbər (s) onu Həzrəti Əli (ə)-a söyləmiş, oda yazmışdır.
Əbu Bəsr deyir ki, mən İmam Sadiq (ə)-dan soruşdum ki, Fatimə (s.ə)-nin kitabı nədir? O, buyurdu: "Sizin əlinizdə olan Quranın 3 bərabər ölçüsündə bir kitabdır. Lakin Allaha anda olsun ki, Qurani-Kərimdən bir kəlmə də olsun onda yoxdur." Yəni Quranın zahiri mənasından dərk etdiyimiz mətləblər onda yoxdur. Əksinə bizim başa düşdüyümüz Quran təfsirləri kimi Qurana yazılmış bir şərhdir. Geniş məlumat almaq üçün "Əyanüşşiə" kitabının 1-ci cildi, səh 97-yə müraciət etmək olar.
Zəhra (s.ə) ibadətlə çox məşğul olurdu. İmam Həsən (ə) buyurur: "Cümə gecəsində anamı mehrabda ibadət edən gördüm. O, uzun zaman səcdə və rüku halında qaldı. Sübh çağı yetişəndə mömünlərin adını bir-bir çəkərək onlara dua etdi. Lakin özünə dua etmədi. Soruşdum ki, anacan başqaları kimi özün barədə niyə dua etmirsən? Anam "oğlum əvvəl qonum-qonşu, sonra isə ev" - deyə buyurdu.
Şeyx Səduq nəql edir ki, Fatimə (s.ə) buyurdu: "Rəsuli-Əkrəm (s)-dan eşitdim ki, cümə günündə elə bir saat var ki, əgər bir müsəlman Allahdan bir şey istəyə, hökmən Allah-təala onun istəyini verər.
Əli (ə) Fatimə (s.ə) ilə evlənəndə zirehini satıb toy tədarükü gördü. Onların evlənməyi də Allahın istək və nəzəri ilə olmuşdur. Şeyx Tusi yazır ki, Misbahul-mütəhəccid kitabında zilhiccə ayının əvvəlində (bəziləri 6-da yazıblar) Əli (ə) Fatimə (s.ə) ilə evləndi. Bu hicrətin 5-ci ilində baş verdi. Əli (ə) Fatimə (s.ə)-ya ev işlərində kömək edərdi. Əli (ə) buyurur: "Allaha and olsun ki, Allah-təala onun ruhunu cismindən ayıranadək Fatiməni heç vaxt incitməmişdim. Bir iş görməyə məcbur etmədim. O da məni incitməmiş və itaətimdən boyun qaçırmamışdır. Nə zaman ona baxsaydım bütün qəmim, kədərim və ağrılarım yox olardı."
İləlüşşərai kitabının 2-ci cild, 88-ci fəsil ,səh 366-dan nəql olunan rəvayətə əsasən Fatimə (s.ə) ev işlərində kömək etmək üçün atasından qulluqçu istədi. Ev işlərinin yüngül olması üçün Peyğəmbər (s), Əli (ə) və Fatimə (s.ə)-ya təsbeh zikrini öyrətdi və dedi: "Qulluqçudan daha üstün bir şey istəyirsənmi?" Fatimə buyurdu: "Bəli." Peyğəmbər (s) buyurdu: "Hər gün Allaha 33 sübhanəllah, 33 əlhəmdulillah və 34 dəfə Allaha əkbər de." Ftimə(s.ə) yun ipdən 34-dənə kürəcik düzəltdi. Sonra əmisi Həmzə şəhid olduqda onun torpağından təsbeh düzəldildi. Kərbəla hadisəsindən sonra isə Kərbəla torpağından təsbeh düzəldildi.
Fatimeyi-Zəhra (s.ə)-nın Əli (ə)-a məhəbbəti çox idi. Dünyadan köçən ana qədər Əli (ə)-ı müdafiə etmişdir. Həzrəti Zəhra (s.ə)-ya dəyən zərbə, vurulan töhmət, qabırğasının sınması, üzündən sillənin üz salması, 4 aylıq oğlunun öldürülməsi, qapısının yandırılması və bu kimi müxtəlif əzab və əziyyətlərə düçar olması Əli (ə)-a görə olmuşdur. Bu əzablar Əli (ə)-ın ilahi məqamlarını, haqlarının müdafiə etdiyindən baş vermişdir. Zəhra (s.ə) bütün əziyyətlərə haqq yolunda şəhid olana qədər dözdü. Ömrünün son anlarında Zəhra (s.ə)-nı ağlayan görərək, Əli (ə) ondan ağlamağının səbəbini soruşduqda xanım Fatimə (s.ə) buyurdu: "Məndən sonra sənə üz verəcək müsibətlərə görə ağlayıram" - deyə cavab verdi. Əli (ə) buyurdu: "Ağlama, Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə asan və kiçikdir. (Müntəhələmal)
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "Davamı."
Peyğəmbər (s) can üstə olandan Fatimeyi Zəhra (s.ə)-ın müsibətli günləri başladı. O gün ki, yəni Peyğəmbərin rehlətindən iki gün əvvəl, cümə axşamı günü Peyğəmbər kağız-qələm istədikdə Ömər ibn Xəttab: "Bu kişi hədyan danışır" - deməsi ilə.
Abbas ibn Abdullahdan belə rəvayət olunur ki, Zəhra (s.ə) buyurdu: "Atamın hörməti ölümünə yaxın yox oldu." Sonra dedi ki, atamın ağır müsibət günü cümə axşamı günüoldu. Buyurdular ki, o nə gün idi? Buyurdu ki, atam kağız-qələm istədikdə İbn Xəttab dedi ki, "bu kişi hədyan danışır".
Peyğəmbər dəstəmaz aldıqda, dəstəmaz suyunu şəfa və təbərrük olaraq götürərdilər. Yara üstünə tökərdilər, Allahın hökmü ilə yara sağalardı. Əhli-beytə qarşı siyasi, iqtisadi, mənəvi, psixaloji təzyiqlər "o sözdən" sonra başlandı. Peyğəmbər qızının qapısı yandırıldı. Qabırğası sındırıldı. Möhsün adlı 4 aylıq oğlu şəhid edildi:
Hayandı dəfn eləyib Mühsünü atası Əli?
Anası qəşş eləyən, asitanədən xəbər al.
Fədək bağı Fatimə (s.ə)-dan alınaraq, Peyğəmbər ailəsi iqtisadi çətinliklərə salındı. Əli (ə) balalarına yemək gətirmək üçün müsəlman olmayanlara quyu qazıb, fəhləlik edirdi. Əli (ə) 25 il xilafətdən uzaqlaşdırıldı, ibadət mehrabında şəhid edildi, İmam Həsən (ə) zəhərlə şəhid edidi, üstəlik kəfənlənmiş nəşi də oxlandı, İmam Hüseyn Kərbəlada susuz şəhid edildi. 4-cü İmamdan 12-ci İmama qədər hamısı zəhərlənib şəhid edildi. Səbəb? Cümə axşamı günü deyilən "o söz" oldu. 12-ci İmamın qeybdə olmasının da səbəbi yenə "o söz" oldu.
İmam Sadiq (ə) buyurur: "Əgər Əli (ə) xilafətdən uzaqlaşdırılmasaydı, yer üzündə hamı müsəlman olardı.
Əli (ə) beyət etmədiyi üçün Xalid ibn Vəlid Əli (ə)-ı namaz qıldığı yerdə öldürmək istədi, amma qəsd baş tutmadı.
Hərəti Peyğəmbər axır nəfəsində Fatimeyi Zəhra (s.ə)-yə xəbər verdi ki, sən tezliklə mənə qovuşacaqsan.
Mərhum Şeyx Mufid (993-cü il, miladi) "İrşad" kitabında belə yazır: "Mühacir və Ənsarın əksəriyyəti xilafət barəsində aralarında düşən ixtilafa görə Peyğəmbər (s)-ın dəfn mərasimində iştirak etmədilər. Elə buna görə də onların əksəriyyəti Peyğəmbər (s)-ın cənazəsinə meyit namazı qılmaqdan məhrum oldular. O gecə Fatimə (s.ə) "bu gün nə pis gündür, bu gün atamı itirdim" - deyib fəryad edərək səhəri açmışdı. Məlumdur ki, əksəriyyət "Səqifədə" toplanmışdı...
"Fədək" Mədinədən iki günlük yol məsafəsində yerləşir. Xeybər davasında Peyğəmbərə pay düşmüşdü. Peyğəmbər o kəndi və bağı qızı Fatiməyə hədiyyə etmişdi. Əbu Bəkr Xəlifə olan kimi o bağı Fatimənin əlindən aldı.
"Sünəni-Termizi" kitabında Əbu Hüreyrədən belə nəql olunur: "Fatimə (s.ə) Əbu Bəkrlə Ömərin yanına gəldi. Peyğəmbərin mirasını istədikdə onlar dedilər: - Biz Peyğəmbər (s)-ın belə buyuruğunu eşitmişik: "Bizdən heç bir şey irs aparılmaz." Fatimə (s.ə) dedi: "Allaha and olsun, bundan sonra siz iki nəfərlə heç vaxt danışmayacağam!" Həmin halda da dünyadan getdi və o iki şəxslə danışmadı." (Sünəni-Termizi, Əbvabus-siyər, cild 7, səh 111)
Ömər ibn Əbdüləziz xəlifə olan kimi Fədəyi Fatimə və Əli övladlarına qaytardı. Təbəqati ibn Səəd cild 5, səh 289-da yazır. Bəni-Üməyyə Ömər ibn Əbdüləzizin bu tədbirini xoşlamadılar və ona dedilər: "Əbu Bəkr və Ömərin işini qəbahətli etdin!
1-ci Xəlifə Fədək bağını Ümmü-Əymən və başqalarının şəhadətinə görə Zəhra (s.ə)-yə qaytardı. Amma elə həmən gün İbn Xəttab sənədi alıb cırdı. Aişə və Həfzə şəhadət verdilər ki, Peyğəmbərdən miras qalmaz.
Fatimə (s.ə) atasının fərağına və ona görə qarşı olan zülmlər səbəbindən (Qənfəz tərəfindən qabırğası sındırıldı, qapısı yandırıldı və s.) çox ağlayırdı. Münafiqlər şikayət etdilər ki, Fatimə bizi ağlamağı ilə narahat edir. Əli (ə) şəhər kənarında bir ev tikdi, Fatimə gedib orada ağlayırdı. O evə Beytül-Əhsaz - yəni qəm-qüssə evi adlandırdılar. Fatimə (s.ə)-nın xəstəliyi şiddətlənirdi.
Bir gün Əli (ə) evə daxil oldu və gördü ki, Fatimə (s.ə) həm xəmir yoğurub çörək bişirmək üçün, həm də su qızdırıb ki, İmam Həsən və İmam Hüseyni çimizdirsin. Əli (ə) buyurdu: "Ey Rəsulullahın qızı, mən görməmişdim ki, iki işi bir gündə görəsən. Nə səbəbə belə olub? Fatimə (s.ə) ağladı və dedi: "Ey Əmirəlmöminin, mənimlə sənin aranda ayrılıq vaxtı gəlib çatmışdır. Gecə atamı yuxuda gördüm ki, hündür bir yerdə dayanıb kiminsə intizarında olan kimi sağa-sola baxırdı. Dedim: "Atacan sən getdin, məni tək, tənha qoydun. Gecə-gündüz sənin fərağından ağlayıram. Nə rahat yata bilmirəm, nə də rahat yemək yeyə bilmirəm." Mənə dedi ki, qızım sənin intizarındayam. Sabah axşam mənim qonağım olacaqsan. Dünya zindanından rahat olan axirət evinə gələcəksən. (Darus-səlam, Mühəddis-Nuri, cild 1, səh 70)
Peyğəmbərin rehlətindən sonra Şura surəsi, 23-cü ayədə: "Peyğəmbərliyimin əvəzində ailəmə hörmət etməkdən başqa sizdən heçnə istəmirəm." Allah əmri "o sözdən" sonra pozuldu.
Hər bir iqilabın 3 dayağı olur. Birinci rəhbər, ikinci idealofi məktəb, ücüncü isə millət. Rəhbər Peyğəmbər idi. Idealofi məktəb isə Allah tərəfindən nazil olan qanunlar idi. Üçüncü isə Peyğəmbər ətrafına toplaşanlar idi. Peyğəmbər (s)-ın canişini, vəsisi Əli (ə) idi. Belə ki, bu üç qanunun üçü də pozuldu. Əli (ə) rəhbərlikdən kənarlaşdırılmaqla qanunlar pozuldu. Sonra müaviyyələr, Xalid ibn Vəlidlər, Müqeyrələr, Yezidlər hakimiyyətə gətirildi. Bunların hamısı əhli-beytə, xüsusilə Zəhra (s.ə)-yə mənəvi və maddi zərbələr idi. Xüsusilə atasının rehlətindən sonra baş vermiş olan haqsızlıqlar nəticəsində Peyğəmbər (s)-ın Reyhanəsi Fastimə (s.ə) 40 gün xəstə yatdı. Hiss elədi ki, haqsızlıqlarla dolu olan dünyadan köçür. Ummu-Əymən və Əsma binti Ümeysəni Əli (ə)-ın dalıyca göndərdi.
Əlıi (ə) məscidən çıxanda gördü ki, iki qadın kənarda dayanıb ağlayırlar. Həxrət onlara yaxınlaşdı. Onlar dedilər: "Ey Əli (ə) əgər evə gec gəlsən Fatiməni sağ görməyəcəksən." Əli (ə) tez evə gəldi. Gördü ki, Həsən (ə), Hüseyn (ə) Zeynəb (s.ə), Ümmü-Gülsüm (s.ə) analarının yanında dayanıb ağlayırlar. Əli (ə) Fatimənin başını sinəsi üstə aldı və səslədi: "Ey Fatimə!" - cavab gəlmədi. "Ey Peyğəmbərin qızı." - yenə cavab gəlmədi. Sonra dedi: "Ey Həsən (ə), Hüseyn (ə)-nin anası!" - Fatimə (s.ə) gözlərini açdı və dedi: "Ey əmimoğlu! Bu dünyadan gedirəm. Sənə vəsiyət edirəm ki, məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə evlənəsən ki, balalarıma mənim kimi baxsın." Sonra buyurdu: "O kəslər ki, bizə zülm etdilər onlar və onları müdafiə edənlər və haqqımızı tapdalayanlar mənim dəfnimdə olmasınlar - cənzə namazımı qılmasınlar. Məni gecə sdəfn et ki, onlar bilməsinlər. Peyğəmbər qızı, İmam Həsən və İmam Hüseynin anası, mömünlərin anası, qəm-qüssə, kədər içində qapısı yandırılmış, qabırğaları sındırılmış, 4 aylıq körpəsi öldürülmüş min dərd-bəla ilə dünyasını dəyişdi. Bəni- Haşim və Mədinə qadınları Ftimənin ətrafına cəm olldu. Əli (ə) bir kürsüdə əyləşib, ağlayırdı. Bütün şəhər matəmə batmışdı. Camaat gözləyirdi ki, cənazəni çölə çıxartsınlar ki, ona namza qılıb, dəfn etsinlər. Əbazər Qəffari camaata dedi ki, dəfn təxirə düşüb. Evinizə qayıdın. Camaat dağılışdıqdan sonra Əli (ə) parça üzərindən Fatimə (s.ə)-nı qüsl edib, kəfənlədi. Cənazəni evdən çıxartdılar. Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), Əmmar, Miqdad, Əqil, Əbazər, Salman və daha bir neçə nəfər bəni-Haşimdən
Zəhra (s.ə)-ya namaz qıldılar. Əli (ə) bir neçə yerdə qəbr düzəltdi ki, qəbrinin yeri bilinməsin. (Rövzətil Vaizin, səh 181)
Zəhra (s.ə)-nın qəbrinin yeri dəqiq bilinmir. Bəziləri (o cümlədən Şeyx Mufid) deyir ki,qəbri bəqi qəbrstanlığındadı.
Tarixi mənbəələri təhqiq etdikdə məlum olur ki, Peyğəmbər ailəsi, dünyapərəstlərin, tamahkarların Peyğəmbər rehlət edən andan əhli-beyti siyasi, iqtisadi, psixalofi hücumlara məruz qalmışlar.
Peyğəmbər ailəsinin ilk şəhidi Fatimə (s.ə) olmuşdur. İmam Sadiq (ə) buyurur: "Fatimənin şəhadətinin səbəbi bu idi ki, Qənfəz qılıncının qını ilə onu vurdu və uşağını öldürdü. Anam buna görə xəstə yatağına düşdü."
Allah bütün zalımlara lənət eləsni!
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.
Vəssəlamu ələykum və rəhmətullah