Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.
Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Mövzu: " Öüm anlayışı - 2 ."
Bəqərə surəsi 156-cıayədə Allah-təala buyurur: "...Biz Allahın bəndələriyik və (öləndən) sonra Ona tərəf qayıdacağıq..."
Ölümə etirazlar əslində insan və dünyanı tanımamaq, naqis və sonsuz dünya görüşündən yaranır.
Doğurdan da əgər ölüm dünyanın sonudursa, əbədi qalmaq istəyi həddindən artıq çox narahat edicidir. Ölüm, işıqlı gələcəyi görən düşüncədə sonsuz dərəcədə vəhşət yaradandır. Odur ki, klassik şairlərin çoxu bu mövzuda şeirlər yazmışlar.
Ey əzizan, bir baxın dünyayə ibrətxanədir,
Axirin fikr etməyən, aqil deyil, divanədir.
Uyma dünya mülkünə, bir gün o da fani olur,
Salik ol, yol başla mənzil ki, məzarıstanədir.
Görməyirsən, başlayıbdır karivan getməkdədir?
Karivan içrə yükün, tez bağlayan mərdanədir.
Mail olma, çox münəqqəs qəsrlərdə yatmağa,
Hər uca qəsrin üzü bir köhnə qəbristanədir.
Başuvi naz ilə qoyma, naz balış üstünə sən!
Min sənin tək naz edənlər, xak ilə yeksanədir.
Ölməyi yaddançıxartma, çox çətindir haləti,
Ölməsən taki bilməzsən nə desəm biganədir.
Bəzilərinin, həyatı pis sanmalarının səbəbi onların əbədi yaşamaq arzusuna malik olmaları və həmin arzunun gerçəkləşməsini qeyri-mümkün bir iş saymalarıdır.
Əbədi həyata inamı olmayan insan, öz quruluşu, arzu və düşüncələri arasında uyuşmazlıq görür və dili ilə deyir ki, varlığın sonu yoxdur. Bütün yollar fanilikdə bitir. Həyat və yaşayış pis və mənasızdır. Amma o, daha geniş və yetərli olan istedadlar dili ilə belə deyir: "Ölüm yoxluqdur, qarşıda sonu olmayan bir yol var. Əgər mənim həyatım məhdud olsaydı, mən əbədilik istedadı və arzusu ilə yardaılmazdım."
Allah-təala Quranda Muminin surəsi 115-ci ayədə belə buyurur: "Şühəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, haqq məclisində qadir hökmdar Allahın hüzurunda olacaqlar."
"Biz nə üçün ölürük?"sualı dünya yaranandan insanları narahat edib. Peyğəmbərlərdən birinin zamanında (olsun ki, Musa (ə)) camaat xahiş etdi ki, peyğəmbər Allahdan xahiş etsin ki, ölüm olmasın. Insanların atası, anası, oğlu-qızı və s. ölür, uşaqlar yetim qalır və başqa narahatçılıqlar baş verir. Peyğəmbər Alahdan xahiş etdi və bir müddət ölüm olmadı. Nənələr-babalar, atalar-analar yaşlaşırdı. Onlara xidmət etmək çətinləşirdi. Bir sözlə həyatın gedişatı və nizamı bir-birinə qarışdı. İnsanlar başa düşdü ki, səhv ediblər. Yenə Peyğəmbərdən xahiş etdilər ki, Allahdan istəsin, ölüm hadisəsi olsun. Biz səhv etmişik.
"Nə üçün ölürük?" iradının cavabı Cəlaləddin Mövləvi Ruminin bir dastanında belə gəlib: "Musa (ə) dedi ki, ey işləri hesaba əsaslanan Allah, nə üçün bir şeyi yaradıb, sonra onu xarab edirsən?" Allh-təala ona dedi ki, Mən sənin bu sualının inkar və nafsani istəklərdən yaranmadığını bilirəm. Əgər belə olmasaydı, səni ədəbləndirmək üçün məzəmmət edər, və bu sualına görə cəzalandırardım; amma sən bizim işlərimizin hikmətini və məsələnin sirrini bilmək istəyirsən. Sən bu məsələni öyrənərək, camaatı ondan xəbərdar etmək və bilməyəni başa salmaq istəyirsən. Allah-təala sonra buyurdu ki, ey ağıl sahibi, sualı soruşdun, indi cavabını eşit: "Ey Musa! Torpaqda toxum ək ki, sən özündə həmin işin insaflı olmasını etiraf edəsən."
Musa (ə)-ın əkini yetişib gözəl sünbüllər oldu. O, əlinə oraq alıb onların hamısını biçdi. Qeybdən qulağına səs gəldi ki, Nə üçün əkin əkərək onu yetişdirir, onra isə onu biçirsən? Musa dedi ki, ey Rəbbim! Mnim buranı dağıdaraq viran etməyimin səbəbi burada toxum və samanın olmasıdır. Toxumun saman anbarında olması yaxşı deyil, həmçinin toxum anbarında samanın olması da pisdir. Bunları bir-birinə qatmaq hikmətə uyğun deyil və aralarında fərq qoymaq vacibdir. Allah-təala ondan soruşdu ki, bu biliyi haradan öyrənmisən? Bu şamın nurunu haradan alışdırmısan? Musa dedi ki, ey Allahım, bu ayırma qabiliyyətini sən mənə vermisən. Allah ona dedi ki, bəs səncə Mənim belə bir ayırma qabiliyyətim yoxdur? Məxluqat arasında pak və çirkin ruhlar var. Bu sədəflər eyni dərəcədə deyildirlər. Onların arasında dürr və xalis olmayanları var . Buğdanı samandan ayırmaq lazım olduğu kimi, bu yaxşıları da pisdən ayırmaq lazımdır.
Belə bir fəlsəfi anlam var ki, hər qarış torpaq bir insan məzarıdır. İnsan torpaqdan yaranıb və cismani olaraq torpağa da qarışır. Bu barədə klassik şairlər xüsusilə Ömər Xəyyam, Məhsəti Gəncəvi və başqaları rübailər yazmışlar. Məsələn, Məhsəti Gəncəvi bir rübaisində belə deyir:
Dün çağı kuzəni əlimdən saldım
Sərxoşdum bilmədim daşlara çaldım.
Kuzə dilə gəlib, dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Bunu bilmək lazımdır ki, "ölüm və həyat" hadisələri, varlıq aləmində ardıcılıq və dəyişmə sistemi yaradırlar. Ölüm həyatın genişlənməsinə şərait yaradır. Həmişə bir dəstənin ölümü digər bir dəstənin həyatına şərait yaradır. Ölən canlıların bədənləri istifadəsiz qalmır. Onlardan bitkilər və ya yeni və təravətli canlılar yaradılır. Bu prosesin ardıcıl davam etməsi saysız-hesabsız miqdarda təkrarlanır və beləliklə zamanın sonsuz uzunluğunda həyat feyzigenişlənir.
Əvəlki hekayədə deyildiyi kimi əgər min il bundn əvvəl yaşayan insanlar ölməsəydilər. Bu günkü insanların yaşamasına növbə çatmazdı. Eləcə də müasir insanlar yer boşaltmasalar gələcək nəsillər üçün vücuda gəlmək imkanı olmayacaqdı. Əgər keçən ilki bitkilər, güllər yer üzündən silinməsəydilər, yeni ilin təzə və təravətli bitkiləri özlərini göstərmək üçün yer tapmazdılar.
Dərindən düşündükdə məlum olur ki, ölüm nisbi bir anlayışdır. Həzrəti Peyğəmbər (s)-dan nəql olunmuş bir hədisə əsasən insanlar yuxuya getdiyi kimi ölür və yuxudan durduqları kimi də dirilirlər. Əli (ə) buyurur: "İnsanlar yatıblar, elə ki, öldülər, oyanacaqlar." Ölümü nisbi qəbul edənlər nəinki ölümdən qorxmur, əksinə Əli (ə) kimi onun arzusundadırlar və ölümü qurtuluş və nicat hesab edirlər. Böyük filosoflardan biri demişdir: "Ölüm həqiqətdir." Əli (ə) ibadət mehrabında qılıclananda buyurdu: "And olsun Kəbənin Allahına ki, xilas oldum." Yəni dünyada olan haqsızlıqlardan nicat tapdım, qurtuldum.
Böyük İslam filosofu Mirdaməd deyir: "Ölümün acılığından qorxma, çünki onun acılığı elə ondan qorxmaqdadır."
İslam filosoflarından olmuş Şeyx Şəhabəddin Söhrəvərdi isə belə deyir: "Filosof öz iradəsi ilə ruhunu bədənindən çıxara bilməyincə, onu filosof hesab etmirik. Ruhu bədəndən çıxarmaq onun üçün sadə və adi bir iş olmalı və onun adətinə çevrilməlidir."
Bu cümləyə oxşar digər bir kəlam tədqiqarçı filosof Mirdaməddən ( İsfahan hozəsinin banisi olmuşdur.) belə nəql edilib: "Cisimlərinin qəlbində yetişmiş qiymətli gövhərini tanıyan şəxslərin məntiqi budur. Yetərsiz və məhdud mterialist düşüncələr çərçivəsində boğulan şəxs isə təbii ki, ölmdən nigaran qalacaqdır. Çünki onun fikrincə ölüm yoxluqdur. Allah Quranda Nəhl surəsi 70-ci ayədə buyurur: "Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir.
Həyat və ölüm iki növdür:
1-ci. Həyat və maddi ölümdür ki, bu insanda, heyvanda, bitkilərdə eynidir.
2-ci. Mənəvi həyatdır ki, bu imanlı və saleh əməl insanlara aiddir. Digəri isə pis əməllərin nəticəsində olan ənəvi ölümdür. Zahirdə yaşayır, əslində isə ölüdür.
Allah-təala əvvəlki ayədə buyurur: "Allah göydən bir yğış endirər, onunla yer üzü öldükdən sonra dirilər. Bu ayədə Allah-təala insanın maddi həyatından xəbər verir. Sonra həmin ayədə buyurur: "(Öyüd , nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. Yəni sizin üçün Allah quru torpağa həyat ver
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "Ölüm anlayışı."
İmanlı və saleh əməl insanların mənəvi həyatları barəsində Allah-təala Nəhl surəsi 97-ci ayədə belə buyurur: "Mömün olub yaxşı işlər görən kişi və qadına (dünya və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik".
Daimi olan axirət həyatını qazanmaq üçün insan müvəqqəti dünyada imtahandan keçir. İnsan çalışmalıdır ki, şeytan və şeytansifətlər onu aldatmasın. Yasin surəsində 60-63-cü ayələrdə Allah-təala buyurur: "Ey Adəm övladı! Məgər Mən sizə: (dünyada) "Şeytana ibadət etməyin. O, sizin açıq düşməninizdir! Və mənə ibadət edin. Bu doğru yoldur! - deyə əmr etmədimmi? Həqiqətən şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlımnız kəsmirdi?"
Təəssüflər olsun ki, bəzi insanlar müvəqqəti olan həyata bəsirət gözü ilə baxmırlar. Onlar bir növ yuxuludurlar. Onlar hardan gəldikləri və haraya gedəcəkləri barədə düşünmürlər. Ancaq yemək, içmək və başqa dünya nemətləri haqqında düşünürlər. Onların bu həyat tərzi təfəkkürü olmayan canlıların həyat tərzindən fərqlənmir. Allah-təala Məhəmməd surəsinin 12-ci ayəsində buyurur: "...Kafirlər isə səfa sürər, heyvan kimi yeyib-içərlər."
Maddi həyatı beşgünlük, sonunu yoxluq bilənlər həris, ləzzətpərəst, eqayist, ətrafdakilara diqətsiz olur, ötəri hesab etdikləri dünyada daha çox faydalanmağa çalışırlar. Onlar yalnız yemək-içmək haqqında düşünüb, kübar, pozğun həyat sürməyə çalışırlar.
Amma maddi həyatı öz varlıqlarının məqsədi hesab edənlər, onu imtahan meydanı sayanlar, insanlıq və axirət haqqında düşünürlər. Öz vəzifələrini yerinə yetirməyə can atırlar. Onlar bir müddət sonra dünya həyatının başa çatacağına və əbədi həyata qədəm qoyacaqlarına inanırlar. Hədid surəsi 20-ci ayədə Allah-təala buyurur: "(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o, quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) Axirətdə şiddətli əzab, (dünya malıına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir."
Fəcr surəsi 24-cü ayədə isə oxuyuruq: "Ey kaş (axirət) həyatım üçün bir şey fikirləşərdim." Artıq iş-işdən keçmişdir. Odur ki, deyəcək: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım." - Nəba surəsi 40-cı ayə.
Əraf surəsi 34-cü ayəə Allah-təala buyurur: "Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölümü) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nədə tələsərlər." Əli (ə) Nəhcül-Bəlağədə buyurur: "Oğlum! Ölüm, ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanınna gələnədək özünü (yaxşı əməllərlə) bəzə və hazırlaş. Məbadə qəfil gəlib səni məğlub edə, aldanmış vəziyyətdə tapa. Axirət, onun nemətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanıkiçik və xar göstərər. Məbadə dünyaya könül verən dünya (malı, zinəti) üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş. Dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzündən pərdəni qaldırmışdır."
Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyəti öyükdür. Əli (ə)-ın bu xəbərdarlığından sonra müsəlman şəxs heç vaxt ölümü unutmamalıdır. Ölümü yaddan çıxartmamaq ölümə və axirətə inamlı olmaqdır. Əksər insanlar Allaha inanır. Amma layiqincə inanmadığı üçün bu inam onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və Allahın razılığını nəzərə almırlar. Amma layiqincə inananlar və axirəti qəul edənlərin bu inamı onların həyat tərzinə müsbət təsir göstərir. Onları Allah qanunlarına uyğun yaşamağa vadar edir. Axirətə inanan dərk edir ki, öz istəyi ilə yaşasa bədbəxt olub, əbədi əzaba qovuşacaqdır. Zərb-məsəldədə deyilir: "İstədiyini eləyən, istəmədiyi ilə qarşılaşar." Düşüncəli insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə etdikdə şübhəsiz ki, əbədi səadəti qoyub, müvəqqəti həyatı seçəsi deyil. Amma elə Allah aşiqləri var ki, Allahın razılığını həm dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əlbətdə belələri azdır. Bunun bariz nümunəsi Kərbəla şəhidlərinin timsalında cilvələnir.
Ölümü unudan insan şeytana təslim olur. Öz ətrafında olanların başına gələn müsibətləri, qəfil ölümləri gördüyü halda yenə də dünya həyatının əbədi olduğunu zənn edir. Dünya ləzzətlərinə başını qatır. Ölümüq yaddan çıxardır. Deməli Allahı da yaddan çıxardır. Nəticədə şeytan qoşunun üzvü olur.
Əli (ə) buyurur ki, ölümü unudanlar heç vaxt axirətə hazırlaşmırlar.
Ölüm gec və ya tez hər bir insanın, kim olursan ol sorağına gələcəkdir. Bir hekayədə var ki, Süleyman Peyğəmbər Məscidül-Əksanı tikdirirdi. Hündür bir qayanın üstündə əsasına söykənib, fəhlələrin işinə yaxından nəzarət edirdi. Elə həmən vaxt Əzrail (ə) ghözlərinə görsənib dedi: "Ey Peyğəmbər! Vaxtın tamamdı!" Ölüm xəbərin eşitcək Süleyman Peyğəmbərin təsbehi ayaqları altına düşdü, dedi: "İcazə verirsən ki, əyilib təsbehimi götürüm?" Əzrail (ə) dedi: "Ey Peyğəmbər! Buna vaxt yoxdu!" Elə o andaca canını aldı. Süleyman peyğəmbər gözlərini yummağada imkan tapmadığı üçün gözü açıq dünyasını dəyişdi. Amma əsasına söykəndiyinə görə müvazinətini itirmədiyi üçün yıxılmadı. Hərəkət etmədiyinə görə cür-bəcür şaələr başladı. Biri dedi ki, yatıb, digəri dedi ki, yatsaydı gözlərin örtərdi, bir başqası dedi, ölüb, digər bir başqası dedi ki, əgər ölsəydi ayaq üstə qala bilməzdi. Ta o vaxta qədər ki, Məscidül-Əqsa tikilib qurtardı. Allah qarışqalara əmr etdi əsanın altın ovdular. Əsa boşa getdikdə Süleyman həm peyğəmbər, həm hökmdar və digər üstünlükləri olmasına baxmayaraq qayanın üstündən aşağı gəldi.
Bu dünya fanidi, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı,
Qızıl taxtdan salan dünya,
Yalan dünya, yalan dünya.
(X. Qasım)
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.