Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (02.IV.2010)

Xətib: Hacı Elşən Rüstəmov  

                                                                1-ci Xütbə

Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.

Sadaqallahul əliyyul əzim.

    Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.

 

     Mövzu: "Tövbə-3 (davamı)".

     Zümər surəsi 53-cü ayədə Allah-təala buyurur: "...Allahın rəhmətindən ümüdsüz olmayın. Allah bütün günahları bağışlayır."

     Bu ayəyə əsasən tövbə qapısı hamının üzünə açıqdır. Peyğəmbər (s)-ın əmisi Həmzeyi Şühədanın qatili, Vəhşi adlı qara qul bu ayəni eşitdikdən sonra, Peyğəmbər (s)-ın hüzuruna gəlib tövbə etdi. Peyğəmbər (s) onun tövbəsini qəbul etdi. Lakin buyurdu: "Mənim gözümə görünmə. Çünki sənə baxa bilmirəm."

      Həzrəti Peyğəmbər (s) dan soruşdular ki, bu ayə təkcə Həmzeyi Şühədanın qatilinə aiddir, ya hamı üçündür? Həzrət buyurdu: "Hamı üçündür."

      Maidə surəsi 74-cü ayədə Allah-təala buyurur: "Məgər onlar Allaha tövbə edib, ondan bağışlanmalarını istəməyəcəklər? (And olsun Allaha ki,) Allah bağışlayan və mehribandır." Bu ayədə Allah-təala vədə verir ki, Mən tövbə edənin günahını bağışlayaram və rəhm də edərəm. Bu ayə insanları ümüdlü olmağa dəvət edir.

      Musa (ə)-ın zamanında quraqlıq oldu. Camaat namzında hamı Peyğəmbərdən xahiş etdi ki, o dua etsin, Allah-təala  yağış yağdırsın. Musa (ə) neçə gün dua elədi, amma yağış yağmadı. Musa (ə)-a dedilər ki, bəs sən Allahın necə peyğəmbərisən ki, Allah-təala sənin duanı qəbul etmir? Musa (ə) yenə dua elədi. Allah-təala buyurdu: "Sənin ümmətinin içərisində bir günahkar bəndə var, onun səbəbinə yağış yağmır." Musa (ə) camaat namazından sonra müraciət eləyib dedi: "Sizin içərinizdə bir günahkar bəndənin səbəbinə yağış yağmır. O kəs kimdisə çıxıb burdan getsin." O adam çox narahat oldu. Düşündü ki, mən durub gedəndə hamı məni tanıyacaq. Rüsvay olacam. Günahlarından peşiman olub, sidqi-qəlb ilə Allahdan bağışlanmağı xahiş elədi. Allah-təala onu bağışladı. Elə bu vaxt yağış yağmağa başladı. Dedilər ki, ey Peyğəmbər, heç kəs getmədi, yağış da yağdı.  Həzrəti Musa buyurdu ki, Allah onu bağışladığı üçün yağış yağdı. Sonra Həzrəti Musa xitab elədi: "İlahi bilə bilərəm ki, o günahkar kimdi?" Allah-təala buyurdu: "Ey Musa! O bəndə ki, günah halında idi, Mən onu tanıtmamışdım. İndiki Mən onun bağışlamışam, tanıdım? O da xəcalət çəksin? Deməli rəhmli və mehriban Allahdan kim bağışlanmağını xahiş etsə, inşaallah ki, Allah onu bağışlar.

      Rəvayətdə var ki, tövbə ayələri nazil olanda, şeytan çox narahat oldu. Övladların başına yığıb, məşvərət elədi ki, biz zəhmət çəkib insanları yoldan azdıracağıq, bəs onlar da tövbə edəcək və bizim də əziyyətimiz zay olacaq. Bəs nə edək?

       Şeytanın övladlarından biri dedi ki, biz tövbəni insanların qəlbində bu gün-sabaha salarıq, aldada-aldada gətirib çıxardarıq qəbrin kənarına.

       Nisa surəsi 18-ci ayədə Allah-təala buyurur: "Günah işlər görməkdə davam edərək, ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq." Deməli ölüm anında edilən tövbə qəbul deyil.

       Allahın "tövbə edin" əmrindən məqsəd insanları bu işə tələsdirməkdir. Tövbəni təxirə salmaq isə Allahın əmrini gecikdirməkdir. Allahın əmrini icra etməməkdir. İmam Cavad (ə) buyurur: "Tövbəni təxirə salmaq lovğalıqdır. Tövbənin təxir müddətini uzatmaq isə avaraçılıqdır."

        Bir gün bir şəxs Əli (ə)-dan ona nəsihət etməsini xahiş etdi. O, Həzrət buyurdu: "Yaxşı işlər görməmiş və ibadət etməmiş, axirət və behişt ümüdündə olma. Həmçinin uzun-uzadı arzularla tövbəni təxirə salma."

        Əli (ə) başqa bir hədisdə buyurur: "Tövbə etməyi bu gün sabaha salxlayan şəxsin dini yoxdur." 

        İmam Baqir (ə) buyurur: "Tövbəni təxirə saxlamaqdan çəkinin, çünki tövbəni təxirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi təxirə salan şəxs onda boğulacaqdır." Yəni ölüm əlamətləri görünəndən sonra artıq o kəsin öbəsi qəbul olmur.

         Firon allahlıq iddiası edirdi. İki qəsr düzəltdirmişdi. Birincidə - naz-nemət, istirahət. İkincidə isə əzab və işgəncə. Xoşuna gələni cənnət adlandırdığı birinci qəsrə, xoşuna gəlməyəni isə cəhənnəm adlandırdığı ikinci qəsrə saldırırdı. Musa (ə) və mömünləri təqib edərkən Nil çayında batanda bildi ki, axırıdır. Tövbə etmək istədi. Allah əmr elədi, Əzrail (ə) çayın dibinin palçığından onun ağzına basdı ki, dili "la ilahə illəlah"a - tövbəyə gəlməsin. Nisa surəsinin 1`8-ci ayəsinə əsasən Məhəmməd Həmədani deyir ki, İmam Rza (ə)-dan soruşdum ki, nə üçün firon (3-cü Ramzes) suda batdı və tövbəsi qəbul olmadı? İmam buyurdu: "Çünki o, Allahın əzabını gördükdən sonra iman gətirdi. Allahın əzabını gördükdən sonra iman gətirmək qəbul deyil."

         Bəzi hədislərdə var ki, mömün şəxs günah edərsə 7 saat ona möhlət verilir. Bu müddət ərzində etdiyi günahdan tövbə etsə, onun günahı yazılmır. Bəzi hədislərdə isə bunun müddəti səhərdən axşama kimi göstərilmişdir.

         İmam Sadiq (ə) buyurur: "Bəndə günah edərsə ona səhərdən axşama kimi möhlət verilir. Bu müddətdə səhərdən axşama kimi bağışlanma istəsə, onun günahı yazılmır."

         Tövbənin gözəl nətiələri vardır. Xalis tövbə insanı daxilən elə saflaşdırır ki, elə bil heç günah etməyib. İmam Baqir (ə) buyurur: "Günahdan tövbə edən şəxs günah etməmiş kimidir."

          Həqiqi tövbə günahların insanın ruhunda qoyduğu mənfi təsirləri məhv edir.

          Sovetlər birliyinin dağılması ilə dini azdalıqların genişlənməsi nəticəsində bir çoxları haqqa qayıtmağa başlayanda xəbis qəlbli şəxslər onlara irad tutub istehza edirdilər. Bir dəfə bir məclisdə bir molla məclisi idarə edirdi. O, əvvəllər düz yolda olmamışdı. Bir nəfər mollanın köhnə dırnağarası dostlarından biri ona irad tutdu ki, sən əvvəllər mənimlə toylarda içki içmisən. İndi namaz qılıb, Quran oxuyub, hətta mollalıq da edirsən. Molla cavab verdi ki, mən gördüm ki, bataqlıqda batıram. Qayıtdım düz yola. Sən isə hələ batmaqdasan... Əli (ə) Hədisil-qudsi kitabında buyurur: "Mən təəccüb edirəm o adamlara ki, başqalarında eyb axtarmaqla məşğuldur. Halbu ki, öz eyblərindən xəbərsizdir."

           Rəbb surəsi, 22-ci ayədə Allah-təala buyurur: "Düşüncəli şəxslər o kəslərdi ki, yaxşı işlər görməklə pis işlərini (qoyduğu təsiri) məhv edirlər." Bu ayəin geniş izahı Fürqan surəsi, 70-ci ayədə belədir: "Allah ancaq tövbə eləyən, iman gətirən, yaxşı iş görən şəxslərin pis işlərini yaxşı işlərlə əvəz edir."

           Günahlar iki cürdür: Böyük və kiçik günahlar. Böyük günahların sayı 40-dan çoxdur. Məsələn: Allaha şərik qoşmaq, içki içmək, qumar oynamaq, xəyanət etmək, ağ valideynlik, Peyğəmbər və əhli-beytinə hörmətsizlik, terror - təxribat və s.

            Kiçik günahlar bəzi etinasız davranış və hərəkətlərdir. Nisa urəsi 31-ci ayədə Allah-təala buyurur: "Əgər siz haram olan böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızdan keçəcəyik."

             Bəzi insanlar öz günahlarına haqq qazandırmaq üçün belə düşünürlər ki, günahsız ancaq Peyğəmbər və əimmə (ə) olduğu üçün biz günah etməkdə haqlıyıq. Belə adamlar üçün dindar, qeyri-dindar, məcsid, qoca-cavan heç bir fərq yoxdur. Təki günah etsinlər. Bu cür adamlar şeytan qoşununun üzvləridir. "Şeytan belə insanları görəndə onların şərinə düşməmək üçün uzaqdan gedir."

             Amma bəzi günahkarlar var ki, onlar böyük-kiçiyin yerini bilir, etik qanunları gözləyirlər. Məsələn: Bəzi içkili adamlar dindarlarla rastlaşanda özlərini görüşməyə layiq bilməyib kənara çəkilib üzr istəyirlər. Belə adamların düz yola gəlməsi tez bir zamanda başş verir.

            İmam Baqir (ə) buyurur: "3 iş günahları təmizləyən işlədəndir:

•1.    Ucadan salam vermək.

•2.    Camaata təam, ehsan  etmək.

•3.    Gecələr camaat yatan vaxtı ibadət etmək.

         Yenə İmam Baqir (ə) buyurur: "Dörd xasiyyət kimdə olsa, başdan ayağa günaha bulaşmış da olsa, Allah onun günahlarını (tövbə etdikdən) sonra bağışlayacaq:

         1.Düz danışmaq.

        2. Həyalı olmaq.

       3. Camaatanla yaxşı əxlaqla danışmaq.

      4. Allaha şükr eləmək.

                                            (Biharul-ənvar, cild 71, səh 332)

        Bir sıra günahlr var ki, bağışlnma məsələsi çox çətin olar. Bəlkə dəbağışlanması sual altındadır. Məsələn əhli-beytə düşmən olmaq, ağvalideynlik və s.

             Qeys ibn Qasım qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə 12 qızını dir-diri torpağa basdırmışdır. 13-cü qızını həyat yoldaşı ondan gizlin saxlamışdı. Lakin Qeys xəbər tutan kimi onu da diri-diri basdırdı. O, müsəlman olandan sonra günahlarında peşiman oldu. Peyğəmbərı (s)-ın hüzuruna gəlib əhvalatı danışdı. Bu vaxt Peyğəmbər (s)-ın gözləri yaşla dolub ağladı. O, Həzrət Qeysə buyurdu: "Ey Qeys! Səni çox pis günlər gözləyir. Rəhm etməyən şəxsə Allah da rəhm etməyəcək." Qeys ərz etdi: "Bəs mən hansı işlə bu günahlarımı yüngülləşdirə bilərəm?" Peyğəmbər buyurdu: "Basdırdığın hər qızın əvəzində bir qula azad et!" (Usdul-qabə, cild 4, səh 220)

           

İlahi! Bizim günahlarımızı bağışla! Həyatdakı nöqsanlarımızdan keç! Qədəmlərimizi möhkəm et! Bizi kafirlərə qalib et!   

 

Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəl kasər.

 Fəsəlli lirəbbikə vənhər. İnnə şaniəkə huvəl əbtər.

       Sadaqallahu əliyyul əzi

                                                

 

                           2-ci XÜTBƏ

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

 

    Mövzu: "Alahın rəhmətindən naümüd olmaq."

 

          31 mart 1918-ci il ermənilər tərəfindən müsəlmanların - xüsusilə Azərbaycanda, Türkiyyədə, İranın Səlmas, Xoy, Urmiya, Mərənd və digər müsəlman - türk yaşayış yerlərində müsəlmanların soyqırım günüdür. Təkcə Bakıda mart, aprel aylarında 30 min nəfər, Şamaxıda 7 mindən çox, Qubada 8 min, Kürdəmir və başqa yerlərdə insanlar öldürülmüşdür. Təkcə Urmiyada 1 ilə yaxın müddət ərzində 150 min nəfər azərbaycanlı öldürülmüşdür. Şamaxıda içərisi insanlarla dolu olan 26 məcsid yandırılmışdır. 10 il bundan əvvəl həmin hadisənin şahidləri olmuş İmamlı məhəlləsinin yaşlı sakinləri Cümşüd əmi və Meşədi Naspəri xala həmən hadisəni belə nəql etdilər:

          "Bizim 12 yaşımız var idi. Türk İslam ordusu gəldikdən sonra biz Ağdaş şəhərindən qayıtdıq. Atalarımız İmamzadə məcsidinin içərisindən yandırılmış yüzlərlə insanın sümüklərini yığıb, həyətdə basdırdılar." Hazırda 1918-ci ildə musavat  höküməti tərəfindən ümumi məzarlığın üzərində 8 güşəli ulduz atributu həkk edilmiş, məzar daşı olan qəbr qalmaqdadır...

            Dinimizdə Allahın əmrinə zidd olan bütün əməllər günah adlanır. O kiçik və böyük də olsa Allahın əmrinə əks olduğu üçün böyük sayılır. Əvvəldə qeyd olunduğu kimi İslam alimləri böyük və kiçik olmaq baxımından günahları iki yerə bölmüşlər.

             İmam Sadiq (ə) buyurur: "Böyük günah odur ki, Allah-təala Quranda ona od vədəsi vermişdir."

             "Üsuli-kafi" kitabında böyük günahların sayı 19 növ göstərilmişdir. Amma müxtəlif kitabları nəzərə salsaq böyük günahların sayı 40-dan artıq qeyd edilmişdir. Mərhum Seyyid Ruhullah Musəvi (r.ə) "Təhrirül-vəsilə" kitabında günahın 41 növünü qeyd etmişdir. Onların birincisi Allahın rəhmətindən naümüd olmaq, axırıncısı isə kiçik günahları təkrarlamaqdır.

              İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) öz səhabələri ilə səfərə çıxmışdır. Onlar susuz və quru bir səhraya çatdılar. Peyğəmbər ocaq qalamaq üçün öz səhabələrindən çör-çöp yığmaqlarını buyurdu. Səhabələr dedilər ki, ey Peyğəmbər (s)! Burada yığmağa bir şey gözə dəymir. Peyğəmbər (s) buyurdu: "Gedin və bacardığınız qədər axtarıb, yığın." Onlar hər birisi bir qədər quru çör-çöp yığıb gətirdi. Peyğəmbər buyurdu: "(Kiçik) günahlar da bu cür bir-birinin üstünə cəmləşir." Sonra buyurdu: "Kiçik günahlardan qorunun! Çünki onların hamısı (mələklər tərəfindən) yazılıb saxlanır."

               İmam Sadiq (ə) buyurur: "Hər bir kiçik günaha israr etsən onu böyük günah etmisən."

               "Yəs" ən böyük günahdır. Yəs yəni - Allahın sonsuz rəhmətinə, kərəm və qüdrətinə etiqadın olmaması.

                Allah-təala Quranıda Yusif surəsi 87-ci ayədə "yəs"in küfr və küffar əlaməti və xüsusiyyəti olmasını bəyan edir: "...Allahın rəhmətindən ümüdünüzü kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümüdünü üzər."

               İmam Sadiq (ə), İmam Müseyi-Kazim (ə), İmam Rza (ə) və İmam Cavad (ə) "yəs"i böyük günah hesab edblər. Heç bir günah ümüdsüzlük qədər böyük günah deyildir. Çünki cürbə-cür günah edənlər elə ki, qəflət yuxusundan ayıldılar, Allahın rəhmətindən ümüdvar olduqları halda tövbə edib bağışlanmaları mümkündür. Amma, o kəslər ki, Allahın rəhmətindən ümüdsüzdirlər. Onların bağışlanması mümkün deyildir. Çünki onların özü bunu istəmir. Çünki Allahın onları bağışlamasına ümüdləri yoxdur. Əgər olsaydı, tövbə edib bağışlanardılar.

                1980-ci illərin axırlarında  kommunizim əqidəsinin zəifləyib, Allaha qayıdışın başlandığı vaxtı mən təqribən yaşı 60-ı keçmiş olan bir nəfərə dedim ki, Ramazan ayı olduğu üçün oruc tut! Mənə dedi ki, o qədər günah eləmişəm ki, Allah məni bağışlamaz. Mən bir müddət onunla söhbətlər etdim. Allahın qüdrəti ilə hidayət olub ibadət əhli oldu.

           Allahın rəhmətindən naümüd olanlar belə düşünürlər ki, əgər mən cəzalanacağamsa, bəs nəyə görə dünya ləzzətlərindən məhrum olum? Deməli məyus və ümüdsüzlərin amalı dünya və maadiyyatdır. Odur ki, hər növ günahı özlərinə haqq bilirlər. Xüsusilə yalan danışmaq ki, cəmiyyətin bəlasıdır. Əli (ə) yalan danışmağı bütün günahların başı adlandırmışdır. Bir sözlə ümüdsüzlərin amalı dünya və maadiyyatdır ki, onlar pis əməllərinin girdabında (bataqlığında) boğulacaqlar.

         Allaha ümüdü olub təvəkkül edənlərin amalı axirət və mənəviyyatdır. Belə olduqda insan bütün müsbət keyfiyyətləri özündə əks etdirir. Allahın və insanların sevimlisi olur. Bəqərə surəsi 257-ci ayədə Allah-təala buyurur: "Allah Ona iman gətirənlərin (inananların) dostudur. Onları zülmətdən çıxardıb işığa tərəf yönəldir..."

         Rum surəsi, ayə 47-də Allah-təala buyurur: "Mömünlərə kömək etmək bizə vacibdir.

         Nəmrud İbrahim (ə)-ı oda atmaq isədikdə o, Allahın rəhmətinə sığındı. Ənbiya surəsi, ayə 69-da Allah-təala buyurur: "...Ey od! İbrahimə qarşı sərin və zərərsiz ol!"- deyə buyurdu. (hətta soyuğun ona zərəri olmasın)

         Bıçağın vəzifəsi kəsməkdir. Amma İbrahim (ə) oğlu İsmayil (ə)-ı Minada qurban kəsmək istədikdə Allah-təala öz rəhməti ilə bıçağın kəsmək xüsusiyyətini ləvğ etdi. İbrahim (ə) bıçağı daşa vuranda bıçaqdan səs gəldi: "Xəlil (İbrahim) deyir kəs, Cəlil (Allah) deyir kəsmə!"

          Dünyapərəstlərin, maadiyyat düşkünlərinin, zalım hökmdarların işi öldürmək, asıb-kəsmək olduğu halda,Allah-təala onların xüsusiyyətlərini ləvğ edir. Necə ki, firon və Musa (ə) hadisəsi bunu sübut edir. Firon əvvəl istəyirdi ki, Musa (ə) ana bətninə düşməsin, sonra isə onu uşaq ikən öldürmək istədi. Amma Allah-təala Musa (ə)-ı fironun sarayında onun öz əli ilə böyütdü. 

 

         Kim Allaha sığınsa və ondan köməklik istəsə Allah ona kömək olur.               

Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

 

 

 

 

Copyright 2008 © Imamhuseyn.org