Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (12.III.2010)

 

Xətib: Hacı Elşən Rüstəmov       

                                                      1-ci Xütbə

Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.

Sadaqallahul əliyyul əzim.

    Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.

     Mövzu: "Əli (ə)-ın nəzərində ünsiyyət".

     Əli (ə) "Nəhcül-Bəlağə" kitabında buyurur: "Oğlum! Vəsiyyətimi dərk et, özünü özün və başqaları arasında ölçü bil. Özün üçün istədiyini başqaları üçün də istə. Özünə qıymadığını başqalarına da qıyma. Zülm etmə, necə ki, özünə də zülm olunmasını istəmirsən. Yaxşılıq et, necə ki, özünədə yaxşılıq edilməsini istəyirsən. Başqaları üçün pis saydığını, özün üçün də pis say. Xalq üçün bəyəndiyini özün üçündə bəyən. Bilmədiyini danışma. Hətta, hər bildiyinidə danışma. Sənə deyilməsini istəmədiyin sözü başqalarına demə. Bil ki, xudpəsəndlik (özünü hamıdan üstün tutmaq) həqiqətə ziddir və təfəkkürün bəlasıdır. (Çox çalış və başqalarına xəzinədar olma) Eləki yolunu tapdın, Allah qarşısında təvazökar ol".

      Əli (ə)-ın bu kəlamında əsas məsələ dünya ilə müqayisədə əbədi axirət həyatının əhəmiyyətli olmasıdır. Əli (ə) dünya əhlini səfərdə olan karvana bənzədir. Bu səfərin özünə məxsus cürbəcür çətinlikləri var və insan bu çətinliklərə dözməlidir. Yolun çətinliklərinə dözməyən insan təbii ki, mənzil başına çata bilməz. Əgər insan bilsə ki, yol qısadır, çətinliklərə dözmək asan olar. Dünya həyatının qısalığını dərk edən insan da belədir. O heç zaman dünyaya əsir olmur. Axı hənsı məntiqlə əbədi axirət səadətini yarsı xoş, yarsı acı olan müvəqqəti dünya həyatına qurban vermək olar? Amma, axirətə inamı olmayan insan xoşbəxtliyin yolunu dünyada axtarır.

       Əli (ə) xəlifə təyin edildikdən sonra İbn Abbas gəlib Əli (ə)-ı xilafət kürsüsünə o Həzrət ayaqqabılarına yamaq vururdu. İbn Abbas isə gözləyirdi. Əli (ə) ayaqqabılarını yamayıb qurtardıqdan sonra İbn Abbasa dedi ki, bu ayaqqabıların nə qiyməti vardır? O, dedi ki, heç bir qiyməti yoxdur. Əli (ə) buyurdu: "Xilafətin də mənim üçün heç bir qiyməti yoxdur. Xilafəti məzlumların haqlarını müdafiə etmək üçün qəbul edirəm".

        Əli (ə) buyurur: "Özünü Özün və başqaları arasında ölçü bil". Hər bir insan başqaları ilə raftarını dəyərləndirmək üçün meyar və ölçüyə ehtiyaclıdır. İnsan istər-istəməz başqaları ilə ünsiyyətdə olur. Bəs başqaların hüququnu pozmamaq üçün necə rəftar etməlidir? Müqəddəs dinimizdə rəftar və ünsiyyət qaydaları geniş və dəqiq şəkildə öz əksini tapmışdır. Vacib və haram, müstəhəb və məkruh əməllər tam şəkildə açıqlanmışdır. Bunlara baxmayaraq sual meydana çıxır ki, ünsiyyət zamanı, istənilən bir şəraitdə istifadə ediləsi bir meyar və ölçü var ya yox? Bu suala Əli (ə) cavab verir ki, ünsiyyətin meyarı sən özünsən. Yəni elə rəftar etməlisən ki, özünə qarşı bu rəftarı istəyirsən. Özünü qarşındakı adamın yerinə qoy və bil ki, hansı rəftarla onu razı sala bilərsən. Belə bir ölçü vasitəsinə malik olan insanın başqalrı ilə ünsiyyətdə heç bir problemi olmur. İlk əvvəl bir qədər çətin əldə olunan bu üsul bir müddət sonra xasiyyətə çevrilir və asanlaşır.

         Ünsiyyət meyarının əhatə dairəsi genişdir. İnsan belə bir meyardan istifadə etməklə bütün sahələr üçün öz davranışını müəyyənləşdirməlidir. İnsan öz davranışını təyin etmək üçün Peyğəmbər və İmamlardan, mömün insanlardan nümunə götürməlidir. Bütün peyğəmbərlər və samavi kitablar təsdiqləyir ki, bəşəriyyət, insanlar bir ata və bir anadan yaranmışdır. Bu barədə quranda Allah-təala "Hücurat surəsi, ayə 13-də buyurur: "Ey iman gətirənlər! Həqiqətən Biz sizi bir kişidən və bir qadından yaratdıq..." Deməli bütün insanlar insanlıq və şərafətdə müştərəkdirlər. Heç kəs bu bərabərliyi inkar edə bilməz. Başqalarından yacşı rəftar gözlədiyimiz kimi başqaları da bizdən yaxşı rəftar gözləməyə haqlıdır. Qarşı tərəflə necə rəftar etmək lazım olduğunu bilmək üçün özümüzü həmin şəxsin yerinə qoymalıyıq. Hər bir insanın başqaları ilə qarşılıqlı münasibətdə hüquq və vəzifələri vardır. Eyni zamanda insan ictimai varlıqdır. Və ətrafdakılarla sıx əlaqə saxlamalıdır və buna məcburdur - ehtiyaclıdır. Deməli, insanın insana ən azı mənəvi ehtiyacı vardır. Məsələn Robinzon Kruzo tənha adaya düşdükdə özü üçün bir insan müqəvvası düzəldib, onunla söhbət edirdi.

         İctimai əlaqələrtini düzgün nizamlamayan insan maddi və mənəvi nemətlərə çata bilməz. Ona görə də qarşı tərəfin millətini, irqini nəzərə almadan onun haqlarına riayət etmək lazımdır. Ünsiyyət meyarına əməl etmək ailədə tərəflərin müxtəlif xüsusiyyətlərə malik olmasına baxmayaraq ər-arvad münasibətlərini tənzimləyir. Əgər ailədə biri zorakılıq dilində danışarsa, demək razıdır ki, onunla da o, cür rəftar edilsin. Ata-övlad münasibətlərində də özünə rava bilmədiyini, başqasına rəva bilmə prinsipinə əməl edilməlidir. Biz uşaq ikən səhvə yol verəndə atamızın sərt yox, yumşaq tərzdə bizi başa salmasını istəyərdik. Bu necə ola bilər ki, övladımız səhvə yol verdikdə onunla diktator kimi davranaq?! Təsəvvür edək ki, biz özümüz uşağıq. Özümüzlə necə rəftar olunmasını istəyərdik? Uyğun münasibət və metod bütün sahələri əhatə etdiyi üçün ictimai problemlərdə bu yolla öz həllini tapmalıdır.

         Əli (ə) "Ey oğlum deyə müraciət etməklə qarşı tərəfin diqqətini özünə cəlb edir və öz sözlərini onun ürəyinə hopdurur. Əli (ə) buyurur ki, münasibətlərdə problem yaranmaması üçün özünüzü ölçü seçin. Bəs necə? Belə ki, özün üçün istədiyini başqalrı üçün də istə. Özünə qıymadığını başqalrına da qıyma. Axı sənə pis olan münasibət başqalarına da pis olur. Heç kəs özünə qarşı zülm edilməsini istəmir. Bəs nə üçün başqalarına zülm edilsin?! Belə düşüncə tərzi cəmiyyətdə hakim olduqda belə cəmiyyətdə zülmə yer qalmır və bir çox problemlər öz həllini tapır. Əli (ə) buyurur: "Başqaları üçün pis saydığını özün üçündə pis say. Bilmədiyini danışma". Yəni yalnış danışmaq insanları həqiqətdən uzaqlaşdırır. Sonra buyurur: "Hətta bildiyini də danışma". Yəni araşdırmalıyıq ki,  deyilən sözlər məsləhətdir ya yox. Əgər deyəcəyimiz söz fəsad yaradacaqsa, ictimai əlaqələrə zərbə dəyəcəksə, əlbətdəki susmaq yaxşıdır. Məsələn, bir dost o biri dostun barəsində səhvə yol verir. Ona bu barədə xəbər vermək olmaz. Çünki nəticədə dostluqları pozula bilər. Davranış meyarının olmasına baxmayaraq çoxları bu qaydaya əməl etmirlər. Özlərinə münasibətdə gözlədikləri qaydada başqalarına yanaşmılar. Heş vaxt özlərini qarşı tərəfin yerinə qoymurlar. Bəs bunun səbəbi nədir? Əli (ə) buyurur: "Bil ki, xudpəsəndlik (təkəbbür, eqaizm) həqiqətə ziddir". Özünü başqalrından üstün tutan şəxs başqaları ilə eyni hüquqlu olmaq istəmir. Bəziləri özünü alim, başqalarını isə cahil hesab edir. Ona elə gəlir ki,alim olduğu üçün hamı ona hörmət etməlidir. Bəziləri də malik olduqları var dövlətə görə intiyazlar umur. Düşünür ki, mən böyük adamam. Bəziləri də özünü mömün, başqalarını isə günahkar hesab etdiyindən dikbaşlıq edir. Bu cür yalnış düşüncələr davranış meyarını ayaqlar altına atır. Azğənların ilk meyarı xudpəsəndlik, özünü hamıdan üstün bilməkdir. Onlar özlərini üstün ətrafdakıları isə aşağı sayırlar. Bu ağır xəstəlikdir ki, insanın dünya və axirətini zay edir. Bu xəstəlikllə insan ciddi mübarizə aparmalıdır. İnsan özünü başqalarından üstün tutmamağa çalışmalıdır. O, bütün üstünlüklərini Allahın əmanəti saymalıdır. Kim zəmanət verə bilər ki, onun var-dövləti, gözəlliyi, istedadı, gücü, imanı, vəzifəsi ömrünün axırına qədər onun əlində qalacaq. Əldən çıxması mümkün olanlara qürrələnməyə dəyməz. Əli (ə)-ın buyurduğu xudpəsəndlər. Özləri istədiklərini edir, başqalarından isə qanun tələb edirlər. Çünki özlərindən razıdırlar. Amma, özlərini başqaları kimi bilsəydilər təvazökar olardılar. "Mənəmlik", şeytan düşüncəsi onları həqiqətdən uzaqlaşdırır. Sonra Əli (ə) buyurur: "(Çox çalış və başqalarının xəzinədarı olma) Elə ki, öz yolunu tapdın, Allah qarşısında bacardıqca təvazökar ol". Bəzilərinin fikrincə, bu kəlamlarda məqsəd insanı tənbəllikdən uzaqlaşdırmaqdır. Həzrəti Peyğəmbər (s) Əbazərə moizəsində buyurur ki, tənbəllik və süslük insanı səadətdən məhrum edir. Dünya işlərində tənbəllik edən insan axirət işlərində də tənbəl olur. Tənbəl insan həm dünyasını, həm də axirətini itirir. Sanki həyat axirət səadəti qazanmaq üçün meydandır.

Bismillahir rəhmanir rəhim.

Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati vətəvasau bilhəqqi və təvasau bissabır.

Sadaqallahul əliyyul əzim

  

 

  

                                         2-ci XÜTBƏ

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

Mövzu: "Həya"

Qəsəsə surəsi 25-ci ayədə Allah-təala buyurur: "Bəs o iki qadından (qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: "Atam qoyunlarımızı sulamağın haqqını vermək üçün səni çağırır..."

    İnsan şəxsiyyətinin formalaşmasında mühüm əlamətlərdən biri həya hissidir. Bəzi rəvayətlərdən belə məlum olur ki, "həya" və "iman" sanki müştərəkdir. Peyğəmbər (s) buyurur: "Həyası olmayanın imanı da yoxdur". (Üsulu-kafi cild 2, səh 106) Yəni imanını itirən insan həyasını da itirər. Hətta buyurulur ki, həyasız insan İslam bağını boynundan çıxarır. Belə rəvayətlər də var ki, Allah bir qövmü (milləti) günahına görə cəzalandırmaq istəsə o qövmün həyasını əlindən alar. Dünyanın bir çox yerlərində cəmiyyətdə baş verən əxlaqi pozğunluqlar buna misal ola bilər.

      Bəziləri həya sözünü xəcalət çəkmək kimi başa düşürlər. Onlar iddia edirlər ki, xəcalət çəkən, utanan şəxs özünə inamı itirir və ictimai fəaliyyətdən geri qalır. Məhz buna görə də həya etmək lazım deyil! Bu yalnış düşüncə İslamı göstərişlərə tamamilə ziddir. Həya böyük bir fəzilətdir və onu utancağlıqla eyniləşdirmək olmaz. İmam Sadiq (ə) buyurur: "Ey Cündəbin oğlu! İslam üryandır, həya onun libasıdır, mənlik onun zinətidir, saleh əməl onun şərəfidir, pəhrizkarlıq isə onun sütunudur".

      Psixologiyada həya psixoloji bir durum və hal kimi tanınır. Psixoloji xüsusiyyətlərə isə dəqiq tərif verib, o hissi keçirməmiş insana tanıtdırmaq olmur. Məsələn, heç zaman təəccüblənməmiş insana təəccübün nə olduğunu anlatmaq mümkün deyil. Həya da bu qəbildəndir.         

        Imam Sadiq (ə) buyurur: "Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır". Həya çox böyük dərəcələri  əhatı edir. Həyadan məhrum insan heç bir əxlaqi dəyər tanımır. Onlar əhdinə əməl etmir.Əmanəti sahibinə qaytarmır. Yalan danışır. Bütün rəzil sifətləri özündə cəmləöşdirir.

        İnsanda həya iki yolla yarana bilir:

1-ci. Eybsiz olmaq istəyi.

2-ci. Eybləri örtmək arzusu.

İnsanın çirkin işlərindən başqaları xəbər tutur, yəni gizli eyblər aşkarlanır İnsan xəcalət çəkməyə başlayır və narahat olur. İmam Sadiq (ə) buyurur ki, həyanın faydası xəcalət gətirəcək işlərin qarşısının alınmasıdır. İnsan öz eyblərinin açılmasını istəmir və daim bu eybləri gizlətməyə çalışır. Bu xüsusiyyət insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir. Adəm və Həvva qadağan edilmiş bitkini yeyən kimi eybləri açıldı. Deməli eybini gizli saxlamaq insanın fitri istəyidir. İnsanı belə hallarda narahat edən hiss məhz həya hissidir. Övliyaların həyası bütün bəşəriyyət üçün nümunədir. Salman Farsi və bir çox başqa övliyalar ömrünün sonunadək öz eyb yerinə (övrətinə) baxmamışdır.

      İnsan ifrat (həddən artıq) və təfritdən (nöqsandan) çəkinməlidir. Fiziki qüsuru gizlətmək ifrat hesab olunur və bu işdən çəkinmək lazımdır.

      Yaxşı sifətin həm ifrat, həm də  təfriti pis sifətdir. Məsələn, cinsi istəyi təmin təmin etmək üçün evlənmək düzgün yoldur. Amma həm arvadbazlıq,  həm də qadınla evlənməkdən birdəfəlik imtina etmək pis haldır və günah hesab edilir.

       Həyanın da ifratı və təfriti ola bilir. Əgər bir şəxs bədənindəki nöqsana görə həya edib cəmiyyətə çıxmırsa, bu ifratdır və həya hesab olunmur. Cahil və savadsız olmaq da eybdir. Bu eybi aradan qaldırmaq üçün imsan elmlə məşğul olmalıdır. Amma bəziləri susmaqla bilmədiyini gizlətməyə çalışır. Hətta bəziləri hazırsızlığını gizlətmək üçün müəllimə sual verməkdən  çəkinir. Bu hal insanı uçuruma aparır. Deməli xəcalət çəkməkdə ifrat və təfrit pislənir. Əsl həya insanı günahdan çəkindirir. Yersiz utancağlıq və sırtığlıq isə bəyənilməyən sifətlərdir.

         Həya məfhumu xəcalət məfhumundan fərqlənir. Xəcalət insanın fəaliyyət dairəsini kiçildir. Onun üçün çətinlik yaradır. Əsl həya isə eybli bir işi görən insanın keçirdiyi bir haldır. Həya yalnız öz şəxsiyyətini qiymətləndirən insanlarda olur. Onlar kiçik bir nöqsana yol verdikdə öz şəxsiyyətlərini itirməkdən qorxurlar. İkinci bir tərəfdən isə həya əxlaqi bir4 sifət olaraq yaxşını pisdən ayırır. İfrat və təfrit pis, etidal - orta hədd isə yaxşı hesab olunur.

          Dinimizdə böyük və kiçik günahlar ətraflı şəkldə şərh olunmuşdur. İnsan Dinin məzəmmət etdiyi işlərə görə xəcalət çəkməlidir. Amma ilk baxışda pis hesab olunan bu işi şəriət bəyənirsə bu işə görə xəcalət çəkməyə dəyməz. Məsələn toy məclislərindəspirtli içkilərin verilməsi günah olduğu halda, içki verməməyi eyb hesab etmək. Ramazan ayında yas məclislərində gündüz vaxtı yemək verməməyi eyb hesab etmək. Hicabsızlıq el arasında adi bir iş olsada dində yol verilməzdir. Hətta bəzi cəmiyyətlərdə qadınlar islami hicaba əməl etməkdən utanırlar. Əslində bu deyilənlər həya yox, Allah buyuruğundan çıxmaqdır.

           Allahın varlığını hiss etməyən zəif imanlı insanlar adətən, Allahdan xəcalət çəkmir. İnsan o zaman xəcalət çəkir ki, onun bu çirkin işini görən olsun. İnsan Allahın hər yerdə olduğunu bilsə də bu insanı günah fikrindən daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər Ondan xəcalət çəkir. İmam Rza (ə)-ı ziyarət etdikdən sonra oxuyuruq: "Həya istiğfarı edirik". Öz çirkin işinə görə insan tövbə edərsə bu xalis tövbələrdən hesab olunur. Allahın əzəmətini dərk edən insan Onun göstərişini pozarsa xəcalət çəkər. Deməli ən üstün həya Allahdan edilən həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət çəkməliyik. Bir mühüm məsələdə var ki, alt paltarla cəmiyyət arasına çıxmaq çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur. Məsələn ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsada kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki paltar insan nəzəri üçün maneədir. Daş-divar arasındakı insanı görən Allah üçün libas maneyə deyil.

       İnsan Allahdan o zaman xəcalət çəkməlidir ki, olahi qanunları pozur. İnsan gərək bütün hallarda Allahı xatırlasın. Bu onun üçün faydalıdır. Musa Peyğəmbər Allah ərz edir ki, Pərvərdigara elə hallar var ki, mən səni düşünməyə xəcalət çəkirəm. Allah-təala buyurur: "Məni düşünmək heç halda pis deyil" (Biharul-ənvar, cild13)

         Həya ən üstün və ən dəyərli insani keyfiyyətdir. "Dini olmayanın həyası yoxdur"

 

Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

 

 

 

Copyright 2008 © Imamhuseyn.org