Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.
Sadaqallahul əliyyul əzim.
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "Həzrət Peyğəmbər (s)-ın mövludu".
Əshab surəsi 17-ci ayədə Allah-təala buyurur: "Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir, lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!"
Həzrət Peyğəmbər (s) hicrətdən 53 il əvvəl Məkkədə anadan olub. Peyğəmbər (s)-ın əsli 3 qisimə ayrılır: Adəm (ə)-dan İbrahim (ə)-a dək, İbrahim (ə)-dan Ədnanadək, Ədnandan Əbdüllahadək. Ola bilər ki, Adəm (ə)-dan Ədnanadək bəziləri bu nəsilləri dəqiq sadalaya bilməsin. Elə buna görədə Peyğəmbər (s) buyurur: "Mənim nəslimi sadalayıb, Ədnana çatanda irəli getmədim". (Biharul-ənvar, cild 15)
Ədnana qədər Peyğəmbər (s)-ın nəsli belədir: "Məhəmməd (s) İbn Əbdullah İbn Əbdulmütəllib, İbn Haşim, İbn Əbdulmənaf , İbn Qəsa, İbn Kəlab, İbn Mərrə, İbn Kəb, İbn Ləy, İbn Qasim, İbn Fəxr, İbn Malik, İbn Həzir, İbn Kənanə, Xəzimə, İbn Mədzəkə, İbn Möd (İslyas İbn Muzərr İbn Nəzar), İbn Ədnan.
Tam dəqiq olmasa da Ədnandan Adəmə bu silsilə belədir: "Ədnan - Əddər - Hümeysə - Həbt - Həml - Qeydər - İsmail - İbrahim - Tarıx - Nazur - Səry - Ərğu - Şalix - Falix - Abir - Ərfəhşəd - Sam - Nuh - Ləmək - Mətuşəlx - Uxnut (İdris) - Bərda - Məhlail - Qiynan - Ənuş - Şiş - Adəm.
Buradan məlum olur ki, Peyğəmbər (s)-ın 21-ci babası Ədnan, (27-ci İsmail (ə)), tam dəqiq olmayan məlumata görə isə 47-ci babası Adəm (ə)-dır.
Şeyx Səduq buyurur: "Şiələrin etiqadına görə Adəmdən Əbdullaha qədər Peyğəmbər (s)-ın babalarının hamısı müsəlman olmuşlar. Məaz İbn Cəbəl Peyğəmbər (s)-dan nəql edir: "Subhan Allah dünyanı yaratmazdan 7 min əvvəl məni, Fatiməni, Əlini, Həsən və Hüseyni yaratmışdır. O zaman bizi Adəmin və digər ata-analarımızın sülbündən qərar vermiş və bizə heç bir şirk və küfr tozu dəyməmişdir". (Buharul-ənvar, cild15)
Bəziləri yalnış olaraq Əbutalibi və eləcə də Əbdulmütəllibi şirkdə olmaqda töhmətləndirmişlər. Əli (ə) buyurur: "Atam və babam Əbdulmütəllib, Haşim, Əbdulmənaaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim (ə)-ın dinində olmuşlar". (Biharul-ənvar, cild 15)
Deməli Əbdulmütəllib tohiddə (tək Allahçı) olmuşdur. Bu isə İbrahim Peyğəmbərin öz övladları haqqında etdiyi duaların qəbul olmasıdır.
Əbdulmütəllibin 9 oğlu vardı. Zəm-zəm quyusu təmir ediləndə, nəzr etmişdi ki, əgr onuncu oğlu da olarsa birini Allah yolunda qurban kəsəcək. Onun duası qəbul oldu. Allah-təala ona onuncu oğlu Əbdullahı əta etdi.Onlar: Haris, Zubeyr, Əbutalib, Həmzə, Qəydaq, Ziraf, Müqəğğəm, Əbdulüza ki, Əbuləhəb də deyərlər, Abbas, və Peyğəmbərin atası Əbdullahdan ibarət idi.
Əbdullah dünyaya gələndən sonra Əbdulmütəllib nəzrini yerinə yetirmək üçün oğlanları arasında püşk atdı. Əbdullaha düşdü. Onun əqrabası bu işə mane oldular və təklif etdilər ki, 10 dəvə və Əbdullah arasında püşk atsınlar. Püşk yenə Abdullaha düşdü. Dəvələrin sayını 100-ə dək artırdıqda püşk dəvələrə düşdü. Beləcə 100 dəvə Əbdullahı əvəz etdi. Necə ki, qeyb aləmindən gələn qoyun İsmail (ə)-ı əvəz etmişdi. O, zamandan insanın diyəsi 100 dəvə oldu. Bu adət İslamda qorunub saxlandı. Bu məsələ ilə əlaqədər Peyğəmbər (s) buyurur: "Mən iki qurbanın oğluyam". Burada İsmail (ə) və Əbdullah nəzərdə tutulur.
Əbdullah 25 yaşında olanda Şam səfərindən qayıdanda Mədinədə xəstələnib vəfat etdi. "Darul-nabiğə" məhəlləsində dəfn edildi. Onun qəbri illər boyu ziyarət edilirdi. Lakin Ali-Səud hökuməti o qəbri dağıtmışdır. Vəfat tarixini bəzilrəri yazır ki, Peyğəmbər (s) anadan olmamış atası vəfat etdi. Yaqubu isə İmam Sadiq (ə)-dan nəql edir ki, Peyğəmbər (s) anadan olandan 2 ay sonra Əbdullah vəfat etdi.
Peyğəmbər (s)-ın anası Vəhəb İbn Mənafın qızı Amənədir. O ana tərəfdən Peyğəmbər (s)-ın babalarından olan "Qusəy" in övladlarındandır. Amənə də tohid dinində olmuşdur. Biharul-ənvar, 15-ci cilddə olan hədisdə belə yazılır: "Allah səni nazil edən sülbə, bətnə, sənə süd verən sinəyə atəşi haram edib". Bu hədis Amənə haqqındadır. Amənə Peyğəmbər (s)-ı dünyaya gətirdikdən sonra ona Həlimə 4 il süd verib, anasına qaytardı. Amənə 30 yaşında olanda Məkkə ilə Mədinə arasında olan Əvva adlı yerdə xəstələnib vəfat etdi. O, Mədinəyə qohumları gilə getmişdi. Həmən yerdə dəfn edildi. Peyğəmbər (s) vida həccindən qayıdanda anasının qəbrini ziyarət edib ağladı. Səhih-Müslim, Müsnədi-Əhməd və digər kitablarda belə rəvayət olunur: "Peyğəmbər (s) öz anasının qəbrini ziyarət edib ağladı və onunla birlikdə gələnləri də ağlatdı". (Səhih-Müslim, cild 2, səh 671, hədis 108; Müsnədi-Əhməd, cild 2, səh 441; Sünəni-Əbudavud, cild 3, səh 218, hədis 3234; Sünəni-İbn Macə, cild 1, səh 501, hədis 1572 və başqa Əhli-sünnə mənbəələri) Bu ədəbiyyatı göstərməkdə məqsəd budur ki, Əhli-sünnə və Şiəni qəbul etməyənlər, özlərini xalis müsəlman hesab edənlər, zalım Müaviyyə və Yezidə "mömünlərin əmiri" deyənlər iddia edirlər ki, vəfat edənə ağlamaq olmaz. Bəs nə üçün? Anasına və övladlarına Peyğəmərimiz ağlamışdır?
Peyğəmbər (s) cümə günü anadan olmuşdur. Doğuldiğu yer Məkkədə Mərv ilə Əbu-Qubeys dağlarının arasında Məhəmməd İbn Yusifin evidir. Bu yerdə Abbasi xəlifəsi Harunun anası "Xizəran" adlı məscid tikdirmişdir. Bu yer də ziyarət edilirdi. Təəssüf ki, Ali-Səud kitabxana tikmək bəhanəsi ilə bu yeri də dağıtmışdır.
Şeyx Səduq nəql edir ki, şeytan 7 səmada gəzərdi. İsa (ə) doğulanda 3, Həzrəti Məhəmməd (s) doğulanda isə 7 səmadan qovuldu və atəşə tutuldu. Yenə Şeyx Səduq buyurur: "Peyğəmbər doğulan gecə bütün bütlər yıxıldı, 14 sütun sındı, Savə dəryaçası qurudu, Kufə və Şam arasındkı Səma vadisini sel basdı. 1000 il yanan fars atəşgahı söndü". Bu hadisələr onu izah edirdi ki, zülm və istiqdada qarşı mübarizə edəcək Peyğəmbər (s) dünyaya gəlmişdir. Onun adı göylərdə Əhməd, yerdə isə Muhəmməddir. (Biharul-ənvar, cild 15) Allahın Rəsulu doğulandan sonra Cəbrail və Mikayil (ə) insan surətində gəlib onu yuyundurdular və ətirlədilər. Bu vaxt Amənə bir kənarda dayanıb təəccüblə baxırdı. Behişt huriləri körpəni bələyib anasının qucağına verdilər. Mələklər dəstə-dəstə gəlib: "Salam olsun sənə ey Məhəmməd! Salam olsun sənə ey Əhməd" deyirdilər. Koleyni nəql edir ki, Peyğəmbər (s) anadan olanda qeyb aləmindən səs gəldi: "Onu Məhəmməd adlandırın".
Mirzə Ələkbər Sabir Məhəmməd Fizulinin Peyğəmbər (s)-a yazdığı qəzəlinə "təsdis" yazaraq onu belə vəsv edir:
Şükrü-lillah ki, bizə şamil olub, lütfi-xuda,
Bu mübarək günü dərk etməyə əmr etdi vəfa.
Eylədi - mövludu - Nəbidən gözümüz tapdı ziya,
Qılın, ey ümməti-mərhumə, bu gün vəcdu səfa,
Əşrəqət min fələkil bəhcəti şəmsun və biha,
Mələəl aləmə nurən və sürurən və bəha.
(Gözəllik fələyindən günəş və parıltı doğdu.
Aləmi nur, şadlıq və gözəllik bürüd
Peyğəmbər (s) süd anası Həlimənin nəsli Ədnana yetişir. Həlimənin atasının adı Əbdullahdır. Onun nəsli Peyğəmbərin 17-ci babası Nizar vasitəsi ilə Peyğəmbər (s) bağlanır. Həlimə ağıllı, gözəl, pak, əsilzadə bir qadın idi. Həmzeyi-şühəda da o qadından süd əmdiyi üçün Peyğəmbər (s)-ın əmisi olmaqla yanaşı həm də süd qardaşıdır. (Biharul-ənvar, cild 15) Peyğəmbərin ata və anası vəfat etdikdən sonra babası Əbdulmütəllib onu saxlayır. Əbdulmütəllib 2 il sonra vəfat edəndə nəvəsini oölu Əbutalib (ə)-ın himayəsinə verir. Bu zaman Peyğəmbər (s) 8 yaşı var idi. Ailənin böyük olmasına baxmayaraq hamı onu çox sevirdi. Peyğəmər (s) bu məhəbbəti heç vaxt unutmamışdır. Fatimə binti Əsədi çox uşaq əhatə edirdi. Ailənin imkanı da zəif idi. Onlara yemək verəndə hər biri öz payını almağa hazırlaşırdı. Amma Peyğəmbər bir kənarda dayanıb Fatimənin nə vaxt ona baxacağını gözləyirdi. Fatimə vəfat edəndə Peyğəmbər (s) onun qəbri üzərində ağlayıb, buyurdu: "Bu gün anam vəfat edib. O, öz övladları ac ikən məni doyurmağa çalışırdı. Övladları pərişan ikən mənim saçımı darayıb, üzümü yuyurdu. O, mənim anam idi". (Tarixi-Yaqubi, cild 1)
Peyğəmbər (s) bütün qayğılara əməli ilə cavab verirdi. Əli (ə) dünyaya göz açandan Həzrət Peyğəmbərin məhəbbət və qayğısını həyati boyu hiss etmişdir. Başqa sözlə Faimə binti Əsədin oğlunu öz himayəsinə almışdır. Əli (ə) Peyğəmbər (s)-ın tərbiyyəsi ilə böyümüşdür. Odur ki, Peyğəmbər (s) buyurur: "Ey Əli... Sən mənim qardaşımsan, sən mənim vəsimsən (yəni canişinim) sən mənim özümsən".
Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəl kasər.
Fəsəlli lirəbbikə vənhər. İnnə şaniəkə huvəl əbtər.
Sadaqallahu əliyyul əzi
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: 1-ci xütbənin davamı.
Allah-təala 68-ci surənin - Nun və ya Qələm - 4-cü ayəsində buyurur: "(Ey Peyğəmbə!) Doğurdanda sən böyük əxlaq sahibisən". Peyğəmbər (s)-dan sual edəndə ki, Allah səni niyə Peyğəmbər təyin etdi? Həzrət buyurdu: "Allah-təala məni Peyğəmbər təyin etdi ki, insanların əxlaqını yüksəldəm". Peyğəmbər (s)-ın doğum gününü Əhli-sünnə və Koleyni kimi bəzi Şiə alimləri rəbiül-əvvəl ayının 12-si gününü qəbul edirlər. Əksər Şiə alimləri isə rəbiül-əvvəl ayının 17-si günü qəbul edirlər. Mərhum Seyyid Ruhulla Musəvinin fətvasına əsasən rəbiül-əvvəlin bu iki tarixi arasında bütün təriqətlərdən olan müsəlmanlar, xüsusilə sünnü və şiələr vəhdəti möhkəmləndirmək məqsədi ilə bir həftə müddət ərzində Peyğəmbər (s)-ın anadan olmasını birlikdə bayram etməlidirlər. Məhs bu səbəbdən bizim bu günkü cümə namazında Şamaxının Əhli-sünnə məzhəbinin padar tayfasının dini rəhbərlərindən olan Hacı Əlxuda qardaşımızın və digər qardaşların iştirak etməsi sübut edir ki, Şamaxıda müsəlmanların vəhdəti və mehribançılığı nəinki Azərbaycana hətta bütün müsəlman ölkələrinə nümunə ola bilər. Peyğəmbər (s)-ın yüksək əxlaqı keyfiyyətləri lap əvvəldən hamının diqqətini cəlb edirdi. Peyğəmbər (s)-ın sifəti və bədəni bütün cəhətlərdən gözəl yaradılmışdır. İnsan üçün gözəllik olanbütün əlamətlər ona əta edilmişdir. O, əxlaq və xasiyyətcə hamıdan gözəl olduğu kimi, görkəmcə də hamıdan gözəl idi. O Həzrət belə dua edərdi: "Pərvərdigara, bədənimizi gözəl yaratdığın kimi əxlaqımızıda gözəl qərar ver". (Buharul-ənvar cild 16)
Əgər Həzrəti Yusif ən gözəl insan olduğu üçün gözəllərə Yusifcamal deyiblərsə, Peyğəmbər (s) ondan da şirin olmuşdur. Bu fikr rəvayətdə də təsdiq olunur: "Əgər Yusif gözəl və ya ən gözəl olmuşsa, Mən ondan da şirinəm". Peyğəmbər (s) Mədinədə İslam idarəetmə quruluşu yaratmışdır. Bu da öz reallığını tarix boyu dünyada sübuta yetirmişdir. İslam bütün zülmləri rədd etdiyi üçün zaman-zaman şeytani qüvvələrin hücumuna məruz qalmışdır. Tarix sübut edir ki, zəif insanların hüququ daim "zorlular" tərəfindən tapdalanır. Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən yüksək insani bir keyfiyyət və ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ Peyğəmbərliyə təyin edilməmişdən əvvəl haqqı müdafiə edirdi. Məsələn: Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət etmək üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhəm qəbiləsindən bir nəfər alır, amma pulunu ödəmir. Bu adam nə qədər çalışırsa öz haqqını geri ala bilmir. Əbuqubeys dağının zirvəsinə çıxıb, kömək istəyir. Onun hərəkəti camaata çox təsir edir. Qüreyşin böyükləri bir yerə toplaşıb bu məsələni müzakirə edirlər. Məclisə Peyğəmbər (s) sədrlik edir. Bu yığıncaqda onlar məzlumların haqqının qoruyacaqları barədə müqavilə imzalayıb, əvvəlki müqaviləyə yeni bəndləri daxil edirlər. Peyğəmbər (s) bu işi tarixdə məhşurdur. Həzrət özü bu müqavilə haqqında buyurur: "İndi də məni belə bir müqavilə üçün çağırsalar qəbul edərəm" (Tarixi-Yaqubi, cild 1)
Cahiliyyət dövründəTahirə adlanan Xədicə binti Xüvəyld Peyğəmbər (s)-ı ticarətə göndərir. O Həzrət çox xeyr əldə edir. Sonra Xədicəni istəyib, onunla ailə həyatı qurur. Peyğəmbər (s)-ın 25, Xədicənin isə 40 yaşı var idi. Ancaq onun dünyaya gətirdiyi övladlara nəzər saldıqda isə, təxminən demək olar ki, onun yaşı 40-dan az olmuşdur. Ərəb tarixçiləri bəlkə də 40 rəqəmini mükəmməl rəqəm olduğundan belə yazıblar. Xədicə şərafətli bir ailədən idi. Peyğəmbər (s)-ın 4-cü babası Qəsa vasitəsi ilə Peyğəmbərlə bir nəsildə bağlanırdı. Xədicə ilahi qadınlardandır. Onun barəsində buyurulur: "Allah 4 qadını seçmişdir: Məryəm, Asiyə, Xədicə və Fatimə". (Biharul-ənvar, cild 16)
Əli (ə) buyurur: "İlk İslamda olanlar evdə 3 nəfər idi: Peyğəmbər (s), Xədicə, 3-cü isə mən idim". Peyğəmbər (s) Xədicə haqqında belə buyurur: "Xədicə kimisi harada tapılar? O, mənim risalətimi elə bir vaxtda təsdiq etdi ki, xalq bu böyük fəzilətlə düşmənçilik edirdi". Peyğəmbər (s)-lə Xədiceyi-Kubra (ə) 25 ilə yaxın bir yerdə yaşamışlar. Həzrətin əksər övladları bu xanımdan olmuşdur. Xədicə Besətin 10-cu ili Məkkədə 65 yaşında vəfat etmişdir. "Cənnətül-məlai" qəbrstanlığında dəfn olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir. Nə qədər ki, Xədicə (ə) sağ idi, Peyğəmbər (s) başqa qadınlarla evlənməmişdir. Həzrətiu Peyğəmbərin 3 oğlu və 4 qızı olmuşdur. Qasim adlı oğlu 2 yaşında vəfat etmişdir. Əbdullah adlı oğlu besətdən sonra andan olduğu üçün ona Təyyib və Tahir ləqəbləri veriblər. O da Məkkədə vəfat edib. As İbn Vail Peyğəmbəri sonsuz adlandırmışdır. Odur ki, Allah-təala Kausər surəsinin 3-cü ayəsində buyurur: "Sənin düşmənin özü sonsuzdur". Sənin nəslin artıb çoxalacaqdır.
Mariya Qiptiyyədən olan İbrahim adlı oğlu 17 ay (bəzi mənbəələrdə 3 və ya 5 yaş) yaşayıb, Mədinədə vəfat etmişdir. Bəziləri Tahir və Təyyib adlı oğlanlarının olduğunuda yazıblar. Səhih-Buxaridə və başqa kitablarda Ənəsdən belə rəvayət olunur: "Peyğəmbərlə birlikdə otağa daxil olduq... Gördük ki, İbrahim can üstədir. Peyğəmbərin gözləri yaşla doldu. Əbdürrəhman İbn Auf təəccüblə dedi: "Ya Rəsulalah! Sizdəmi?! Buyurdu: "Ey Aufun oğlu! Bu, rəhmətdir". Sonra sözünə davam edərk buyurdu: "Bəli, bizim gözlərimiz ağlar, qəlbimiz qəmlidir, lakin Allahın razı olduğu sözlərdən başqa bir şey dilimizə gətirmərik. Ey İbrahim! Biz sənin ayrılığına kədərliyik". İbn Macənin "Sünən" kitabında isə belə qeyd olunur: "Peyğəmbər (s) onun yanında dayanıb ağladı". (Səhih-Buxari, cild 1, səh 158; Səhih-Muslim, cild 4, səh 180; Sünəni-İbn Macə, cild 1, səh 473, hədis 1475; Müsnədi-Əhməd, cild 3, səh 194)
Zeynəb Peyğəmbər (s)-ın böyük qızıdır. Xədicə (ə)-la evləndikdən 5 il sonra andan olub. Öz xalası oğlu Əbulas İbn Rəbi ilə ailə həyatı qurub. Hicrətin 8-ci ili vəfat edib.
Ruqəyyə besətdən əvvəl anadan olub. Əvvəlcə Əbuləhəbin oğlu Ütbə ilə ailə qurub. "Təbbət" surəsi nazil olandan sonra Əbuləhəbin göstərişi ilə toydan qabaq ayrılıb. Sonra Osman İbn Əffn ilə izdivac edib. Hicrətin 2-ci ilində dünyasını dəyişib.
Ümmü-Gülsüm da Məkkədə doğulub bacısı kimi Əbuləhəbin digər oğlu ilə izdivac edib. "Təbbət" surəsi nazil olduqdan sonra ayrılıblar. Ruqəyyənin vəfatından sonra Osmana ərə gedib. Hicrətin 3-ci ilində vəfat edib.
Fatimeyi Zəhra (s.ə) besətdən 5 il sonra doğulub. Hicrətdən 2 ay sonra Mədinədə Əli (ə)-la ailə həyatı qurub. 5 övladı olub. Həsən, Hüseyn, Möhsün, Zeynəb, Gülsüm. Peyğəmbərin yeganə yadigarı olub. Atasından 75 gün sonra dünyasını dəyişib.
Rəbiül-əvvəlin 17-si həmiçinin İmam Sadiq (ə)-ın da anadan olan günüdür. İbn Şəhraşub Mənaqibində buyurur ki, İmam Sadiq (ə) Peyğəmbərlə bir gündə anadan olub. O Həzrət hicrətin 83-cü ilində doğulub. Mənsur tərəfindən hicrətin 148-ci ilində Şəvval ayının 25-də şəhid edilib. Atası İmam Baqir (ə)-dır. Anası Ümmü-Fərvədir. Əbu Bəkrin oğlu Məhəmmədin oğlu Qasimin qızıdır. 34 il İmamlıq edib. 61 il ömür sürüb. Peyğəmbər və İmamın mövludu bütün müsəlmanlara mübaək olsun.
Allah bizi bir-birimizlə mehriban eləsin. Müsəlmanların düşmənlərini zəlil eləsin. AMİN!
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.