Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Mövzu: " Ailədə ictimai ədalət"
Allah-təala Təhrim surəsi 6-cı ayədə buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlardan və (büt) daşlardan ibarət olan oddan qoruyun. Onun (o odun) başında Allahın onlara verdiyi əmrlərdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən sərt, qüvvətli mələklər durmuşlar".
Ər-arvadın münasibətlərin yüksək səbiyyədə olmasının təməli İslam qanunlarına əməl etməkdədir. İmam Sadiq (ə) buyurur: "Kişi evə daxil olanda gərək həyat yoldaşına salam versin. Öskürək və ayaq səsləri ilə həyat yoldaşını gəlməsindən xəbərdar etsin. Evə qəfildən daxil olmasın ki, həyat yoldaşının xoşlamadığı bir şeyi görə". (Biharul-ənvar, cild 76, səh 12)
Əli (ə) buyurur: "Qadınlarınızla xoş rəftar edin ki, onlar da sizinlə xoş rəftar etsinlər". (Biharul-ənvar, cild 104, səh 223)
Peyğəmbər (s) buyurur: "Əgər kişi həyat yoldaşına səni sevirəm desə, bu ürək açan söz heç vaxt onun qəlbindən çıxmaz". (Vəsailüşşiə)
İmam Sadiq (ə) buyurur: "Əli (ə) evin odununu və suyunu gətirirdi. Evi süpürərdi. Fatimeyi-Zəhra (s.ə) isə əl dəyirmanında un çəkib, xəmir yoğurub, çörək bişirərdi". (Biharul-ənvar, cild 43, səh 151)
İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s)-ın özü şəxsən keçilərinin südünü sağardı".
Rəvayətdə var ki, evdə bir saat işləmək, ailəyə kömək etmək 10 qəbul olunmuş kamil həcc savabındadır.
Ər-arvadın bir-biri ilə qarşılıqlı rəftarı övladların təfəkkür və əxlaqının formalaşmasına təsir göstərir. Onların rətar tərzini təyin edir. Çünki, övladlar ailədə göz açır, ata-ananın adətini və rəftarını götürür. Həyatda öz davranışlarında onları yamsılayırlar. Ona görə də dinimiz ailənin idarə olunmasında müəyyən qaydalar qoymuşdur ki, bu qaydaların pozulması övladların uçuruma yuvarlanmasına səbəb olur. Ata-ananın bir-biri ilə yola getməməsi uşaqların pak ruhunu incidərək onların valideynə qarşı bədbin olmasına və ailədən qaçmasına səbəb olur. Uşaqların öz valideynlərinə qarşı kobud rəftar etməsinə səbəb olur.
İmam Həsən Əsgəri (ə) buyurur: "Övladın uşaqlıqda ataya qarşı etdiyi kobudluq və hörmətsizlik böyüyəndə onun üzünə ağ olmasına səbəb olur". (Töhəful-üqul, səh 261)
Evdə ailə hüquqlarının icra olunması, qanunların qorunması, ailə üzvlərinin xüsusilə qadınların ailə başçısına münasibətdə son dərəcə hörməti ailədə nizam intizamın möhkəmlənməsinə səbəb olur. Dağıstan xalqlarının azadlıq hərəkatının imamı Şeyx Şamil deyir ki, mən hər dəfə evə daxil olanda həyat yoldaşım ayağa qalxırdı. Ona baxıb övladlarım, qonşularım,sonra isə bütün Dağıstan xalqları ayağa qalxdı.
İmam Sadiq (ə) buyurur ki, Allahın Rəsulu belə buyurmuşdur: "Əgər hər hansı bir insanın (Allahdan) başqası qarşısında səcdə etmək caiz olsaydı, əmr edərdim ki, qadınlar ərlərinin qarşısında səcdə etsinlər". (Vəsailüşşiə, cild 14, səh 115)
Deməli qadın ərinin qarşısında hər cür inadkarlıqdan və uzun dillilikdən çəkinməli, ailədə ərini əskiltməməlidir. Həmçinin kişidə həyat yoldaşının hörmətini saxlamalıdır. Eləcə də övladlar da ata-anasına təvazökar olmalıdırlar.
Əli (ə) buyurur: "Atanın bir yerə daxil olduğu zaman ona hörmət əlaməti olaraq həmişə ayağa qalx. (Qurəlül-hekəm, səh 114) Başqa şəxslərədə hörmət əlaməti olaraq ayağa qalxmaq tövsiyyə edilmişdir. Amma atanın hörmətini Əli (ə) xüsusi qeyd edir. Atanı görməməzdiyə vurmaq, hörmət göstərməmək Allah-təala tərəfindən cəzalanmasına səbəb olur. Məsələn: Yusif peyğəmbərin adına Quranda surə nazil olub. Atası Yəqub Peyğəmbər itmiş oğlunu görmək üçün yola düşdü. Yusif peyğəmbər atasına hörmətəlaməti olaraq şəhərdən kənara çıxdı - atasını qarşılamaq üçün. Bir-birinə çatanda Yusif (ə) atın üstündə idi. Siyasi mövqeyini itirməmək üçün atdan yerə düşmədi. Ataya olan hörməti kamil surətdə yerinə yetimədi. Bu zaman Cəbrayil (ə) nazil olub onu bu hərəkətini məzəmmət etdi. Yusifə dedi: "Allah buyurur ki, nə üçün Bizim saleh bəndəmiz olan atan Yaqubun qarşısında atdan yerə enmədin? Öz əlini aç! Həzrəti Yusif əlini açanda barmaqlarının arasından bir nur çıxdı. Yusif onun nə olduğunu soruşduqda, Cəbrayil (ə) dedi ki, bu peyğəmbərlik nurudur ki, sənin nəslindən xaric oldu. Sənin övladlarından heş biri peyğəmbər olmayacaq. Çünki, atanın qarşısında yerə enmədin. Şübhəsiz ilahi peyğəmbərlər məsum olmuşlar. Lakin bu hadisənin baş verməsi Allahın narazılığına səbəb oldu. (Məcməül-bəyan, cild 5, səh 264)
Əli (ə) buyurur: "Hər kəs öz valideyninə yaxşılıq etsə, övladı da ona yaxşılıq edər". (Qürəlül-hekəm, səh 717)
Həzrəti Peyğəmbər buyurur: "Qiyamət günü mömünlərin sərvəri o kəsdir ki, öz valideynlərinə onlar vəfat etdikdən sonra da ehsan etmiş olsun və onları unutmasın". (Səfinətül-bihar, cild 2, səh 687)
Ailədə mühüm məsələlərdən biri övldaları arasında ədalətə riayət olunmasıdır. Valideynlər övladlar arasında heç bir fərq qoymamalıdır. Onların arasında həsəd və nifaq yaratmamalıdır. Məsələn: "İlahi qanunları pozmaq valideynə ağır məsuliyyət gətirir. Övladlar arasında ədavətə və düşmənçiliyə səbəb olur. Xüsusilə pay mülkünün vaxtında vəsiyyət yolu ilə bölünməməsi övladların məhkəmə çəkişməsinə və düşmənçiliyinə səbəb olur.
Peyğəmbər buyurur: "Övladlarınızın arasında necə ki, lütf və yaxşılıq barəsində onların sizin aranızda ədalətə riayət etməsini istəyirsinizsə". (Səfinətül-bihar, cild 2, səh 684)
Əli (ə) buyurur: "Peyğəmbər gördü ki, bir kişi oğlanlarından birini öpdü, digərini isə öpmədi. Həzrət narahat olub buyurdu: "Belə etmə! Bu ayrı seçkilik salmağınla onların arasında düşmənçilik toxumu səpirsən". (Biharul-ənvar, cild 74, səh 84)
Övladın yaxşı işlərinin müqavilində onlara təşəkkür etmək və həvəsləndirmək laımdır. Amma, birini digərindən üstün saymaq, tənə vurmaq məsələn; böyük qardaşın ya əmin oğlu səndən yaxşıdır, filan kəs çalışqandır sən isə tənbəlsən demək onların daha da pisləşməsinə səbəb olur.
Cahiliyyət dövründə qızları diri-diri basdırırdılar. İslam dini qızlara və qadınlara yüksək qiymət verərək onlara hörmət etməyi təkid edir. Qızların ülvi hissləri, duyğuları yüksək səviyyədə olduğu üçün oğlanlardan daha çox nəvazişə, məhəbbətə ehtiyac duyurlar. Peyğəmbər buyurur: "Nə vaxt evə müəyyən hədiyyə və meyvə gətirsəniz, əvvəlcə qızlara və qadınlara verin. Çünki, hər kəs bir qızı sevindirsə san ki, İsmayil Peyğəmbərin övladlarından olan bir qulu azad etmişdir. (Səfinətün-bəhar, cild 2, səh 683)
Çox vaxt oğlanlara üstünlük verirlər. Statistik məlumatlar göstərir ki, 10 ildə Azərbaycanda qızların sayı getdikcə azalacaq. Əksər hamilə qadınlar uşağın qız və ya oğlan olmasını müasir aparatlar vasitəsi ilə öyrənirlər. Qız uşağıdırsa tibbi yollarla uşağı tələf edirlər. (öldürürlər)
İmam Zeynülabidin (ə)-a yeni doğulan övladları barəsində xəbər veriləndə onun oğlan ya qız olması barəsində əsla soruşmazdı. İlk sualı bu olardı: "Sağlamdırmı?" Əgər sağlam olaması barədə xəbər versəydilər, deyərdi: "Həmd və şükr olsun Allaha ki, məndən nöqsanlı övlad yaratmadı". (Şərhi-mən-la yəhzuz, cild 8, səh 595). Deməli uşağın sağlam olması əsas şərtdir. Onun oğlan və qız olmasının fərqi yoxdur. Əgər valideyn övladın təlim-tərbiyyəsində dini, əxlaqi qanunlara səthi yanaşarsa, hətta dini, əxlaqi təlim məsələlərin əleyhinə çıxarsa, övladın barəsində haqsızlıq etmişdir. Peyğəmbər (s) buyurur: "Zəmanənin axırında dünyaya gələn övladların atalarına vay olsun! Çünki ataları övladlarına vacibatdan heçnə öyrətməzlər". Soruşdular ki, ya Rəsulallah o atalar kafir ya müşrik olarlar? Həzrət buyurdu: "Yox, onların ataları mömündürlər. Amma öz övladlarına dini məsələləri öyrətməzlər. Əgər onların özləri bu (dini) məsələləri öyrənmək istəsələr ataları bu işə mane olub, qarşısını alarlar.Mən o atalardan bizaram. Onlar məndən uzaqdırlar. (Camiül-əxbar, səh 144).
Övladların həddi-buluğ dövrü həssas mərhələdir. Pis adamlar onları tələyə salmağa, düz yoldan azdırmağa çalışırlar. Valideynlər bu dövrdə nəzarəti gücləndirməlidirlər. Əli (ə) buyurur: "Yalan istər ciddi olsun, istərsədə zarafatyana caiz deyildir. Həmçinin caiz deyil ki, şiələrdən biri öz övladlarına vədə keşirib onu yerinə yetirməsinlər. (Vəsailüşşiə, cild 8, səh 557)
İmam Sadiq (ə) buyurur: "Övladlarınıza İslam qanunlarını öyrətməyə tələsin ki, başqaları sizi qabaqlayıb, onları haqq yoldan azdırmasın". (Usuki-kafi)
Övladların yataq yerlərinin ayrı-ayrı olması da, mühüm məsələlərdəndir. Peyğəmbər (s) buyurur: "Bütün övladlarınızın yataqlarını 10 yaşında ikən bir-birindən ayırın və onları ayrı-ayrı yatızdırın. İstər oğlan olsun, istərsədə qız". (Vəsailüşşiə, cild15, səh 182)
Yəni hər ikisi oğlan ya hər ikisi qız, ya biri oğlan ya biri qız olsada yataqlarını ayırın. Başqa sözlə hətta iki qardaş və ya iki bacı olmuş olsada yataqlarını ayırın. Bir neçə il əvvəl qərb rayonlarının birində cinayət hadisəsi baş vermişdir. Bacı-qardaş bir otaqda, bir çarpayıda uşaq yaşlarından valideynləri tərəfindən yatızdırılıb. Oğlan əsgər gdib gəldikdən sonra bacısı hamilə olub. Sual verəndə məlum olub ki, bacı-qardaş ehtiraslarının qurbanı olublar. Allah qanunlarına əməl etməməyin bu və ya digər nəticələri insanı dünya və axirətdə zəlalətə salır.
Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəlkasər. Fəsəlli lirabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul əliyyul əzim.
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: 1-ci xütbənin davamı.
Nisa surəsi 19-cu ayədə Allah-təala buyururur: "Ey iman gətirənlər! Qadınlara qarşı çıxmaq sizə halal deyildir! Qadınlar açıq aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədi ilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz, (dözün) ola bilsin ki, sizdı nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun".
Peyğəmbər öz qızlarına yaxşı münasibətləri ilə hamıya başa salmağa çalışırdı ki, qız əzizdir, onlara hörmətlə yanaşılmalıdır. Həzrət Peyğəmbər (s) həmişə qızı Fatimeyi-Zəharanı görəndə ayağa qalxıb əlindən öpərdi. Səfərə gedəndə görüşdüyü axırıncı və səfərdən qayıtdıqda görüşdüyü ilk şəxs qızı Fatimeyi-Zəhra (s.ə) olardı. Hətta qızına "Atasının anası" - Ummu-Əbiha - deyə müraciət edərdi. Peyğəmbər buyurur ki, Fatimə hamıdan mənə əzizdir. Yenə Həzrət buyurur: "Sizin övladlarınızın ən yaxşısı qızlarınızdır". (Səfinətül-bihar, cild 2, səh 684)
Bir gün bir kişi Peyğəmbər (s)-ın yanında əyləşmişdi. Ona xəbər verdilər ki, qızın olub. Bu xəbərdən o qədər narahat oldu ki, üzündəki narazılığı biruzə verdi. Peyğəmbər (s) buyurdu: "Nə olub ki, bu qədər narahatsan?" O kişi əvvəl narahtlığını demək istəmədi. Bilirdi ki, Peyğəmbər (s) onu məzəmmət edəcək. Amma məcbur olub dedi: "Mən bura gələndə həyat yoldaşımın doğuş vaxtı idi. İndi xəbər verdilər ki, qızın olub". Peyğəmbər (s) buyurdu: "Məgər nə olubki? Yerin ağırlığını götürəcək, asimana kölgə salacaq? Allah onun ruzisini verəcəkdir. Oqız ətiri bir güldür. Sən onu iyləyəcəksən". (Vəsailüşşiə, cild 15, səh 101)
Bir dəfə mən dəfn mərasimində idim. Qadınlar sonsuz-sonsuz deyib ağlayırdılar. Mən soruşdum ki, bu vəfat edənin ata-anasının övladı yoxdur ki, belə deyirlər? Mənə dedilər ki, onun 3 qızı, hətta vəfat etmiş oğlun da qız övladları var. Dedim bəs niyə sonsuz deyirlər? Bəs qızı övlad hesab etmirlər, ona görədə belə deyirlər.
Ailədə qadının təminatı iki cürdür. Biri maddi, biri isə mənəvi. Maddi təminatın da, şərtləri vardır:
1-ci. Qadın üçün gərək münasib mənzil ola.
2-ci. Qadını yemək və geyimlə təmin edə.
3-cü. Xəstələnsə (irsi olmayan xəstəlilkər) onun müalicə xərcini ödəyə
4-cü. Qadının abr-hesiyatını qorumaq üçün digər həyati avadanlıqlarla təmin etmək.
Kişi gərək əxlaqi baxımdan ailəsinə nəvaziş və məhəbbət etsin. İmam Rza (ə) buyurur: "Kişi imkan daxilində öz ailəsinin yaşayış səviyyəsini yaxşılaşdırmalıdır ki, ailə üzvləri onun ölümünü arzulamasınlar". (Firui-kafi, cild 4, səh 379)
Peyğəmbər (s) buyurur: "Mömün o kəsdir ki, yeməklə öz ailəsinin istəklərini təmin etsin və onların istəklərinə uyğun hərəkət etsin. Amma münafiq o kəsdir ki, öz istəklərini ailə üzvlərinə qəbul etdirsin və öz istıyinə əsasən rəftar etsin". (Üsuli-kafi, cild 4, səh 25)
Məazın həyat yoldaşı bir gün Peyğəmbər (s)-ın yanına gəlib qadınların ən zəruri hüquqları barəsində soruşdu. Həzrət buyurdu: "Öz yediyi yeməkdən həyat yoldaşına da versin. Özünün gydiyi paltarlara münasib olanları həyat yoldaşına da alsın. Həmçinin onun intim, və cinsi hüqüqlarını da unutmasın. (Məcməül-bəyan təfsirində, cild 1, səh 327)
Ailədə təmizkarlıq həm qadının, həm də kişinin iffətli olmasına səbəb olur. Bütün insanlar təbiətən gözəlliyi sevir. Ona görədə səliqəli, təmizkar, bəzənmiş olmaq ailədə zəruridir. Xüsusilə kişinin səliqəsiz olması ailənin zəifləməsinə səbəb olur. Həsən ibn Cəhim deyir ki, İmam Kazım (ə)-ı həna qoymuş və bəzənmiş halda görüb soruşdum ki, sizdə həna qoyursunuz. Buyurdu: "Bəli. Çünki kişinin bəzənməsi həyat yoldaşının iffətli olmasına səbəb olur. Keçmişdə bu məsələyə əhəmiyyət verməyənlərin çoxunun həyat yoldaşı iffətsizlk yoluna düşmüşlər". (Fürui-kafi, cild 6, səh 480)
Peyğəmbər (s) buyurur: "Paltarlarınızı yuyub, təmizləyin. Bədəninizdəki artıq tükləri təmizləyin, dişlərinizi misvaklayın, (fırçalayın) təmizkarlığa əməl edin. Çünki Bəni-israilin kişiləri çirkli qiyafədə yaşayırdılar. Bu səbədən onların qadınları ismət pərdələrini yırtıb zina edirdilər". (Nəhcül-fəsahə, səh 72)
Həzrəti Peyğəmbər (s)-ın ətir və bəzənmək üçün sərf etdiyi xərclər yeməyə verilən xərclərdən çox idi. Əəraf surəsinin 32-ci ayəsində insanların zinətlənməsinə göstəriş verilir.
Peyğəmbər (s) 3 şeyi qadına və uşağa qadağan etmişdir.
•1. Döyəmyi.
•2. Təhqir etməyi
•3. Qorxuzmağı.
Əli (ə) buyurur: "İnsanların tərbiyələndirilməsi ədəblə, heyvanların tərbiyələndirilməsi isə yalnız döyməklə mümkündür.
Müstəsna qadınlarda vardır ki, həyat yoldaşının hüqüqlarına əməl etmir onların cinsi ehtiyaclarının təmin olunmasına etinasızlıq edir. Ərinin icazəsi olmadan evdən çölə çıxır, həyat yoldaşının işlərinə yersiz olaraq qarışır, ailədəki səmimiyyəti özünün pis əxlaqı ilə cəhənnəmə döndərir.
Peyğəmbər (s) buyurur: "Varlıq aləmində ən pis şey sözə baxmayan adınlardır". (Biharul-ənvar, cild 103, səh 240)
İmam Sadiq (ə) buyurur: "Mömün şəxsin ən güclü düşməni sözə baxmayan qadındır". (Vəsailüşşiə, cild 14, səh 34)
Nisa surəsi 34-cü ayədə Allah-təala buyurur: "Özbaşınalıq etməyindən qorxduğunuzu qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isədaha onlara (əziyyət vermək üçün) başqa yollar axtarmayın. Əlbəttə Allah uca və böyükdür".
Hər bir qanunu pozan cəzalandırıldığı kimi qadında qanunu ciddi sürətdə pozarsa əvvəl nəsihət, otağı ayırmaq, nəhayət isə onların aram vurulmasına icazə verilir.
Abdullah ibn Abbas buyurur: "Quranın qanununa uyğun olaraq sözə baxmayan qadınları birinci dəfə nəsihət edin, əgər qəbul etməsələr onu aramlıqla elə vurun ki, dərisi və sümüyü zədə almasın" (Məcməül-bəyan təfsiri, 3-cü cild, səh 44)
İmam Baqir (ə) buyurur: "Sözə baxmayan qadınları yalnız misvak çubuğu ilə (dişləri təmizləmək üçün istifadə olunan xurma çubuğu) çubuğu ilə vurmaq olar". (Yenə əvvəlki mənbəə)
Ailədə məhəbbət əsas şərtlərdəndir. Peyğəmbər (s) buyurur: "Bir bəndənin imanı nə qədər artsa qadınlara qarşı məhəbbəti də, bir o qədər artar". (Müstədrək, cild 2, səh 552)
Qadınlar Allah tərəfindən kişilərə verilmiş nemətdir. Hər bir kəs o neməti sevib qorumalıdır. Peyğəmbər qızı Fatimə (s.ə)-nı Əli (ə)-ın evinə göndərəndə buyurdu: "Ya Əli qızım sənin əlində əmanətdir". Peyğəmbər (s) buyurur: "Həqiqətən qadınlar kişilərin yanında heç bir xeyrə və ya zərərə malik deyillər. Onlar sizin yanınızda olan ilahi əmanətlərdir. Onlara əsla zərər yetirməyin, haqlarını unutma". (Müstədrəkül-vəsail, cild 2, səh 551)
Səəd ibn Məaz ənsarın ən nüfuzlu şəxslərindən idi. Onun dəfnində 90 min mələk və Cəbrail (ə) nazil olub iştirak edirdilər. Peyğəmbər ayaqyalın, əbasız onun qoyulduğu tabutdan tutmuşdu. Həzrət ona namaz qılıb, dəfn etdi. Hətta ləhət daşlarını da özü qoydu. O vaxta qədər heç kim Peyğəmbər (s)-dan belə bir iş görməmişdi. Səədin anası vəcdə gəlib dedi: "Ey Səəd xoş olsun halına, behiştə getdin!" Peyğəmbər (s) buyurdu: "Allahın tərəfindən yəqinliklə danışma!" Səəd ailədə həyat yoldaşı ilə xoş rəftar etmədiyi üçün Peyğəmbər (s) buyurdu: "Qəbr onu sıxdı". (Biharul-ənvar, cild 6, səh 220)
Əli (ə) oğlu İmam Həsən (ə)-a vəsiyyət edərək Nəhcül-bəlağə kitabının 31-ci məktubunda onu həyat yoldaşı ilə yaxşı rəftar etməyi tövsiyyə edir. Çünki bu iş ər-arvadın qəlbinin rahat, kölnünün sevilməsinə səbəb olur. Ailə üzvləri şad və sevinclə yaşayırlar. İmam Sadiq (ə) buyurur: "Əli (ə)-ın evində xidmətçilər olmasına baxmayaraq, bəzən o Həzrətin özü xörək bişirməkdə, ocaq qalamaqda kömək edir, odun gətirir, quyudan su çəkir, evi süpürüb, təmizləyirdi. (Səfinətül-bihar, cild 2, səh 195)
Bir gün Peyğəmbər (s) Əli (ə)-ın evinə daxil olub gördü ki, hər ikisi - Əli (ə) və Fatimə (s.ə) - əl dəyirmanının yanında oturub bir-birinə kömək edirlər. Həzrət salam verib hal-əhval tutduqdan sonra buyurdu: "Hansınız daha çox yorulmusunuz? Mən onun yerində oturum və onun işini görüm". Əli (ə) ərz etdi ki, ya Rəsulallah (s) Fatimə (s.ə) daha çox yorulub. Sonra Fatimə atasının göstərişi ilə ayağa qalxdı və Peyğəmbər (s) un üyütməyə başladı. (Biharul-ənvar, cild 43, səh 50)
İmam Sadiq (ə) buyurur: "Hər kəsin Allah və onun Rəsuluna məhəbbəti çox olsa öz ailəsinə də məhəbbət göstərər. (Vəsail, cild 14, səh 9) Qadın həyat yoldaşının qəlbinin sirdaşı olmalıdır, fədakar olmalıdır, əri evə gələndə onu qarşılamalıdır, evdən çıxanda onu yola salmalıdır, qəmgin olanda məhəbbətlə onun qəmini azaltmalı, bir sözlə ərinin silahdaşı olmalıdır. Bir hədisdə deyilir ki, bir gənc ailənin 3 yaşında oğlan uşağı var idi. Kişi hər gün səhər işə gedib, axşam gələrdi. Yoldaşı onu hər gün qarşılayıb nəvaziş və ehtiram edərdi. Uşaq xəstələnmişdi. Bir gün əri işdə olanda uşaq dünyasını dəyişdi. Xanım uşağı o biri otağa qoyub, lazımı işləri gördü. Həyat yoldaşı axşam evə gələndə qadın onu təbəssümlə qarşıladı, ona süfrə saldı. Əri soruşdu ki, uşaq necədi? Xanım cavab verdi ki, uşaq yaxşı oldu. (yəni cənnətə getdi) Sonra onlar yatdılar. Səhər durub qusl etdilər. Kişi namaz qılmaq üçün məscidə gedəndə xanım dedi: "Əgər sənə biri əmanət verə. Sonra onu geri istəyə nə sözün olar? Kişi cavab verdi: "Heç bir sözüm olmaz". Fədakar qadın dedi: "Allah bizə 3 il əvvəl bir əmanət vermişdi. Onu geri aldı. Mömünlərə xəbər ver uşağı dəfn etsinlər. 9 ay keçəndən sonra Allah-təala bu fədakar qadının həyat yoldaşına olan qayğısı nəticəsində onlara bir oğlan uşağı ərməğan etdi.
Ailədə münasibətlərin İslam qanunlarına uyğun olması və bu qanunların cəmiyyətin çox hissəsini əhatə etməsi, cəmiyyətin yaxşılaşmasına, bütün insani keyfiyyətlərin çoxalmasına, inancın artmasına, sülh və əmin-amanlığın bərqərar olmasına səbəb olur.
Allah-təala bizləri bir-birimizlə mehriban etsin !
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.