Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (29.I.2010)

 

Xətib: Hacı Elşən Süleymanov.

 

                            1-ci XÜTBƏ

 

 Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu

vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil

 Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

 Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah

Hörmətli möminlər!Sizə və özümə təqvalı olmağı tövsiyə edirəm!

Bildiyimiz kimi müsəlman dünyasında Səfər ayıdır.Bu ayda da müsəlmanların hüznlü günləri vardır.

Xüsusilə Əhli-beyt (ə) tərəfdarları və dostları üçün bu ay daha hüznlü sayılır.Bu ayın tarixi günlərinə

nəzər saldıqda İmam Hüseyn(ə) və onun vəfalı və sədaqətli səhabələrinin qəhrəmanlıq və fədakarlıqlarını xatırladan bir ay olduğunu görürük.Beləki bu ayda Əhli-beyt(ə) əsirləri Şam şəhərinə

daxil olmuşlar.

Şam şəhəri İmam Səccad (ə) və Həzrət Zeynəbin (sə) xütbələri nəticəsində deyişdi.Elə həmin vaxtdanda Bəni Üməyyə əleyhinə inqilab toxumları səpildi və onlar bütün İslam dünyasında rüsvay

olunmağa başladılar.İslam və Quran əleyhinə olan təhdidlərinin xətəri şəhidlərin qanı və Aşura faciəsinin şahidlərinin çatdığları hər yerdə bu din düşmənlərinin iç üzünü ifşa etməkləri nəticəsində dəf olundu.

Bundan başqa səfər ayı həmdə müsəlman dünyasında ən böyük itgi və müsibəti bizlərə xatırladan aydır.Çünki bu ay həm də Allah Rəsulunun (s) dünyadan köçdüyü və o həzrətin əziz nəvələri İmam Həsən (ə) və İmam Rza (ə)-nın şəhid edildiyləri aydır.Xüsusilə İmam Hüseyn (ə) -in ərbəin gününün xatirəsi bu hüznlü günlərə əlavə olunmaqla Səfər ayının axır on günlüyünü Əhli-beyt (ə) məktəbi tərəfdarları üçün dahada hüznlü etmişdir.Bununla bərabər bu qəm və matəm günləri o böyük şəxsiyyətlərin həyat tərzlərinin ,onların fədakarlıq və qəhrəmanlıqlarının təkrar yada salıinib öyrənilməsi üçün gözəl bir fürsət oldu.

Və deyildiyi kimi bu ayda əsas   günlərdən biri də  ərbəin günüdür. Həmin ayda ərbəinə toplaşmaq çox əhəmiyyətli əməllərdəndir.  Bu həm də mömün insanların xüsusiyyəti kimi vurğulanmışdır. İmam Həsən əl-Əskəri (ə) -dən nəql etdiyi bir hədisdə Şeyx Mufid belə qeyd etmişdir: Müminlərin  beş  xüsusiyyəti vardır.

  • 1. 51- rəkət namaz qılarlar ( gün ərzində qılınan vacib və müstəhəb namazlar nəzərdə tutulmuşdur).
  • 2. Ərbəində iştirak edib ziyarətnamə oxuyarlar .
  • 3. Sağ ələ üzük taxarlar (kişilərə qızıl üzük taxmaq haram buyurulmuşdur)
  • 4. Səcdə zamanı alını torpağa qoyarlar.
  • 5. Namazda Bismillahir - Rəhmanir - Rəhim uca səslə deyərlər. Hədis

Bütün bu münasibətlərlə  dünya müsalmanlarına xüsusilə Əhli-Beyt (ə,s) tərəfdarlarına baş sağlığı veririk.

Əvvəldə oxunan ayə , Hücurat surəsindən bir ayə idi ki , bu ayə bundan sonra da qiyamət gününəcən bütün zamanlara və məkanlara  şamil olacaq  bir ayədir. 

          Elə sanki , bütün tarixi hadisələr o ayədə deyilən meyara görə müxtəlif dövrlərdə yaxşıya və pisə doğru  insanların öz seçimi ilə dəyişdirilmişdir.

Bu meyar təqvadır.

Allah təala buyurmuşdur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvadan ) yaratdıq. Sonra bir-birinizi taniyasınız  ( kimliyinizi biləsiniz) deyə , sizi xalqlara və qəbilələrə ayırdıq Allah dərgahında  daha hörmətli olanınız ondan ən çox qorxanınızdır. (xüsusilə pis əməllərdən ən çox çəkinənlərinizdir). Həqiqətən , Allah ( hər şeyi), biləndir (hər şeydən ) xəbərdardır. Hücürat surəsi 13- ayə     

          Bu ayə həm də bütün insanlara həqiqi dəyərin insanlıqdan nə olduğunu bildirir. Şübhəsiz ki ,  hər bir insan fitrətən  iftixar olması və dəyərli bir insan  olmaq istəyində olur  və buna görə bütün qüvvəsi ilə həmən dəyərlərə yiyələnməyə can atır.Lakin  dəyərli olmaq meyarını tanımaq müxtəlif

 

mədəniyyətlərə görə təmamilə fərqli olduğu üçün bəzən o, səviyyəyə gəlib çatır ki , yalançı dəyərlər bütünlüklə həqiqi dəyərlərin və meyarların yerini tutur.

Bəzən bir sinif insanlar özlərini hansısa tanınmış və mötəbər qəbiləyə mənsub bilməylə  özlərini üstün insanlar bilirlər.Xüsusən cahiliyyət dövrüdə ərəblər üçün qəbilə və xalqlara görə eləcədə  mənsəblərə görə fəxr etmək ən çox yayılmış anlayışlardan biri idi.  O , həddəcən ki , hətta hər  bir qəbilə üçün " Ən üstün tayfa " və ya hər bir irq üçün "ən üstün irq və xalq" hesab edirdi. Təəssüflərr olsun ki ,  o yanlış cahiliyyət təfəkkürünün qalığları indi ki , dövrümüzdə də  görünməkdə və inkişaf etməydədir. Bəzi insanlar isə  var-dövlət, sərvət , qəsirə və imarətə yiyəlnməsini , çoxlu qulluqçulara sahib olmasını , vəzifə, əyan -əşraf və sair bu kimi dünyəvi və  küfr, zülm və şirkə sürükləyən" Dəyərləri" özləri üçün üstünlük meyarı bilməkdədirlər. Eləcədə həmin ardıcılığla bəzi insanlarda sair müxtəlif meyarları. Lakin  yuxarda sadalanan yalançı dəyərlərin hamısı fitri , maddi və tez aradan gedəcək  meyarlar olduğuna görə, İslam  dini ( Burda məqsəd  Peyğəmbərin (s) Qədir-Xumda Əlini (ə,s) öz yerinə Allahın əmri ilə canişin təyin etdiyi kamil İslamdır). İslam dini bu "dəyərlər" olan bir məkandan zühur edərək həmən yalançı dəyərlərin nəinki heç biri ilə razılaşmadı     əksinə  onları pislədidə.İnsanın həqiqi dəyərini onun fitri xüsusiyətlərinə   görə müəyyənləşdirərək  təqva , sədaqət ,  paklıq   və sair bu kimi  xüsusiyətləri əsl üstünük meyarı bildirdi. Hətta ən mühüm dəyərlərdən sayılan elm və biliyi belə əməl etməklə , İman , təqva  və əxlaqı dəyərlərlə  yanaşı  dəyərli hesab etdi.

İstər dini elmlər olsun  istərsə də digər dünyəvi elimlər . Çünki elm həqiqi ilahi meyar sayılan iman və təqva ilə  düzgün istifadə və əməl olunaraq  insanın dünya və axirət səadətini təmin edə bilər.  Təbərinin "Adabun - Nüfus" kitabında nəql olunmuşdur :  Allahın Rəsulu (s) " Mina" çölündə dəvədə oturduğu halda insanlara tərəf üz tutub  belə buyururdu: Ay camaat ! Bilin ki , sizin Allahınız  və atanız birdir. Təqvadan başqa nə ərəbin qeyri ərəbə , nə qeyri ərəbin ərəbə ,  nə qaradərilinin ,qarabuğdayılıya nə də  qarabuğdayının qaradəriliyə  üstünlüyü  yoxdur. İlahi göstərişi  təbliğ etdimmi ?  Hamı dedi : Bəli.

 Sonra Həzrət buyurdu: Bu sözü burda hazır olanlar burda olmayanlara  yetirsinlər. Başqa bir məsələ  təqvanın həqiqətidir.  Quran ayələrinə əsasən  belə başa düşülür ki ,  təqva  həmin möhkəm iman sayəsində qəlbdə və eləcədə bütünlükə insanın vicudunda  yaranmış məsuliyyət  hissidir.Təqva insanı bu sözün antonimi  sayılan " Fücur " günah işlər törətməkdən saxlayır. Onu yaxşılıq, xeyirxahlıq  , paklıq,  ədalətlilik kimi yüksək səciyyələrə səsləyir. Mömün insanın əməllərini ixlaslı, onun fikir və niyyətini isə  çirkinliklərdən təmizləyir. Böyük İslam şəxsiyyətləri təqvanı  üç mərhələsi  olduğunu bildirmişlər.

  • 1. Nəfsi düzgün etiqad qazanmaq yolu ilə əbədi əzabdan qoruyub saxlamaq.( Bilmək lazımdır ki , bu etiqadlarda təqlid olmaz )
  • 2. Hər növ günahdan çəkinmək. İstər bu günah hər hansısa Allah , Peyğəmbər və məsum imanların buyurduğu vacib əməlləri tərk etmək olsun və yaxuda onların buyurduğu əməlləri yerinə yetirmək. ( bu da içtihat ehtiyat və təqlidllə mümkündür)
  • 3. Nəhayət İnsanın qəlbini özünə məşğul edib onu günah , nifaq , zülm , şirk və küfrr sayılan niyyət və fikirlərə cəlb edərək, haqqdan yayındıran hər bir şeydən qorunmaq. Bu da öz növbəsində xass insanlara məxsus təqvadır. Əlbəttə mömin insan Peyğəmbərlərə və məsum imamlara məxsus bu xüsusiyəti tam özündə formalaşdırmasa da buna yaxın mərhələlərə gəlib çata bilər.

Allahdan istəyimiz budur ki ,  bütün mömünləri və  bu cəmi təqvalılardan  qərar versin  Allah təala  İslama və İslam əhlinə kömək olsun , küfr və küfr əhlini  zəlil etsin!

Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

2-Cİ XÜTBƏ

 

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

Mövzü: "İslam barəsindəki əqidəmiz".

Biz inanırıq ki, həqiqətən Allah yanında din yalnız İslam dinidir. Bu haqq ilahi şəriət, şəriətlərin sonuncusu və ən kamili olub, bəşərin səadəti ilə ən müvafiq, dünya və axirət mənafe və məsləhətlərini özündə ən çox cəm edən bir şəriətdir, dünya durduqca əbədi qalmağa səlahiyyəti var. Dəyişdirilə, başqası ilə əvəz edilə bilməz. Bəşərin ehtiyaclı olduğu fərdi, ictimai və siyasi qanunların hamısını özündə ehtiva edir.

İslam dini, ilahi şəriətlərin ən sonuncusudur və biz zülm və fəsada qurşanmış bugünkü bəşəriyyətin islahı üçün başqa bir dinin gəlişini gözləmirik. Deməli, hökmən bir gün gələcəkdir ki, İslam dini qüvvətlənib öz ədalətli qanunları ilə bütün cəmiyyətlərə hakim olacaq.

Əgər İslam şəriəti öz qanunları ilə yer üzündə kamil, səhih surətdə tətbiq olunlarsa, bəşəriyyət arasında ümumi, cahanşümul olar, onların səadətləri kamilləşər. Hələlik yuxu kimi görünən rifah, bolluq, rahatlıq və gözəl əxlaq olar, dünyada zülmün kökü kəsilər, bütün insanlar arasında mehr-məhəbbət artar, dostluq, qardaşlıq bərqərar olar, yoxsulluq və fəqirlik məhv olub gedər.

Hal-hazırda isə biz, özlərini müsəlman adlandıranlar arasında acınacaqlı halları görürüksə, səbəbi budur ki, İslam dini yarandığı ilk zamandan indiyə qədər özünün həqiqi mənasında tətbiq olunmamış, onun həqiqi ruhu aşılanmamışdır. Müsəlmanları bu çirkin, acınacaqlı vəziyyətə salan şey İslam dininə arxalanmaq, ona tabe olmaq deyil, əksinə, müsəlmanların İslam təlimlərindən üz döndərmələri, onun qanunlarına hörmətsizlik göstərmələri, öz aralarında zülmün, düşmənçiliyin yayılması istər padşahların, istər rəiyyətin, istər məxsus şəxslərin, istərsə də avam xalq tərəfindən-tərəqqi yolunda əngəllər törətmiş, qüvvələrini, mənəviyyatlarını həddindən artıq zəiflədərək tənəzzülə uğratmış, bəla və müsibətləri öz arxasınca çəkib gətirmişdir. Allah-Taala da onları, etdikləri günahlar səbəbi ilə həlakətə salmışdır:

Bunun səbəbi budur ki, həqiqətən Allah hər hansı bir qövmə verdiyi bir neməti onların özləri o neməti dəyişməyincə dəyişən deyil.

Bu Allahın məxluqatdakı sünnəti-dəyişilməz qanunudur ki:

Həqiqətən günahkarlar səadətə çatmazlar.

Sənin Rəbbin bir yeri (qəryəni)  oranın əhalisi islahatçı olduğu halda zülm ilə həlak etməz.

Rəbbinin cəzalandırması bax belədir! Bir yeri cəzalandırsa-o yerin əhalisi də zalımlar olsa-cəzası çox dərdli və şiddətlidir.

Dinin yalnız vərəq üzərində yazılar olaraq əməl olunmadığı, onun ruhoxşayan təlimlərinə ən aşağı səviyyədə belə əməl olunmadığı halda onun bu ümməti hazırkı acınacaqlı haldan xilas etməsini necə gözləmək olar?

İman və əmanətdarlıq, sədaqət və ixlas, din qardaşı yolunda candan keçmək, gözəl rəftar, özün üçün sevdiklərini müsəlman qardaşın üçün də istəmək və s. kimi gözəl səciyyələr İslam dininin ən ilkin əsllərindəndir. Halbuki müsəlmanlar onları elə qədim zamanlardan bugünkü günə qədər boşlamışlar. Nə qədər vaxt keçirsə bir o qədər də çox pərakəndə firqələrə, dəstələrə parçalanır, dünya malı, maddiyyata görə bir-birinin canına düşür, puç xəyallara qapılaraq bir-birini əzişdirir, dərk etmədikləri fikir və rəylərə, yaxud ümumiyyətlə onlara aid olmayan işlərə görə bir-birini kafir hesab edirlər. Nəticədə dinin göhvərindən, özlərinin və cəmiyyətlərinin məsləhət və mənafelərindən yayınaraq Quranın əzəli, yaxud sonradan yaranan olması, əzab və rəcət, həmçinin cənnət və cəhənnəmin hal-hazırda yarandığı, yoxsa sonradan yaranacağı və s. kimi çox da mühüm olmayan məsələlər, aralarındakı anlaşılmazlığı daha da dərinləşdirmiş, bir-biri ilə çəkişməyə başlamış və bir-birini kafir hesab etmişlər. Bu çəkişmələrin hamısı onların, düzgün yoldan-sünnətdən azıb fəlakətə, fənaya doğru sürükləndiklərinə dəlalət edir.

Zamanın keçməsi ilə onların haqq yoldan sapmaları daha da dərinləşmiş, cəhalət və zəlalət onlara hakim olmuş, əsassız və lazımsız məsələlər, puç xəyallar, xurafat, müharibə, yersiz öyünməklə özlərini məşğul etmiş, nəticədə dibi görünməyən bir quyuya düşmüşlər. Bunların baş verdiyi bir vaxtda İslamla barışmaz düşmən və müsəlmanların qəflət dəryasına qərq olduqları bir vaxtda oyaq olan Qərb, müsəlmanların sakin olduqları bu ölkələri istila altına alıb öz müstəmləkəsinə çevirmişdir. Allahdan başqa heç kəs bu müsibətin müddətini və sonunu bilmir.

Sənin Rəbbin bir yeri (qəryəni)-oranın əhalisi islahatçı olduğu halda-zülm ilə həlak etməz.

Bu gün müsəlmanların bu acınacaqlı vəziyyətdən xilas olmaqları üçün yeganə yol budur ki, özlərinə qayıdıb etdikləri süstlüklərin, səhlənkarlıqların hesabını etsinlər, dinin gözəl, qiymətli təlimləri ilə öz nəfslərini və gələcək nəsilləri paklaşdırmağa səy göstərsinlər, aralarındakı zülm və zorakılığı aradan qaldırsınlar, özlərinə bu böyük bəladan nicat versinlər. Məhz bundan sonra, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolmalıdır. Necə ki, bunu Allah Öz Rəsuluna vədə vermişdir.

Bu da yalnız dinlərin sonuncusu olan İslam dinindən gözlənilir. Dünyaya sülh, səfa gəlməsi, islah olunması İslamsız mümkün deyil.

Həmçinin bir İmamın varlığı da labüd və zəruridir ki, O İslama daxil olan xurafatları, ona artırılan bidət, zəlalət və s.-ni dindən paklasın, bəşərə nicat versin, onları düşdükləri ümumi fəsaddan, daimi zülümdən və düşmənçilikdən, qiymətli əxlaqiyyatın, ruhun təhqirindən xilas etsin.

Allah Onun zühurunu tezləşdirib, bizim üçün asan etsin!

AMİN!

Bismillahir rəhmanir rəhim.

Qul əuzu birəbbinnas. Məlikinnəs. İləhinnəs min şərrilvəsvasil xənnas. Əlləzi yu vəsvisu fi sudurinnas. Minəl cinnəti vənnas.

Sədəqallahul əliyyul əzim.

Copyright 2008 © Imamhuseyn.org