Xətib: HACI ELŞƏN RÜSTƏMOV
Bismillahir Rəhmanir Rəhim
Əssəlamu əleykum və rəhmətullah
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm
I XÜTBƏ
Zilhiccə ayının 24-ü Mübahilə ayəsinin nazil olduğu gündür. Ali-İmran sürəsi 61-ci ayədə Allah-təala buyurur: "(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən bilikdən sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa, onlara de ki: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımız, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!"
Bu ayənin nazil olma səbəbi Təfsiri-tibyanda, Təfsiri-qazidə, Təfsiri-Fəxr Razidə belədir ki, bu ayə Peyğəmbərdən (s) sonra Əli (ə) hamıdan şərəfli və üstün olması haqqında nazil olub, ikinci səbəb isə aşağıdakı hadisə ilə əlaqədərdir:
"Həzrəti Peyğəmbər (s) Quranda həzrəti İsa (ə) haqqında olan həqiqətləri Nəcran xristian tayfasına bəyan etdi. Eləcə də öz peyğəmbərliyinin dəlillərini də onlara söylədikdə onlar qəbul etmədilər. Sonra peyğəmbər buyurdu: "Allahın hökmü budur ki, əgər dinimi qəbul etməsəniz sizinlə mübahilə (nifrin) edəm". Elə bu vaxtı həmin ayə nazil oldu. Zəməxşəri təfsirində yazır: Peyğəmbər Nəcran xristianlarını mübahiləyə dəvət etdikdə onlar dedilər: "Ey Əbəlqasim icazə verin qayıdıb bu barədə fikirləşək". Onlar öz fikir sahibləri olan Aqibə müraciət edərək dedilər: "Ey Əbdulməsih məsləhətin nədir? O, dedi: "Ey xristianlar! And olsun Allaha ki, siz yaxşı bilirsiniz ki, Muhəmmədə (s) Allah tərəfindən kitab göndərilib. O, haqq peyğəmbərdir. Kim öz peyğəmbəri ilə mübahilə edibsə hamısı həlak olub. Əgər mübahilə etsəniz hamınız hamınız həlak olacaqsınız. Əgər öz dininizdə qalmaq istəsəniz Muhəmmədi (s) tərk edib öz ölkənizə qayıdın". Bu əsnada gördülər ki, həzrəti peyğəmbər Hüseyn (ə) qucağında, Həsən (ə) isə əlindən tutmuş halda və arxasınca xanım Fatimeyi-Zəhra (s.ə.) və sonra Əli (ə) gəlirlər. Peyğəmbər onlara buyurdu:
"Mən dua edərkən siz amin deyərsiniz". Nəcranilərin keşişi dedi ki, ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allahdan istəsələr Allah dağları yerindən qopardar. Onlaral mübahilə etməyin, yoxsa hamınız həlak olarsınız və yer üzündə bir nəfər də olsun xristian qalmaz".
Buna görə xristianlar dedilər: "Ey peyğəmbər biz səninlə mübahilə etmirik". Peyğəmbər onları islama dəvət etdi. Onlar bunu da qəbul etmədilər.
Peyğəmbər buyurdu: "Biz sizinlə müharibə etməli olacağıq". Onlar dedi: Bizim gücümüz yoxdu sizinlə müharibə edək, amma sizinlə müqavilə bağlamağa hazırıq. Biz söz veririk ki, ildə sizə 2000 dəst paltar verək. Yarısını səfər ayında, yarısını da rəcəb ayında. Bundan əlavə 30 dəst zireh də verəcəyik". Peyğəmbər razılaşıb buyurdu: "And olsun Allaha ki, canım onun əlindədir, az qalmışdı onlar insan sifətindən çıxıb, donuz və meymun sifətinə düşüb həlak olalar". Zəmxşəri yazır: "Allah-təala bu ayədə əhli-beyti (ə) həzrəti Peyğəmbərin (ə) özündən qabaq zikr etmişdir. Bununla Allah-təala əhli-beytin böyük bir dəyər və rəhbər olmaq haqqlarının olduğunu bildirir". Bu ayədə Allah-təal imam Həsən və Hüseyni (ə) Peyğəmbərin (s) oğlanları və Əli (ə) isə Peyğəmbərin (s) özü adlandırır. Ənam sürəsinin 94cu ayəsində Allah-təala buyurur: "Biz İshaq və Yaqubu ona əta etdik". Buradan məlum olur ki, həzrəti İsa və İbrahim (ə) ata yox, ana cəhətinə nisbət verilir. Bundan da aydın olunur ki, qızın oğlu babanın oğlu adlanır.
Mərhum Əllamə Təbatəbai öz təfsirində bu ayə barəsində bəhs etdikdən sonra mübahilədə iştirak edənlərin həzrəti peyğəmbər (s), Əli (ə), Fatimə (s.ə.), Həsən (ə) və Hüseyndən (ə) ibarət olduğunu bəyan edərək buyurmuşdur:
"Hədis nəql edənlərin hamısı o cümlədən Müslim, Tirmizi və bu kimi böyük hədis kitabları yazan alimlər də öz kitablarında əhli- beyti yazaraq təsdiq etmişlər". Həzərti Peyğəmbər (s) yalniz o dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla müsəlmanlara bildirirdi ki, ümmətin qadınlarının ən sevimlisi həzrəti Fatimədir (s.ə.). Müsəlman oğlanların ən bəyənilmişi Həsən (ə) və Hüseyndir (ə). Quran onları peyğəmbərə mənsub etmişdir. Quranın aşkar təbiri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. "Özümüz" kəlməsində isə Quran həzrəti Əli (ə) isə peyğəmbərin özü kimi hesab etmişdir.
ALLAH - TƏALA BİZLƏRİ DÜNYA VƏ AXİRƏTDƏ PEYĞƏMBƏR VƏ ƏHLİ-BEYTİNDƏN AYRI SALMASIN!
AMİN!
II XÜTBƏ
Həzrəti peyğəmbər buyurur: "Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir".
Dekabrın 18-i h.q. təqvimi ilə 1431-ci ilin başlanğıcı, məhərrəm ayının 1-idir. Kərbəla şəhidlərini anma mərasimlərinin başlanğıcıdır. Sovetlər birliyinin tör-töküntüləri olan ateistlər, ümum şeytani qüvvələr məhərrəm ayını yeni ilin başlanğıcı olduğu üçün şəhidləri anma məhərrəmlik matəm mərasimlərini qəbul edilməz hesab edirlər. Yaxud cürbəcür həqiqətdən uzaq olan müxtəlif donlar geyindirməyə çalışırlar. Halbu ki, cahiliyyət dövründə İslamdan qabaq bu ay matəm ayı olaraq qan tökülməsinin, müharibələrin baş verməsinin qadağan olması hökmündə olmuşdur. Amma buna baxmayaraq özlərini müsəlman hesab edən dünyapərəst zalımlar dünya malına, nəfslərinin çoxluğuna, şeytana uyub Peyğəmbər (s) övladlarını şəhid, qarət, əsir etdilər. İndiki dövrdə bu ayın hörmətin saxlamayanlar əvvəlki zalımların yolu ilə gedənlərdir.
Bir neçə əməllər vardır ki, məhərrəm ayının axşamı və ayın birinci günü onları yerinə yetirmək müstəhəb və bəyənilmişdir:
1. Elə ki, bir kəs ayı gördü üç dəfə Allahu əkbər və üç dəfə La ilahə illəllah deyə.
2. Desin: Həmd və şükürlər olsun o Allaha ki, zilhiccə ayını aparıb, məhərrəm ayını bizə nəsib etdi.
3. Ayı görən kimi 7 dəfə həmd sürəni oxusa insan göz xəstəliklərindən amanda olar.
4. Ayın birinci günü 2 rəkət namaz qıla, birnci rəkətdə həmd surədən sonra 30 dəfə ixlas surəsini, ikinci rəkətdə Həmddən sonra 30 dəfə Qədr surəsini oxuya. Namazdan sonra imkanı qədər sədəqə versə, ailəsinin və özünün salamatçılığına müəffəq olar. Namazdan sonra "Məfatih"də 517-ci səhifədə kiçik bir dua var ki, onuda oxusa savabı çoxdur.
İmam Rza (ə) buyurur: "Məhərrəm ayı daxil olanda atam Musa ibni Cəfəri (ə) təbəssüm edən görməzdim. Həmişə qəm və kədər içində olardı. Aşura günü olanda isə, o gün atamın müsibətli ağlamaq günü idi; və atam buyurdu bu gün bir gündür ki, Hüseyn (ə) şəhid ediblər".
Rəyyan ibni Şəbib deyir: " Məhərrəm ayının 1-i imam Rza (ə) yanına gəldim, mənə buyurdu: "Ey Şəbibin oğlu! Bu gün oruc tutmusan?" Dedim: "Yox." Buyurdu: "Bu gün bir gündü ki, Zəkəriyya Allaha dua edib istədi: "Ey Rəbbim, Öz tərəfindən mən pak olan bir övlad əta et ki, həqiqətən Sən duaları eşidənsən". (Ali-İmran surəsi, ayə 38) Allah onun duasını qəbul etdi və mələklərə əmr etdi - Zəkriyya ki mehrabi ibadətdə idi - Allah sənə Yəhyanı müjdə verir. Deməli hər kəs bu gün oruc tutsa və Allaha dua etsə, Zəkəriyyanın duasını qəbul edən kimi onunda duasını Allah-təala qəbul edər. Sonra dedi: Ey Şəbibin oğlu! Əgər ağlamaq istəsən bizim Hüseynimizə ağla ki, qoyunun başın kəsən kimi, başını kəsdilər və Peyğəmbər (s) ailəsindən 18 nəfəri susuz şəhid etdilər və 7 qat asiman və torpaq onların şəhid olmasına ağladılar. Ey Şəbibin oğlu! Atam ata və babasından mənə nəql edib: Elə ki, cətdim Hüseyni şəhid etdilər, asimandan qan və qırmızı torpaq yağdı. Ey Şəbibin oğlu! Əgər Hüseyn (ə) ağlayasan göz yaşların üzünə axa Allah günahlarını bağışlayar. İstər günahların az ya da çox ola, istər kiçik vəya böyük ola. Əgər istəyəsən şəhidlərin səvabını Hüseyn (ə) ilə tapasan nə vaxt Hüsüyn (ə) yad edəsən de: "Ey kaş, biz də sizinlə birlikdə olub o böyük səadətə nail olaydıq!"
Zəkəriyyə peyğəmbərin 120, xanımının isə 98 yaşı vardı onların övladı olmamışdı. Məhrrəm ayının 1-də Zəkəriyyə və xanımı gördü ki, bir quş öz balasını yedizdirir.Onlar övlad eşqi ilə ah çəkdilər.Həmin vaxt qadın heyz oldu.Günortadan sonra heyzdən kəsildi.Sonra hamilə oldu.Ənbiya surəsi 90-cı ayədə Allah-taala buyurur: "Biz Zəkəriyyənin duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmaq) qabil bir hala gətirdik".
Şəvval ayının 5-i imam Hüseyn (ə) Müslüm ibni Əqili Kufəyə nümayəndə olaraq göndərdi.O, Muxtar ibn Əbi Übeydə Səqəfinin evinə düşdü. Hamı onun ətrafına yığıldı. Müslim imamın məktubunu oxudu. Hamı eşqdən ağlayırdı... 18000 nəfər Müslimə beyət etdi. Bu hadisəni Ömər ibn Səd Yezidə məktub yazıb xəbər verdi. Yezid Küfənin hakimi Neyman ibni Bəşiri vəzifəsindən azad edib, Bəsrənin hakimi Übeydullah ibni Ziyada məktub yazıb, onu Kufəyə hakim təyin etdi... Müslim yerini dəyişib Hani ibni Ürvənin evində əyləşdi. Hanini həbs etdilər. Döyüş oldu. Yalandan dedilər Şamdan qoşun gəlir. Əks təbliğat nəticəsində cənab Müslimin ətrafından tərəfdarları dağılışdılar. Şam namazında 10 nəfər qalmışdı. Namazdan sonra gördü heç kəs qalmayıb. Müslim qərib şəhərdə tək və tənha qaldı. Kufənin küçələrində gəzirdi. Gecə vaxtı Toə adlı qadının qapısına gəlib su istədi. Qadın ona su verib, tanıdıqdan sonra evində yer verdi. O, bir otaqda səhərə qədər ibadət elədi. Qadının oğlu ibn Ziyadın adamlarından idi. Xəbərdar olub, İbn Ziyada xəbər verdi. Cənab Müslim onu həbs etməyə gələnlərlə döyüşdü, axırda onu həbs edib, yaralı halda ibn Ziyadın yanına gətirdilər. O, İbn Ziyada salam vermədi. O, vəsiyyət etdi ki, imama məktub yazsınlar ki, Kufə camaatı dönük çıxıb. İmam Kufəyə gəlməsin... Sonra Bəkir ibn Himrana əmr etdilər o cənab Müslimi darul-imarənin (hakimiyyət binası) damına çıxardıb, onun başını kəsib, bədənini yerə atdı...
ALLAH BÜTÜN ZALIMLARA LƏNƏT ETSİN!
AMİN!