Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (04.XII.2009)

 

 

Xətib: HACI ELŞƏN RÜSTƏMOV                 

Bismillahir Rəhmanir Rəhim

Əssəlamu əleykum və rəhmətullah

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm                                 

 

I XÜTBƏ

 

 Dekabrn 3-ü onuncu imam Hadi (ə) anadan olan günüdür. İmam Əliyyən Nəqi (ə) h.q. təqvimi ilə 212-ci il, zilhiccə ayının 15-də Mədinə

yaxınlığındakı "Sərya" adlı məntəqədə anadan olmuşdur. Atası imam Muhəmmədi Təqi (ə), anası isə çox fəzilətli və təqvalı olan Səmana

adlı qadın olmuşdur. İmamın ən məşhur ləqəbi Nəqi və Hadi olmuşdur. O həzrətin imamət dövrü 32 il olmuşdur.

 İmamın yaşadığı dövrdə aşağıdakı Abbasi xəlifələri imamın müasiri olmuşdur:

 Məmunun qardaşı Mötəsim (217-227);

 Mötəsimin oğlu Vasiq (227-232);

 Vasiqin qardaşı Mütəvəkkil (232-248);

 Mütəfəkkilin oğlu Müntəsir (6 ay);

 Müntəsirin əmisi oğlu Müstəin (248-252);

 Mütəvəkkilin digər oğlu Mötəzz (252-255);

 İmam Əliyyən Nəqi (ə) zamanında xilafətdə türklərin və qulların nüfüzünün artması nəticəsində xilafət öz əzəmtini itirmişdir. Xəlifə yalnız  simvolik bir məna daşıyırdı. Abbasi xəlifələri kef, əyləncə, eyş-işrətlə məşğul olurdular. Xilafət başdan-başa fəsadla dolmuşdu. Zülm və haqqsızlıq, beytülmalın qarət edilməsi və əyyaşlığa sərf olunması camaatı cana yığmışdı. Abbasi xəlifələri Ələviərə qarşı camaat arasında nifrət yaradaraq onları tar-mar etməyə çalışırdılar. Hər hansı bir kiçik fəaliyyət hiss edən kimi amansızcasına qarşısını almağa cəhd göstərirdilər.

Abbasilərin haqsızlıqları əleyhinə 219-270 h.q. illəri arasında 18 qiyam baş vermişdir. Bu qiyamlar tam şəkildə İslamı olmadığı üçün çox vaxt məsum  imamların etirazı ilə üzləşirdi.

 Mütəvəkkil Bəni-Haşimə qarşı daim bədgüman olmuş və onları həmişə ittiham etmişdir. Onun vəziri Übeydullah ibni Yəhya ibni Xaqan da xəlifədən geri qalmamışlar. Əgər bir nəfərin Əliyə (ə) rəğbət bəslədiyindən Mütəfəkkil xəbər tutsaydı bütün mal dövlətini müsadirə edib, özünü də öldürərdi. (Məqatilüd-talibin. səh. 395) Buna görə də imam (ə) Mütəfəkkilin hakimiyyəti dövründə son dərəcə ehtiyatlı hərəkət edirdi.

 Muhəmməd ibni Şərəf deyir: "Mədinədə Əliyyən Nəqi (ə) ilə birlikdə yol gedirdim. İmam buyurdu: "Sən Şərəfin oğlusan?" Dedim ki, bəli.

İstədim o həzrətdən bir sual soruşam. İmam məni qabaqlayıb buyurdu: "Biz indi camaataın çox get-gəl etdiyi küçədəyik, bura sual yeri deyil".

(Biharul-ənvar cild 50, səh. 176)

 İmam Hadi (ə) tərəfdarları arasında birbaşa əlaqənin çətin olmasına görə imam nümayəndələr təyin edirdi. Bunlar ərazi baxımından dörd

məntəqə idi:

 1-ci. Bağdad, Mədain, Kufə məntəqəsi;

 2-ci. Bəsrə və Əhvaz;

 3-cü. Qum və Həmədan;

 4-cü. Hicaz, Yəmən və Misir məntəqəsi idi.

 İmamın fəaliyyəti nümayəndələrə verdiyi göstərişlərdə müşahidə olunurdu. İmam 232-ci ildə özünün Bağdad nümayəndəsi Əli ibn Bilala  yazmışdır: "...Mən Əbu Əli ibn Raşidi Əli ibn Hüseyn ibn Əbdülrəhimin yerinə nümayəndə təyin edirəm..."

 İmamı təzyiq altında saxlamaq üçün Mütəvəkkil imamı məcburi Samirraya gətirtdi. Xəlifənin əmri ilə imamı "kimsəsizlər yaşayan" karvansarada bir gün saxlayıb sonra öz adamları olan Səid ibn Hacibin evində yerləşdirib nəzarət altında saxlayırdı. Dəfələrlə o həzrətin yaşadığı mənzilə basqın edib orada axtarışlar apardılar, amma düşmənlərin iftirasını təsdiq edən heç bir silah və üsyana dəlalət edən bir əlamət tapmadılar. Qəfildən imamın evinə soxulanlar hər dəfə imamı namazda və ya Quran oxuyan halda görürdülər. Bütün bunlara baxmayaraq xilafət düşgünləri imamdan arxayın ola bilmirdilər. Mütəvəkkil öz xadimi Səid ibn Hacibə əmr edir ki, imamı öldürsün, ancaq imam buyurur ki, iki gün keçməz Mütəvəkkili öldürərlər.

Həqiqətən ikinci gün Mütəvəkkilin oğlu Müntəsir atasını öldürüb xəlifə oldu. Mütəvkkilin əmri baş tutmadı. Abbasi xəlifələri Ələviləri zəiflədib onların

mübarizliyini aradan götürmək üçün onları iqtisadi çətinliklərə məruz qoyurdlar. Peyğəmbərin rehlətindən sonra bu təzyiqlər (fədək bağından) başlamışdır.

 İmam (ə) Samirrada olanda bir neçə dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş vermişdir ki, onlar məcbur olub imama müraciət etmişlər. O həzrət imamət elmi sayəsində aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmışdır. Nəticədə saray fəqihləri o həzrətin elmi qarşısında baş əymişlər. Bir dəfə Mütəvəkkil xəstələnir. Nəzr edir ki, sağalsam Allah yolunda çoxlu qızıl sikkə paylayacağam. Sağaldıqdan sonra saray fəqihlərinə müraciət edir ki, çoxlu sikkə nə qədərdir? Onlar təyin edə bilmirlər. Mütəvəkkil imama (ə) müraciət etdi. İmam buyurdu: " 83 sikkə". Fəqihlər dedilər: " Nəyə əsasən?" İmam buyurdu: " Allah-təala quranda buyurmuşdur: " Allah sizə bir çox yerdə kömək etmişdir. (Tövbə surəsi, 25-ci ayə)

Bütün əhli-beytimiz də buyurur ki, peyğəmbər (s) dövründə 83 döyüş olmuşdur. (Təskirətül-xəvas. Səh. 360)

 O həzrətin dörd oğlu və bir qızı olmuşdur:

 1-ci. İmam Həsən-Əskəri.

 2-ci. Hüseyn.

 3-cü. Mühəmməd.

 4-cü. Cəfəri-Kəzzab. Bu özünü yalandan imam elan etmişdir. Əyyaşlıqla məşğul olmuşdur. Kəzzab ləqəbi də ona görə ona verilmişdi ki, imam Cəfəri-Sadiqdən fərqləndirilsin.

 İmam (ə) güclü senzura (nəzarət) altında olduğuna görə islam maarifçiliyi ilə geniş şəkildə təbliğ edə bilməmişdi. Amma Şeyx Tusi o Həzrətin müxtəlif İslam elmlər sahəsində şagirdlərinin sayının 185 nəfər olduğunu qeyd etmişdir. Onların arasında Hüseyn ibn Səid Əhvazi, Əyyub ibn Nuh, Həsən ibni Əli kimi məşhur alimlər olmuşlar. (Ricali-Tusi. Səh. 409-429)

 Xəlifə Mötəzin əmri ilə imam (ə) hicrətin 254-cü ilində rəcəb ayının 3-də 41 yaşında zəhər verilərək şəhid edildi. Oğlu imam Həsən-Əskəri

atasını qüsl edib kəfənə tutdu, 10 ildən artıq yaşadığı evdə dəfn edildi.

 

 

 ALLAH BÜTÜN ZÜLM EDƏNLƏRƏ LƏNƏT ETSİN.

 

 

II XÜTBƏ

 

 Dekabrn 6-sı zilhiccə ayının 18-ci günüdür ki, həmin gün "Qədir-Xum" bayramıdır. Hicrətin 10-cu ilində "Həccül-vidada" Cövhə çölündə dörd

yol ayrıcında, Misirə, Yəmənə, İraqa və Mədinəyə gedən yollar ayrıcında həzrəti peyğəmbərə Maidə surəsinin 67-ci ayəsi nazil oldu:

 " Ey peyğəmbər Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməyəsən onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların - Əli (ə) qəbul etməyənlərin şərindən) qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz". (Əli (ə) vilayətinə kafir olanları).

 Peyğəmbərin göstərişi ilə dəvənin cihazlarından (yəhər) mənbər düzəldildi. 120.000 hacı peyğəmbəri əhatə elədi. Peyğəmbər buyurdu:

" Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı və ikincisi mənim Əhli-beytimdir. Bu iki əmanət kövsər hovuzuna

qədər biri birindən ayrılmazlar. Bu iki əmanətdən qabağa düşsəniz ziyan çəkərsiniz, geri qalsanızda".

 Sonra Əli (ə) yanına çağırıb onun əlini yuxarı qaldırıb buyurdu: " Ey camaat, Allah mənim rəhbərimdir, mən isə sizin rəhbərinizəm. Kimin rəhbəri mənəm Əli də onun rəhbəridir." Sonra buyurdu: "Ey mənim Allahım! Kim onu dost tutsa, Sən də onu dost tut. Kim onu sevsə sən də onu sev. Kim ona düşmən olsa sən də ona düşmən ol". Qədir günündə peyğəmbər Əli (ə) özünə qardaş elan etdi. Allahın əmri ilə imam və xəlifə təyin etdi.

 Sonra Maidə surəsinin 3-cü yəsi nazil oldu: " Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi tamnamladım və bir din olaraq islamı bəyəndim". Bu ayədə ki, "nemət" də məqsəd imamətdir. Sonra hamı həzrət Əli (ə) təbrik edərək ona beyət etdi. Həmən hadisədə olan Həssan ibn Sabit "Qədr" hadisəsini nəzmə çəkib peyğəmbərə oxudu.

 Seyyid Əzim Şirvani Qədir hadisəsini aşağıdakı qaydada nəzmə çəkmişdir:

 

 O, şahənşahə şüturi-hicaz oldu mənbər,

 Bəd təmhidi-xudavəndi-qədimü-davər
 Dedi: Ayə deyiləm, mən sizə candan behtər?

 Dedilər: Cümlə bəli ey şəhi-vala gövhər,

 Sənsən, övlalığa mövlayi-səzavar bu gün.

 

 Dedi: Hər şəxsə ki, aləmdə mən olsam mövla,

 Ona mövladı Əli, ol şəhi-mülkü-məna.

 Ona nasir olana, nasir ola bari-Xuda,

 Hasidü-düşməninə düşmən ola Rəbbi-səma.

 Bu duanı elədi Əhmədi Muxtar bu gün.

 

 Tutdu bir xeymədə bəs, Heydəri-Kərrar qərar,

 Təhniyyət etdilər, ol Şirdilə xürdü-kübar.

 İbn Xəttab xitab eylədi: Ey Şirşikar!

 Bixxi-bixxin ləkə mövla Səni qıldı cabbar,

 Oldun Ey! Sərvəri-din, Aləmə Səedar bu gün.

 

 O, qədər çəkmədi kim, (ki) Xətmi-Rəsul etdi vəfat.

 Zülməti-xakdə məstur olub, Abi-Həyat,

 Qıldılar Xizir təriqində, o qövmi-zülümat.

 Qıldılar özlərinə, həqq-ziyafət-isbat

 Dedilər: Rehlət edib, Seyyidi-Əbrar bu gün.

 

 Uydular Əhri-mənə hökmü-Süleyman qaldı

 Bir də Həqqin bizə göndərdiyi fərman qaldı.

 Bənd olub zahirinə batini-quran qaldı,

 Kəsdilər suyunu, əfsurdə gülüstan qaldı

 Necə kim, indi də zahirdi o asar bu gün...

 

 Və Əssəlamu Ələykum Və Rəhmətullah

Copyright 2008 © Imamhuseyn.org