Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (20.XI.2009)

 

Xətib: HACI ELŞƏN RÜSTƏMOV                 

Bismillahir Rəhmanir Rəhim

Əssəlamu əleykum və rəhmətullah

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm                                                                         

I XÜTBƏ

 

 Xütbənin mövzusu "ANLAŞMA" adlanır.

 

 Allah-təala "Hücurat" surəsinin 10-cu ayəsində buyurur:

 "Həqiqətən möminlər bir-biri ilə qardaşdırlar, siz qardaşlar barışıcı olun , Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm  olunasınız".

 Müsəlmanların düşmənləri müsəlmanlar arasında daim ədavət toxumu səpməyə çalışıblar. Cürbəcür formalarla - irqçilik, millətçilik, təriqətçilik, regionçuluq və digər üsullarla. Amma Quran bizə əmr edir ki, siz şeytanın yolu ilə getməyin, o, sizin böyük düşmənininizdir. Doğru yol Allahın yoludur.

 Seyyid Ruhullah Musəvi (r) bir hekayədə (dostla düşməni ayırd etmək məqsədi ilə) buyurur:

 - Bir gün uç nəfər - bir seyyid, bir molla və bir nəfər adi şəxs əlbir olub şəhər kənarında olan bir nəfərin bağına icazəsiz daxil olub talan etməklə məşğul olduqları vaxt bağın sahibi gəlib onları gördü. Onları təkləyib tutmaq üçün şeytani siyasət ilə onlara ədəblə salam verdi. Xoş gəlibsiniz deyib seyyidi çox tərif etdi. Sizə hörmət etmək bizə vacibdir. Nə zəhmət çəkibsiniz, mən özüm meyvələrdən evinizə gətirərdim. Sonra isə mollanı da tərif edib dedi: - Siz bizə şəriət öyrədirsiniz, zəhmətimizi çox çəkirsiniz. Amma bir məsələ məni çox narahat edir. Bu avam niyə icazəsiz bağa girib?! Bağ sahibi tərif ilə seyyid və mollanı öz tərəfinə çəkib, üçüncü şəxsi təkləyib əl-ayağın bağladı. Sonra yenə seyyidi çox tərif eləyib mollaya dedi sən qanunları yaxşı bilirsən, bəs niyə icazəsiz bağa girmisən?. Mollanı da təkləyib əl-ayağını bağladı. Bu dəfə seyyidə dedi: - Düzdür, sənə hörmət etmək bizə vacibdir. Amma peyğəmbər sizə deməyib ki, icazəsiz başqasının bağını talan edəsiniz. Seyyidi də həbs edib onları divanxanaya təhvil verdi. Yəqin ki, belə bir hadisə olmayıb. Amma bu hekayədən çixan məna bizi ayıq olmağa və bir-birimizdən ayrılmamağı tövsiyyə edir.

 İmam Sadiq (ə) buyurur:

 "Allah yolunda bri-birinizlə qardaş olun, dostluq edin, barışıcı və mehriban olun".

 Hüseyn Cavid "Şeyx Sənan" dram əsərində islam hümmətinin vəhdəti haqqında yazır:

 Əcəba..! Həzrəti-Rəsulillah,

 Cümlə əsab-Əli, Ömər, həmrah

 Daima hərbəqahə qoşmuşlar,

 Həqqi təbliğ üçün vuruşmuşlar...

 Əvət, islam yüksəlir enməz

 Nuri-həqq daima yanar,sönməz.

 Həzrəti peyğəmbər buyurur:

 "Müsəlmanın qanın tökməyi, malın talan etməyi və ondan bədgüman olmağı Allah-təala haram edib"

 Başqa bir hədisdə peyğəmbər buyurur:

 "Həqiqi müsəlman o kəsdir ki, başqa müsəlman onun dilindən və əlindən inciməyə".

 Mərhum Nəsimi bu hədisi nəzmə çəkir:

 Möminin könlünə həqqin beyti derlər bilmədin

 İnkarına xəta derlər, yıxma könlün kimsənin.

 Mömün isən mömünün könlün al, izzət, hörmət et

 Səcdəqahi Mustafadır, yıxma könlun kimsənin

 Ey Nəsimi, bil ki, həqqin kəndi vəhdət xanəsi,

 Bil ki, sidrətül-müntəhadır, yıxma könlün kimsənin.

 

 Üsuli-kafi kitabında İmam Sadiqin (ə) belə buyurması nəql edilir:

 "Hər kəs mömün qardaşını töhmətləndirə və onda eyb axtara, duz suda yox olan kimi iman onun qəlbində yox olar".

 Dininmiz müsəlmanların mehriban olmasını, bir-birinə can deyib can eşidməsini, qardaş olmasını əmr edir.

Hücurat surəsi 12-ci ayədə Allah-təala buyurur:

 "Ey iman gətirənlər! Çox zənnə, gümana qapılmaqdan çəkinin. Şubhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayib axtarmayın".

 Əli (ə) buyurur:

 "Öz din qardaşının münasibətini yaxşı tərəfə yoz. Əgər biləsən ki, bu münasibət yaxşıya tərəf yozmağın qarşını alır, yenə də, ondan bədgüman olma, çünki Allah-təala buyurur: "Pislik axtarmayın". Əlamə Məclisi buyurur ki, hər sozün iki tərəfi var, Həzrəti Əli (ə) bu hədisdə buyurur ki, siz yaxşıya tərəfə yozun. Çünki, mömünün mömün qardaşından bədgüman olması haramdır.

 Hücurat sürəsi 13-cü ayədə Allah-təala buyurur:

 "Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından yaratdıq (Adəm və Həvvadan). Sonra bir-birinizi (yaxşı) tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdiq. Allah yanında ən hörmətlininz Allahdan ən çox qorxanınızdır, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən Allah hər şeyi biləndir və hər şeydən xəbərdardır.

 Seyyid Əzim Şirvani mömünün əsas keyfiyyətlərindən olan insanlıq və humanizmi bütün millətlərin, dinlərin, Allaha etiqad edənlərində axtararaq insanları dinlərə millətlərə ayırmamağa, onları birgə vəhdətdə görərək yazır:

 

 Nasara ol, yəhuda ol ,müsəlman ol,

 Hər kim olursan ol, əhli- insan ol.

 Allah-təala müsəlmanları mehriban eləsin. AMİN

 

II XÜTBƏ

 Noyabrn 16-19 D.Q.İ.Ü.D.K-nin sədri Hidayət Orucov Gürcüstanda yaşayan Azərbaycan diasporasının dəvəti ilə Gürcüstanda olmuşdur.

O, Gürcüstan prezidenti və digər məsul şəxslərlə görüşmüşdür. Azərbaycan yaşayış yerlərinin adlarının dəyişdirilməsinə və həmin yerlərdə xaçların basdırılmasına, məcsidlərin tikilməsinə icazə verilməməsinə etirazın bildirmişdir...

 Noyabrn 18-də İsrail dövləti Qüdsün Kilo şəhərində 900 evdən ibarət yeni yəhudi yaşayış ərazisinin tikintisinə başlamıçdır. Bir neçə fələstinli evi də dağıdılmışdır...

 1991-ci ildə noyabrn 20- də Xocavəndin Qarakənd səmasında ermənilər tərəfindən Azərbaycanın 22 nəfərdən ibarət görkəmli şəxslərinin olduğu vertolyot vurulmuşdur...

 Müsəlmanların - Fələstin, İraq, Pakistan, Əfqanıstan və Azərbaycanda şeytan qüvvələri tərəfindən təcavüzə məruz qalmaq səbəblərindən biri müsəlmanlar arasında vəhdətin ya olmaması, ya da çox zəif olmasıdır. "Ali-İmran" surəsində 103-cü ayəsində Allah-təala buyurur:

 "Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın və heç vaxt bit-birinizdən ayrılamyın". Bəzən təsbehin rəmzi məna daşıyaraq bu ayənin əyani vəsaiti olmasını söyləyirlər.

 Təsbehin 100 danəsi 1 ipin ətrafında birləşirlər. Onu yerə atib hər hansı bir danəsindən yapışıb qaldırsaq, digər danələr də o vəhdət ipini vasitəsi ilə o danənin kənarında olacaqlar. Əgər o vəhdət ipini qırsaq danələr hərəsi bir yerə dağılacaq. Hər hansı bir danə götürülsə başqaları onun kənarında olmayacaq. Bu gün müsəlmanların vəhdət ipi düşmənlər tərəfindən qırılmışdır. Bütün müsəlmanların, hətta başqa dindən olan möminlərin şər qüvvələr qarşısında birləşməyə ehtiyacı var. Bir hekayədə deyilir: - Bir dünyagörmüş kişinin yeddi oğlu vr idi. O, ölüm yatağında olanda oğlanlarını yanına çağırıb əvvəlcədən tədarük gördüyü bir dəstə çubuğu oğlanlarına bir-bir təklif etdi ki, ay oğul bu çubuqları bir sındır görüm.

 Heç biri birlikdə olan çubuqları sındıra bimədi. Sonra onlara çubuqları tək-tək sındırmğı təklif etdikdə onlar asanlıqla çubuqları sındırdılar. Müdrük qoca oğlanlarına dedi: - Siz nə qədər bir yerdə olsanız düşmənlər sizə üstün gələ bilməyəcəklər. Amma şeytanın fitnə-fəsadına uysanız sizi ayrı-ayrılıqda məhv edəcəklər.

 Həzrəti peyğəmbər buyurur: "Müsəlman müsəlmanın qardaşıdır".

 Əli (ə) buyurur: "Mömün müsəlman qardaşına baxanda Allahın nuru ilə baxar".

 İmam Museyi Kazım (ə) buyurur: "Müsəlmanın mömin qardaşına müxalif olması, Allaha müxalif olması deməkdir".

 Ənam surəsi 159-cu ayədə Allah-təala buyurur: "(Ey rəsulum) Həqiqətən sənin firqə-firqə olub dini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra qiyamətdə onlara nə etdiklərini xəbər verəcəkdir".

 İmam Sadiq (ə) buyurur: "Müsəlman müsəlmanın qardaşıdır, onlar bir-biri üçün güzgü və bir əsgər (müdafiəçi) və yol göstərəndir; heç vaxt bir-birinə xəyanət və hiylə etməz, zülmü rəva bilməz, qeybətin caiz bilməz, bir-birinin əleyhinə getməzlər".

 Həzrəti peyğəmbər buyurur: "Din qardaşlarınızla dostluq edin ki, onlar həm dünyada həm də axirətdə sizə kömək olacaqlar, (bir-birinə şəfaət edəcəklər) Məgər eşidməmisiniz ki, od əhli qiyamət də deyər: "İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var".

(Şüəra surəsi ayə 100-101)

 İmam Baqir (ə) atasından, o da atasından, o da babası Rəsulu-xudadan nəql edir: "Qiyamət günü Münadi nida edər: Allahın qonşuları haradadırlar?

 Bir dəstə ayağa qalxarlar, və bir dəstə məlaikə onların pişvazına gedib deyərlər; siz nə edibsiniz ki, bu məqama çatıbsınız? Onlar deyərlər:

Biz Allaha görə bir-birimizlə dostluq etdik və bir-birimizə hədiyyə verdik və get-gəl edib görüşdük. O vaxt Münadi deyər: Onlar düz deyir yol verin gəlsinlər sual-cavab etmək lazım deyil".

Vəssəlamu ələykum və rəhmətullah.

Copyright 2008 © Imamhuseyn.org