Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (13.XI.2009)

 

Xətib: HACI ELŞƏN RÜSTƏMOV                 

Bismillahir Rəhmanir Rəhim

Əssəlamu əleykum və rəhmətullah

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm                                                                         

 

Xütbənin mövzusu "İmamətə bir baxış"adlanır.

Maidə sürəsi 55-ci ayədə Allah-təala buyurur: "Şübhəsiz sizin haminiz (vəliniz, imamıniz) Allah, Onun peyğəmbəri və iman gətirənlərdir - o kəslər ki, rüku edərək namaz qılır və zəkat verirlər". Bu ayənin nazil olma səbəbi aşağıdakı hadisə ilə əlaqədərdir.

 Bir gün Peyğəmbər (s) Əbazər ilə Mədinə məcsidində əyləşmişdilər. Əli (ə) namaz qılarkən bir sail yəni aclıqdan əziyyət çəkən məcsidə daxil olub köməklik isdədi. Əli (ə) namazın rükusunda olanda barmağında olan əqiqqaş üzüyü ona işarə etdi. Sail də o üzüyü həzrətin barmağından çəkib ehtiyacını  ödəmək üçün apardı. Həzrəti peyğəmbər Allah dərgahına əl açıb dua etdi: "İlahi necə ki, Harunu qardaşı Musaya canişin təyin etməklə onun qəlbini sevindirdin, mənə də canişin təyin etməklə məni də sevindir". Elə bu vaxt həmin ayə peyğəmbərə nazil oldu. Bu ayə Əli (ə) və on bir övladının Allah tərəfindən İmam təyin olunmasını təsdiq edən ayələrdən biridir.

 İmamətdən danışmağı bəziləri araya ixtilaf salmaq kimi düşünür. Bu səhv düşüncə həqiqəti kölgədə qoymaq deməkdir. Məntiqlə sübutla deyilən sözlər əksinə ixtilafları aradan qaldırır. Əhli-təsənnünün bilənləri ilə fikir mübadiləsi etməklə arada səmimiyyət yaranır. Keçən əsrin əvvəllərində şahidlərdən eşidmişəm - İmamzadə məcsidinin axundu Mirmehdi ağa ilə Cümə məcsidinin imamı Hacı Məcid əfəndi birlikdə yol gedəndə hörmət əlaməti olaraq biri-birinin qolundan yapışarmış. Şəhərimizin hər iki məzhəb nümayəndələri bu ənənəni səmimiyyətlə davam etdirirlər. Bu cür xoş munasibətlər və fikir mübadilələri iki məzhəb arasında müştərək cəhətləri aşkara çıxarıb vəhdəti gücləndirir. Vaxtilə Əl-əzhər universitetinin görkəmli alimi olmuş Seyx Mahmud Şəltut şiə məzhəbinin və fiqhinin həqiqiliyi haqqıda fətva vermişdir. O, deyir:

 " Başqa məzhəblərə hörmətlə yanaşı biz bilirik ki, həqiqi islamı bütün cəhətlərdən yalnız "İmamiyyə" düzgün tanıtdıra bilir ".

Əli (ə) Allah tərəfindən imam təyin edilməsini dəlil və məntiqlə sübüt etməyin qəbahəti yoxdur. Müsəlmanların düşmənləri zaman-zaman ədavət toxumu səpməyə çalışmışlar. Amma heç vaxt öz istəklərinə nail olmamışlar. Dörd məzhəbin rəhbərlərindən olan Malik İbni Ənəs deyir:

 "Biz imamı Allahın təyin etdiyini sübut edirik. Bəziləri isə belə düşünmür. Kim imamdırsa o Allahın kölgəsidir. Məsum imam dini qoruyandır. Əgər şəriət belə imamdan məhrum olsa o paklığını itirər".

 Əli (ə) Nəhcül-Bəlağə kitabında 147-ci xütbədə buyurur:

 "Yer üzü heç bir vaxt ilahi bir rəhbərsiz olmayıb və olmayacaq. İstər aşkarda olsun yada gizlində. İmam şəriətin aradan getməsinin qarşısını alır". Deməli, bu baxımdan imamın qəlbi içində sənədlər saxlanan etibarlı sandığa bənzəyir. Həzrəti peyğəmbər buyurur:

 Mənim əhli-beytim Nuhun gəmisi kimidir, kim ona sərnişin olarsa xilas olar, kim tərk edərsə qərq olub batar".

 Həzrəti Nuhun gəmisi tufan vaxtı tənha nicat yeri olduğu kimi peyğəmbərdən sonra baş verən mənəvi tufanlardan pənah aparılan yer peyğəmbər əhli-beytidir. Əraf sürəsi 142-ci ayəyə əsasən həzrəti Musa qardaşı Harunu öz yerinə qoyduğu kimi həzrəti peyğəmbər Allahın əmri ilə özünə canişin təyin edərək Təbuk davasında buyurdu:

 "Sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq". Yəni Harun həzrəti Musadan sonra onun vəsisi və canişini olduğu kimi, sən də mənim xəlifəm və canişinimsən. (Məbəə Tarixi təbəri 2-ci cild səhifə 62-63 Müsnədi Əhməd 1-ci cild səhifə 111 və digər.)

 Besətin əvvəlində şüəra sürəsi 214-cü ayə nazil oldu:

"Yaxın qohumlarını qorxut"- yəni öz qohumlarını tövhid ayəsinə dəvət et. Həzrəti peyğəmbər 44 nəfər qohumunu evinə qonaq dəvət etdi. Onlara xidmət etdikdən sonra Allah tərəfindən peyğəmbər təyin edildiyini bəyan edib buyurdu:

 "Kim bu yolda mənə kömək etsə (kim birinci qəbul etsə) o məndən sonra mənim vəsim və canişinim olacaq. Əlidən (ə) başqa heç kəs qəbul etmədi.

Elə burdaca peyğəmbər buyurdu: Ey Əli həqiqətən sən mənim vəsimsən və mənim canişinimsən. Ona qulaq asın və ona itaət edin.

 Digər bir hədisdə isə peyğəbər buyurur: " Ey Əli sən mənim qardaşımsan, sən mənim vəsimsən, sən mənim özümsən" (Mənbə Müntəhal-amal)

 Uca Allah bizləri dünya və axirətdə peyğəmbər və əhli-beytindən ayırmasın - AMİN.

 

 

 

II XÜTBƏ

 

 Mövzu - Həftə ərzində baş verən önəmli hadisələr və I xütbənin davamı.

 Noyabırn 6-7 də Q.M.İ. - nin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 illiyi və şeyxülislamlıq fəaliyyətinin 30 illiyi münasibəti ilə "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Bakıda beynəlxalq konfrans keçirilmişdir. Eyni zamanda noyabırn 9-10 Türkiyyədə İ.K.T. - nin 25-ci sesiyası keçirilmişdir. Bir sıra mühüm məsələlər eyni zamanda Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi haqqında İslam dövlət başçıları müzakirələr aparmışdır. Eləcə də, Bakıda noyabırn 11-13 İ.K.T - nin baş katibi Ehsanoğlunun sədrliyi ilə 41 ölkədən 200 nümayəndənin iştirak etdiyi "Sivilizasiyalararası dialoq" mövzusunda beynalxalq konfrans keçirilmişdir. Noyabırn 28-də Azadlıq meydanından 28 avtobosla 750 nəfər zəvvar beynəlmüsəlman Həcc konfransına yola düşmüşdur.

 Saffat surəsi 83-cü ayədə Allah-təala buyurur: "Həqiqətən İbrahim də onun yolunu (Nuh peyğəmbərin) gedənlərdən idi (davamçılardan - şiələrdən idi). Ayədə şiə kəlməsinin mənasının davamçı, tərəfdar olması aydın görünür. İslam aləmində şiə peyğəmbərin vəfatından əvvəl - Qədir-Xum günündə Əlinin (ə) xəlifə və imam təyin edilməsinə inananlara deyilir.

 Həzrəti peyğəmbər şiə adını öz sağlığında Əliyə (ə) vermişdir. Həzrəti peyğəmbər Əlinin (ə) əlindən tutub buyurdu:

 "And olsun o Allaha ki, canım onun əlindədir. O, - Əli (ə) və onun şiələri qiyamət günü bağışlanan və günahsızdırlar. (Mənbəə Cəlaləddin Süuti "Əddurul Mənsur" kitabı 6-cı cild)

 Bəyyinə surəsinin 7-ci ayəsinin təfsirində:

 "İman gətirib yaxşı əməllər edənlər (isə) yaradılmışların ən yaxşılarıdır". Bu ayə Əli (ə) və onun yolunu gedənlərə - şiələrə aiddir.

 Digər bir dəstə xəlifənin seçki yolu ilə olmasına inananlardır. Bunlar Əbu Bəkirə beyət edib "Əhli-təsənnün" adını aldılar. Bütün bunlara baxmayaraq hər iki məzhəb bir ağacın iki budağıdır.

 Bu gün nəinki müsəlmanların, bütün yer kürəsinin insalarının, Allaha inananlarının birliyə ehtiyacı var. Abbas Tufarqanlı deyir:

 

 Abbas deyər bu sözləri sərindən

 Arxı vurun suyu gəlsin dərindən,

 El bir olsa dağ oynadar yerindən

 Söz bir olsa zərbi kərən sındırar.

 

 

 Ali İmran sürəsi 64-cü ayədə Allah-təala buyurur:

 "De ki, ey kitab əhli (xristian və yəhudilər) gəlin sizinlə bizim aramızda eyni olan kəlmənin ətrafında birləşək! (o kəlmə budur ki,) Allahdan qeyrisinə ibadət etməyək".

Livan müsəlmanlarindan olan görkəmli mütəfəkkir alim Seyyid Şərafəddin 100 il bundan öncə Misirin Əl-əzhər universitetində xütbə zamanı belə buyurmuşdur:

 "Müsəlmanları siyasət parçalamışdır. Bu gün də, onları siyasət birləşdirməlidir".

Bu gün Hənəfi, Şafii, Hənbəli, Maliki və Cəfəri məzhəbləri arsında heç bir ciddi fərq yoxdur. Bütün müsəlmanlar "Allahdan başqa allah yoxdur, Mühəmməd (s) Onun rəsuludur" - dəyə bir-birləri ilə doğma qardaşdırlar. Hamımız əziz peyğəmbərimiz və onun əhli-beytinin sevgisi ilə yaşayiriq.

 Əhli beyt sevgisini tərənnüm edən şiə şairləri ilə yanaşı əhli-təsənnün qardaşlarımızda əhli-beytin tərifində şeirlər yazmışlar. Şafeyi məzhəbinin rəhbəri imam Şafeyi əhli-beyt haqqında bir şeirində belə buyurur:

 "Əlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlər "rafizi" yəni dindən çıxmış deyirlər. Belə insanların şərrindən Allaha sığınıram. Onlar bilmirlər ki, mənim Allahım əhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!"

 Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan bədii dilinin formalaşmasında çox böyük xidmətləri olmuş, Şamaxının Seyyidlər məhəlləsində 1369-cu ildə anadan olmuş Seyyidəli İmadəddin Nəsimi yaradıcılığının əksəriyyətinin 14 məsum (ə) mədhinə həsr etmişdir. Onun bir qəzəli ilə xütbəni yekunlaşdırıram:

 

 Eşq əlindən yandı canım ya, Əli səndən mədəd

 Mən qəribi bi nəvayəm, ya Əli səndən mədəd

 Sən mənə lütfi kərəmdən dərdimə bir çarə qıl

 Şah sənsən mən gədayəm, ya Əli səndət mədəd

 Həqqtəala öz nurundan xoş yaratmış şahimi

 Qüdrəti sirri Xudasan, ya Əli səndən mədəd

 Kim Əlidən Muhəmmədi ayırır lənət ona

 Ləhməkin ləhmi deyil, ya Əli səndən mədəd

 Həm Xədicə, Fatimə, İbni Bəni Binti Əsəd

 Mədəni dürri həqiqət, ya Əli səndən mədəd

 Bəndeyi xəlqi Həsən oldum əzəldən ta əbəd

 Nuri eyni Mustafasan ya Əli səndən mədəd

 Hər rəcəb ayında gördüm neçə möcüz göstərir

 Şah Hüseynin sidqi məndə, ya Əli səndən mədəd

 Cümleyi övladi din, səndən zühur oldu tamam

 Adı Zeynülabidindir, ya Əli səndən mədəd

 Baqirü Sadiq yolunda uyundum mən canımı

 Museyi Kazim inayət, ya Əli səndan mədəd

 Bir təvəfi Kəbeyi şahi- Xorasan eylədim

 Yetmiş iki həcci-əkbər, ya Əli səndən mədəd

 Həm Təqi-ü, həm Nəqi-ü varisi dini nəbi,

 Dövləti ali-əbasan, ya Əli səndən mədəd

 Ol imami Əskəridür yəni ki xəlqə Həsən

 Könlüm ondan şad oldu, ya Əli səndən mədəd

 Ol Muhəmməd Mehdiyi Sahib zəman eylər zühur

 Aləmi küffar tutdu, ya Əli səndən mədəd

 Səd hezar lənət dadar davər hər zəman

 Bir yezididi toxmi mərdan, ya Əli səndən mədəd

 Ey Nəsimiye-şikəsdə, həqqdən istərsən nicat?

 Cüreyi tohidinindən, ya Əli səndən mədəd.

 

Vəssəlamu əleykum və rəhmətullah.

Copyright 2008 © Imamhuseyn.org