Şeyx Əhməd ibn İbrahim Bədr cümə günü müqəddəs Məkkə şəhərində vəfat edib. 1979-cu ildə kral Xalidin göstərişi ilə Kəbənin qızıl qapısını öz şəxsi zərgərlik emalatxanasında düzəltmiş Şeyx Əhməd zərgər nəslindən olub və 15 yaşından atasının zərgərlik emalatxanasında çalışmağa başlayaraq atasının yanında zərgərlik peşəsinə yiyələnmişdir.
Şeyx Əhməd Kəbənin qızıl qapısını hazırlamaq üçün bir il vaxt sərf etmiş və 300 kq xalis qızıldan istifadə etmişdir. Qızıl qapıdan əlavə həm də Kəbənin qızıl novdanı və həcərül-əsvədin yerləşdirildiyi gümüş qab Şeyx Əhmədin əl işidir. Kəbənin qızıl novdanının düzəldilməsi üçün 25 kq xalis qızıl sərf edilmişdir.
Qeyd etmək lazımdır ki, Kəbənin bundan əvvəlki qapısının da müəllifi Şeyx Əhmədin atası Şeyx İbrahim olub. Şeyx İbrahim həmin qapiları 1942-ci ildə kral Əbdüləzizin göstərişi ilə düzəldibmiş.