Xətib: HACI ELŞƏN RÜSTƏMOV
Bismillahir Rəhmanir Rəhim
Əssəlamu əleykum və rəhmətullah
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm.
Birinci xütbənin mövzusu həccin məramı və məqsədi adlanır. Allah-təala Ali-İmran surəsinin 97-ci ayəsində buyurur: "Həcc imkanı olan şəxslərin öhdəsinə düşür ki, onlar Allaha görə o evi ziyarət etməlidirlər."
Həcc ziyarəti bir neçə cəhətdən diqqəti cəlb edir.
I. İctimai baxımdan.
Həccin çox böyük ictimai qayəsi (məqsədi) vardır. Həcc surəsi 28-ci ayədə Allah-təala buyurur:
" Öz mənfəətlərinin şahidi olsunlar" Bu ayədə həm mənəvi həm də maddi xeyirlər nəzərdə tutulur.
Dünyanın hər yerindən, qərbindən və şərqindən müsəlmanlar müqəddəs Kəbəyə toplaşıb bir-birlərilə yaxından tanış olurlar. Böyük bir ibadət mərasimi təşkil edərək öz problem və çətinliklərini müzakirə edirlər. Bəzi müfəssirlər həmin ayədə ticarət məsələsinin olduğunu söyləyirlər. Bu baxımdan Həcc ziyarəti qurtardıqdan sonra müsəlmanlar özlərinin iqtisadi və ticari işlərini həyata keçirirlər.
Ümumiyyətlə Həcc özü müsəlmanların beynəlmüsəlman olan böyük bir konfransıdır. Əgər dünyanın bəzi dırnaqarası böyük konfranslarında zahirdə bəşəriyyətin qayğısına qalaraq əslində öz mənafeylərini müdafiə edən məlum nümayəndələr bir yerə yığışaraq məşrubatla təntənəli görüşlər keçirirlərsə, milyonlarla müsəlmanın iştirak etdiyi böyük Həcc konfrasında isə bütün müsəlman ölkələrindən olan hər bir müsəlman, nümayəndə olaraq sadə, riyasız, könül xoşluğu, məhəbbət və bərabərliklə Həcc konfransını həyata keçirirlər. Bu konfrans birlikdə, hamılıqla icra edilən təntənəli ibadət növüdür ki, müsəlmanların vəhdət və birliyini gücləndirir. Bu da müsəlmanların düşmənlərini çox narahat edir.
II. Siyasi baxımdan.
Maidə surəsinin 97-ci ayəsində Allah-təala buyurur: "Allah Kəbə evini insanlar üçün mübarizə yeri qərar verdi."
Həzrəti İbrahim və onun fəzilətli övladı, Həzrəti Peyğəmbər bütləri yerə töküb sındırırlar. Həzrəti peyğəmbər, ruhunda və cismində təcəllə tapmış şeytan sifətləri və bütpərəstləri Kəbə evindən qovdu. Bütpərəstlər deyəndə yəni ağaca, daşa, aya, günəşə, heyvana, heykələ etiqad edənlər nəzərdə tutulur. Həzrəti İbrahim və Həzrəti Peyğəmbərdən sonra zəmanəmizin axırında zülmü məhv edən zəmanənin axırıncı bütsındıranı Kəbədə nida edəcək: "Məgər zəmanəmizin zülm edən qüdrətləri, istikbarları, istismarçıları, işğalçıları, qantökənləri böyük bütlər deyillərmi"?
Həcc müsəlmanların zülm əleyhinə birləşən məkanıdır. Həmçinin məzlum Fələstin müsəlmanları ilə, məzlum Əfqanıstan və İraq müsəlmanları ilə, ermənilər və onları müdafiə edənlər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini dünya içtimaiyyətindən tələb edən xalqımızla dünya müsəlmanlarının həmrəylik yeridir.
Həzrəti Əli (ə) Nəhcül-bəlağədə buyurur: "Nə qədər ki, Kəbə müsəlmanların ziyarətgahıdır və müsəlmanlar onu yaşadır, onun yanında bir-birinə qardaşlıq əlini uzadırlar, İslam (dini) yaşayacaq, möhkəmlənəcəkdir, müsəlmanlar əziz və məğrur olacaqdır."
Başqa bir ayədə Allah-təala buyurur: "Hamılıqla Allaha görə mübarizə edin öz batininizdə olan şeytanın cəbhəsilə fərdi olaraq, şeytani qüdrətlərin müqabilində isə birlikdə mübarizə edin." (Səbə surəsi, ayə 46)
III. Həcc humanizim və insani baxımdan.
Kəbə evi humanizim və insani baxımdan Allah evi olmaqla yanaşı həqiqətdə insanların vəhdət evidir. Uca Allah Ali-İmran surəsi 96-cı ayədə buyurur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır"
Bu evdə bütün insanlar dövlətli-kasıb, qara və ağ dərili, şəhərli və kəndli hamı bərabərdir. Hamı 2 hissədən ibarət olan tikilməmiş ağ parçaya bürünüb. Hər 1 kəs təkəbbür münaqişə, yalan və qeybətdən özünü qoruyur.
IV. Həcc mənəvi və ruhani baxımından.
İnsanın yaranışından əsas məqsəd Allahı tanımaq və ona məhəbbət etməkdir. Nəticədə insan da Allahın məhəbbətini qazanır, insanın ruhu paklanır, insanı əzaba salan mənfi dünyəvi ləzzətlərdən və günahlardan uzaqlaşdırır. İnsanı zəkat, xüms, sədəqə verməkdən, dünya malına həris olmamaqdan islah edir məsələn: (ziyarətdə) namaz qılarkən insanın qəlbi Allaha tərəf daha çox yaxınlaşır. Oruc vasitəsilə nəfsani ləzzət və şəhvətdən nəfsini qoruyur.İlahi eşqdən səfər əziyyətini qəbul edərək ondan zövq alır.
Həccin əməllərindən biri də müsəlmanın ehrama bürünüb Ərəfat çölünə gedilməsidir ki, bu da insanın yadına qiyamət və axirəti salır.
İnsanın ruhiyyəsini gücləndirən başqa bir əməl Hz. Adəmin, Hz. İbrahimin, Hz. İsmayılın, Hz.Muhəmmədin (s) gəzdikləri torpaqlarda gəzmək, onların ayaq izlərində hərəkət etməkdir. Həcc surəsində Allah-təala evini Bəytul-ətiq yəni zülmkarların hücumundan azad olmuş ev adlandırır. İbn Kəsir ətiq kəlməsini azad olmuş ev mənasında təfsir edir. Eləcədə ov etmək, ağac kəsmək də qadağan edilmişdir ki, Allah-təala Ali-İmran surəsinin 96-cı ayəsində buyurur: "Kim ora daxil olsa amandadır." Həmçinin Quranın Məkkə surələri bu müqəddəs yerdə nazil olmuşdur. Bu kimi ruhani hisslər insanı Allaha daha da yaxınlaşdırır.
İlahi - pərvərdigarı and verirəm peyğəmbər və ali peyğəmbərlərə bizləri pəhrizkarlardan qərar versin.
II xütbə
II xütbə İmam Rzanın (ə) mövludu və həftə ərzində İslam dünyasında baş verən terror hadisələridir. Qüdüsdə sionistlər, radikal yəhudilər müsəlmanlara ayrılmış ibadət yerində guya 2 yəhudi məqbərəsi var adı ilə əvəllərdə olduğu kimi yenə müsəlmanlara hücum etmişlər. İsrail polisi Qüdsdə 1 fələstinli ailəsinin evini dağıtmışdır. Pişavərdə ayın 27-də Əlqaidə tərəfindən partlayışı törədilmişdir. 250 yaralı, 100 nəfər şəhid olmuşdur. 28-də səhər yenə Pişavərdə bazarda partlayışda 200 yaralı, 100 nəfər şəhid olmuşdur.
Iraqda Əlqaidə tərəfindən partlayışda 700 nəfər yaralı, 150 nəfər şəhid edilib. BMT-nin Kabulda olan binası işğal edilərək orada olan əməkdaşlar öldürülmüşlər. Eyni zamanda Zəngilanın işğalının 16-cı ildönüm hadisələri baş vermişdir.
Bu gün 2009-cu il 30 oktyabr milad təqvimilə 1430-cu il zilqədə ayının 11 h.q-lə; h.şəmsi 1388-ci il aban ayının 8-i 8-ci İmam Rzanın (ə) mövludi şərifidir, (doğum günüdür) İmam Rza (ə) zilqədə ayının 11-i 148-ci ildə h.q. Mədinədə anadan olmuşdur. Adı Əli; künyəsi Əbulhəsən (sani); ləqəbləri: Rza Sabir, Rəzi, Vəfi olmuşdur. Atasının adı:Musa ibni Cəfər; Anasının adı isə Ümmül-bənindir. Şəhadəti 203-cü il h.q. səfər ayının axırıdır. İmam Əliyə (ə) Əbülhəsəni mütləq, İmam Zeynulabidinə (ə) Əbulhəsəni əvvəl, İmam Museyi Kazimə (ə) Əbulhəsəni sani deyirlər.
İmam Museyi Kazim (ə) ilə İmam Rza eyni bir əsrdə yaşadıqları üçün İmam Museyi Kazimə (ə) Əbülhəsəni-Mazi, İmam Rzaya (ə) isə Əbülhəsəni-sani də deyirlər. İmamın anası Zəngibar əhlindən Nəcmə adlı bir kəniz olub. Bu xanım təqva və zöhd cəhətdən misilsiz idi. Ona Tüktəm, Əsma, Şəqria, Ərva, Səmanə və Xeyzəran da deyirlər. Rəvayətdə var ki, İmam Museyi Kazimin (ə) anası Həmidə peyğəmbəri yuxuda gördü. Peyğəmbər buyurdu: "Nəcməni öz oğlun Musa (ə) ilə evləndir, çünki ondan yer üzünün ən yaxşı adamı dünyaya gələcək." Belə olduqda İmam Rza (ə) anadan oldu. İmam, Əməvi xəlifəsi Mənsurun dövründə anadan olub və üzünü qibləyə tərəf çevirib səcdə etmiş şəhadəteyni və imamların adlarını bir-bir demişdir.
Xəlifə Məmun xilafəti Xorasana köçürtdü. Mədinədə İmam Rzanin (ə) tərəfdarları gün-gündən çoxalırdı. Bundan təşvişə düşən Məmun İmam Rzanı (ə) öz yanına gətirdir. Nişapurda o həzrəti əhli-beyt aşiqləri təntənə ilə qarşılayırlar. Hazirda orada "qədəmgah" deyilən ziyarətgah var. Mərvdə o həzrəti (ə) Məmun böyük cəlal ilə qarşılayır və ziyafətlər verir. Məmun əvvəlcə xilafəti İmama təklif edir. Bu təklif qətiyyətli deyildi deyə İmam onu qəbul etmir. Sonra qızı Ümmi-Həbibəni o həzrətlə nigah etdirib, məcburi özünə vəli-əhd təyin edir. Beyətdə Məmun İmama (ə) deyir ki, bəs əlini çox uzat əlindn öpsünlər. O həzrət əlini az uzadaraq deyir: "Cəddim də belə edib və xalq əlini onun əlinin üstünə qoyub".
İmam Rza (ə) xütbə oxuyur:
Həmd sənadan sonra xəlifənin adını belə tutmur: - Deyir:
"Sizə rəhbərlik etmək bizim haqqımızdır. Sizin də bizim boynumuzda haqqınız vardır. O budur ki, biz sizi idarə etməliyik. Siz isə bizim haqqımızı verdiyiniz zaman - bizi xəlifə kimi qəbul etdiyiniz zaman borcumuzu yerinə yetirməliyik."
Məmunun vəziri Fəzl ibn Səhlin arvadı soruşur ki, İmam vəli-əhdliyi qəbul etdi? Fəzl dedyir: "Bəli, qəbul etdi, amma şərti bu oldu ki, heç bir işə qarışmayacaq." Səhlin arvadı deyir: "Deməli İmam vəli-əhdliyi qəbul etməyib."
İmam Rza (ə) çox səxavətli olub. Ərəfə günü Xorasanda bütün malini kasıblara paylayıb. Bəlxli bir kişi deyir: Mən İmamın qonağı idim. İmam xidmətçilərlə bir süfrədə əyləşirdi. Məmun İmam həsəd edirdi, qəzəblənirdi, digər tərəfdən İmamı vəli-əhd təyin etməsi Abbasilərin narazılığınasəbəb olmuşdu. Məmun xilafəti itirmək təhlükəsi duyub İmamı 203 h.q. ili səfər ayının axıında zəhərləyərək 55 yaşında şəhid edib.