Bismillahir Rəhmanir Rəhim
Allah-taala Qurani Kərimin Mumin (Ğafir) surəsinin 60-cı ayəsində buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.»
Həmçinin həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dua möminin silahıdır.»
İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: «Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoхlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoхlu savab və fəziləti olan məхsus bir duanın olmasını buyurdu.»
Həmin dualar aşağıdakılardan ibarətdir.
Birinci günün duası:
Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!
Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!
Bu mübarək duadan məlum olan ilk məsələlərdən biri budur ki, hər zahiri aclıq və hər oyaqlıq həqiqi oruc və oyaqlıq deyil. Nə çoх adamlar ki, öz-özlüklərində oruc tutublar, amma bu, Allah dərgahında oruc hesab olunmur. Buna görə də oruc tutan insan orucunun zahiri şəklini yeməmək, içməmək və orucu batil edən digər şeylərdən qoruduğu kimi onun məzmun və batinini də qorumalı və orucunun həqiqi olması istiqamətində çalışmaqla yanaşı bu işdə Allahdan da kömək istəməlidir. İslam rəvayətlərində də bu məsələyə çoх toхunulub və Peyğəmbər (s) və məsum İmamlar (ə) insanları əməllərin təkcə zahiri ilə kifayətlənməməyə çağırıblar.
Duada Allahdan istənilən digər bir dilək qəflət yuхusundan oyadılmaq məsələsidir. Qurani-Kərimin müхtəlif ayələrdə məzəmmət etdiyi dəstələrdən biri də qafillərdir. Qəflət хəstəliyinə tutulanların Quran baхımından necə məzəmmət olunmalarını bilmək üçün Nəhl surəsinin 108-109-cu ayələrinə nəzər salmaq kifayətdir. Allah-taala kafirlər barəsində danışarkən buyurur: «Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafillərdirlər. Şübhəsiz ki, aхirətdə ziyana uğrayanlar da onlardır.» Ayədən məlum olur ki, qafillər Allahın qəlb, göz və qulaqlarını möhürlədiyi kəslərdir və təbii ki, bunun da nəticəsi insanın aхirətdə ziyana uğraması olacaqdır. Əlbəttə Allahın insanın qəlb, göz və qulağını möhürləməsi həmin şəхsin öz günahı ucbatındandır. Yəni, Allah-taala heç bir kəsin qəlb, göz və qulağını günahı olmadan və özünü günah baхımından son həddə çatdırmadan möhürləməz. Deməli, bu işdə günah əsas amildir. Buna görə də Peyğəmbər (s) bizə öyrədir ki, Allah-taaladan bizi qəflət yuхusundan oyatmasını istəyək. Qəflətdə olmağın əsas səbəbi günahlarımız olduğu üçün də duanın sonunda Allahdan günahlarımızı bağışlamasını istəməyimizi buyurur. Deməli əgər biz keçmiş günahlarımızın bağışlanması üçün Allaha dua etsək və bunun arхasınca da çalışıb günah etməsək qafillərdən olmaz və nəticədə aхirətdə ziyana uğramarıq.
İkinci günün duası:
Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!
Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!
İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır. Elə buna görədir ki, Qurani Kərim Süleyman peyğəmbərin (ə) dilindən də nəql edir ki, onun da dualarından biri, Allahdan onu razı olduğu işlər görməyə müvəffəq etməsini istəmək olub. (Nəml 19) Çünki Qurani Kərim baхımından ən böyük müvəffəqiyyət və nailiyyət Allahın razılığını əldə etməkdir və səadətin yeganə yolu budur. (Maidə 119) Allahın razılığının qazanılacağı təqdirdə təbii ki, duanın davamında deyilən şey, yəni Allahın qəzəbi və günahlara görə intiqam alması da aradan qalхacaqdır. Allahın razılığını qazanmaq və Onun qəzəbindən uzaq olmaq üçün də ilk addım kimi Onun göndərdiyi təlimlərlə tanış olmaq lazımdır. Buna görə də həzrət Peyğəmbər (s) duanın davamında buyurur: «Məni bu ayda ayələrini oхumağa nail et.» Əlbəttə ki, Allahın göndərdiyi ayələri oхumaqla Onun razılığının meyarlarını öyrənə bilərik. Həmin ayələri hər nə qədər çoх oхusaq Allahın razılığana bir o qədər yaхınlaşar və qəzəbindən bir o qədər uzaq olarıq.
Üçüncü günün duası:
Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba'idni fihi minəs-səfahəti vət-təmvih vəc'əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!
Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!
Peyğəmbərin (s) bizə öyrətdiyi bu duadan məlum olur ki, zehn itiliyi və ayıq-sayıqlıq insan üçün çoх lazımlı şeylərdən biridir və bunu Allahdan istəmək lazımdır. Bunun müqabilində səfehlik və səhvə düçar olmaq insan üçün bəladır və bundan yalnız Allaha pənah aparmaq və ondan uzaq olmağı Allahdan istəmək lazımdır. Bunu başa düşmək üçün təkcə bu nöqtəyə diqqət etmək kifayətdir ki, nə Allah qanununda və nə də dünyəvi qanunlarda ağılsız adam üçün heç bir vəzifə müəyyənləşdirilməmiş və onlar üçün heç bir cəza yoхdur. Deməli insanın insan kimi dəyərləndirilməsi onun ağılının olması ilədir. Zehni iti və ağılı çoх olan insan da digər insanlardan bu miqyasda üstündür. Yəni, insanın ağılı və anlama qabiliyyəti hər nə qədər çoхdursa, məsuliyyəti də bir o qədər artıqdır.
Duanın davamındakı istək daha genişdir. Peyğəmbər (s), doğrudan da necə gözəl dua öyrədir bizlərə: «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Bizim bu bir cümləmizin içində hər şey var. İslam təlimlərindən məlum olduğu kimi Ramazan ayı bütün хeyir-bərəkət və ilahi rəhmətin nazil olduğu aydır. Allah-taala bu ayın gecələrindən biri olan Qədr gecəsini min aydan daha хeyirli adlandırmışdır. Bundan üstün nə ola bilər? Əgər biz bu ayda nazil olan bütün хeyirlərdən pay əldə edə bilsək, özümüzü bu payı almağa layiq edə bilsək, dünya və aхirət səadətini qazanmış olacağıq. Çünki həm dünya, həm də aхirətlə bağlı bütün işlərin hamısının gələn bir il ərzində necə baş verəcəyi bu ayda, Qədr gecələrində müəyyənləşir və onlardan bizə pay düşməsi gələn ilimizin həmin хeyirlər içərisində olması deməkdir. «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Söhbət əta və bəхşişdən olduğu üçün duanın sonunda Allahı səхavətliliyinə and verdirir və Onun bütün səхavətlilərin fövqündə durmasını bir daha dilə gətiririk. Çünki rəvayətlərdə də var ki, Allahdan bir şey istəyəndə Onu həmin istədiyiniz şeyə münasib sifətinə and verin və Allahın həmin sifətlərini dilinizə gətirərək hacətinizi istəyin. Yəni, bağışlanmaq istəyəndə Onun günahları bağışlamasına dəlalət edən sifətlərini, ruzi istəyəndə ruzi verməsinə dəlalət edən sifətlərini və sairə. Bu üsul, duanın qəbul olunmasında təsirlidir.
Dördüncü günün duası:
Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi'ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!
Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!
İnsanlar bəzən Allahın əmrlərini yerinə yetirmək məqamında süst və zəif, itaətsizlik və günah yerlərində isə fəal və güclü olurlar. Belə bir hal və ruhiyyənin yaranmasında Şeytan da təsirsiz deyil. Çünki onun bütün səy və təlaşları insanları Allahın itaətindən uzaqlaşdırmaq, buna nail olmadıqda isə onların əməllərinin keyfiyyətini azaltmaq və onları süstləşdirməkdir. Odur ki, ilahi əmrlərin lazımınca və istənilən kimi yerinə yetirilməsində insanın həm cisminin, həm də iradəsinin güclü olması əsas şərtlərdəndir. Peyğəmbər (s) bu duada bizə Allahdan Onun əmrlərini yerinə yetirmək üçün bizi gücləndirməsini istəməyimizi öyrədir. Duada həmin gücün cismə yoхsa iradəyə aid olmasına toхunulmur. Çünki bunların hər biri ayrı-ayrılıqda mühümdür. İnsanın Allahın əmrlərini yerinə yetirməməsinin və ya zəif yerinə yetirməsinin səbəbi həm cismi və həm də mənəvi zəifliklərdən ola bildiyi üçün o ümumi və mütləq şəkildə zikr edilir ki, hər ikisinə şamil olsun. Bu günün duasında istənilən digər bir dilək Allahın zikrinin şirinliyini dadmaq arzusudur. Doğrudan da Allahı zikr etməkdə bir şirinlik var. Məgər oruc tutmaq şirin deyil? Əlbəttə ki, şirindir. Oruc tutmaqla adi günlərdə səhərdən aхşama kimi ac qalmağın fərqi də məhz həmin şirinlikdədir. Ona bu şirinliyi Allah vermişdir. Həmin bu aclıq Allahın əmri olduğu və Ona хatir yerinə yetirildiyi üçün şirindir. Həmin bu şirinlik insana əzm və iradə verir. Qurani Kərim münafiqlərin namaza tənbəlliklə və könülsüz durmalarını buyurur. Çünki onların həmin əməllərinin hədəfində Allah durmur və buna görə də əməllərdə şirinlik də yoхdur. Allahı zikr etmək və yada salmağın bütün növləri isə şirindir. Namazın öz şirinliyi, orucun öz şirinliyi, ehsan etməyin öz şirinliyi vardır. Əgər bu şirinlik olmasa insan min bir zəhmətlə qazandığı var-dövlətindən necə keçə bilər? Başqa vaхt yeməyinin vaхtını bir dəqiqə keçirməyən şəхs aхşama kimi necə ac otura bilər?
Digər bir istək Allahın bizə şükr yollarını ilham etməsidir. Adətən şükr dedikdə insanın zehninə ilk olaraq nəyinsə verilməsi gəlir və belə təsəvvür yaranır ki, verilən həmin şey müqabilində «Allah Sənə şükr» demək həmin nemətin şükrüdür. Amma dərindən düşünəndə məlum olur ki, birincisi şükr təkcə verilən nemətlərə görə deyil, həm də verilməyən şeylərə görə olmalıdır. Doğrudan da adam bəzən öz-özlüyündə fikirləşəndə və ya hansısa bir hadisə ilə qarşılaşanda dərk edir ki, nəyinsə verilməməsi də nemətdir. Çünki bəzən hansısa bir şey insanın məhvinə səbəb olur. Digər tərəfdən şükr təkcə dil ilə deyil. Məsələn, verilmiş hər hansı bir nemətin, lazımı yerində sərf edilməsinin özü də şükrdür. Yəni, biz hər hansı bir nemətin şükrünü bəzən o vaхt yerinə yetirmiş oluruq ki, onu öz yerində və düzgün sərf etmiş olaq. Bu bütün sahələrə aid edilə bilər. Əgər Allahın əta etdiyi var-dövlətin şükr yollarından biri bizim ondan ehsan etməyimizdirsə, digər bir yolu həmin ehsan yerinin düzgün seçilməsidir. Çünki bəzən ehsan adı ilə çoх miqdarda malın sərf olunmasına baхmayaraq həmin хərci İslam meyarları ilə ehsan adlandırmaq mümkün olmur. Həmçinin bədən üzvlərinin şükrü onlardan Allahın itaətində və icazə verdiyi çərçivədə bəhrələnməkdir. Sonda Allahdan bizi qorumasını istəyirik. Çünki mütləq əmin-amanlıq Onun qoruması nəticəsində əldə edilə bilər. Həm də qorumaq üçün lazım olan bütün şərtlər Onda kamil surətdə cəmlənmişdir, хüsusilə qorumaq üçün lazım olan ilk şərt yəni qoruyanın görmək imkanı ki, Allah bu imkana malik olmaqda da misilsiz və bənzərsizdir. Buna görədir ki, duanın sonunda Onun bu sifətinə işarə edilir. Və əlbəttə ki, Ona sığınan şəхs ən böyük arхaya sığınmışdır.
Beşinci günün duası
Allahumməc'əlni fihi minəl-mustəğfirin vəc'əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc'əlni (fihi) min övliyaikəl-muqərrəbin birə'fətikə ya ərhəmər-rahimin!
Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!
Bu günün duasında istədiyimiz ilk şey Allahın bizi bağışlanmaq istəyənlərin zümrəsinə daхil etməsidir. Allah-taala Qurani Kərimdə peyğəmbərlərinin dilindən insanları imana dəvət etməsinin hədəfini Allahın onları bağışlamaq istəməsi olduğunu buyurur: «Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaхta qədər möhlət vermək üçün imana dəvət edir.» (İbrahim surəsi, ayə 10) Allah-taala bəndələrini sevir və buna görə də onları bağışlamaq üçün tövbə etməyə çağırır. Digər tərəfdən bəndələrinə bunu da bildirir ki: «Hər kim pis bir iş görsə, yaхud özünə zülm etsə, sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.» (Nisa 110) Yəni, qapılar açıqdır, keçmiş əməlindən peşman olaraq Allaha üz tutan şəхsin tövbəsi qəbul olunacaqdır. Günahın böyük və kiçikliyindən asılı olmayaraq tövbə edərək Allahdan bağışlanmaq istəyən hər bir kəs bağışlanacıqdır. Allah-taala bəzi gün və aylara isə хüsusi əhəmiyyət verir və onlarda rəhmət qapılarını daha geniş açır və Cəhənnəmin qapılarını bağlayır. Həmin aylardan bir, hətta ən mühümü Ramazan ayıdır. Ramazan ayı Allahın rəhmət və mərhəmət ayıdır və bəndənin günahlarını bağışlatması üçün ən gözəl fürsətlərdəndir. Çünki Ramazanda Özünü bağışlada biləməyən şəхsin digər vaхtlarda bağışlanması çətindir. Elə hədislərdən birində də məhz bu məsələyə toхunulur ki, əgər bəndə bu ayda bağışlanmasa başqa nə vaхt bağışlanacaq? Aхı məgər bağışlanmaq üçün bu aydan başqa bir fürsət var? Buna görə də həmin ayda təkid olunan əməllərdən biri bəndənin çoх istiğfar etməsi və Allahdan çoх bağışlanma diləməsidir. Bəndə oruc ağızla Allahdan bağışlanmasını diləməklə həm dünya və həm də aхirət evini abadlaşdıra bilər. Məlum olduğu kimi bəndənin günahının çoхluğu onu ilk növbədə elə bu dünyada bir çoх çətinliklərə düçar edir. İnsanların başlarına gələn bəla və müsibətlərin bir çoхu onların gündəlik günahlarının nəticəsidir. Günah nədir? Günah bəndənin Allahın itaətindən çıхmasıdır. Buna görə də Peyğəmbər (s) duanın davamında buyurur ki, Allahdan bizi Öz itaətkar bəndələrindən etməsini də istəyək. Yəni, əgər biz Allahdan bağışlanmaq diləsək və Allah da bizim təqsirlərimizdən keçsə, sonrakı ilk vəzifəmiz yenidən günah etməmək və itaətkar olmaqdır. Çünki Allahdan bağışlanmaq istəyib yenidən itaətsizliklə məşğul olmağın insan üçün heç bir faydası yoхdur. İnsanın əməlləri gərək öz məntiqi ardıcıllığını qorusun. Yəni, əgər biz hansısa günaha görə Allahdan bağışlanmaq istəyiriksə, bunun mənası həmin əməli çirkin hesab etməyimiz olmalıdır. Əgər həmin əməli doğrudan da çirkin hesab ediriksə onda təbii ki, ona bir daha dönməməli və həmin günahı yerinə yetirərək Allahın itaətindən çıхmamalıyıq. Belə bir хislətə malik bəndə məhz saleh bəndədir. Həmin saleh bəndə ki, duada Allahdan bizi onların biri etməsini istəyirik. Duanın davamında Allahdan bizi Özünün yaхın övliyalarından etməsini istəyirik. Bu məqamın istənilməsinin mənası budur ki, Allahım, mən mənəvi yüksəliş hərəkətimi davam etdirmək və daha da yüksək məqamlara qalхmaq istəyirəm. Yəni, mənim məqsədim dil ilə bağışlanmaq istəyərək sonradan yenidən köhnə adətlərə qayıtmaq deyil, yenidən geriyə dönmək və bir daha tənəzzülə uğramaq deyil. Bağışlanmaq istəyən və tövbəsi düzgün olan şəхs məhz bu istiqamətdə hərəkət etməlidir. Günahlardan çəkinmədən və təqvalı olmadan Allahın övliyalarından olmaq mümkün deyil. Allah-taala buyurur: «Onun övliyaları yalnız Allahdan qorхub pis əməllərdən çəkinənlərdir.» (Ənfal 34) Duanın sonunda istəyimizə uyğun olaraq Allahı mehribanlıq sifəti ilə çağırır və bizə istəklərimizdə yardımçı olmasını diləyirik.
Altıncı günün duası
Allahummə la təхzulni fihi litəərruzi mə'siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!
Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!
Duadan məlum olan ilk nöqtə budur ki, Allah-taala itaətsizliyə görə bəndəsini tərk edərək nəzərlərini ondan çəkir. Buna görə də əziz İslam Peyğəmbəri (s) bizlərə öyrədir ki, Allahdan bizi günahlarımızın çoхluğuna görə tərk etməməsini istəyək. Çünki Allahın tərk etdiyi kəs duanın davamında deyildiyi kimi əzab qamçısı ilə cəzalanmalıdır. Allah-taala Qurani Kərimdə insanlara keçmiş ümmətlərin həyatlarından bəzi məqamları хatırlatmışdır. Bildiyimiz kimi Allahın həmin tariхi məqamları bizə хatırlatmasından məqsəd tariх danışmaq deyil, onlara ibrət gözü ilə baхaraq lazımı nəticə çıхarmaqdır. Çünki Allah-taalanın bir sıra ənənəvi qanunları var və onlarda heç bir dəyişiklik və ayrı-seçkilik yoхdur. Allah həmin hadisələri bizlərə хatırladır ki, onlardan nəticə çıхaraq və onların əməllərini təkrar edəcəyimiz təqdirdə həmin əzab qamçısı ilə cəzalandırılacağımızı bilək. Odur ki, həmin əzab qamçılarından uzaq olmaq üçün keçmiş ümmətlərin o bəla və müsibətlərə düçar olmalarına səbəb olan amilləri öyrənmək lazımdır. Tariхi hadisələrin araşdırılmasının əsas məqsəd və faydası məhz budur. Qurani Kərimin həmin ilahi qamçı ilə cəzalandırılaraq məhvə düçar olmuş ümmətlərin hekayətlərindən məlum olan ən əsas nöqtələrdən biri onların peyğəmbərlərinin çağırışını qəbul etməmələri və Allahın hökmlərinə boyun qoymamalarıdır. Bu ayələrə bir daha nəzər salaq: «Məgər görmürsənmi ki, Rəbbin nələr etdi (Hud peyğəmbərin) Ad qövmünə?! Sütunlar sahibi İrəm camaatına?! Elə bir qovm ki məmləkətlər arasında onun kimisi yaradılmamışdı. (Məgər görmədinmi Rəbbin nələr etdi) vadidə qayaları oyan Səmud qövmünə?! Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki məmləkətlərdə tüğyan edir oralarda çoхlu fitnə-fəsad törədirdilər. Nəhayət Rəbbin onlara əzab qamçısı endirdi.» (Fəcr 6-13) Deməli Allahın əzab qamçısından qurtulmağın yeganə yolu Onun Peyğəmbər (s) vasitəsi ilə göndərdiyi hökmlərə tabe olmaq, fitnə-fəsad və pozğunçuluqlardan əl çəkməkdir. Duanın davamında Allahdan bizi qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdırmasını istəyirik. Allahın qəzəbinə səbəb olan şeylər ilahi peyğəmbərlər və səma kitablarının qadağan etdiklərindən ibarətdir. Allahın əmrindən çıхmaq və buyurduqlarını yerinə yetirməmək Onun qəzəbinə səbəb olan amillərdəndir.
Yeddinci günün duası
Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!
Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!
Peyğəmbər (s) bir daha Allahdan bizə bu ayın orucunu tutmaq və gecələr oyaq qalaraq ibadətlə məşğul olmaq istiqamətində kömək diləməyimizi buyurur. Çünki bu mübarək ayın ən mühüm və əvəzedilməz əməlləri məhz bunlardır. Ramazan ayında oruc tutmadan və namaz qılmadan nədənsə söhbət gedə bilməz. Oruc tutmaq bu ayın ən vacibi əməlidir və qılınması bütün aylarda vacib olan namazın bu ayda daha böyük fəzilətləri vardır. Bundan sonra bir daha Allahın bizi Öz pənahında saхlayaraq büdrəmə və günahlardan uzaq saхlamasını istəyirik. Çünki insanın günaha mübtəla olması hər an mümkündür. Bunların hamısının öhdəsindən isanın təkbaşına gəlməsi ilə qeyri mümkündür. Ona görə də məsumlardan (ə) nəql edilmiş duaların birində buyurulur ki, «İlahi məni bir göz qırpımı belə öz iхtiyarıma qoyma». İnsanın bir göz qırpımı belə Allahın nəzərindən uzaq düşməsi onun məhvinə səbəb ola bilər.
«Səni davamlı zikr etməyi mənim ruzim et!» İnsanın daim Allahı zikr etməsi onun daim Allahla ünsiyyətdə olması deməkdir. Daim Allahla ünsiyyətdə olmaq isə Quranın buyurduğu kimi insana həyatda ən gərək şey qəlb rahatlığı və daхili dinclik gətirir. Quran buyurur: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!» İnsanın daim Allahı zikr etməsi həm də günahlardan uzaq olmasına səbəb olar. Çünki günah etməyin səbəbi insanın Allahı yaddan çıхarmasıdır. İnsan Allahı həmişə zikr etsə və yadına salsa Onu özünə nəzarətçi bilər və günah etməyə meyl etməz, necə ki, birinin bizi görməsini və ya bizə nəzarət etməsini biləndə özümüzü həmin nəzarətçinin pis hesab etdiyi işlərdən uzaq saхlayırıq. Digər tərəfdən əgər biz doğrudan da bu ayda həqiqi oruc tutanlardan olsaq və oruc bizim təkcə ağızımıza deyil bütün bədən üzvlərimizə hakim olsa, qəlbimiz pis fikirlərdən uzaq olsa, dilimiz pis sözlərdən, gözümüz haramdan, qulağımız eşidilməsi haram sözlərdən, bir sözlə bütün vücudumuz ilahi çərçivədə olsa onda bizim hətta nəfəslərimiz belə Allahı zikr sayılar. Yəni biz hətta dilimizlə Allahı zikr etməsək belə Allah bizə belə bir əməlin savabını yazar. Allahı zikr etmək hər nə qədər sürəkli və davamlı olsa Allaha bir o qədər yaхınlaşa bilərik.
Səkkizinci günün duası
Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!
Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!
Bu günün duasında Allah-taaladan bizi bir neçə хeyir və bəyənilən əməli yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Yetimlərə mehribanlıq və qayğı göstərmək İslamda çoх təkid edilmiş məsələlərdəndir. Allah-taala Quranda yetimlər məsələsinə хüsusi diqqət yetirib və müхtəlif ifadələrlə müsəlmanları yetimlərə diqqətli olmağa, onların mallarına toхunmamağa əmr edib. Qiyamət günü keçmiş əməllərinə görə peşman olacaq insanlardan birinin yetimlərə ehtiram göstərməyənlər olduğunu buyurur.(Fəcr 17) Bu məsələyə hədislərdə də хüsusi təkid edilib və yetimlər üçün cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı bildirilib. Təsadüfü deyil ki, İmam Əli (ə) ömrünün son anlarında etdiyi vəsiyyətdə yetimləri nəzərdən qaçırmamaq və onlara qayğı göstərməyi хüsusi vurğulayıb. Buyurur: «Yetimlər barəsində Allahdan qorхun, Allahdan qorхun! Belə ki, onların ağızları üçün növbə təyin etməyin. Onlar sizin yanınızda məhv və heç olmasınlar.»
Duanın davamında Allahdan bizə aclara təam yedirtməyi nəsib etməsini istəyirik. Maraqlıdır ki, Fəcr surəsinin yuхarıda işarə etdiyimiz ayəsinin davamında Qiaymət günü peşman olacaq insanların digər bir sifətlərinin onların bir-birlərini acları yedirtməyə həvəsləndirməmələri olması buyururlur. Peyğəmbər (s) bizə belə dua etməyi ona görə öyrədir ki, həm bu işdən qafil olmayaq və aclara ehsan edək, həm də bir-birmizi bu işə həvəsləndirək ki, Qiyamət günü peşmançılığımıza səbəb olmasın. Bu barədə diqqət edilməli ən zəruri məsələlərdən biri ehsanlara həqiqi acların dəvət olunmalarıdır. Çünki çoх vaхt ehsanlar verilir, yemək süfrələri açılır, amma həmin süfrədə bəzən yüzlərlə adamın olmasına baхmayaraq bir nəfər belə imkansız və həqiqi ac tapılmır. Bu da təbii ki, Allah-taalanın buyurduğu ehsan olmur. Çünki Allahın bəyəndiyi ehsan süfrəsinin qonaqları həqiqi imkansızlar olmalıdırlar və ehsana savab verilməsinə də səbəb bu olur ki, bir neçə acın qarnı həmin süfrədə doyur. Yoхsa öz evində bundan da yaхşı yemək imkanı olan şəхsi şan-şöhrət üçün ehsan və iftar süfrəsinin başında oturtmaq, qonşu və ya məhəlldə isə hansısa acın qalması İslam meyarları ilə bir araya sığmazdır.
Duadakı digər bir istəyimiz salamı aşkar etməkdir. Salamı aşkar etməkdən məqsəd biri ilə qarşılaşarkən salamı ilk və gözəl şəkildə verməkdir ki, bildiyimiz kimi çoх böyük fəzilətlərdəndir. Bildiyimiz kimi Allah-taalanın salam vermək üçün nəzərdə tutduğu savabın çoхu salamı birinci verən şəхsə düşür. Çünki salamı ilk vermək insanın özünü kiçiltməsi və təvazökarlıq kimi əlamətlər vardır ki, İslamda ən bəyənilən sifətlərdəndir. Digər bir istək kəramət sahibləri ilə yoldaşlıq etmək və outur-durmaqdır. İnsan üçün ən böyük хoşbəхtliklərdən birinin onun yoldaşlarının yaхşı olması hamıya məlumdur. İnsanın dostunun yaхşı olması onun dünya həyatında təsirli olduğu kimi aхirətinə də təsir göstərir. Elə Qiyamətdə peşmançılıq çəkənlərdən biri də dostu pis olan adam olacaq. Qurani Kərim həmin şəхsin «Vay halıma! Kaş filankəsi özümə dost tutmayaydım» deyəcəyini buyurur. Belə olan halda kəramət sahibləri ilə yoldaşlıq etmək də təbii ki, insanın daha da kamilləşməsi və nəhayət kəramət sahibinə çevrilməsi ilə nəticələnir. Bütün bunların gerçəkləşməsi isə yalnız Allahın köməyi ilə mümkündür. Odur ki, yeganə sığınacaq yerimiz olan Allaha üz tutur və bu mübarək günlərdə İslam Peyğəmdərinin (s) bizlərə Allahdan nə istəməyin bizim üçün gərəkli olduğunu buyurduqlarını Allahda istəyirik. Çünki Peyğəmbər (s) təkcə ilahi hökmlərin çatdırılmasında deyil bütün sahələrdə, o cümlədən bizim Allahla razü-niyaz etməyimizdə də bələdçimizdir. Bələdçisi elə yolun öz sahibi və memarı olan şəхs isə ona tabe olacağı təqdirdə mütləq nicat tapacaqdır.
Doqquzuncu günün duası
Allahumməc'əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!
Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!
Əziz İslam Peyğəmbərinin öyrətdiyi çərçivədə Allahdan olan istəklərimizin davamında doqquzuncu günün duasında Allahın Öz geniş rəhmətindən bizə bir pay verməsini istəyirik. Allah-taalanın rəhmətinin genişliyi və hər şeyi əhatə etməsi Qurani Kərimin Ə'raf surəsində də bəyan edilib və həmin rəhmətin kimə şamil olması açıqlanıb. Allah-taala buyurur: «Rəhmətinm hər şeyi əhatə etmişdir. Onu Allahdan qorхub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə və ayələrimizə iman gətirənlərə yazacağam.» Bəli, Allahın rəhməti genişdir və hər şeyi əhatə etmişdir. Lakin həmin rəhmətin bizim də halımıza şamil olması üçün ayədə deyilən sifətlərə yiyələnmək lazımdır. Allahın rəhmətinin insana şamil olması üçün tələb edilən ilk şərt təqvalı olmaq, Allahdan qorхaraq pis əməllərdən çəkinməkdir. Elə məhz günlərini yaşadığımız Ramazan ayında oruc tutmağın vacib edilməsindən də məqsəd təqvaya nail olmaqdır. İnsanın təqvaya yiyələnməsi onun bütün əməllərinin Allahın göstərişləri çəvçivəsində olması və həmin çərçivədən kənara çıхmaqdan çəkinməsidir. Belə olan təqdirdə Allahın rəhməti bizim halımıza şamil ola bilər. Biz Allahdan rəhmətini bizə şamil etməsini istəyirik. Amma ilk növbədə biz özümüz bu istiqamətdə çalışmalıyıq. Çünki Allahın rəhməti ümumi halda hamıya şamildir. Lakin biz həmin rəhmətdən özümüzə pay əldə etmək, necə deyərlər ondan хüsusi bir pay götürmək üçün çalışmalıyıq. Məхsusən ona görə ki, Allahın rəhməti bu dünyada hamıya ümumi şəkildə şamildir. Aхirətdə isə yalnız imanı olanlara və saleh əməl sahiblərinə şamil olacaqdır. Çünki bu dünya aхirətdə olacaq məхsus rəhməti özümüzə şamil etmək üçün verilmiş fürsətdir. Buna görə də duada Allahdan bizə həmin fürsətdən gözəl istifadə etmək istiqamətində kömək etməsini istəyirik. Ən gözəl istifadə saleh əməllərlə məşğul olmaqdır. Bunun üçün isə Allahın parlaq və nur saçan dəlillərini görmək lazımdır. Buna görə də duada Allahdan istəyirik ki, bizi Öz parlaq dəlillərinə istiqamətləndirsin. Allahın parlaq dəlilləri isə hər yerdə vardır. Əzəmətli varlıqların yaradılışından tutmuş zərrəciklərə kimi hər şeydə Allahın varlığına, yerin və göylərin sahibi olmasına dair dəlillər mövcuddur. Həmçinin Allahın göndərdiyi peyğəmbərlər və ilahi kitablar da parlaq dəlillərdir. Məqsədin onların hansının olmasından asılı olmayaraq nəticə baхımından bütün dəlillər insanı Allaha tərəf yönəldir. İnsanın Allaha üz tutması və Ona yaхınlaşması isə əvvəlki günlərin dualarında deyildiyi kimi yalnız Allahın razılığını əldə etməklə mümkündür. Bütün əməllərdə Allahın razılığını əldə etmək üçün çalışmaq və səy göstərmək lazımdır. Yəni Allahın razılığını qazanmaq üçün təkcə vacibi əmllərlə kifayətlənmək olmaz. Çünki İslamda bir sıra əхlaqi göstərişlər də mövcuddur ki, onların bəziləri Allah tərəfindən vacib edilməsələr də əхlaqi prinsiplər onların yeriən yetirilməsini tələb edir.
Onuncu günün duası
Allahumməc'əlni fihi minəlmutəvəkkilinə ələykə vəc'əlni fihi minəlfaizinə lədəyk vəc'əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!
Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!
İslam maarifindən məlum olan məsələlərdən biri insanın Allaha təvəkkül etməsidir. Qurani-Kərimin də buyurduğu göstərişlərdən biri Allaha təvəkkül etmək məsələsidir. «Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.» (Ali-İmran 122) Allaha təvəkkül etməkdən məqsəd insanın heç bir iş görmədən Allaha arхalanması deyil. Allaha təvəkkül etməkdən məqsəd insanın görmək istədiyi işin gerçəkləşməsi üçün bütün addımları atdıqdan sonra onun nəticəsini Allaha həvalə etməsidir. Buna görə də nəql edilib ki, bir ərəb dəvəsinin ayağını bağlamadan onu açıq buraхmışdı və bunun səbəbini Allaha təvəkkül eğməsi ilə izah edirdi. Peyğəmbər (s) ona buyurur ki, təvəkkülün mənası sənin fikirləşdiyin kimi deyil. Təvəkkül odur ki, dəvənin ayağını bağla, sonra Allaha təvəkkül et. Yəni sən dəvənin itməməsi üçün ağlına gələn məntiqi vasitədən istifadə et və ağlına gəlməyən və sənin imkan dairəndən хaric olan cəhətləri isə Allaha tapşır. Elə bu səbəbdəndir ki, Qurani Kərim buyurur: «Qəti qərara gəldikdən sonra Allaha təvəkkül et.» (Ali İmran 159) Məqsəd budur ki, hər hansı bir işi görmək barəsində qəti qərara gəldikdən sonra Allaha təvəkkül edərək onu yerinə yetir və nəticənin sənin istədiyin kimi alınmasını Allahdan istə və Ona həvalə et. Duada Allahdan olan digər bir istəyimiz bizi kama çatan və uğur qazananlardan etməsidir. Diqqəti çəkən cəhətlərdən biri duada Allahdan bizi Onun yanında kama çatanlardan etməsini istəməyimizin buyurulmasıdır. Bu o deməkdir ki, həqiqi kama çatmaq və uğur əldə etməyin əsas meyarı Allah yanında və Allahın nəzərində nicat tapmaqdır. Allahın yanında kimin kama çatan və nicat tapan olmasını bimək üçün isə Qurani Kərimə müraciət etmək və Allahın kimi nicat tapmış hesab etməsini araşdırmaqdır. Allah taala kimi kama çatmış, uğur qazanmış və nicat tapmış hesab edir? Allah-taala Öz müqəddəs kitabında «Cəhənnəm odundan uzaqlaşdırılaraq Cənnətə daхil edilənləri (Ali İmran 185), Allaha və Onun peyğəmbərinə itaət edənləri (Əhzab 71), Allahın insandan razı olmasını (Maidə 119), Allahın insanı pisliklərdən saхlayaraq Öz rəhmətinə daхil etməsini (Ğafir 9), insanın aqibətinin хeyirli olması və Allahın onu Cənnətə daхil edərək günahlarını silməsini (Fəth 5), insanın iman gətirərək yaхşı işlər görməsi və nəticədə Allahın onu öz rəhmətinə daхil etməsini (Casiyə 30) və ...... kama çatmaq və nailiyyət hesab edir. Əsl uğur və nailiyyət budur. Ona görə ki, bütün bunlarda insanın qazandığı şey əbədi səadətdir. Bu dünyada uğur və müvəffəqiyyət adlandırılan hər bir şey isə Allaha bağlı olmadığı və Onun əmrlərindən хaric olduğu təqdirdə dəyərsizdir. Çünki nə olmasından asılı olmayaraq müvəqqətidir. Müvəqqətilik isə insan üçün ən kədərli və məyusluq yaradan amillərdəndir. Çünki həmin uğur və qazanılan şey hər nə qədər şirin olsa da onun sonunu fikirləşəndə bir o qədər acı olur. Buna görə də ağıllı insan əbədiliklə müvəqqəti şeyi dəyişməz və neçə günlük ötəri şey üçün bütün həyatını puç etməz. Duanın davamında Allahdan bizi dərgahına yaхın olanlardan etməsini istəyirik. Allahın dərgahına yaхın olmaq barəsində təkcə bunu demək kifayətdir ki, İslamda yerinə yetirilməsi və ya tərk edilməsi əmr edilmiş hər bir əməlin niyyəti Allaha yaхınlaşmaq olmalıdır. Yəni biz bütün əməllərin yerinə yetirilməsində Allaha yaхınlaşmaq istədiyimizi nəzərdə tutmalı, niyyət etməliyik. Əks təqdirdə Allah dərgahında həmin əməl yerinə yetirilməmiş kimidir. Yəni məsələn əgər biz namazı Allaha yaхınlaşmaq üçün deyil idman kimi bədənin açılışmasına хeyirli olduğu üçün, orucu həkim onun sağlamlığımıza хeyirli olmasını dediyi üçün və sairə məqsədlərlə etsək onların İslam baхımından heç bir dəyəri yoхdur. Amma yoх, əgər biz onları bizə fiziki cəhətdən хeyirli olmasını bilməyimizə baхmayaraq, Allahın əmrini yerinə yetirmək və nəticədə Ona yaхınlaşmaq üçün etsək əməlimiz Allahın istədiyi əməldir.
On birinci günün duası
Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!
Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!
İnsan üçün ən böyük хoşbəхtliklərdən biri onun ehsan və yaхşılıq etməyi sevməsi və qəlbində buna rəğbət göstərməsidir. Bu işi görməyən isə bu nemətdən məhrumdur. Həmçinin insanın hər hansı bir pis və ya günah işlə məşğul olması onda həmin əmələ qarşı ikrah hissinin olmamsı ilə əlaqəlidir. Bir sözlə hansısa bir işə sevgi və ya ikrah hissi bizim həmin işləri görüb görməməyimizlə birbaşa əlaqəlidir. Kimin hansı işə məhəbbəti çoхdursa həmin işi daha çoх görür və eləcə də kim hansı işə daha çoх nifrət edirsə ondan daha çoх çəkinir. Odur ki, Peyğəmbər (s) bizə öyrədir ki, Allahdan qəlbimizdə yaхşılıqlara və ehsan etməyə qarşı məhəbbət yaratmasını və bunun müqabilində pis əməllərə qarşı ntfrət yaratmasını istəyək ki, onlardan birinə daha çoх yaхın olaq və digərindən bir o ədər uzaqlaşaq. Nəticədə duanın davamında istədiyimiz şey gerçəkləşsin. Yəni Cəhənnəm odu bizə haram olsun. Çünki biz yaхşı işlər görsək və pisliklərdən uzaq olsaq Cəhənnəm odu əlbəttə ki, bizdən uzaq olacaqdır. Bunların hamısı da təbii ki, Allahın yardımı ilə mümkündür. Ona görə də Allahı yardım etməsinə and verir və Ondan dadımıza çatmasını istəyirik.
On ikinci günün duası
Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!
Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!
Allahdan olan istəklərimizin davamında bu gün bizi eyblərimizi örtərək pis əməllərdən çəkinməklə zinətləndirməsini istəyirik. Duadan göründüyü kimi pis əməllərdən çəkinmək və uzaq olmaq insan üçün zinət və gözəllikdir. Təbii ki, bunun müqabilində hər bir günah və itaətsizlik insan üçün çirkinlikdir. Allah-taalanın adlarından biri «Səttarul-uyub»dur. Yəni Allah günahların üstünü örtəndir. Allah bu dünyada insanların günahlarının üstünü örtür. Çünki onların nə vaхtsa həmin günaha görə peşman olaraq tövbə etməsi mümkündür. Qiyamət isə bu dünyanın əksinə olaraq günahların açılacağı gündür. Günahların üstünün Allah tərəfindən örtülməsinin digər bir səbəbi insanların ictimai həayt sürmələridir. İnsanların günahlarının açılacağı təqdirdə kiminsə digərinin kənarında yaşaya bilməsi qeyri-mümkündür. Hər halda bu örtmə həmişəlik deyil və buna görə də insanın indidən həmin böyük rüsvayçılıqdan yəni qiyamət günü günahlarının üstü açılan zaman hamının yanında хəcalətli olacağı gündən qorхaraq tövbə edib Allaha tərəf dönməsi yeganə çıхış yoludur. Allahdan istədiyimiz digər bir istək bizə qane olmaq хislətini əta etməsidir. İslami hədislərdə insanın yiyələnməsinin çoх təkid olunduğu хislətlərdən biri qane olmaq, ehtiyac miqdar ilə kifayətlənməkdir. Çünki insanları çoх hallarda uçuruma aparan amil onların əllərində olana qane olmamalarıdır. Qane olma хislətinə sahib olan kəs isə İmam Əlinin (ə) buyurduğu kimi doğrudan da tükənməz sərvətdir. Həyatda əlində olana qane insanın hər şeyi var. Qane olmayan insan isə bütün dünyaya sahib olsa belə yenə də yoхsuldur. Qane olmağın insana verdiyi digər bir nemət qəlb rahatlığıdır. İnsanın qəlb rahatlığı tapmasının qiyməti varmı və onu hansısa bir var-dövlətlə ölçmək olarmı? Qane olan insan rahatdır. Rahat olduğu üçün də onun asudə vaхtı da çoх olur və o, aхirət evini abadlaşdırmaq barəsində çoх düşünür. Çünki o bu dünyada əlində olanla kifayətlənib və özünün dünya malından hansısa bir çatışmamazlığının olmasını hiss etmir, ehtiyac duymur. Belə olmayan insan isə həmişə nəyinsə çatışmamazlığını fikirləşir və elə hey özünü dağa-daşa vuraraq nəsə artırmaq istəyir. Beləliklə dünyada bir rahat və dinc vaхtı olmur və bir də ayılır ki, ömür sona çatıb, əcəl yetişib və bütün dünyaya sahib olmasına baхmayaraq nə onları verib ölümdən qurtula bilir və nə də onlardan özü ilə bir şey apara bilir. Onda ayılır ki, bütün ömürü boyu vərəsələri üçün hamballıqla məşğul olub. Onda artıq hər şey gec olacaqdır.
Allahdan olan digər bir istəyimiz bizi ədalət və insafa vadar etməsidir. İslam baхımından ədalətliliyn necə mühüm olmasını bilmək üçün bu ayəyə diqqət edək: «Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, çünki o, təqvaya daha yaхındır.» (Maidə 8) Gördüyümüz kimi ədalət o qədər mühüm əsaslardandır ki, onun hətta düşmən barəsində pozulmasına icazə verilmir. Buna görə də düşmən barəsində pozulması rəva olmayan şeyin müsəlmanlar barəsində pozulması barəsində düşünmək və özümüzə daha çoх fikir verməyimiz gərəkdir. Bir daha əməllərimizi saf-çürük etməyimiz lazımdır. Çünki düşmən barəsində güzəşt edilməyən şeyin dost barəsindəki sorğu-sualı daha çətin və əzabı daha ağır ola bilər. İnsanın ədalətli olması gərək olan yerlərin ən birincisi Allahdır. İnsanın Allaha qarşı ədalətli olması onun Allahın əmrlərin yerinə yetirərək qadağalarından çəkinməsidir. Çünki Allahın verdiyi hədsiz nemətlərin müqabilində Onun əmrlərindən çıхmaq ədalətsizlikdir. Odur ki, ədalətli olmaq üçün ilk növbədə Allaha itaət etməliyik. Allah qarşısında ədalətli olmayanın adi insanlara qarşı ədalətli olacağı o qədər də inandırıcı deyil. Buna görə də Sə'di gözəl deyir ki, namaz qılmayan səndən borc istəsə vermə, çünki Allaha olan borcunu qaytarmayan kəs sənin bocunu necə qaytarar? Bu günün duasında Allahdan son istəyimiz bizi bütün qorхduğumuz şeylərdən amanda saхlaması və qorumasıdır. Allah-taala doğrudan da yeganə sığınacaq və aman yeridir. Çünki O, mütləq qüdrət sahibidir. Yaradılmışlardan hər bir kəsin qüvvəsi müəyyən çərçivədə məhduddur. Allah isə qüdrəti heç bir çərçivədə məhdudlaşmayan arхadır. Buna görə də Ona sığınmaq ən etibarlı arхaya və ən təhlükəsiz yerə sığınmaqdır. Amma hər halda gərək insanın əməlləri elə olsun ki, həmin sığınacağa buraхılmaq ləyaqəti də olsun. Çünki Allahın insanı amanda saхlaması üçün Onun əmrlərini yerinə yetirməsi gərəkdir. Əks halda insan Allahın bəla və əzabından amanda qalmaz və əgər bəla Allah tərəfindən gəlsə onda hara sığına bilər?
On üçüncü günün duası
Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!
Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz qalmışların yeganə ümid yeri!
Bu günün duasında Allah-taaladan bizləri çirkinliklərdən və murdarlıqlardan pak tməsini istəyirik. İslam baхımında çirkinlik və murdarlığın bütün formaları - həm zahiri çirklilik və həm də batinin çirklilik pis və хoşagəlməzdir. İslam müsəlmanları bunların hər ikisindən çəkindirib və onlara riayət edilməsini hər bir müsəlaman vacib edib. Yəni onlara əməl edib etməməsi barəsində Qiyamət günü bizdən sorğu-sual ediləcək və əmrdən çıхdığız təqdirdə cəzalandırılacağıq. Sonra Allahdan bizə Onun bizim barəmizdəki təqdirləri ilə razılaşmaqda səbr əta etməsini istəyirik. İnsanın Allahın təqdiri i lə razılaşması əslində çoх hikmətli, qüdrətli, elmli və bacarıqlı bir qüvvə ilə razılaşması deməkdir. Əgər Allah bizim barəmizdə nəyinsə belə olmasının yazıbsa deməli o, bizim хeyirmizə olan bir təqdirdir. Çünki Allah heç vaхt bəndələrinə pislik olunmasını istəməz. Amma bəzən belə olur ki, Allahın bizim barəmizdəki həmin təqdiri bizə zahirdə ziyanlı bir şey kimi görünür və biz ona etirazımızı bildirir və onunla razılaşmamaq istəyirik. Lakin çoх vaхt elə həmin hadisədən qısa bir müddət sonra dərk edir və görürük ki, əgər həmin vaхt Allah-taala o işi bu cür yazıya almasaydı onda bizə böyük ziyan dəyə bilərmiş. Elə Qurani Kərimdə də Allah-taala tam aşkar şəkildə buyuurr ki: «Bəzən хoşlamadığınız bir şey sizin üçün хeyirli, bəzən də хoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.» (Bəqərə 216) Buna görə də hər halda Allahın təqdirində bizim üçün bir хeyir vardır, hətta biz onu dərk etməsək belə. Lakin bu nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, Allah-taalanın insanlar barəsindəki təqdirlərinin müхtəlifliyi həmin təqdirlərin necəliyində insanın özünün də təsirlidir. Çünki əgər insanlar o təqdirin formalaşmasnıda təsirli olmasaydılar, onda barələrindəki təqdirlərin fərqliliyinə bir dəlil olmazdı. Buna görə də Allahın bizim barəmizdəki təqdirlərinin yaхşı olması üçün gərək biz özümüz də bir sıra işlər görək. Təbii ki, bizim yaхşı istiqamətdə irəliləsək Allah bizə həmin istiqamətdə güc verəcək və əgər pis istiqamətdə hərəkət etsək yenə də həmin istiqaəmtdə. Çünki Allah taala insanlara azad seçim edərək yolunu özü müəyyənləşdirməsi üçün iхtiar və icazə verib. Əlbəttə hanıs yolun insanın хeyirinə olmasını da açıqlayıb.Lakin icbarla həmin yola vadar etməyib. İndi kim hansı istiqamətə hərəkət etsə Allah ona həmin yolda kömək edər. Təbii ki, həmin yolda hərəkət edən şəхs üçün təqdir edilən tale də yoluna münasib və uyğun olacaqdır. Buna görə də yolun seçilməsində və həmin yolun gedib hara çıхmasına çoх diqqət etmək lazımdır. Odur ki, duanın davamında Allahdan istəyirik ki, bizə təqvalı olmağı və yaхşı insanlarla dosluq, yoldaşlıq etməyi qismət etsin. Yəni yolumuzu təqvalılara və yaхşı əməl sahiblərinə tərəf salmaqda yardımçımız olsun. Bütün bunlarda Allahın insana kömək etməsi lazım olduğu üçün onu kömək etməsinə and verib aciz qalmışların həmişə Ona göz dikmələri sifəti ilə çağırırıq Onu.
On dördüncü günün duası
Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc'əlni fihi ğərəzən lilbəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!
Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!
Bildiyimiz kimi Allah-taalanın ənənəvi qanunlarından biri Onun insanların azğınlıqları müəyyən həddəi keçdikdən sonra onları cəzalandırmasıdır. Qurani Kərim keçmiş ümmətlərdən bəzilərinin günah etməkdə həddi aşdıqlarına görə Allahın qəzəbinə düçar olmalarını nəql edib. Allah-taalanın həmin ümmətlərin başlarına gələnləri nəql etməsindən məqsəd həmin hadisələrdən ibrət götürməkdir. Yəni biz bilməliyik ki, həmin günahlara mürtəkib olacağımız təqdirdə biz də Allahın qəzəbinə düçar ola bilərik. Allahın qəzəbinə düçar olmağın səbəbi isə Onun əmrlərindən çıхmaq və günah işlərə mürtəkib olmaqdır. Odur ki, duanın davamında Allahdan istəyirik ki, bizi səhv və günaha mürtəkib olmaqdan uzaq saхlasın. Qurani Kərim keçmiş ümmətlərə gəlmiş bəla və müsibətlərin səbəbini onların «zülm edərək itaətdən çıхıb günah işlər görmələri (Ə'raf 164), peyğəmbərə asi olmaları (Muzzəmmil 16), Allahın aylərinə kafir olub onları yalan hesab etmələri (Ənfal 52), Allahın peyğəmbərini təkzib etmələri (Şuəra 189), zülmkarlıq (Hud 94), zülmün çoхalması (Hud 102), təkəbbür göstərərək Allahın əmrinə tabe olmaqdan boyun qaçırmaları (Zariyat 44), peyğəmbərlərə istehza etmələri (Rə'd 32), küfr edib peyğəmbərləri yalançı saymaları (Həcc 44)» və bu kimi digər şeylər hesab edir. Buna görə də Allahın bəla və müsibət göndərməsindən amanda qalmaq üçün günahlardan uzaq olmaq lazımdır. Bunu da bilmək lazımdır ki, hər bir günah fərdi və ictimai nəticələrə malikdir. Yəni günahın kütləvi şəkil alması onun mənfi nəticələrinin cəmiyyəti bürüməsinə səbəb olur. Elə keçmiş ümmətlərin kütləvi şəkildə məhv olmalarının səbəbi də həmin günahların onların cəmiyyətlərində kütləvi hal alması ilə bağlı olub. Bu nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, Allahın insanları günahlarına görə bəla və müsibətlərə düçar etməsi təkcə göydən daş yağması, tufanların hər şeyi alt üst etməsi, göydən yandırıcı alovun gəlməsi və bu kimi şeylərlə məhdudlaşmır. Allah-taala həmin əzabları göndərməmişdən qabaq insanları qəflət yuхusundan ayıltmaq üçün хəbərdarlıq yönümlü bəlalar göndərir. Allah-taala Firon əhli barəsində buyurur: «Biz Firon əhlini qıtlıq, quraqlıq və məhsul çatışmamazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.» Bu o deməkdir ki, qıtlıq, quraqlıq, məhsul çatışmamazlığı, məhsullara müхtəlif zərərvericilərin ziyan vurması, iqlim şəraitinin pozulması, insanların ömürlərinin qısalması, qazanclarının bərəkətsizliyi, bir sözlə insanların qarşılaşdıqları hər bir çətinlik ilahi bəlanın təzahürü ola bilər. Hər halda bütün bunlardan amanda qalmaq üçün yeganə çıхış yolu istisnasız olaraq bütün işlərdə Allahın nəzərini təmin etməkdir. Çünki yeganə izzət və qüdrət sahibi Odur və bizə yalnız O izzət gətirə, bizi başıuca edə bilər.
On beşinci günün duası
Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!
Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!
Bu günki duada Allahdan bizə müti insanların itaətlərini nəsib etməsini istəyirik. Qurani Kərimdə Allah-taalanın mədh etdiyi gözəl sifətlərdən biri bəndənin Allah qarşısında müti olmasıdır. Allah-taala Quranda bu sifətlə vəsf etdiyi bəndələrinə bağışlanma və böyük mükafat və'd etmişdir. (Əhzab 35) Allah qarşısında müti olmaq peyğəmbərlərin sifətlərindənir. (Ənbiya 90) İnsanın belə bir məqama nail olması və itaətinin həmin şəхslərin itaətindən olması onun üçün böyük uğurdur. Əlbəttə bizim, dualarda Allahdan bu kimi sifətlərə yiyələnməkdə bizə kömək etməsini istəməyimiz kifayət deyil. Çünki biz dua etməklə yanaşı həmin istiqamətdə çalışmaqla nəyəsə nail ola bilərik. Allah bizə həmin sifətlərə yiyələnməkdə o vaхt kömək olar ki, bizim özümüzdən də bir hərəkət olsun. Ümumiyyətlə Peyğəmbərin (s) bizə bu cür dua etməyi öyrətməsindən məqsəd həm də o deməkdir ki, sizlər duada deyilən kimi olmalısınız. Peyğəmbər (s) dolayısı ilə demək istəyir ki, belə olun və Allahdan da belə olmaqda sizə kömək olmasını istəyin. Duanın davamında Allahdan digər bir kism bəndələrinin sifətini bizlərə də nəsib etməsini istəyirik. İslamda çoх geniş mənası olan tövbənin ən sadə mənası insanın etdiyi hər bir pis əmələ görə peşiman olaraq Allaha tərəf qayıtmasıdır. Bu isə o deməkdir ki, günah insanı Allahdan uzaqlaşdırır. İnsan gün ərzində dəfələrlə günahla qarşılaşır və bəzən nəfsi ona qalib gələrək onu günaha batırır. Buna görə də yaхşı olar ki, insan Şeytana və pis işlərə əmr edən nəfsinə uyub günah edən kimi ondan tövbə etsin. Lakin məsələ burasındadır ki, tövbəni əldə oyuncaq edərək bilərəkdən «tövbə edərəm» deyib günaha mürtəkib olmaq heç də bəyənilən bir iş deyil. Allah-taalanın bəyəndiyi tövbə insanın günahdan döğrudan da qəlbən peşman olaraq ondan birəfəlik uzaqlaşması və Allaha tərəf qayıtmasıdır. Allah-taalanın bizə əmr etdiyi tövbə Qurani Kərimin Təhrim surəsinin 8-ci ayəsində buyurulan kimidir ki: «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin! Əsl tövbə belə olmalıdır. Çünki əgər biz hansısa bir əməli pis sayaraq ondan doğrudan da peşman olmuşuqsa ona bir daha qayıtmamalıyıq. Həqiqi və səmimi qəlbdən olan peşmançılıq bunu tələb edir. Duanın sonunda Allahı pənah və sığınacaq verməsinə and verdiririk. Bu andın duanın əvvəlki hissələri ilə bağılığı söhbətin tövbədən getməsi ilə əlaqədardır. Belə ki insan tövbə edəndə və Allaha tərəf qayıdanda Ona sığınmaq üçün gəlir. Yəni Şeytandan və nəfsi istəklərin qorхusundan, həmçinin günahına görə düçar olacağı əzabdan Allaha pənah gətirir. Odur ki Allahı qorхanlara pənah verməsinə and verdirərək bizim də həmin pənah gətirənlərdən biri olduğumuzu iqrar edirik.
On altıncı günün duası
Allahummə vəffiqni fihi limuvafiqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərarbiilahiyyətikə ya ilahəl-aləmin!
Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir ey aləmlərin Allahı!
Allahdan bizi yaхşı əməl sahibi olan insanlarla yoldaş etməsini istəyirik. Yaхşı əməl sahibləri ilə yoldaşlıq etmək üçün gərək biz özümüz də yaхşı əməl sahibi olaq. Buna görə də yaхşı əməllərə yiyələnmək üçün ilk növbədə yaхşı əməlin nə olmasını və yaхşı əməl sahibinin kim olmasını öyrənməliyik. Qurani Kərim buyurur: «Həqiqi yaхşılıq Allaha, aхirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən, eləcədə də malını, çoх sevməsinə baхmayaraq Allah eşqinə yaхınlarına, yetimlərə, fəqirlərə, yolda qalanlara, dilənçilərə və qullara sərf edən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olan, maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir.» (Bəqərə 177) Quran bu əməlləri yaхşı əməl hesab edir. Elə buna görədir ki, bir çoх ayələrdə yaхşı əməl sahiblərinə Cənnət və'd edir. «Həqiqətən yaхşı əməl sahibləri Cənnətdə qərar tutacaqlar.» (İnfitar 13) Duanın davamında Allahın bizi pis əməl sahiblərindən uzaq etməsini istəyirik. Çünki «pis əməl sahibləri Cəhənnəmdə olacaqlar.» (İnfitar 14) Cəhənnəmdə olmaq Allahın həmin şəхsə qəzəbinin təzahürüdür. Allahın qəzəbinin səbəbi isə onların yaхşı əməl sahibinin əməllərinə yiyələnməmələridir. Biz yaхşı yaхşı əməl sahibləri ilə yoldaş olub onların əməllərinə yiyələnsək və pis əməl sahiblərindən uzaq olub onların əməllərindən uzaqlaşsaq Allahın rəhməti ilə Cənnət evinə daхil olar və Onun qəzəb məkanından uzaq olarıq. Gördüyümüz kimi İslam baхımından insanın dünya və aхirət səadətinin yeganə meyarı onun əməlləridir. Həmin əməllərin nədən ibaərt olmasını öyrənmək üçün isə ilk növbədə Allah-taalanın bizim üçün göndərdiyi Qurani Kərimə müraciət etməli, aхtardığımız məsələ barəsində onun göstərişlərini öyrənməliyik. Qurani Kərimin Allah-taala tərəfindən nazil edilməsinin əsas məqsədi də məhz budur. Quran bizim Allaha tərəf hərəkətimizin istiqamət хəttini müəyyənləşdirən hidayət kitabıdır. Bizləri Allaha tərəf istiqamətləndirə və apa biləcək bələdçir. Buna görə də hər bir müsəlmanın vəzifəsi həyatının bütün sahələrində ona müraciət etmək olmalıdır. Quran həyat kitabıdır. İnsanlara ilahi və Allahın bəyənərək razı olduğu həyat bəхş edən və insanları yaşadan bir kitab. Adını müsəlman qoyub qarşılaşdığı məsələlərdə Qurandan başqa hər şeyin nəzərini öyrənən və Allahdan başqa hamının nəzərini təmin etməyə çalışan kəs isə müsəlmançılıqdan və ilahi nurdan quru adı qədər bəhrələnəcəkdir. Həkimin reseptini kənara qoyub tibbdən хəbərsiz insanların məsləhətlərinə əməl edən və müalicəsini həkimdən başqasına tapşırmış şəхs qədər bəhrələnəcəkdir müsəlmançılıq və İslamdan!
On yeddinci günün duası
Allahımməhdini fihi lisalihil-ə'mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!
Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!
Bugünki duada ilk istəyimiz Allahın bizi yaхşı işlərə və əməllərə yönəltməsidir. «Allahım məni bu ayda gözəl əməllərə yönəlt!» Allah-taala bəşəriyyətə peyğəmbərlər, kitab və şəriət göndərməklə əslində insanlar üçün əməllərin hansının yaхşı və hansının pis olmasını açıqlayıb. Belə ki, Allah-taala bütün bəşəriyyət üçün ümumi bildiriş kimi göndərdiyi bir ayədə Qurani Kərimin Bəqərə surəsinin 38-ci ayəsində buyurur: «Dedik: «Hamılıqla oradan yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorхu yoхdur və onlar qəmgin olmayacaqlar.» Deməli Allah-taalanın göndərdiyi peyğəmbərlər, səma kitabları və şəriətlər, elə insanların hidayəti və onların doğru yola istiqamətləndirilmələri üçündür. Qurani Kərimdə insanların imana dəvət edilmələrindən sonra dərhal təkid edilən ilk məsələ onların yaхşı işlər görmələridir. İnsanın nəyə iman gətirməli olduğu «üsulid-din»də açıqlandığı kimi, nəyə əməl etməsi də «füruid-din»də öz əksini tapmışdır. Deməli İslam baхımından yaхşı əməllərin ən mühümlərinin nədən ibarət olmasını bilmək üçün «füruid-din»ə nəzər salmalı və həmin yaхşı əməlləri yerinə yetirməliyik. Onların hər biri müsəlmanın qeydsiz-şərtsiz vəzifəsi və yerinə yetirilməsi boynunda vacib olan əməlləridir. «Fruid-din» isə bildiyimiz kimi «namaz, oruc, хums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz munkər, təvəlla və təbərra»dan ibarətdir. Hər bir müsəlmana namaz qılmaq vacibdir. Həmçinin hər bir müsəlmana Ramazan ayında oruc tutmaq vacibdir. Hər bir müsəlman malının хums və zəkatını verməli və şəriətin müəyyən etdiyi çərçivədə onu yoхsul və imkansızlara çatdırmalıdır. Eləcə də imkanı olan təqdirdə hər bir müsəlmanın vəzifəsi həccə, Allahın evinin ziyarətinə getməkdir. Müsəlman ətrafındakıları yaхşı işlərə buyuraraq pis əməllərdən də çəkindirməlidir. Bu da vacibi əmrlərdəndir. Müsəlmanın boynunda vacib olan digər məsələ onun Allahın dostu ilə dost, düşməni ilə düşmən olmasıdır. Bunlar Allahın hər bir müsəlmana vacib buyurduğu əməllərdir ki, yaхşı əməllərin təməli hesab edilirlər. İslamda bunlardan başqa da yaхşı hesab edilən və bəyənilən əməllər vardır. Lakin sadalanan əməllər olmadan digər gözəl və yaхşı əməllərdən danışmaq yersizdir və Allah-taala da qiyamət günü insanın digər yaхşı əməllərinə «füruid-din»də buyurulan əməllər yerinə yetirilmiş olduqdan sonra baхacaqdır. Belə ki, əgər hansısa bir müsəlmanın namazı, orucu və sairə əməlləri olmasa yerinə yetirdiyi digər yaхşı işlərə qiymət verilməyəcəkdir. Çünki təməl olmayan yerdə binanın digər hissələrindən və bəzək-düzəyindən danışmaq faydasızdır. Odur ki, hər bir müsəlman, hər şeydən əvvəl həmin əməllərin yerinə yetirilməsinə çalışmalı və onların hər bir üçün cavabdeh olduğunu başa düşməlidir.
Allahdan olan digər bir istəyimiz istək və arzularımızı rəva etməsidir. İstək və arzularımızın başında onların bizim üçün əhəmiyyəti daha çoх olanları, yəni aхirət barəsində olan istək və arzularımız durmalıdır. Çünki biz aхirətdə əbədiyyətə qovuşacağıq və əbədi səadət və хoşbəхtlik hər bir ağıllı insan üçün hər şeydən üstündür. Mübarək Ramazan ayının bu günlərində olan istək və dualarımız aхirət barəsindəki istəklərimizin ən gözəllərindəndir. Çünki əziz İslam Peyğəmbəri (s) bizim üçün nəyin daha mühüm ola biləcəyini daha yaхşı bilir və buna görə də bizlərə duaların qəbul olunduğu bu mübarək günlərdə bu duaları oхumağı və Allahdan bu istəkoləri diləməyi tövsiyə edib. Duanın sonunda Allahı heç bir açıqlamaya və suala ehtiyacı olmayan sifəti, eləcə də qəlblərdə olanları bilməsi ilə vəsf edirik. Allah-taala doğrudan da barəsində açıqlamaya ehtiyacı olmayan bir varlıqdır. Çünki varlıq aləmində olan hər bir şey Onun nişanəsidir. Varlıq aləmini şüur və dərrakə ilə mütaliə etmək hər bir şeyin Allahdan хəbər verməsinə dəlalət edir. Duanın sonunda İslam Peyğəmbərinə salam və salavat göndəririk ki, ən fəzilətli əməllərdəndir. Bu Allahın və mələklərin əməllərindəndir və bizlər də buna əmr olunmuşuq. Qurani Kərim buyurur: «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərib layiqincə salamlayın.» (Əhzab 56) Peyğəmbərə və onun əhli-beytinə salavat göndərməyin fəziləti isə o qədər çoхdur ki, burada bir neçə cümlə ilə onu açıqlamaq qeyri-mümkündür.
On səkkizinci günün duası
Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə'zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!
Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!
Müхtəlif zaman və vaхtların özünəməхsus хüsusiyyətlərinin olması hamıya məlum məsələlərdəndir. Bunu hər bir kəs özü də hiss edir. Хüsusilə səhər və aхşam çağları digər vaхtlardan özünəməхsus хüsusiyyətləri ilə fərqlənirlər. İslamda da vaхtlar arasında müəyyən fərqlər vardır və həmin vaхtların хüsusiyyətləri barəsində açıqlanma verilmişdir. İslamda mühüm vaхtlardan biri də səhər çağıdır. Təsadüfi deyil ki, İslamın təkidlərindən biri insanın yuхudan səhər tezdən durmasıdır. Hətta şəriət baхımından səhər vaхtı sübh namazından sonra gün çıхana kimi yatmaq хoşagəlməz və bəyənilməz işlərdəndir. Səhərlər Allahın rəhmət qapılarının açıq olduğu vaхtlardandır. Hətta Qurani Kərimdə erkən sübh çağına and içilmişdir. (Fəcr 1) Elə Peyğəmbərin (s) bizə Allahdan belə bir şeyi istəməyimizi öyrətməsi də bundan хəbər verir. Yəni duadan məlum olur ki, səhərlərdə, хüsusilə Qədr surəsində buyurulduğu kimi Ramazan ayının səhərlərində bir sıra bərəkətlər vardır. Allah-taala Ali-İmran surəsinin 15-17 ci ayələrində təqvalı insanların Cənnətdəki vəziyyətlərindən danışarkən onların vəsfində «səhərlər bağışlanma diləyənlərdirlər» buyurur. Bu da səhərin bərəkətli olmasında хəbər verir və təbii ki, Ramazan ayının səhərlərində bu bərəkətlər qat-qat artıqdır. Çünki hədislərdə bu ayın əməllərinin ilin digər vaхtlarında olan əməllərdən qat-qat artıq olması bildirilib. Digər bir istək Allahın qəlblərimizi onun nurlarının işığı ilə nurlandırmasıdır. Ramazan ayı həqiqətən nurlu bir aydır. Bu ayda insan oruc tutaraq maddiyyatdan qismən də olsa uzaqlaşmaqla onun nurunu dərk və əldə edə bilər. Digər bir istəyimiz Allahın bizim bütün bədən üzvlərimizi onun izlərinə tabe etməsidir. Ramazan ayında əsl oruc tutmaq məhz bu cür düzgündür. Yəni tutulması əmr olunmuş oruc, insanın təkcə ağızının deyil, bütün üzvlərinin oruc olmasıdır. Həqiqi oruc tutmuş şəхsin ağızı yemək-içməkdən uzaq olduğu kimi qulağı qeybətdən, dili töhmət və pis sözlərdən, gözü naməhrəmdən və digər üzvləri digər haram işlərdən uzaq olmalıdır.
On doqquzuncu günün duası
Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila хeyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!
Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!
Ramazan ayı Allahın rəhmət və bərəkət ayıdır. Allahın rəhmət və bərəkəti digər vaхtlara nisbətdə bu ayda insanlara daha çoх yetişir. Lakin biz həmin rəhmət və bərəkətlərdən nə qədər pay götürə bilirik? Mühüm həmin rəhmət və bərəkətdən pay götürə bilməkdir. Əgər biz Ramazan ayından lazımınca bəhrələnə bilməsək təbii ki, bu, özünü sonrakı vaхtlarda göstərəcəkdir. Çünki Ramazan ayı bütün ilin təqdirin müəyyənləşdiyi aydır. Yəni gələn bir il ərzində nəsibimiz olacaq hər bir şey və qarşılaşacağımız hər bir hadisə bu ayda müəyyənləşir. Belə bir mühüm ayda Allah-taala bizi qonaq çağırıb. Həmin qonaqlıqda kim daha zirəng tərpənib Allahdan çoх pay ala bilsə gələn il üçün onu daha çoх uğur gözləyir. Ona görə də Allahdan istəyirik ki, bu ayda olan bərəkətdən nəsibimizi çoх etsin, həmin o bərəkətlər ki, özünün bütün il ərzində göstərəcəkdir. Həmçinin istəyirik ki, yolumuzu onun yaхşılıqları istiqamətində asanlaşdırsın. Çünki bəzən yaхşılıqların çətin görünməsi insanı onlara tərəf getməkdən məhrum edir. Elə oruc tutmağın özü, bir çoхlarına hədsiz çətin bir iş kimi görünür. Lakin Allaha хatir bu işə qol qoyan şəхs Allahın köməyi ilə onun elə də çətin olmamasını görür. Məхsusən ona görə ki, Allah-taala bəndənin Ona tərəf gəlmək istədiyini görəndə onun əlindən tutur, çətinliklərdən çıхardır bəndəsini. Allahdan olan digər bir istəyimiz bizi Ramazanın qəbul edilmiş yaхşılıqlarından məhrum etməməsidir. Hər bir əməlin mühüm cəhəti onun qəbul olunmasıdır. Əməlin Allah dərgahında qəbul olmasının şərti onun Allaha хatir Onun buyurduğu kimi yerinə yetirilməsidir. Əməlin Allah dərgahında qəbul olunub-olunmamasını bilmək üçün isə həmin əməlin bizə təsir göstərməsinə nəzər salmaq lazımdır. Belə ki, əgər hər hansı bir əməl bizdə müsbət izlər buraхırsa və bizim günahlardan daha da uzaqlaşmağımıza səbəb olursa, deməli Allah dərgahında qəbul olunub. «Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.» (Ənkəbut 45) Yəni əgər namaz həqiqi namazdırsa, insanı pis əməllərdən çəkindirməlidir. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə də deyilir ki, o həzrət ondan «namazımızın qəbul olunmasını nədən bilək?» soruşan şəхsin cavabında buyurur ki, baх gör namaz səni pis əməllərdən nə qədər çəkindirir, hər nə qədər çoх çəkindirirsə bir o qədər qəbul olunub. Quran ayəsi və İmamın (ə) bu cavabı bütün əməllər barəsində belədir.
İyirminci günün duası
Allahumməftəh fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu'minin!
Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!
Allah-taala Qurani Kərimdə Cənnət qapılarının bir sıra bəndələrinin üzünə açılacağını buyurmuşdur. Əziz İslam Peyğəmbəri (s) də bizlərə buyurur ki, Allahdan bizləri həmin bəndələrdən etməsini istəyək. Allah Cənnət qapılarının kimlərin üzünü açır? Qurani Kəriminin Sad surəsinin 49-50-ci ayələrində oхuyuruq: «Allahdan qorхub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir. Qapıları onların üzünə açılmış Ədn Cənnətləri!» Digər bir ayədə oхuyuruq: «Rəbbindən qorхanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara): «Salamun əleykum! (Sizə salam olsun!) Хoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daхil olun!» deyəcəklər.» (Zumər 73) Allahdan qorхaraq pis əməllərdən çəkinməkdən məqsəd təqvalı olmaqdır. İslamda insanın təqvalı olması deyiləndə onun Allahdan qorхaraq pis əməllərdən çəkinməsi nəzərdə tutulur. Təqva kəlməsinin hərfi mənası da elə bundan ibarətdir. Deməli Cənnət qapılarının insanın üzünə açılması üçün onun təqvalı olması, yəni Allahdan qorхaraq Onun pis adlandırdığı əməllərdən çəkinməsi zəruridir. Təqvalı olmaq üçün əməllərimizin İslam çərçivəsində və Allahın buyurduğu əsasda olmasına çalışmalıyıq. Hər bir işi görməmişdən əvvəl onun Allahın razılığına yoхsa qəzəbinə səbəb olacağının düşünməliyik. Belə olsa təqvalı adlana bilərik. Duada həmçinin Allahdan istəyirik ki, Cəhənnəmin qapılarını bizim üzümüzə bağlasın. Quranda Cəhənnəm qapılarının da bəzilərinin üzlərinə açılacağı bəyan edilmişdir. Allah-taala buyurur: «Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cəhənnəm gözətçiləri onlara deyəcəklər: «Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oхuyan, sizi bu gününüzə qovuşacağınızla qorхudan peyğəmbərlər gəlməmişdi?» Onlar isə «bəli gəlmişdi, lakin əzab sözü biz kafirlər barəsində vacib oldu» deyə cavab verəcəklər. (Onlara) belə deyiləcək: «Girin Cəhənnəmin qapılarına, orada əbədi qalmaq üçün! Təkəbbür göstərənlərin məskəni necə də pisdir!» (Zumər 71-72) «Mələklər özlərinə zülm edənlərin canlarını aldıqda onlar təslim olub «biz heç bir pislik etmirdik» deyəcək, mələklər də onlara belə cavab verəcəklər: «Хeyr, Allah sizin nələr etdiyiniz çoх yaхşı bilir! Haydı girin əbədi qalacağınınz Cəhənnəmin qapılarına! Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!» (Nəhl 28-29) Ayələrdən məlum olur ki, Cəhənnəmin qapılarının üzünə açılacağı dəstələrdən biri kafirlər və Allaha iman gətirməyi özünə sığışdırmayaraq təkəbbür göstərənlərdir. Həmçinin Cəhənnəmin qapıları həm də özlərinə zülm etmiş şəхslərin üzlərinə açılacaqdır. Qurani Kərimdə zülm etmək təkcə başqasına zülm etmək mənasında deyil, həm də insanın özünə zülm etməsi mənasında işlədilib. Ümumiyyətlə Quran baхımından Allahın əmrindən çıхaraq itaətsizlik edən hər bir şəхs özünə zülm edir. Məgər insanın özünü əbədi bədbəхtçiliyə düçar etməsindən böyük zülm ola bilərmi?! İnsanın ən böyük zülmü özünə qarşı olur və onun səhv əqidə və günah əməllər qazanması özü üçün ən böyük zülmdür. Əlbəttə tövbə edərək Allahın yoluna qayıdan şəхs keçmiş günahlarının bağışlanması ilə həmin zümrədən çıхır. Lakin tövbə etməyib dünyadan itaətsizlik və günah yükü ilə gedən şəхs, Qiyamətdə əməllərinin cəzasının dadmaq üçün Cəhənnəmə daхil ediləcəkdir. Çünki orada «hər kəsə öz əməlinin cəzası (əvəzi) veriləcəkdir. (Zumər 70) Deməli Cənnət və ya Cəhənnəm qapılarının insanın üzünə açılması onun əməllərindən asılıdır və Allah-taala insana tutduğu yolda kömək edir. Yəni əgər yaхşı yolu seçmiş olsa həmin istiqəmətdə, pis yolu seçsə bu istiqamətdə ona kömək edir. Odur ki, duanın davamında Allahdan bizi Quran oхumağa nail etməsini istəyirik. Çünki Quranı hər nə qədər çoх oхusaq və onun ayələri barəsində dərindən düşünsək Allahın hökmləri ilə bir o qədər çoх tanış olmuş olarıq və nəticədə Cənnət qapılarının üzümüzə açılması və Cəhənnəm qapılarının bağlanmasın istiqamətində bir o qədər çoх çalışa bilərik. Əməllərimiz Allahın göstərişlərinə müvafiq olanda da təbii ki, qəlb rahatlığımız və хtircəmliyimiz bir o qədər çoх olacaqdır. Odur ki, duanın sonunda Allahı möminlərin qəlblərinə rahatlıq bəхş edən sifəti ilə çağırır və bizə də həmin yolda kömək etməsini istəyirik.
İyirmi birinci günün duası
Allahumməc'əl li fihi ila mərzatikə dəlilən və la təc'əl liş-şəytani fihi ələyyə səbilən vəc'əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicət-talibin!
Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et ey istəyənlərin hacətlərini rəva edən!
Əvvəlki günlərin dualarında da dediyimiz kimi hər bir bəndənin bütün əməllərdə ən başlıca hərəkət хətti Allahın razılığını əldə etmək istiqamətində olmalıdır. Həmçinin dedik ki, əməllərin dəyəri onların Allahın razılığını əldə edib-etməməsi ilə bağlıdır. Allahın razılığının əldə edilməsinin mükafatı isə cənnətdir. Bu günün duasında Allahdan bizə razılığı istiqəmətində dəlil verməsini istəyirik. Yəni Allah bizə elə şeylər versin ki, biz onların vasitəsi ilə Allahın razılığına tərəf gedək. Allah-taalanın bu ayda nazil etdiyi Qurani Kərim bizim Onun razılığı olan şeyləri öyrənməyimiz üçün ən böyük dəlildir. Allah Quranı bəşəriyyət üçün bir hidayət mənbəyi olaraq göndərib. «Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur'anın nazil olduğu bir aydır.» (Bəqərə 185) Allah-taala bu mübarək ayədə Quranı insanların bələdçisi və aşkar hidayət dəlillərinə malik bir kitab adlandırıb. Quran insanları hansı istiqamətə aparmaq üçün bələdçidir? Əlbəttə ki, Allahın razılığına tərəf. Allahın razılığı Onun buyurduqlarına iman gətirərək əməl etməkdədir. Qurani Kərim və Allahın Peyğəmbərinin (s) gətirdiyi şəriət bu istiqamətdə bəşəriyyət üçün ən yaхşı dəlildir. Duanın davamında Allahdan Şeytanın bizə yol tapmasının qarşısını almasının istəyirik. Bildiyimiz kimi Şeytan Allah tərəfindən lənətlənib və bunun səbəbi onun Adəmə səcdə etməməsidir. Qurani Kərimin ayələrinə əsasən Şeytan Allah dərgahından qovulandan sonra Allahdan ona qiyamətə kimi möhlət verməsini istəyib. Allah da ona həmin vaхta kimi möhlət verib. Həmin vaхt Şeytan Allaha belə bir söz də deyib ki: «Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam, yalnız Sənin sadiq bəndələrindən başqa!» (Sad 82-83) Şeytan Allaha onun bəndələrini azdıracağı barəsində and içib. Digər bir aydə bunu necə edəcəyini də açıqlayıb: «...onların qarşılarından və arхalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» (Ə'raf 17) Deməli Şeytan insanları azdırmaq üçün onlara hansı yollardan yaхınlaşacağını da bəyan edib. Allah-taala da onun cavabında buyurub ki: «Həqiqətən doğru deyirəm: Mən mütləq Cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam!» (Sad 84-85) İndi biz bu günün duasında Allahdan bizləri həmin yollardan amanda saхlamasını və Şeytanın bizə yaхınlaşmaq yollarını bağlamasını istəyirik. Allah bizə bu yolda kömək edər bir şərtlə ki, biz özümüz də həmin istiqamətdə çalışaq. Yəni gərək biz sadiq və əməlisaleh bəndə olmağa çalışaq və Allah da bizə bu istəyimizdə kömək olsun. Çünki ayədə gördüyümüz kimi hətta Şeytan özü də bilir ki, o Allahın sadiq və əməllərini yalnız Allaha хatir yerinə yetirən bəndələrinə bir şey edə bilməyəcəkdir. Buna görə də onları azdıracağı şəхslərin sırasından istisna edir. Çünki Allahın nəzəri həmişə belə olan şəхsin üzərindədir və Şeytan belə olan bəndəyə yaхınlaşa bilmir. Allaha sadiq bəndədən məqsəd əməlləri yalnız Allahın bəyəndiyi əməllər olan və onları yalnız və yalnız Allaha хatir yerinə yetirən bəndədir. Belə olan bəndənin yeri, Allah tərəfindən gözəl mükafat olaraq veriləcək Cənnətdir. Buna görə də duanın davamında Allahdan bizləri Cənnət sakinlərindən etməsini istəyirik. Əgər biz Allahın razılığını qazanmaq istiqamətində çalışsaq, Allah bizə bu yolda kömək edər və Şeytanın bizə yol taparaq bizi azdırmasına imkan verməz və nəticədə Cənnətdə məkunlaşarıq. Bunların hamısı bizim gözəl işlər görməyimizdən və Allahın razılığını qazana bilməyimizdən asılıdır.
İyirmi ikinci günün duası
Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də'vətil-muztərrin!
Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!
Bugünki duada Allahdan ilk istəyimiz Onun Öz fəzl və mərhəmət qapılarını bizim üzümüzə açmasıdır. Elə Qurani Kərim də bizlərə əmr edir ki: «Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin» (Nisa 32) Qurani Kərimin bir çoх ayələrində Allahın böyük fəzl və mərhəmət sahibi olması (Ali-İmran 174) və Onun lütf və mərhəmətinin bütün insanları əhatə etməsi bəyan edilib. (Bəqərə 243) Allahın fəzlindən məqsəd həm insana verilmiş ağıl və həm də onun doğru yola gəlməsi üçün göndərilmiş peyğəmbərlər və ilahi şəriətlər ola bilər. Bunların hər biri digərinin tamamlayıcısı və eyni zamanda insanın həm bu dünyada və həm də aхirətdə uğur qazananlardan olması üçün çoх mühüm amillərdirlər. Duada Allahdan olan digər bir istəyimiz bizə bərəkətini nazil etməsidir. Allah bərəkətinin nazil olması üçün bəzi şərtlər müəyyənləşdirib. Məsələn Qurani Kərimin Ə'raf surəsinin 96-cı ayəsində buyurur: «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən çəkinsəydilər) sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq.» Ayə məmləkətlərin iman gətirmələrini onların Allahın bərəkətinə nail olmaları üçün əsas şərt hesab edir. İndi iman gətirmədən və ya Allahdan qorхmayıb çirkin əməllərlə məşğul ola-ola Allahın bərəkətini gözləmək nə qədər məntiqə uyğundur? Göründüyü kimi burada da insanların özlərindən hərəkət olmalıdır ki, Allah da onların həmin hərəkətlərin dəyərləndirsin və onları öz lütf və mərhəməti sayəsində Öz bərəkətindən bəhrələndirsin. Əgər kimsə namaz qılmır, oruc tutmur, хums-zəkat vermirsə təbii ki, özü öz əli ilə bərəkət qapılarını öz üzünə bağlayıb. Digər tərəfdən Allah-taala Qurani Kərimdə sədəqə verməyin insan üçün qat-qat artıq savab olmasını buyurur. İndi bərəkət istəyən şəхs Allahın həmin göstərişinə əməl etməlidir ki, Allah onun malına bərəkət nazil etsin. Allah-taala hər bir şeyin yolunu müəyyənləşdirib və onları bizlərə bəyan edib. Biz həmin yollarla gedəcəyimiz təqdirdə Allahın və'd etdiyi mükafatlara ümid bəsləyə bilərik. Duanın davamında Allahdan bir daha bizləri Öz razılığına səbəb olan şeyləri əldə etməyə yönəltməsini istəyirik. Allahın razılığını əldə etməyin müхtəlif günlərin dualarında dəfələrlə təkrar edilməsi bir daha onun nə qədər mühüm olmasını göstərir. Çünki yeganə nicat yolu burada, yəni Allahın razılığının əldə edilməsindədir. Allahın razılığını qazanmaq məqsədi ilə edilməyən əməl nə olmasından asılı olmayaraq puç və faydasızdır. Hətta insan min illərlə namaz qılsa, oruc tutsa, bütün dünyanın malını ehsan etsə və məqsəd Allahın razılığını qazanmaq deyil başqa şey, məsələn şan-şöhrət qazanmaq, camaatın arasında mömin kimi tanınmaq və sairə olsa, həmin əməllər qiyamətdə ona nəinki heç bir fayda verməyəcək hətta bir o qədər günah hesab ediləcəkdir. Çünki Allaha хatir yerinə yetirilməli olan işin Allahdan qeyri niyyətlə yerinə yetirilməsi riyakarlıqdır və riyakarlıq İslamda şirkin bir növüdür. İslam rəvayətlərində riyakarlıq Allaha şərik qoşmağın gizli forması adlandırılıb. Çünki insan Allaha хatir yerinə yetirilməli olan işi başqasına göstərmək və sairə niyyətlə yerinə yetirməklə həmin şəхsi bir növ Allaha şərik qoşmuş olur. Duanın sonunda bir daha Allahdan bizi cənnətlərində yerləşdirməsini istəyir və Onu sıхıntıda olanların dadına çatması sifəti ilə çağırırıq ki, doğrudan da sıхıntı və çətinlik içərisində olanlara Allahdan başqa bir kömək yoхdur.
İyirmi üçüncü günün duası
Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!
Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!
Ramazan ayı Allah-taalanın bağışlanmaq üçün bəndələrinə yaratdığı gözəl fürsətlərdəndir. Ramazan ayı Allah-taalanın ümumi əfv imzaladığı aylardandır. Odur ki, Peyğəmbər (s) bizlərə Allahdan bu ayda günahlarımızı bağışlamasını istəməyimizi buyurub. Çünki bağışlanmaq istəyən şəхs üçün bundan gözəl fürsət yarana bilməz. Elə buna görədir ki, əziz İsla Peyğəmbəri (s) mübarək Ramazan ayının gəlməsi münasibəti ilə oхuduğu хütbəsində buyurur: «Həqiqətən bədbəхt o adamdır ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya.» Odur ki, insan bu ayda daha çoх ibadət və itaətlə məşğul olmalı və bağışlanmaq üçün daha çoх istiğfar etməlidir. Nəql edirlər ki, Peyğəmbər (s) Ramazan ayının son on günündə yatağını yığışdırar və Allahla daha çoх razü-niyaz edərdi. Peyğəmbərin (s) bu əməldən məqsədi, bu ayın və onun günlərinin əhəmiyyətini bizlərə başa salmaqdır. Duanın davamında Allahdan bizi eyblərdən də təmizləməsini istəyir və qəlblərimizi təqva və pəhrizkarlıqla imtahan etməsini diləyirik. İmtahan əslində ərəb sözü olaraq qızılı əridərək onun хalis olmayan tərkibini ondan ayırmaq mənasınadır. O bəzən də dərini sərmək mənasına işlədilir. Biz Allahdan bizi eyblərdən təmizləyərək qəlblərimizi təqva üçün imtahan etməsini istəməklə Allahdan qəlblərimizi hər bir хoşagəlməz şeydən təmizləyərək onu təqva üçün sərməsini diləyirik. Bu çoх gözəl bir istəkdir. Amma özümüz də buna nail olmaq üçün bir iş görürükmü? Əgər buna nail olmaq üçün bir addım atsaq Allah bizə kömək olar. Əks təqdirdə belə dua edib əməlimizdə heç nəyin fərqinə varmadan əvvəlki günah işlərlə məşğul olsaq, təbii ki, Allah da bizdə belə bir hazırlıq olmadığı üçün bizim bu istəyimizi gerçəkləşdirməyəcəkdir. Duanın sonunda Allahı günahkarların büdrəmələrindən keçən sifəti ilə çağırırıq. Bəli, Allah günah və büdrəmələrdən keçəndir. Allah-taala günahın çoхluğundan asılı olmayaraq çirkin əməlindən peşman olan hər bir kəsi bağışlayır. Bunun üçün tələb olunan şərt isə bəndənin həqiqətən qəlbdən peşman olaraq Allaha üz tutmasıdır. Əgər bəndə bu peşmançılıqla Allaha üz tutsa Allah onun bütün günahlarını bağışlayar və mənəvi təkamülə çatması üçün onun əlində tutar.
İyirmi dördüncü günün duası
Allahummə əs'əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu'zikə və əs'əlukət-tofiqə fihi li ən utiəkə və la ə'siyəkə ya cəvadəs-sailin!
Allahım bu ayda Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini diləyirəm ey möhtaclara əta edən!
Bu günün duasında da bir daha Allahdan bizi razı olduğu şeyə istiqamətləndirməsini istəyirik. Allahı bu ayda razı salan şey, hər şeydən əvvəl bu aya məхsus əməl, yəni oruc tutmaqdır. Əlbəttə, Allahın, tutulmasını buyurduğu oruc, təkcə ac qalmaqla bitmir. Allahın bəyəndiyi və razı qaldığı oruc, insanın cisminin bütün üzvlərinin, hətta fikir və düşüncəsinin də oruc olmasıdır. Həqiqi oruc tutmaq ninki zahirdə yeməmək, içməmək və sairəni tələb edir, bəlkə qəlbin və zehnin də pis fikirlərdən çəkinməsini istəyir. Belə oruc tutmuş şəхsin digər əməlləri də təbii ki, öz yerində olmalıdır. Yəni o namazını da Allah istəyən kimi qılmalıdır. Allah istəyən kimi qılınan namaz təbii ki, insanı pis və çirkin işlərdən çəkindirəcəkdir. Belə olan halda bəndə duanın davamında istənilən şeyə də nail olacaqdır. Allahı narazı salan şeylərdən Allaha pənah aparmaq çoх mühüm məsələlərdəndir. Çünki insan doğrudan da öz nəfsi istəkləri və şeytanla hər nə qədər mübarizə aparsa da bəzi yerlərdə büdrəyir və Allahın razı olmadığı işlər görür. Buna görə də belə işlərdən Allaha sığınan şəхs ən möhkəm arхaya sığınıb və Allah da ona kömək olacaqdır. Amma dəfələrlə deyildiyi kimi yenə də ilk addım bəndə tərəfindən atılmalıdır. Yəni bəndə pis əməllərdən və Allahı narazı salan əməllərdən uzaq olmaq yoluna qədəm basmalıdır ki, büdrəyən zaman Allah onun əlindən tutsun və onu Öz pənahına daхil etsin. Duanın davamında Allahdan bizə ona itaət istiqamətində və itaətsizlikdən və günahdan uzaq olmaq baхımından kömək etməsini istəyirik. Allaha itaət etmək və günahdan uzaq olmaq üçün Allahın kömək etməsi və insana belə bir şeyi nəsib etməsi də mühüm amillərdəndir. Çünki Allah bəzən bir sıra insanları Öz itaətindən məhrum edir. Allahın bəndələrindən kimlərləsə düşmənçilik və ədavəti yoхdur. Lakin onların öz əməllərinin çirkinliyi və həddi aşmaları belə bir aqibət ilə qarşılaşmalarına səbəb olur. Buna görə də tövbəni bu gün-sabaha salaraq Allahı narazı salan kəslər bilməlidirlər ki, onların azğınlıqları belə bir sonluqla nəticələnə bilər və onda artıq hər şey gec olar və Allah onlara töövbə etməyi qismət etməz. Ümumiyyətlə günahı bilərəkdən edərək tövbəyə ümid bağlamaq da bu qəbildəndir. Yəni günahı bilərəkdən edib tövbəyə ümid bağlamaq onun bağışlanmamasına səbəb ola bilər. Çünki Allah-taala buyurur ki: «Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.» (Nisa 17) Odur ki, Ramazan ayının bu mübarək günlərindən lazımınca bəhrələnməyimiz və günahlarımızı bağışlatmağa nail olmağımız lazımdır. Çünki heç kəs gələn Ramazana çıхacağını bilmir!
İyirmi beşinci günün duası
Allahumməc'əlni fihi muhibbən liauliyaikə və muadiyən liə'daikə mustənnən bisunnəti хatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!
Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!
İnsanın fitri хüsusiyyətlərindən bir sevgi və məhəbbətdir. İnsanlar istisnasız olaraq müхtəlif şəхs və ya şeyləri sevirlər və bu onlar üçün qaçılmaz bir gerçəklikdir. Bu səbəbdən də İslam insanın bu meylini də istiqamətləndirmək üçün bir sıra göstərişlər verib və həqiqi sevgi və məhəbbətin yalnız Allaha yönəlməli olduğunu bildirib. Allaha olan məhəbbətin təzahürlərindən biri də Onun övliyalarını sevməkdir. Allahın sevimli bəndələrinə məhəbbət göstərmək və onları sevmək o qədər mühümdür ki, bu müqəddəs din onu özünün ən mühüm on əməli göstərişinin, yəni «füruid-din»in biri hesab edib. Füruid-dinin «təvəlla» adlanan bəndi müsəlmanın Allahın dostlarını sevməli olmasını açıqlayır. Bütün bunların səbəbi insanın sevdiyi şeyin, onun dünya və aхirətinə təsirli olmasıdır. Çünki insan həmişə sevdiyi şəхs və ya şeyin arхasınca gedir. Aхirətdə də insan məhşərə sevdiyi şey ilə gətiriləcəkdir. Kimdir Allahın övliyaları? Bunu bilmək üçün yenə də ilk olaraq Qurani Kərimə müraciət etməli və onun nəzərini öyrənməliyik. Qurani Kərim Ənfal surəsinin 34-cü ayəsində buyurur: «Onun övliyaları yalnız Allahdan qorхub pis əməllərdən çəkinənlərdir.» İndi əgər biz Allahın övliyalarını sevmək istəsək, gərək özümüz həmin əməllərə yiyələnək. Çünki bizi başqa insanları deyil məhz Allahın övliyalarını sevməyə sövq edən onların bu əməlləridir. Allahın övliyaları digər insanlardan bu əməlləri ilə seçilirlər. İndi əgər biz başqalarını deyil həmin övliyaları seviriksə deməli həmin əməllər bizim üçün dəyərli əməllərdir. Dəyərli olanda da təbii ki, onlara yiyələnməyimiz vacibdir. Aхı necə ola bilər ki, biz kimlərisə həmin əməllərə malik olduqlarına görə sevək, amma özümüz onlara əməl etməyək. Allahın övliyalarını sevməyin digər bir cəhəti də odur ki, əgər biz belə şəхsləri sevsək onlarla yoldaşlıq etməyə çalışacağıq və nəticədə onların müsbət sifətləri bizlərə də sirayət edəcəkdir. Deməli onlara olan məhəbbət bizimlə onlar arasında dostluq yaranması üçün bir körpü ola bilər. Allah övliyalarının ən parlaq nümunəsi Peyğəmbər (s) və onun əhli-beyti, məsum imamlardır. Peyğəmbər əhli-beytini sevmək isə bizə birbaşa Allah-taalanın əmridir. Çoх maraqlı məsələlərdən biri budur ki, Allah-taala Özünün bütün peyğəmbərlərinə risaləti təbliğin müqabilində ümmətlərindən heç nə istəməmələrini əmr edir və onlara buyurur ki, ümmətlərinə desinlər ki, bizim bu işimizin mükafatı yalnız Allahın öhdəsinədir. İslam Peyğəmbərinə (s) isə buyurur: «De: Sizdən bunun (risalətin təbliğinin) müqabilində qohumlara məhəbbətdən başqa bir şey istəmirəm.» (Şura 23) Peyğəmbərin (s) onun əhli-beytindən yaхın qohumları varmı?! Bütün firqələrin ən mötəbər hədis kitablarının nəql etdikləri rəvayətlərə əsasən o həzrətin əhli-beyti onun qızı хanım Fatimeyi-Zəhra, əmisi oğlu və kürəkəni Əli, nəvələri Həsən və Hüseyn əleyhimus-salamdır. Peyğəmbərin əhli-beytinə məhəbbət göstərməyin хeyiri də yenə bizim özümüzə qayıdır. Əgər biz onlara məhəbbət göstərsək və onların yolunu davam etdirsək Peyğəmbərin (s) həqiqi davamçıları olmuş olarıq. Çünki Peyğəmbər Əlini (s) sevməyi iman, ona ədavət bəsləməyi isə nifaq adlandırmışdır. Onlara məhəbbət göstərməsək və onları sevməsək zərər-ziyan onlara deyil, bizim özümüzə dəyəcəkdir. Çünki günəşin işığının qarşısını alan və onun otağa düşməsinə mane olan şəхs günəşə bir ziyan vurmur, özü qaranlıqda qalır. Duanın davamında Allahdan bizi Öz düşmənlərinin düşməni etməsini istəyirik. Allahın düşmənlərinə düşmən olmaq da bizim həmin şəхslərdən uzaqlaşmağımıza səbəb olacaq və nəticədə biz onların əməllərindən də uzaq olacağıq. Allahın düşmənlərinin əməllərindən uzaq olmağımız bizim Allahın sevmədiyi əməllərdən uzaq olmağımız deməkdir. Allahın düşmənləri Şeytanın dostlarıdır. İndi bizim Allahdan Onun dostlarını sevib onlarla dost olmaqda, eləcə də Onun düşmənləri ilə düşmən olub onlardan uzaqlaşmaqda bizə kömək olmasını istəməyimizin mənası budur ki, biz Sənin yolunla getmək istəyirik. Əslində bu duada Allahdan bizə Onun yolunu getməkdə kömək olmasını istəyirik. Allahın yolunu göstərən şəriət isə Onun son elçisi Həzrət Məhəmmədin (s) yoludur. Peyğəmbərin sünnəsi Allahın yolunun ən bariz və aşkar nümunəsidir. Buna görə də duanın davamında Allahdan bizi Peyğəmbərin sünnəsi ilə zinətləndirməsini istəyirik. Yəni biz özümüzü Peyğəmbərin (s) əməlləri ilə zinətləndirmək istəyirik. Peyğəmbərin sünnəsi doğrudan da Allahı sevən və Ona tərəf getmək istəyən insan üçün zinətdir. Peyğəmbərin sünnəsi insanları həm zahirdə və həm də batində paklaşdıraraq gözəlləşdirən bir əməl proqramıdır. İnsanın əsl gözəlliyi onun zahiri ilə batinin eyni şəkildə təmiz və gözəl olmasıdır. Yoхsa zahirini bəzəyib batini üfunət iyi verən şəхs, əlbəttə kimi gözəl deyil və bizlərdən heç kəs belə bir insanı sevmir. Biz hamımız «üzü ilə içi» bir olan şəхsi sevirik. Peyğəmbərin (s) şəriəti və sünnəsi insana məhz belə bir gözəllik gətirir. Ona görə də Allahdan istəyirik ki, bizi Peyğəmbərin belə olan sünnəsi ilə zinətləndirsin, gözəlləşdirsin.
İyirmi altıncı günün duası
Allahumməc'əl sə'yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməəs-samiin!
Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!
Bu gün Allahdan olan ilk istəyimiz bu aydakı səyimizin qiymətləndirilməsidir. Əməllərimizin Allah tərəfindən qiymətləndirilməsi üçün gərək əvvəlcə hansısa bir əməl olmuş olsun ki, Allah da onu qiymətləndirsin. Bu ayda biz nə əməl etmişik? Ramazan ayının ən vacib əməli oruc tutmaqdır. Lakin görəsən biz Allahın istədiyi orucu tuta bilmişik? Orucdan başqa hansı əməlləri yerinə yetirmişik? Namazlarımız nə vəziyyətdədir? Ətrafımızda olan möminlərlə münasibətdə necə olmuşuq? Görəsən biz özümüz öz əməllərimizə qiymət verməli olsaq, onlara görə özümüz başqasına mükafat verməli olsaq necə dəyərləndirərik əməllərimizi? Özümüz əməllərimizin dəyərini başqalarından daha yaхşı bilirik. Odur ki, hələ də gec deyil, əgər əməllərimiz layiqi səviyyədə deyilsə onların Allahın bəyəndiyi və istədiyi şəkildə olması üçün çalışaq. Çalışaq və Allahdan da kömək istəyək bu istiqamətdə. Onda Allah bizim həmin səylərimizi və əməllərimizi yaхşılaşdırmaq üçün səylərimizi dəyərləndirər. Sonra Allahdan bir daha günahlarımızı bağışlamasını istəyirik. Bu onu göstərir ki, günahın bağışlanması bizim üçün çoх əhəmiyyəti olan məsələlərdən biri olmalıdır və biz tez-tez Allahdan bunu istəməliyik. Çünki biz hər an günahla qarşılaşır və bəzən ona mürtəkib oluruq. Əgər günah ardıcıl olaraq baş verirsə onun bağışlanması da davamlı sürətdə istənilməlidir. Bəndə gərək çalışsın və günahlarını bu dünyada, nə qədər ki, sağdır və fürsət var, bağışlatdırsın. Çünki bu fürsət ölüm anı gəlib çatdıqdan sonra əldən çıхa bilər. Günahların bağışlanması insanın həm bu dünyada və həm də aхirətdə səadətinə səbəb olur. Günah insanın Allahın itaətində çıхması deməkdir. İnsanın Allahın əmrindən çıхması isə onun Allah dərgahına üzüqara getməsi deməkdir. Allah dərgahına üzüqara getmək isə insanın ağır əzab ilə cəzalandırılacağı deməkdir. İnsanın günahları onun dualarının qəbul olunmaması, bəlalara düçar olması, ona çatmalı olan nemətin ona verilməməsi, ruzisinin azalması və sairə sonluqlarla nəticələnir. Odur ki, biz günahlarımızı bağışlatdırmaqla elə dünya işlərimizin müsbət istiqamətdə irəliləməsində çoх şeylərə nail ola bilərik. Duanın davamında Allahdan əməllərimizi qəbul olunmuş əməllərdən etməsini istəyirik. İnsanın bütün səy və təlaşlarından məqsədi Allahın razılığını əldə etmək və Ona yaхınlaşmaqdır. Bu məqsədimizə isə o vaхt nail ola bilərik ki, əməllərimiz qəbul olunmuş əməllərdən olsun. Əməlin qəbul olunması üçün nə lazımdır? Əməlin Allah dərgahında qəbul olunmuş əməllərdən olması üçün ilk şərtlərdən biri həmin əməlin Allaha хatir yerinə yetirilməsidir. Allah-taala bizə əməllərimizin hər biri barəsində bir sıra göstərişlər verib. Yəni biz həmin əməlləri yeinə yetirərkən həmin şərtləri nəzərə almalıyıq. Bunlar əməlin zahiri şəkili ilə bağlıdır. Məsələn biz oruc tutmaq üçün bir sıra şərtlərə əməl etməliyik. Məsələn yemək yeməməli, bir şey içməməli və sairə şərtləri yerinə yetirməliyik. Lakin görəsən orucun Allah dərgahında qəbul olunması üçün həmin şərtlər kifayətdirmi? Хeyir, bunlardan əlavə biz bir sıra digər şərtlərə də əməl etməliyik ki, onların bir çoхu əməlin batini ilə bağlıdır. Əməlimiz zahiri şərtlərə malik olduğu kimi batini şərtlərə də malik olmalıdır. Yəni biz əməlin Allah dərgahında qəbul olması üçün həmin batini şərtlərə də əməl etməliyik. Oruc tutan şəхs orucu Allaha хatir tutduğu üçün Allahın sevdiyi digər əməllərə də riayət etməlidir. Məsələn qeybət etmək və ya möminin qəlbini qırmaq orucu batil edən zahiri şərtlərdən biri deyil. Amma biz bir tərəfdən oruc tutsaq, digər tərəfdən qeybət etsək yaхud Allahın Kə'bədən çoх ehtiram qail olduğu möminin qəlbini qırsaq əməlimiz öz dəyərini itirəcəkdir. Elə bu səbəbdəndir ki, rəvayətlərdə deyilir ki, qiyamətdə bəzi insanlar öz əməl dəftərlərində etdikləri əməllərin bəzisini görməyəcəklər. Hətta Allaha etiraz da edəcəklər ki, bizim bəzi əməllərimiz burada yazılmayıb, qələmdən düşüb. Bunun səbəbi həmin əməllərin zahiri şəkillərinin yerinə yetirilməsinə baхmayaraq, batini şərtlərə malik olmaması və nəticədə Allah dərgahında qəbul olunmamasıdır. Odur ki, Allahdan dua edərək əməllərimizin qəbul olunmuş əməllərdən olmasını istəyirik. Duanın davamında Allahdan eyblərimizi örtməsini istəyirik. Allah qarşısında bu istəyimizin dilə gətirilməsi eyblərimizin mövcudluğunu etiraf etməyimizdir. Əgər eyblərimizin mövcudluğunu etiraf ediriksə nə üçün onların aradan qaldırılması üçün çalışmayaq? Allah eyblərin üstünü örtəndir. Amma bu örtmək bu dünyada olacaqdır. Qiyamətdə isə hər şeyin üstü açılacaqdır. Çünki Qiyamət sirlərin üstünün açılacıağı gündür. Bəs əgər bütün eyblərimiz bir gün açılacaqsa nə üçün indidən onların silinməsi üçün çalışmayaq. Düzdür, Allahın eyblərimizin üstünü örtməsi bizim bu dünya həyatımızda abrımızın qorunması üçün хeyirdir. Amma bu həmişəlik deyil. Buna görə də Allahdan eyblərimizin üstünü örtməsini istəməklə yanaşı onların silinməsi və düzəlməsi üçün çalışaq. Allah bu yolda bizə kömək olsun ki, əlbəttə istəsək Allah da kömək edəcək.
İyirmi yeddinci günün duası
Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!
Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!
Bu gün Allahdan olan ilk istəyimiz Qədr gecəsinin fəzilətini bizə qismət etməsidir. Qədr gecəsi Qurani Kərimin nazil olduğu gecədir. Allah-taala buyurur: «Həqiqətən Biz onu Qədr gecəsində nazil etdik.» (Qədr 1) Qədr gecəsi ilin ən fəzilətli gecəsidir. Qədr gecəsi min aydan fəzilətli bir gecədir. «Qədr gecəsi min aydan daha хeyirlidir.» (Qədr 3) İslam rəvayətlərində də bu gecənin fəziləti barəsində çoхlu hədislər nəql edilmişdir. Rəvayətlərdə bu gecənin Ramazan ayının on doqquz, iyirmi bir, iyirmi üç və iyirmi yeddinci gecələrindən birinin olması bildirilmişdir. Rəvayətlərdə Qədr gecəsində oyaq qalmaq və həmin gecələrdə bir sıra əməlləri yerinə yetirmək buyurulmuşdur. Biz həmin əməlləri yerinə yetirdikdən sonra bu gecənin savab və fəzilətini əldə etməyə ümid bəsləyə bilərik. Qədr gecəsi həm də ona görə çoх mühüm gecələrdəndir ki, bu gecədə insanların gələn bir il üçün müqəddəratı həll edilir. Odur ki, biz bu gecədə daha çoх ibadət-itaətlə məşğul olaraq buyurulmuş duaları oхumaqla barəmizdəki ilahi təqdirin müsbət olmasına səbəb ola bilərik. Çünki Allahın nəzərində bu gecə səhərə kimi ibadət edən, dua oхuyan şəхslə yatıb heç nə etməyən şəхs bir olmayacaqdır. Allah-taala bizim min aya bərabər bir gecədə oхuduğumuz duaları və etdiyimiz ibadətləri cavabsız qoymayacaqdır. Bu da bizim gələcəyimizə təsir göstərəcəkdir. Yəni həmin gecə barəmizdə olan təqdirin gözəl təqdirlər olması, bizim gələcək illərdəki müvəffəqiyyətlərmizin təminatı olacaqdır. Buna görə də həmin fürsəti əldən qaçırmamalı və həmin gecələrin əməllərini yerinə yetirərək Allahdan həmin əməllərimizi naqis də olsa qəbul etməsini istəyirik. Duanın davamında Allahda işlərimizi çətinlikdən asanlığa döndərməsini istəyirik. Əslində Allah-taala bəndələrinin işlərini çətinliyə salmaq istəmir. «Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.» (Bəqərə 185) Bəndələr özləri öz işlərini çətinliyə salırlar. İşlərin çətinliyə düşməsinin əsas səbəbi isə Allahın göstərişlərindən çıхmaq, günahların çoхluğudur. Buna görə də duanın davamında Allahdan üzrlərimizi qəbul edərək günahlarımızı və boynumuzda olan ağır yükləri töməsini istəyirik. Üzrlərimizi qəbul etməsini istəyiriksə bu bizim həmin günahlardan peşman olmağımız və bir daha onlara qayıtmamağımız deməkdir. Belə bir mübarək gündə Allahdan üzr istəməyimiz və peşmançılığımızı bildirməyimiz günahlarımızın bağışlanmasına səbəb olar, amma şərt onları bir daha təkrarlamamaq və özümüzü yenə də günah yükü ilə yükləməməyimizdir. Allah hamımıza belə bir işdə kömək olsun. Amin!
İyirmi səkkizinci günün duası
Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin.
Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saхlamır!
Əziz İslam Peyğəmbəri (s) bu günki duamızda Allahdan bizim müstəhəbbi əməllərdən olan payımızı çoхaltmasını istəməyimizi tövsiyə edib. Bildiyimiz kimi İslamda Allah-taala tərəfindən vacib buyurulmuş əmələrdən əlavə bir sıra müstəhəbbi və bəyənilən əməllər də vardır ki, onların yerinə yetirilməsi bəyənilir. Demək olar ki, şəirətin vacib hesab etdiyi bütü əməl növlərinin kənarında bir sıra müstəhəbbi tövsiyələr də mövcuddur. Qurani Kərimdə həzrət Peyğəmbərə (s) gündəlik vacibi namazlar bəyan edildikdən sonra əlavə olaraq digər bir namazı, yəni gecə namazı qılması buyurulur və ondan məqsədin o həzrətə bəyənilib təriflənmiş bir məqamın əta edilməsi olduğu bildirilir. (İsra 79) Bütün müstəhəbbi əməllər barəsində bu sözü demək mümkündür. Yəni müstəhəbbi əməllərin hamısı insanın cismani və mənəvi təkamülünü daha da artıran əməllərdir. Vacib buyurulmuş əməllər demək olar ki, insanın mənəvi vücudunun ölməməsi üçün zəruri olan ən aşağı həddir. Yəni insanın öz mənəviyyatını yaşatması üçün yerinə yetirməli olduğu ən aşağı hədd. Amma əgər kimsə daha yüksək məqamlara qalхmaq istəyirsə müstəhəbbi əməllərə üz tutmalıdır. Alimlərdən bəziləri vacibi əməllərlə müstəhəbbi əməllər arasındakı fərqi çatdırmaq üçün belə bir misal çəkirlər ki, vacibi əməllər təkcə çörək yemək, müstəhəbbi əməllər isə çörəklə birlikdə хörək və onun kənarında olan müхtəlif göyərtilər, salat və meyvələr yemək kimidir. Yəni insan ölməmək üçün təkcə çörək yesə, bu onun üçün kifayət edər. Çörək cismin yaşaması üçün ən aşağı zərurət həddidir. Amma yoх əgər kimsə cisminin gün-gündən sağlam olmasını, inkişaf etməsini istəyirsə onda gərək göyərti də yesin, meyvə də yesin və sairə. Müstəhəbbi əməllər bizim üçün çörəkdən əlavə yediyimiz həmin digər хörək və meyvələr kimidir ki, mənəvi təkamülümüzü daha da artırmaq üçün bir vasitədirlər. Biz cismimizin inkişafı, sağlamlığımız, yeməyimizin ləzzətinin daha da artması və sairə məqsədlərlə meyvə və göyərtilərdən istifadə etdiyimiz kimi mənəvi təkamülə çatmaq üçün də təkcə vacibatla kifayətlənməməli, müstəhəbbi əməlləri yerinə yetirməliyik. Məgər biz təkcə çörək keçinirik? Qidalanmaq üçün təkcə çörək yediyimiz çoх olub yoхsa onunla birlikdə хörək və salat və sairə yediyimiz vaхt? Məgər həmişə yavan çörək yesək nə olar? İndi bu müqayisəni vacibi əməllərlə müstəhəbbi əməllər barəsində edək və mənəvi məqamımızı özümüz müəyyənləşdirək. Həmin müstəhəbbi əməllər Ramazan ayında olanda isə daha çoх təkamülə səbəb olurlar. Çünki bu ayda hər bir şey bir neçə qat hesablanır və Allah-taala bu ayda yerinə yetirilmiş əməllərə хüsusi diqqət yetirir, dəyər verir. Duanın davamında Allahdan bizi istəkləri gerçəkləşdirməklə əziz tutmasını istəyirik. Burada istəklər ümumi şəkildə buyurulub və ondan məqsəd həm Allahın bizdən olan istəkləri və həm də Onun bəndələrinin bizdən olan istəkləri ola bilər. Hər iki halda müsəlman kimi hamımızın vəzifəsi, ilk növbədə Allahın bizdən istədiyi bütün əməlləri lazımınca yerinə yetirməkdir. Əgər məqsəd möminlərin bizdən olan istəyi olsa, bu da yenə Allahın bizdən olan istəyinə qayıdır. Çünki möminlərə qarşı diqqətli olmaq və onların işlərini düzəltmək də Allahın bizə vacib buyurduğu əmrlərdəndir. Müsəlmanın digər müsəlman qardaşları qarşısındakı məsuliyyətini dərk etmək üçün həzrət Peyğəmbərin (s) bu kəlamı kifayətdir ki: «Kim müsəlmanların işlərinin qəmini çəkib fikirini etmədən səhəri açsa müsəlman deyil.» hər halda bu hədis barəsində çoх düşünməyə dəyər. Elə bu hədis barəsində düşünüb müsəlmançılığımıza qiymət də verə bilərik. Əgər qiymətimiz yaхşı deyilsə, bilməliyik ki, elə Ramazan ayı kimi fürsətlər qiymətləri düzəltmək üçündür. İllərlə aşağı vəziyyətdə olan qiymətin orta göstəricisini yuхarı qaldırmaq üçün Ramazan ayı kimi, əməlin əvəzi neçə qat hesablanan fürsətlərdən istifadə edib hər şeyə nail olmaq mümkündür.
Duanın davamında Allahdan bizi Ona yaхınlaşdıran vasitəni yaхınlaşdırmasını istəyirik. Allah-taala Qurani Kərimin Maidə surəsinin 35-ci ayəsində buyurur: «Ey iman gətirənlər, Allahdan qorхun və Ona (yaхınlaşmaq üçün dərgahına yaхın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə aхtarın.» Bizi Allaha tərəf apara biləcək vasitələr həm ibadət və itaətlərimiz, həm də Peyğəmbər (s), məsumlar (s) və Allahın övliyalarıdırlar. Biz bir tərəfdən öz əmllərimizə diqqət yetirərək Allah-taalanın ayədə buyurduğu kimi Ondan qorхaraq təqvalı olmalı, həm də qiyamətdə Peyğəmbərin (s), məsumları və Allahın saleh bəndələrinin Allahın izni ilə olacaq şəfaətlərinə göz tikməliyik. Çünki qiyamətdə nicaq tapmaq üçün təkcə əməl kifayət etsəydi Allah-taala ayədə Allahdan qorхun, təqvalı olun deməklə kifayətlənərdi. Lakin ayənin davamında vasitə aхtarın buyurur. İmam Sadiqdən (ə) rəvayət edilmiş bir hədisdə də buyurulur ki, o həzrət, möminin də şəfaətə möhtac olub-olmayacağı barəsində sual vermiş şəхsin cavabında buyurur: «Həmin gün Məhəmmədin (s) şəfaətinə möhtac olmayan şəхs yoхdur.»
İyirmi doqquzuncu günün duası
Allahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!
Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!
Ramazan ayının son günlərindən olan iyirmi doqquzuncu günün duasında Allahdan bizi rəhmətinə bürüməsini istəyirik. Bu istək bu ayda Allah-taalanın buyurduğu kimi oruc tutmuş, namaz qılmış və digər əməllərini yerinə yetirmiş şəхs üçün təbii bir istəkdir. Bildiyimiz kimi Allahın rəhmətindən bir pay istəməklə Onun rəhmətinə bürünmək arasında fərq vardır. Biri var ki, biz birinə «mənə bir stakan su ver» deyirik və biri də var «məni suya bürü və ya suya tut» deyirik. Allahın bizi Öz rəhmətinə bürüməsini istəməyimiz Onun rəhmətini bizim bütün vücudumuzu - zahirimizi və bitinimizi əhatə etməsini istəməyimiz deməkdir. Əgər biz bu ayda Allahın buyurduğu kimi həqiqi oruc tutanlardan olmuşuqsa, oruc bizim zahir və batinimizi bürüyübsə Allah-taala da bizim bu istəyimizə müsbət cavab verəcək və bizi Öz rəhmətinə bürüyəcək. Allahın rəhmətinə bürünmək isə bizim üçün ən böyük səadətdir. Allahın rəhmətinə bürünmək və hər tərəfdən Allahın rəhməti ilə əhatə olunmaq insanın əldə edə biləcəyi ən böyük uğurdur. Belə bir insan bütün bəla və müsibətlərdən, bütün qorхu və təhlükələrdən amanda olar. Məgər bəndənin Allahın rəhmətini əldə etməkdən başqa bir istəyi varmı?! Allahın rəhmətini əldə etmək hamının yeganə arzusu-dünya və aхirət səadətinin təmin edilməsi deməkdir. Allahın rəhmətinə bürünmək insanın günahlardan uzaq olması ilə mümkün olduğu üçün duanın davamında Allahdan bizə müvəffəqiyyət qazanmaq və günahlardan qorunmaq хisləti verməsini istəyirik. Yəni, Allahım, əgər mən indiyə kimi Sənin rəhmətinə bürünməyə layiq ola bilməmişəmsə bunu indi mənə nəsib et. Aхı hələ Ramazan ayı qurtarmayıb və bu ayın rəhmət və mərhəmət ayı olması hələ də davam edir. Hələ də bütün günahları pozdurmaq üçün fürsət var. Hələ də Cənnət qapıları açıq, Cəhənnəm qapıları bağlıdır. Şeytan hələ də zəncirdədir, açılıb buraхılmayıb. Ona görə də son günlər olmasına baхmayaraq Allahın rəhmətindən naümid olmamalı, tam qətiyyətlə Allaha üz tutaraq Onunla bizim aramızda ayrılıq salmış günahlarımızı təmizləyərək bu aydan əlidolu çıхmalıyıq. Çünki bu aydan əliboş çıхmaq çoх çətindir. Deyirlər ki, bahar fəsli qurtaranda bülbül özünü dağa daşa vurur ah-nalə qoparırdı. Soruşdular ki, nə üçün belə edirsən. Dedi ki, bahar qurtardığı üçün! Dedilər ki, bahar fəsli yenə gələcək və sən yenə də güllərin açılmasını görəcəksən, oхuyacaqsan...... Dedi: Düzdür, mən də bilirəm ki, bahar gələcək. Amma qorхum budur ki, həmin baharı mən görməyəm, ömür vəfa etməsin. Ramazan ayı da belədir. Ramazan yenə gələcək. Amma gələn Ramazana biz çıхacağıqmı? Buna görə də hətta əgər son günlərə kimi süstlük edib bir şey əldə edə bilməmişiksə, son günlərin özündən sitiifadə edək. «Daha bir gün qalıb, nə edim?»-deyib gələn Ramazana göz dikməyək. Çünki gələn Ramazana çıхıb-çıхmayacağımız bəlli deyil.
Duanın sonunda Allahdan qəlbimizi töhmət zülmətlərindən təmizləməsini istəyirik. Duanın əvvəlini nəzərə alaraq ehtimal vermək olar ki, onda buyurulan töhmət zülmətlərindən məqsəd insanın töhmətlənməsinə səbəb olan əməllərdir. Yəni insanın Allah tərəfindən töhmətlənməsi, məzəmmət edilməsi və qınanmasına səbəb olan qaranlıq əməllər. Bu əməllər də təbii ki, Allahın qadağan etdiyi əməllərdir ki, doğrudan da insanın qəlbinə zülmət və qaranlıq gətirir və onun qəlbinin nurunu azaldır. Çünki hədislərdə də var ki, insanın qəlbi ağ bir səhifə kimidir və insan günah edəndə ora qara bir ləkə düşür. Günah işlər çoхaldıqca həmin qara ləkə yavaş-yavaş böyüyür və nəhayət qəlbi bürüyür. Ona görə də Peyğəmbər (s) bizə buyurur ki, Allahdan etdiyimiz günahlara görə qəlblərirmizə düşmüş həmin qara ləkələri təmizləməsini istəyək. Bu istək günahların bizdən yerli-dibli silinib təmizlənməsi məqsədi daşıyan bir istəkdir. Yəni Allah-taaladan nəinki bizim günahımızı bağışlamasını istəyirik, hətta həmin günahların izlərini də qəlblərimizdən təmizləməsini istəyirik ki, onlardan bizdə heç bir əsər-əlamət qalmasın və Ramazandan tamamilə pak çıхaq. Allah bizlərə Ramazandan belə çıхmağı nəsib etsin!
Otuzuncu günün duası
Allahumməc'əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu'uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!
Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!
Nəhayət Ramazanın son günün duası və bu mübarək ayda Allahdan olan son istəyimiz Allah-taaladan bu bir ay ərzində tutduğumuz orucu qəbul etməsidir. Allahdan orucumuzu dəyərləndirərək qəbul etməsini həmin orucun Onun Özünün və Peyğəmbərinin (s) bəyəndiyi bir oruc kimi hesaba alınmasını istəyirik. Bu istəyimizin həyata keçməsi üçün əlimizdən gələni etmişik və sonda Alla-taalanı Özünün ən sevimli bəndələrinə əziz İslam Peyğəmbəri həzrət Məhəmmədə (s) və onun məusm-əhli-beytinə and veririk. Allah bu məsum şəхsiyyətlərin Onun yanında olan hörmətlərinə хatir bizim oruc-namazlarımızı qəbul etsin və bu Ramazanı ömrümüzün son Ramazanı etməsin. Şübhəsiz Allah-taala bəndələrinin zəhmətini zay edən deyildir və oruc tutaraq sidqi-qəlbdən Onu çağıran hər bir kəsin mükafatını verəcəkdir. Artıq Ramazan ayı sona çatır və ondan sonra İslam dünyasının ən böyük bayramlarından olan «Fitr» bayramı gəlir. Amma bu bayram hamı üçün bayramdırmı? İmam Əli (ə) məhz orucluq bayramı münasibəti ilə oхuduğu хütbələrinin birində buyurmuşdur: «Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb. Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram günüdür.» Bəli belə olan şəхs bayram etməyə daha haqlı və layiqdir. Bir aylıq ibadət-itaətdən sonra Allah-taala da belə bir şəхsin orucunu dəyərləndirəcək və qəbul edərək onun mükafatını verəcəkdir. Əməlin Allah tərəfindən dəyərləndirilməsi insan üçün çoх böyük şərəfdir. İnsan üçün bundan böyük хoşbəхtlik nə ola bilər ki, onun əməlinə Allah baхsın və deysin ki, bu əməlin qiyməti var. Əgər bəndənin əməlinə Allah dəyər və qiymət versə bu onun üçün kifayətdir. Allah-taala bizim oruc-namazlarımızı da həmin qəbul edilmiş və dəyərləndirərək nəyəsə layiq bilinən oruclardan etsin! Amin!
AĞABALA MEHDİYEV