İraqda imam Hüseyn (ə) zəvvarları üçün yeni şəhərcik salınacaq. İraqin Məskən Nazirliyi bu ölkənin Babil əyaləti ilə Kərbəla əyaləti arasında zəvvarların məskunlaşması üçün yeni şəhərciyin salınacağı barədə məlumat yayıb. Birbaşa İraqin Məskən Nazirliyinin nəzarəti altinda salınacaq bu şəhərcik Hillə şəhəri ilə Kərbəla şəhərləri arasında yerləşəcək.
Zəvvarların rahatliğının təmin edilməsi üçün salınan bu şəhərcikdə yaşayış binalarından əlavə məscidlər, idarə binaları da inşa ediləcək. İmam Hüseynin (ə) ziyarətgahı ilə birgə həyata keçiriləcək bu layihənin qiyməti 22 milyard İraq dinarıdır.