"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!" (Bəqərə surəsi, ayə 156)
Bu gün (17.V.2009) İslam dünyasının böyük alim və müctəhidlərindən olan ayətullahul-üzma Behcət vəfat edib. Ayətullahul-üzma Behcət 1916-ci ildə İranin Fumən şəhərində dünyaya göz açib.
İlk təhsilini bu şəhərdə başa vurduqdan sonra 14 yaşında İraqa mühacirət edərək Kərbəla və Nəcəf şəhərlərində dini təhsil almağa başlayıb.
1943-cü ildən vətənə dönən bu ilahi şəxsiyyət ömrünü İslama həsr etmiş və İslami elmlərin ən yüksək səviyyədə tədrisi ilə məşğul olmuşdur.
Bu böyük itkiyə görə zəmanənin imamı Həzrət Mehdiyə (ə) və bütün müsəlmanlara başsağlığı verir və Allahdan bu böyük şəxsiyyət üçün rəhmət diləyirik. ALLAH RƏHMƏT ETSİN !