Amerikada fəaliyyət göstərən İslam təşkilatları maraqlı aksiya keçiriblər. İSNA (Şimali Amerika İslam Şurası) tərəfindən başladılan kampaniyaya amerikalılar böyük maraq göstəriblər. Bir ay öncə Çikaqo şəhərində başladılan aksiya artıq şlkənin ən iri şəhəri olan Nyu Yorkda da davam etdirilir.
Məlumatlara görə, kampaniya çərçivəsində şəhərin mərkəzi küçələrində hərəkət edən 25 avtobusun üzərində İslamla ilgili məlumatlar, həmçinin "İslam dini ilə bağlı məlumat almaq üçün bu nömrəyə zəng edin" kimi elanlar və "Fərqli peyqəmbərlərin ortaq dini - İslam" kimi şüarlar qeyd olunub.
Kampaniya gözlənildiyindən də güclü effekt verib. Elanlarda qeyd olunan telefon nömrələrinə minlərlə insan səng edib, həmçinin müracuət ünvanı kimi qeyd olunan http://www.gainpeace.com/ saytı müraciət edənlərin sayına görə rekord qazanıb.