Misirlə Avropa Birliyi arasında islamfobiya ilə mübarizə və qərbdə olan İslam təşkilatlarını himayə sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Avropa Birliyi sözçüsünün siyasi məsələlər üzrə müşaviri Qahirədə keçirdiyi mətbuat konfransında bu xəbəri elan edərək deyib:
"Bu Memorandumun müddəalarına əsasən tərəflər dünyada irqçilik, irqi ayri-seçkilik, mühacirlərin hüquqlarının pozulması, eləcə də islamfobiya, İslam və müsəlmanlarla düşmənçiliklə mübarizə sahəsində əməkdaşliq edəcəklər."
O, Memoranduma qərbdə olan İslam təşkilatlarının himayə edilməsinin də daxil edildiyini bildirmişdir.