Əsas » Xəbərlər » Əllamə Fəzlullah İngiltərənin müsəlmanlardan üzr istəməsini tələb edib
Əllamə Fəzlullah İngiltərənin müsəlmanlardan üzr istəməsini tələb edib

Əllamə Mühəmmədhüseyn Fəzlullah dünən İngiltərənin Livandakı səfirini qəbul edib. O, bu görüşdə İngiltərə kraliçası II Yelizavetanın   Salman Rüşdüyə "cəngavərlik" rütbəsi verməsnə toxunaraq İngiltərənin müsəlmanlardan üzr istəməsini tələb edib.  

Əllamə Fəzlullah Salman Rüşdüyə "cəngavərlik" rütbəsi verilməsinin qıcıqlandırıcı bir addım olmasını vurğulayaraq onun müsəlmanlara qarşı təhqir olduğunu qeyd edib.

Əllamə Fəzlullah deyib: "İngiltərə Salman Rüşdüyə qayğı göstərərək onu əzizləməkdən əl çəkməli və bu addıma görə müsəlmanlardan üzr istəməlidir."

O, söhbətinin davamında İngiltərənin səfirinə "bu məsələni gündəmə gətirməkdən və müsəlmanlari qıcıqlandırmaqdan məqsəd nədir?" deyə  sual da ünvanlayıb.

Copyright 2008 © Imamhuseyn.org