İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu dünən mətbuat konfransında bu xəbəri elan edərək təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün gələn il Suriyada keçiriləcəyini bildirib.
Əkmələddin Ehsanoğlu 26 afrika ölkəsinin İslam Konfransı Təşkilatına üzv olmasına toxunaraq həmin ölkələrlə həmrəylik bildirməyin zərurətini vurğulayaraq deyib: İslam Konfransı Təşkilatı ona üzv olan ölkələrdə, xüsusilə afrika ölkələrində ümumdünya ərzaq böhranını həll etmək üçün var qüvvəsi ilə çalışacaqdır.