Əsas » Xəbərlər » Məscidul-haramda Səfa və Mərvə təpələri arasındakı “səy” yerinin genişləndirilməsi işlərinin birinci mərhələsi sona çatmaq üzrədir
Məscidul-haramda Səfa və Mərvə təpələri arasındakı “səy” yerinin genişləndirilməsi işlərinin birinci mərhələsi sona çatmaq üzrədir

Məscidul-haram və Peyğəmbər (s) məscidinin genişləndirilməsi layihələrinin rəhbəri Əbdülmöhsin ibn Həmid Səfa və Mərvə arasındakı "səy" yerinin genişləndirilməsi işlərinin yaxın bir neçə gün ərzində sona  çatacağını bildirib. Əbdülmöhsin ibn Həmid işlərin ikinci mərhələsinin həcc mövsümündən sonra başlayacağini elan edərək deyib:

"Hal hazırda birinci mərhələnin işlərini tamamlamaq üçün 3 mindən artıq insan gecə-gündüz iş qrafiki ilə çalışır və bu mərhələ sona çatdiqdan sonra saatda 118 mindən artıq  zəvvar Saf ilə Mərvə arasinda "səy" edə biləcək."

Məscidul-haram və Peyğəmbər (s) məscidinin genişləndirilməsi layihələrinin rəhbəri müxbirlərlə söhbətində sözü gedən layihənin həyata keçirilməsi üçün 2 milyard 985 milyon Səudiyyə riyalı (təqribən 856 milyon 757 min qollar) xərcləndiyini də bildirib. O, layihə çərçivəsində  müasir tipli soyuducu sistemlərin, liftlərin, Zəmzəm suyu içmək üçün xüsusi su qurğularının quraşdirildığıni, həmçinin əlil və  qocalarin arabalarla "səy" etməsi üçün məxsus yerin ayrildığıni da açıqlayıb.

 

Copyright 2008 © Imamhuseyn.org