Əsas » Xəbərlər » İraqda terrorçu əl-Qaidə təşkilatı üzvlərinin yeni zindanı aşkar edilib
İraqda terrorçu əl-Qaidə təşkilatı üzvlərinin yeni zindanı aşkar edilib

İraq polisi Samirra şəhəri yaxınlığında əl-Qaidə terror təşkilatının gizli zindanını aşkar edib. İraq polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində üzə çıxan bu zindanda 7 nəfərin cəsədi tapilib. Bir neçə otaqdan ibarət olan bu zindanının otaqlarının birində bir qadın meyidi, digər bir otaqdan isə 6 kişi meyidi tapilib. Meyidlərin hamısının üzərində işkəncə əlamətləri və güllə yarası olduğunu bildirən İraq polisi onların vəhşiliklə qətlə yetirilmələri qənaətinə gəlib.

Samirra şəhərinin Bənatul-Həsən bölgəsində tapilan bu zindandakı qurbanların hamisının İraq vətəndaşları olması və terrorçu əl-Qaidə üzvləri tərəfindən oğurlanaraq həmin yerdə saxlanılmaları bildirilir. Polis artıq meyidi tapilan şəxslərdən birinin vəkil olmasıni üzə çıxarib.

İraq polisi əl-Qaidə üzvlərinə qarşı keçirdiyi son əməliyyatda 9 terrorçunu həbs etdiyini də bildirib.

Copyright 2008 © Imamhuseyn.org