Hollandiya parlamentinin deputatı və Fitnə flminin rejissoru Qirt Vilders ölkəsinin xarici işlər nazirindən İordaniya məhkəməsinin onun həbsi barədəki qərarının dəyişdirilməsi və şikayətinin araşdırmasını istəyib.
Vilders Hollandiyanın xarici işlər nazirindən İordaniya məhkəməsinin onu İslamı təhqir etməkdə günahlandirması barədə izah verməsini də istəyib. (!)
Hollandiyanın Xarici İşlər Nazirliyinin Haaqa məhkəməsindəki sözçüsü, Vildersin tələbini rədd edərək hal-hazırda onun istəyinin həyata keçirilməsinin və İordaniya məhkəməsinin hökmünə müdaxilənin mümkünsüzlüyünü bildirib.
Xatirladaq ki, İordaniya məhkəməsi bir müddət əvvəl Qurani təhqir edən Fitnə filminin rejissoru Qirt Vildersin həbs edilərək İordaniyaya təhvil verilməsini istəmişdi. İordaniya məhkəməsinin qərarindan ehtiyatlanan Hollandiya Xarici İşlər Nazirliyi də Vildersin qorunması istiqamətində tədbirlər görərək bəzi ölkələrdən onun həbs edilməməsi barədə yazili iltizam alib.