Misirin əl-Əzhər Universitetinin Fitva Komitəsi bəyanat yayaraq zinət əşyalarının üzərinə çox kiçik hərflərlə Quran ayələri yazılmasını qadağan edib. Fitva Komitəsinin sədri Şeyx Əbdülhəmid əl-Ətrəş ölkə rəsmilərindən zinət əşyalarının üzərinə Quran ayələrinin yazilmasının qarşısını almalarını istəyib.
Həmin bəyanatın bir hissəsində deyilir: "Quran ona görə nazil olub ki, müsəlmanlar onu oxuyub mənalarını dərk edərək Allaha ibadət etsinlər. Buna görə də Allahın kitabı nalayiq yerlərdə, cəvahir və zinət əşyalarıının üzərində olmamalıdır."
əl-Əzhər Universitetinin Fitva Komitəsinin belə bir bəyanat verməsniə səbəb Misir mətbuatında təqribən 2 sm uzunluğunda brilyantın üzərində Quranın bütün ayələrinin çox kiçik hərflərlə yazılması xəbərinin yayilması olub.