İngiltərə kraliçası II Yelizaveta dünən Bukinhem sarayında keçirilən xüsusi mərasimdə "Şeytan ayələri" kitabının mürtəd müəllifi Salman Rüşdüyə İngiltərədə zadəganlara məxsus "cəngavərlik" rütbəsi verib.
İngiltərə kralliğının İslama qarşı şeytani addımlardan başqa heç bir fəaliyyəti olmayan Salman Rüşdüyə qayğı göstərərək onu belə simvolik rütbələrlə təltif etməsi bir daha müsəlmanların etirazına səbəb olmuşdur.
İngiltərə kraliçası II Yelizavetanın İslam dünyasının onun bundan oncəki bənzər addımlarına kəskin etirazına məhəl qoymadan Salman Rüşdünü yenidən gündəmə gətirərək ona rütbə verməsi İslama qarşı təhqirlərin rəvac halı aldığı mövcud şəraitdə bütün bu "fəaliyyətlərin" təsadüf olmadığından xəbər verir.