Islam Konfransı Təşkılatının baş katibi Danimarka məhkəməsinin İslam və müsəlmanları təhqir edən karikaturaçı rəssama qarşı ittihamları dörduncü dəfə rədd edərək ona bəraət qazandırmasından təəssüfləndiyini bildirib.
Əkmələddin Ehsanoğlu həmçinin məhkəmənin qərarının İslam barədə xof yaranmasına və İslam və müsəlmanların yenidən təhqir edilməsinə şərait yaratdığını vurğulayıb.
Xatirlatmaq istərdik ki, Danimarka məhkəməsi artıq Peyğəmbərin (s) karikaturasını nəşr etmiş qəzetə qarşı irəli sürülən şikayət müraciətini dördüncü dəfədir ki rədd edir. Odur ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət edən 7 müsəlman təşkilatı bu dəfə Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir.