Əsas » Xəbərlər » Londonda İslam mədəniyyətinin təbliği məqsədi ilə böyük sərgi keçiriləcək
Londonda İslam mədəniyyətinin təbliği məqsədi ilə böyük sərgi keçiriləcək

İslamın həqiqi simasını nümayiş etdirmək məqsədi ilə iyul ayının 11-dən 14-nə kimi keçiriləcək "İslam ekspo" sərgisində bir çox müsəlman ölkələrindən olan nümayəndələr iştirak edəcək.

İslam mədəniyyəti, incəsənəti, kulinariyası, bankçılığı, xeyriyyəçılıyi və sairəni özündə əks etdirəcək bu sərgi avropada ən böyuk İslam sərgilərindən biridir.

Sərginin nəzdində dəyirmi masa, xeyriyyə bazarı, uşaqlar üçün oyun şəhərciyinin də təşkil edilməsi nəzərdə tutulur. İslam dünyası alimələrinin də iştirak edəcəyi bu sərgi İngiltərənin İslam mərkəzlərinin təşkilatçılığı ilə baş tutacaq.    

Copyright 2008 © Imamhuseyn.org