İngiltərə kraliçası II Yelizaveta öz ad günü munasibəti ilə "Britaniya İmperiyası Ordeni"ni mədəniyyət, İslam ədəbiyyatı və dinlərarası anlaşma sahəsindəki fəaliyyətlərinə görə misirli Quran tədqiqatçısı Məhəmməd Əbdülhəlimə verib.
London Universitetinin müəllimlərindən olan və Quran barədə bir çox dəyərli tədqiqatlar müəllifi Məhəmməd Əbdülhəlim bu mərasimdə "Britaniya İmperiyası Ordeni"nə layiq görulməsindən məmnun olduğunu bildirib.
Məhəmməd Əbdülhəlim ilk ərəb müsəlmandır ki, Oksford Universiteti 2004-cü ildə onun ingilis dilinə tərcümə etdiyi Qurani öz mətbəəsində çap edib və bu tərcümə müsəlman və qeyri-müsəlmanlar təfərindən rəğbətlə qarşilanib.
Qeyd etmək lazımdır ki, "Britaniya İmperiyası Ordeni" ildə iki dəfə kraliçanın doğum günü olan 24 iyunda və yeni ildə alim və tədqiqatçılara verilir.