Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ötən bir ayda İslamı qəbul edənlərin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Dubayın İslami İşlər İdarəsinin şöbə müdiri Aişə əl-Kaşın sözlərinə əsasən son bir ayda bu şəhərdə 235 nəfər İslamı qəbul etmişdir. O, İslamı qəbul edənlərin Almaniya, Böyuk Britaniya, Hindistan, Çin, ABŞ, Avstraliya, Uqanda, Kanada, Livan və Suriya vətəndaşları olduqlarını qeyd edərək qeyri-müsəlmanların İslamı qəbul etmələrində Dubayın İslami İşlər İdarəsinin fəaliyyətinin təsirsiz olmadığını vurğulamışdır.
Xanım Aişə əl-Kaş Dubayın İslami İşlər İdarəsinin müxtəlif dillərdə İslam barədə kitablar hazırlayaraq ticarət mərkəzlərində, xəstəxanalarda və digər qeyri-dini məkanlarda pulsuz paylamasini bu istiqamətdə görülən fəaliyyatlərə nümunə olaraq göstərmişdir.
Dubayın İslami İşlər İdarəsinin rəsmisi son on ildə bu şəhərdə altı mindən artiq şəxsin İslamı qəbul etdiyini də bildirmişdir.