Çin hökuməti Pekinin 70 məscidindən 12-sini Yay Olimpiya Oyunları günlərində müsəlman idmançi və tamaşaçılara xidmək göstərmək üçün ayırmışdır. Çinin Sinxua agentliyinin yaydığı məlumatda həmin məscidlərin hərtərəfli tachiz edildiyi də bildirilir.
Həmçinin Pekin İslam Cəmiyyəti elan edib ki, bu məscidlərdə 16 könüllü, müsəlmanalara dini ayinlərin yerinə yetirilməsində xidmətlər göstərəcək. Məlumatda sözu gedən məscidlərdə müsəlmanlara kömək məqsədi ilə bir neçə tərcüməçinin də fəaliyyət göstərəcəyi qeyd edilir.