Əsas » Xəbərlər » İordaniya dövləti Beytul-müqəddəsin “əl-Əqsa” məscidində 5-ci minarənin inşasına başlayacaq
İordaniya dövləti Beytul-müqəddəsin “əl-Əqsa” məscidində 5-ci minarənin inşasına başlayacaq

İordaniya dövləti İsrailin baş naziri ilə "əl-Əqsa" məscidində 5-ci minarənin inşası barədə razılıq əldə etdikdən sonra bu layihədə iştirak etmək istəyən şirkətlər üçün tender elan edib. "əl-Əqsa"nın ən hündür minarəsi olacaq bu minarənin üzünluğu 42 metr olacaq və o,  İordaniya dövlətinə 700 min dollara başa gələcək.

Bəzi radikal yəhudi təşkilatları İsrailin baş nazirinin belə bir icazə vermək səlahiyyətinin olmamasını elan edərək  sözü gedən minarənin məhv edilməsinə hazırlaşdiqlarını bildiriblər.

Qeyd etmək lazımdır ki, bu minarə "əl-Əqsa" məscidində 600 ildən sonra yenidən inşa edilən ilk minarədir.

Copyright 2008 © Imamhuseyn.org