Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAM (Ə) MÜXTƏLİF ZİNDANLARDA
İMAM (Ə) MÜXTƏLİF ZİNDANLARDA
İmamı (ə) Bağdada gətirib Fəzl ibni Rəbiyə tapşırdılar. O, məşhur Hacib Rəbinin oğlu idi. O, da bir müddətdən sonra İmamın yüksək şəxsiyyətinə məftun olub o həzrətə ürəkdən bağlandı; onun vəziyyətini dəyişdirib yaxşılaşdırdı. Casuslar Haruna İmamın (ə) Rəbinin zindanında çox rahat yaşadığını və orada əslində dustaq kimi deyil, bir qonaq kimi saxlanıldığını çatdırdılar. Harun İmamı (ə) Rəbinin zindanından çıxarıb Fəzl ibni Yəhya Bərməkiyə təhvil verdi. Fəzl ibni Yəhya da bir müddətdən sonra İmamla qabaqkılar kimi davrandı. Harun Ər-rəşid çox qəzəblənib, casus göndərdi. Tədqiq edildikdən sonra deyilənlərin həqiqət olması aşkar oldu. Nəhayət İmamı (ə) onun zindanından da çıxardılar və Fəzl ibni Yəhya isə cəzalandırıldı. Bu hadisədən sonra onun atası Yəhya Bərməki Harunun gözündən düşməmək üçün bir məclisdə onun dalınca gedib, qulağına pıçıldayaraq dedi: Oğlum səhv edibsə, mən əmrinizi yerinə yetirməyə hazıram. Oğlum tövbə edib, səhvini başa düşüb. Sonra Bağdada gəlib İmamı (ə) təhvil aldı. Deyilənlərə görə o, İmamı (ə), müsəlman olmayan Sindiyy ibni Şahikə təhvil verdi. Onun zindanında İmam üçün çox çətin keçdi və demək olar ki, o həzrət onun zindanında heç bir rahatlıq görmədi.
Copyright 2008 © Imamhuseyn.org