Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » HARUNUN İMAMDAN İSTƏYİ
HARUNUN İMAMDAN İSTƏYİ
İmamın həbsinin son günlərində, yə`ni o həzrətin şəhadətinə bir həftə qalmış, Yəhya ibni Bərməki Harunun əmri ilə İmamın yanına getdi. Harun demişdi ki, çox mülayim dillə əmi oğluma salam yetirin və deyin ki, sizin təqsirkar olmamağınız bizə sübut olubdur. Lakin mən and içmişəm və andımı da poza bilmərəm. Mən and içmişəm ki, günahını e`tiraf edib, məndən bağışlanmaq istəməyincə, səni azad etməyəcəyəm. Bu işi heç kimsə bilməyəcəkdir. Elə göndərdiyim Yəhyanın yanında e`tiraf et. Orada mənim və başqalarının olması zəruri deyil. Mən andımı pozmaq istəmirəm. Yəhyanın yanında e`tiraf edib məndən üzr istəsən və desən ki, mən təqsirkaram, xəlifə məni əfv etsin, mən səni azad edib öz yanıma gətirərəm. Lakin İmamın müqavimətli ruhu bu işə icazə vermədi.

Nə üçün bunlar şəhid olurdular? Onlar iman və əqidələri yolunda şəhid olurdular. Sanki demək istəyirdilər ki, imanımız bizə zalımlarla birgə olmaq icazəsini vermir. İmamın Yəhyaya verdiyi cavab belə idi: «Haruna de ki, mənim ömrümdən daha bir şey qalmayıb». Bir həftədən sonra İmamı zəhərləyib şəhid etdilər.

Copyright 2008 © Imamhuseyn.org