Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAMLARA (Ə) XAS OLAN İKİ ƏN’ƏNƏVİ DAVRANIŞ
İMAMLARA (Ə) XAS OLAN İKİ ƏN’ƏNƏVİ DAVRANIŞ
İmamlar arasında iki ən`ənəvi davranışı açıq-aşkar görmək olar. Biri ibadət və Allahdan qorxmaq və Onu tanımaqdır. Bunların vücudunda qəribə bir inam vardır. Allahın qorxusundan ağlayıb titrəyirlər, sanki Allahı, Qiyaməti, Cənnəti, Cəhənnəmi görürlər. İmam Musa ibni Cə`fər (ə) haqqında oxuyuruq:

«Coşğun ağlamaqlar və uzun səcdələr sahibi». İnsanın ürəyi yanmazsa ağlamaz.

Həzrət Əlinin (ə) övladları (məsum imamlar) arasında müşahidə olunan ikinci ən`ənəvi davranış zəiflərlə həmrəylik, məhrumlara, yazıqlara və əlsiz-ayaqsızlara yardım etməkdir. İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Zeynəlabidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə) və onlardan sonrakıların da həmin ən`ənəni davam etdirmələrini görürük. Tarixi vərəqləyərkən şahidi oluruq ki, fəqirlərə yardım etmək onların daimi işlərindən biri imiş. Onlar bilavasitə özləri yardım edirdilər; bu işə təkcə əmr etmirdilər. Demək, vəkil tə`yin etmədən ehtiyaclıların vəziyyətindən xəbər tuturdular. Aydındır ki, xalq bu davranışı görürdü.

Copyright 2008 © Imamhuseyn.org