Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » HARUN HAKİMİYYƏTİNİN PLANI
HARUN HAKİMİYYƏTİNİN PLANI
İmam zindanda olarkən, Harun onun heysiyyətini aradan aparmaq üçün plan hazırladı. Gözəl və gənc bir kənizi zindanda İmamın qulluqçusu tə`yin etdirdi. Aydındır ki, zindanda kimsə yemək gətirib aparmalı, məhbusların bir istəyi olarsa, yerinə yetirməli idi. Bu işi çox gözəl bir kənizə tapşırdılar. Fikirləşirdilər ki, bu, hər halda bir kişidir və uzun müddətdir zindanda qalıb. Mümkündür ki, o kənizə baxsın, yaxud ən azı onu bir şeylə ittiham etmək olsun. Bə`zi ağzıgöyçəklər də desinlər ki, bir kişi ilə gənc bir qız bir otaqda necə ola bilər..! Bir də xəbərdar oldular ki, bu kəniz də batini və ruhi bir inqilab baş verib (yəni, o da bir küncə çəkilib ibadət edirmiş). Gördülər ki, bu kəniz də İmamın ikinci adamı olub. Haruna xəbər verdilər ki, vəziyyət başqadır. Kənizi gətirdilər və gördülər ki, vəziyyəti dəyişib, gah göyə baxır, gah da yerə. Dedilər: "Nə olub?" Dedi: "Bu kişini görəndən sonra özümün kim olduğumu bilmədim. Ömrümdə çox günah etdiyimi anladım. Çox təqsirkaram, indi isə təkcə qurtuluş yolunu tövbədə gördüm." O, ölənə qədər dediyindən dönmədi.
Copyright 2008 © Imamhuseyn.org