Səfvan Cəmmalın hekayəsi belədir: Səfvan bu günkü sözlə desək, nəqliyyat vasitələri kirayə verən şirkət sahibi idi. O, var-dövlət sahibi və çox məşhur bir şəxs idi. Hətta hökumət dairələri də nəqliyyat işlərində onun imkanlarından istifadə edirdi. Bir gün Harun Məkkəyə getmək üçün onun nəqliyyat vasitələrini istədi. Kirayə ilə bağlı razılığa gəldilər, lakin Səfvan, İmam Kazimin (ə) səhabələrindən olan bir şiə idi. Bir gün İmamın yanına gəlib bildirdi (bəlkə də qabaqca ərz etmişdi) ki, mən belə bir iş görmüşəm. Həzrət buyurdu: «Nə üçün dəvələrini bu zülmkar adama kirayəyə veribsən?» Səfvan dedi: "Mənim kirayə verdiyim dəvələr günah səfəri üçün deyildir." Harun həcc səfərinə gedirdi. Yə`ni, Allaha itaət səfəri olduğu üçün dəvələrimi kirayə verdim və belə olmasaydı verməzdim. İmam soruşdu: "Pulunu alıbsanmı? (Ən azı) kirayəsindən qalırmı?" Səfvan cavab verdi: "Qalır." İmam buyurdu: «Qəlbinə müraciət et, dəvələrin onun əlində olduğu üçün, ən azı Harun qayıdıb gələndən sonra sənin pulunu verməsi mümkün olsun deyə, onun diri qalmasını istəmirsənmi?» Səfvan dedi: "Bəli, istəyirəm." İmam buyurdu: «Sən az miqdarda da olsa, zülmkarın diri qalması ilə razısan, bu isə günah sayılır». Səfvan bayıra çıxdı. O, Harunla qabaqca da belə müamilələr etmişdi. Səfvan karvanın hamısını bir yerdə satdı. Əslində bu işdən əl çəkdi. Satdıqdan sonra Harunun yanına gedib dedi: Biz bu qərarı pozuruq, çünki mən daha bu işi görmək istəmirəm. Başqa bəhanələr gətirmək istədi. Harun dedi: "Nə olub?" Səfvan dedi: "Vallah, qocalmışam, bu işi layiqincə yerinə yetirə bilmirəm. Öz-özümə fikirləşdim ki, iş görmək istəsəm də başqa bir iş görməliyəm." Harun işin nə yerdə olduğunu anladı və dedi: "Düzünü de!" Səfvan dedi: "Elə dediyim kimidir." Harun dedi: "Yox, mən macəranı bilirəm. Musa ibni Cə`fər dəvələrini mənə verdiyindən xəbərdar olub və işinin xilaf olduğunu sənə deyib. İnkar etmə! And olsun Allaha! Keçmişdəki ailəvi get-gəlimiz olmasaydı, elə indicə e`dam olunmağına əmr edərdim." Demək, İmam Musa ibni Cə`fərin (ə) şəhadətinin səbəbləri bunlardır.
Birincisi, bunların vücudu və şəxsiyyətləri xəlifələr üçün təhlükəli idi.
İkincisi, təbliğ edib həqiqəti deyirdilər. Lakin təqiyyə edirdilər. Yə`ni, imkan daxilində elə əməl edirdilər ki, tərəf müqabilin əlinə sənəd düşməsin. Bə`zi adamlar təqiyyəni yeyib-yatmaq zənn edirlər. Lakin onlar öz dövrlərinin tələbatına görə lazımi işlər yerinə yetirirdilər və tərəfdarlarını da təhlükəyə salmırdılar.
Üçüncüsü, imamların çox güclü və müqavimətli ruhiyyələrinə görə. "Mən Musa ibni Cə`fərə xəbər göndərdim ki, ağa, təkcə kiçik bir üzr istə, o da Yəhyanın yanında." O isə «bizim ömrümüz keçib»-dedi.
Başqa bir vaxtda Harun birini zindana göndərərək bu yolla İmamdan [e`tiraf almaq] istəyirdi. O deyirdi: "Biz sizi sevirik, sizə hörmət bəsləyirik, məsləhət belədir ki, burada qalıb Mədinəyə getməyəsiniz, yoxsa sizi həbsə almaq fikrində deyilik. Hansı yeməkləri istəsəniz, xüsusi aşpaz göndərməyə hazırıq.» Harun bu kimi sözlərlə İmamı aldatmaq istəyirdi. Onun mə`muru kim idi? Öncə qeyd etdiyimiz Fəzl ibni Rəbi` idi. Bu şəxs Harunun yüksək rütbəli zabitlərindən idi və vaxtilə İmam onun zindanında olmuşdu. Fəzl rəsmi paltar geyib, silahlı və qılınc belində zindana İmamın xidmətinə getdi. İmam namaz qılırdı. Fəzlin gəldiyini gördü. (İndi görün ruhi qüdrət nə deməkdir). Fəzl İmamın qarşısında ayaq üstə durub, onun namazının sona yetməsini gözləyir və xəlifənin sözünü çatdırmaq istəyirdi.
İmam «Əssəlamu ələykum və rəhəmətullahi və bərəkatuh» deyərkən, fürsət vermədən yenə də «Allahu əkbər» deyib namaza başladı. Bu əməl neçə dəfə təkrar oldu. Fəzl əməlin qəsdən olmasını bildi. Qabaqca zənn edirdi ki, İmamın dörd rəkətlik, altı rəkətlik, yaxud səkkiz rəkətlik namazları vardır ki, dalbadal qılmalıdır. Sonra gördü ki, yox, məsələ namazları dalbadal qılmaqda deyil, ona e`tina etməməkdədir.
Demək, İmam onu qəbul etmək istəmir və bununla da ona öz etinasızlığını bildirmək istəyirdi. O isə ona tapşırılan işi yerinə yetirməli idi. Çox da qalsa Harun şübhələnəcək ki, bəlkə də zindanda Musa ibni Cə`fər (ə) ilə müəyyən qərara gəlirlər. Bu dəfə İmam «Əssəlamü ələyk» deməmişdi ki, o sözünü deməyə başladı. Bəlkə də əvvəl salam verdi. Harunun dediklərini dedi. Harun demişdi ki, əmirəl-mö`minin adı ilə bu sözləri demə. De ki, əmin oğlu Harun belə dedi. O da tam təvazökarlıq və ədəblə dedi: "Əmin oğlu Harun salam göndərib dedi: Sizin günahkar olmamağınız bizə sübut olub, lakin məsləhət üzrə siz burada qalıb Mədinəyə getməməlisiniz, vaxtında gedərsiniz. Mən isə aşpaz göndərdim ki, istədiyiniz yeməkləri hazırlasın." Yazılanlara görə İmam cavabında belə buyurmuşdu:
«Öz malım burada deyil ki, istədiyim qədər xərcləyim, aşpaza əmr edim və mən elə bir adam deyiləm ki, deyim payım nə qədərdir, bu aylıq payımı verin. Mən kimsədən bir şey istəyən də deyiləm." Elə bunları deyib qurtardıqdan sonra o həzrət dərhal «Əllahu əkbər» deyib yenidən namaza başladı».
Həmin səbəblərə görə xəlifələr anlayırlar ki, heç yolla onları təslim və tabe edə bilməyəcəklər. Onsuz da xəlifələr İmamların (ə) şəhadətə çatdırılması zərərlərini bilirdilər. Lakin öz zülmkar siyasətlərinə görə ən sadə yolu onları şəhid etməkdə görürdülər.