Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » 6. İMAM RİZANIN (Ə) VƏLİƏHDLİK MƏSƏLƏSİ
6. İMAM RİZANIN (Ə) VƏLİƏHDLİK MƏSƏLƏSİ
Birinci çıxış

Bu günkü bəhsimiz tarixi bir bəhs olaraq, imamət və xilafətlə bağlı məsələlərin təfərrüatından sayılır. Bu mövzu həzrət Riza əleyhissəlamın vəliəhdlik məsələsidir. Mə`mun o həzrəti Mədinədən o günkü Xorasana (Mərvə) göndərtdirib öz vəliəhdi tə`yin etmişdi. Hətta indiki "vəliəhd" və ya "vəliyyi-əhd" sözləri də bu zamana bağlı olmadan, həmin mə`nada işlənmişdir. Yə`ni, bu ifadə o dövrdə yaranmışdır. Mən neçə il bundan əvvəl bu sözün ilk dəfə nə zaman işləndiyini bilmək istəyirdim. Bu söz İslamın ilk günlərində yoxmuş. Yə`ni, bu məsələ heç qarşıya çıxmamışdı da. Vəliəhd sözü də işlənməzdi. Bu iş, yə`ni xəlifə bir şəxsi öz canişini tanıtdıraraq xalqdan bey`ət alması, birinci dəfə olaraq, Müaviyə zamanı Yezid haqqında həyata keçirilmişdi. Baxmayaraq ki, Yezidə vəliəhd adı ilə bey`ət alınmırdı. Sonrakı dövrlərdə də bu ifadənin işlənməyini görməmişəm. Amma bu dövrdə bu sözün işlənib təkrar olunmasını görürük. Elə ona görə də biz də bu sözü həmin mə`nada işlədirik. Çünki bu, tarixi bir termindir. Tarix bu termini deyib, biz də tarixə tabe olmaq məcburiyyətindəyik. İmam Həsənin (ə) sülh məsələsində görünən şübhə burada da gözə çarpır. Hərçənd zahirən bu iki iş iki ziddiyyətli əməl kimi qiymətləndirilir. Çünki İmam Həsən (ə) xilafəti buraxdı, yaxud tarixin ifadəsi ilə, bəlkə də İmamın öz ifadəsi ilə desək, təslimi-əmr etdi. Yə`ni, işi buraxıb getdi. Lakin burada iş əksinədir, işdən əl çəkmək deyil, əldə etməkdir. Belə bir irad edilə bilər ki, bu kimi şəraitdə İmamlar nə etməli idi? İşə qarışmaqları irad sayılır, başqaları bunlara iş tapşırırlarsa, qəbul etdikdə yenə də irad sayılır. Bəs doğrudan da məsələ nədir?

Amma irad tutanların müştərək fikirləri hər iki məsələdə vahid məqsədin güdülməsidir. Başqalarına tapşırmaq və başqalarından qəbul etmək, hər ikisi əldən vermək deməkdir. Deyirlər bunların hər ikisi bir növ sazişdir. O qaydada təhvil vermək bir növ haqsız xilafəti zəbt etmiş xəlifə ilə saziş etmək deməkdir və bu qaydada vəliəhdliyi qəbul etmək də bir növ saziş adlanır. İrad tutanlar deyirlər: "İmam Həsən (ə) təslimi-əmr etməməli və bu cür sazişdən çəkinməli idi. O, ölənə qədər müharibə etməli idi." Burada isə İmam Riza (ə) qəbul etməməli idi. Baxmayaraq ki, qəbul etməyə məcbur edirdilər. O, ölənə qədər müqavimət göstərməli idi. İndi isə bir tarixi məsələni - vəliəhdlik məsələsini - aydınlaşdırmağa çalışmalıyıq.

Əvvəlcə macəranın özünü, İmam Rizanı nəzərə almadan ki, nə üçün (vəliəhdliyi) qəbul edib, yaxud hansı şəkildə qəbul edib - tarixi nöqteyi-nəzərdən araşdırmaq lazımdır.

Copyright 2008 © Imamhuseyn.org