Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » MÜXTƏLİF BAXIŞLARIN TƏHLİLİ
MÜXTƏLİF BAXIŞLARIN TƏHLİLİ
Bu nəzərlərin birinə əsasən, imam Riza (ə) qarşı tərəflə əməkdaşlıq etməli idi. Yəni, Fəzl şiə olsaydı və vəliəhdlik məsələsi onun tərəfindən irəli sürülsəydi, həzrət Riza (ə)-ın bu təklifi qəbul etməsinə irad tutulmazdı. Ancaq biz elə buradan da məsələnin belə olmadığını bilməliyik. Biz bir şiə kimi yox, necə deyərlər, bitərəf bir şəxs kimi soruşuruq ki, həzrət Riza (ə) dindar bir şəxs idi, yoxsa qeyri-dindar? Dindar idisə, gərək belə bir şəraitlə rastlaşdıqda (xilafətin Bəni-abbasdan Ələvi sülaləsinə tapşırılması) Fəzl ilə əməkdaşlıq etməli idi. Qeyri-dindar idisə də, yenə belə etməli idi. Beləliklə, həzrətin onunla əməkdaşlıq etməməsi və onu qovmağının səbəbi budur ki, bu nəzər yanlışdır. Amma ideya Zür-riyasəteynin idi, o isə İslamı aradan aparmaq məqsədini izləyirdi. Burada həzrət imam iki şərdən birini və ən az təhlükəsi olanını seçmişdi. İradın çoxu fikrin, Mə`mun tərəfindən irəli sürüldüyünü qəbul etməyimizdir. Bə`zi şəxslər deyirlər: "Mə`munun niyyəti pis olsaydı, həzrət Riza (ə) bu təklifi qətiyyətlə rədd edərək, onunla hər növ əməkdaşlıqdan boyun qaçırmalı idi; hətta bu məsələ ölümlə nəticələnsəydi də. Burada qəzvaət etməliyik ki, İmam bu işi qəbul etməli idi, yoxsa yox? Şər`i bir məsələ qarşıya çıxır. Ancaq bu iş o zaman düzdür ki, ölümünün tə`siri diri qalmağından artıq olsun; yə`ni, ya ölsün, ya da İslam dininə dəyəcək öldürücü bir zərbəni müşahidə etmək məqamında qalsın. İmam Hüseyn (ə)-ın şəraiti kimi. İmam Hüseyn (ə)-dan Yezidə bey`ət almaq istəyirdilər və Müaviyə ilk dəfə olaraq vəliəhdlik məsələsini ortaya atırdı. Həzrət İmam Hüseyn (ə) ölməyi belə bir bey`ətdən üstün tuturdu. İmam Hüseyn (ə)-ın düşdüyü şəraitdə İslam dünyasında bir oyanış, bir əmr be mə`ruf və nəhy əz münkər etmək zəruri idi. Hərçənd ki, bu iş öz qanının tökülməsi ilə qurtaracaqdı; o, bu işi gördü və bir sıra nəticələr də əldə etdi. Həzrət Riza (ə)-ın da şəraiti belə idimi? Yə`ni, doğrudan da həzrət imam iki yol ayrıcında dayandığı zaman [özünü ölümə verməsi] qanuni idimi? Bə`zən insan elə bir yerə çatır ki, özündən asılı olmadan öldürülür. İmama qarşı hazırlanan sui-qəsd məsələsi kimi. Baxmayaraq ki, bu iş tarixi baxımdan qəti deyildir. Bir çox tarixçilər (hətta Məs`udi kimi şiə tarixçisi də) inanırlar ki, həzrət Riza (ə) təbii əcəllə dünyadan getmişdir. Lakin tutaq ki, şiələr arasında məşhur olan bir əqidəyə görə, Mə`mun həzrət Riza (ə)-ı zəhərləmişdi. Bə`zən insan ixtiyari olaraq, iki hadisədən birini seçməli olur; könüllü olaraq birini seçmək zorunda qalır. Deməyin ki, hamı öləcək! Mən bu gün axşam öləcəyimə əmin olduğum halda ixtiyarım vardır ki, iki yoldan birini seçəm, ya ölüm və ya başqa bir iş! Burada axşamçağı öləcəyəm -deyə bu neçə saatdan keçməyimi söyləyə bilmərəmmi? Yox, mən hesablamalıyam ki, bu neçə müddət diri qaldığım zamanda nə edə bilərəm. Həzrət Riza (ə) da bu işin birini seçməkdə ixtiyarlı idi. Ya belə bir vəliəhdliyi (mən bunu formal vəliəhdlik adlandırıram, bu da tarixi həqiqətlərdəndir) qəbul etsin, yaxud ölsün; hərçənd ki, sonralar tarix onu məhkum edəcəkdir. Məncə birincini seçməli idi. Nə üçün onu seçməsin? Mə`mun kimi bir şəxslə də əməkdaşlıq etmək bizcə günah deyildir. Əməkdaşlığın növü əhəmiyyətlidir.
Copyright 2008 © Imamhuseyn.org