Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » HƏZRƏT RİZA (Ə)-IN İSTİDLALI
HƏZRƏT RİZA (Ə)-IN İSTİDLALI
Bə`ziləri həzrət Riza (ə)-a, onlarla əməkdaşlıq etdiyinə görə e`tiraz etdilər. Həzrət buyurdu:

-Peyğəmbərlər yüksək rütbəyə malikdirlər, yoxsa vəsiləri?

Onlar dedilər:

-Peyğəmbərlər.

-Müşrik bir şah pisdir, yoxsa fasiq müsəlman bir şah?

-Təkliflə irəli sürülən vəzifəni qəbul etmək yaxşıdır, yoxsa zorla qəbul etdirilən vəzifəni?

-Təklif olanı.

-Yusif ulul-əzm peyğəmbərlərdən idi. Əzizi-Misr isə müşrik idi. Bu haqda Qur`anda buyurulur:

«Yusif şaha dedi: Məni öz ölkənin xəzinədarı tə`yin et və ölkə büdcəsini mənim ixtiyarımda qoy ki, mən onun qorunub məsrəf edilməsində daha elmli və bacarıqlıyam.»[13]

Çünki tutduğu vəzifədən yaxşı istifadə etmək niyyətində idi. Üstəlik Əzizi-Misr müşrik idi, Mə`mun isə fasiq müsəlman, Yusif peyğəmbər idi, mən isə peyğəmbərin vəsisi. O, bu işi özü təklif etmişdi, məni isə məcbur etdilər. Bu macəra əslində iradlı deyildir. Həzrət Musa ibni Cə`fər (ə), Səfvan-cəmmalı, təkcə maddi əməkdaşlığına və bu işdə yalnız öz şəxsi mənafeyini güddüyünə görə danlayaraq buyurur: "Niyə dəvələrini Haruna kirayə verirsən?" Elə bununla yanaşı, məxfi şəkildə əlaqə saxladığı Əli ibni Yəqtini şiə olmasına baxmayaraq, öz əqidəsini gizli saxlamağa əmr etmişdi. Həmin vəzifədə qalmasını alqışlayaraq demişdi: "Öz şiəliyini gizlət və heç kəs sənin əqidəndən xəbər tutmasın. Onlar kimi dəstəmaz al, onlar kimi namaz qıl və şiə olduğunu bilindirmə.

Bu da bütün məntiqlərə uyğun gələn bir iş idi. Hər bir şəxs, öz e`tiqadına sadiq qalaraq, hədəf və məqsədi uğrunda çalışmaq üçün düşmən aparatına daxil olmaq izni verər. Yə`ni, aparatdan öz məqsədləri uğrunda istifadə etsinlər, nəinki aprat öz məqsədi üçün onları işə cəlb etsin. Bunların növü fərqlənir. Biri aparatdandır, gücü də aparat məqsədi uğrundadır. Başqası da aparatdandır, ancaq aparatın gücünü öz ideyaları və öz məqsədləri uğrunda işlədir. Məncə buna qane olmayanlar təəssübkeş və məntiqsiz sayılırlar. İmamların hamısı belə idi. Bir tərəfdən Bəni-üməyyə və Bəni-abbas xəlifələri ilə əməkdaşlığı qadağan edir, digər tərəfdən də bə`zi etibarlı şəxsləri vəzifədə qalıb, əslində öz ideyası və öz məqsədi uğrunda çalışdığı üçün alqışlayırdılar. Misal üçün, Əli ibni Yəqtin, yaxud İsmail ibni Bəzi kimi şəxslərin adını çəkmək olar. Belə şəxslərin tə`rifi haqqında əldə olan rəvayətlərimiz heyrətamizdir. Bu rəvayətləri şeyx Ənsari «Məkasib» kitabında «Cairin vilayəti» (zalım hökumətlə əməkdaşlıq) məsələsində nəql etmişdir.

Copyright 2008 © Imamhuseyn.org