Fiqhdə "cair vilayəti" adlı bir məsələ vardır, yə`ni zalım tərəfindən vəzifə qəbul etmək. Zalım tərəfindən vəzifə qəbul etmək, zatən haramdır; ancaq fəqihlərin dediyinə görə, zatən haram olduğuna baxmayaraq, bə`zi yerlərdə müstəhəb və bə`zi yerlərdə isə vacib olur. Əmr be mə`ruf və nəhy əz münkər etməyə imkan tapmaq, zalım tərəfindən vəzifə qəbul etmək məsələsilə bağlı olarsa, qəbul edilməsi vacibdir. Bu iş məntiqlə də uyğundur, çünki qəbul etdiyiniz təqdirdə, öz məqsədiniz uğrunda işləyib, xidmət edə bilərsiniz. Öz qüvvənizi gücləndirib, düşmən qüvvəsini isə zəiflədə bilərsiniz. Mən zənn etmirəm ki, başqa məsləklərin tərəfdarları öz düşmənləri tərəfindən belə bir vəzifə qəbul etməyi inkar edələr. Onlar deyirlər: "Qəbul et, ancaq öz işini gör."
Aydındır ki, həzrət Riza (ə)-ın vəliəhdliyi qəbul etməsi nəinki aparatın xeyrinə olmadı, üstəlik həzrətin öz xeyrinə qurtardı və dəstələr tanındı. Əlavə olaraq, həzrət vəliəhdlik vəzifəsində qeyri-rəsmi qalıb, adi halda sübuta yetişə bilməyən elmi şəxsiyyətini sübuta yetirdi. İmamlar arasında həzrət Riza (ə) ilə həzrət Əli (ə) qədər şəxsiyyəti tanınmış (həzrət Sadiq (ə) isə başqa bir cəhətdə) heç bir imam yoxdur. Həzrət Əmir dörd-beş il xilafət illərində söylədiyi xütbələr vasitəsilə və həzrət Sadiq (ə) Bəni-abbas ilə Bəni-üməyyə arasında baş verən toqquşmalar nəticəsində yaranmış imkandan istifadə edərək, dörd min nəfərlik dərs hövzəsi təşkil etdiyinə görə böyük uğurlar əldə etmişdir. Həzrət Riza (ə) isə elə bu qısa müddətlik vəliəhdliyi, Mə`munun elmsevərliyi, onun zindiqlərdən tutmuş, xristianlar, yəhudilər, zürdüştlər, sabeilər, buddistlər və digər təriqət alimlərinin iştirakı ilə təşkil etdiyi yığıncaqlarda aprdığı elmi mübahisələrə görə sabit şəxsiyyət əldə etmişdi. Doğrudan da həzrət Riza (ə) o məclislərdə (bu bəhslər münazirələr kitablarında yazılmışdır) həm elmi şəxsiyyətini sübut etdi, həm də İslamın xeyrinə böyük uğurlar qazandı. Əslində, o həzrət vəliəhdlik vəzifəsindən qeyri-rəsmi şəkildə istifadə etmişdir. O, vəzifələri qəbul etmədi, lakin bu cür imkanları da əldən vermədi və ondan lazımınca istifadə etdi.