Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » SUAL-CAVAB
SUAL-CAVAB
Sual: Müaviyə Yezidi vəliəhdliyə tə'yin edəndə hamı müxlif idi. Bu müxalifətçilik Yezidin pozğun və yaramaz bir insan olmasına görə deyil, əslində vəliəhdlik məsələsinə görə idi. Bəs nə üçün Mə'munun dövründəki vəliəhdliyə bu şəkildə mənfi yanaşmırlar?

Cavab: Birincisi, müxalifətçilik olurmuş deyəndə, bu iş elə də yüksək səviyyədə aparılmırdı. O vaxt başqaları bu sözün təhlükəli olduğunu duymurdular. Təkcə bə`zi şəxslər məsələdən agah idilər və bu da İslam dünyasında yaranan ilk bid`ət sayılırdı. İmam Hüseyn (ə)-ın da şiddətli əks-əməli bu işin e`tibarsızlığı, bid`ət olduğu və haramlığını bildirmək idi. Necə ki, bu işdə müvəffəqiyyət qazandı və sonrakı dövrlərdə bu iş dini baxımdan açıqlanmırdı. İslamdan qabaqkı dövrlərin zorla həyata keçirilən vəliəhdliyi kimi qiymətləndirilirdi. Artıq, necə deyərlər, bu iş İslami xarakter daşımırdı. Həzrət Riza (ə)-ın vəliəhdliyi qəbul etməkdən çəkinməsinin səbəbi də məhz bu idi. (Həzrətin öz sözlərində də deyilmişdir). Yə`ni, vəliəhdlik adı yanlış bir ünvandır; vəliəhdliyin mə`nası budur ki, haqq mənimdir, mən isə filankəsi özümə namizəd edirəm. İmam demişkən, bu vəzifə sənindir, yoxsa başqasının? Sənin malın deyilsə, başqasına verə bilməzsən. Bu məsələ vəliəhdliyə də aiddir.

Sual: Fəzl ibni Səhl əsil şiə idisə, Həzrət vəliəhdlikdə onunla əməkdaşlıq edib, Mə'munu xəlifəlikdən azad etməli idi. Lakin qarşıya bir irad çıxır və o da budur ki, həzrət bu surətdə qısa müddətliyə olsa da, Mə'munun işlərini təsdiq etməli idi. Halbuki həzrət Əli (ə) dediyi kimi, zalımın işini təsdiq etmək nə qədər az olsa da, düzgün deyil.

Cavab: Bu irad düzgün deyildir. Çünki qeyd etdiniz ki, Fəzl ibni Səhl şiə olsaydı da, həzrət bir neçə müddətliyə Mə`munun işlərini təsdiq etməli idi. Bu məsələ düzgün deyil, çünki həzrət Əli (ə) da Müaviyənin hökumətini təsdiq etməmişdi.

Həzrət Riza (ə)-ın Mə`muna qarşı olan mövqeyi ilə Əli (ə)-ın Müaviyəyə qarşı vəziyyəti fərqlidir. Həzrət Əmirin təsdiqi, Müaviyəni öz tərəfindən vəkil kimi tanıtdırmaq deməkdir. Demək, Müaviyə onun işlərini həyata keçirməli imiş, yə`ni Müaviyə kimi bir zalım şəxs Əli ibni Əbu Talibin vəkili kimi işləməli imiş. Amma İmam Riza (ə)-ın vəziyyəti bir neçə müddətliyə Mə`munun işləri qarşısında sakit olmaqdan ibarət idi; yə`ni, o həzrət Mə`munun qarşısında maneçilik törətməməli idi. Ümumiyyətlə, ləyaqətsiz bir şəxsin müəyyən məqam və vəzifəyə yiyələnməsində müsbət rol oynamaqla, eyni adlı mövcud problemin həll olunması arasında şər`i və məntiqi baxımdan fərq vardır. Bir misalla kifayətlənirəm. Bir vaxt mən sizin həyətinizdə təxribat aparmaq üçün su kranını açıram. Burada sizin həyətin zamini mənəm, çünki təxribatın qaynağı mən olmuşam. Başqa vaxt mən küçədən ötərkən krandan gələn suyun sizin divara tökülməsini görürəm. Burada, insanlıq borcuna görə bu kranı bağlamalı olduğum halda, onu bağlamıram və sizə müəyyən xəsarət və zərər dəyir. Burada bu iş [kranı bağlamaq] mənə vacib deyildir. Bir kimsənin öz əli, yaxud onun tə`siri ilə həyata keçirilən iş, başqa bir kimsənin əli ilə həyata keçirilən işdən çox fərqlənir. İkincisi də bu işin tə`sirini aradan aparmaq lazımdır. Müaviyənin başının üstündə Əli (ə) dayanmışdı. Demək, Müaviyəni qəbul etmək onun işlərini Əli (ə)-ın nəzarəti altında olmağını qəbul etmək deməkdir. Amma (siz deyən kimi,) Mə`munun həzrət Riza (ə) tərəfindən təsdiq olunması o deməkdir ki, o həzrət Mə`munun qarşısında bir müddət sükut etməli idi.

Bunun da iki müxtəlif mə`nası vardır; burada Mə`mun başdadır. Amma həzrət Riza (ə)-ın bir müddət Fəzl ibni Səhl ilə əməkdaşlıq etməsi, yaxud siz deyən kimi, [Mə`munu] sabitləşdirmək məsələsi, Mə`munun qarşışısında neçə müddət sakit qalacağı mə`nasını daşıyır. Mühüm bir məsələ üçün bir müddət sakit qalmaq, yaxud yaxşı fürsət güdməyin iradı yoxdur. Üstəlik, Müaviyə cərəyanında məsələ təkcə bu deyildi ki, Həzrət Əli (ə), Müaviyənin bir gün hökumət etməsi ilə də razılaşmasın. (Hərçənd ki, bu da onun bir yönü idi. Buyurmuşdu: «Zalımın bir gün hökumət etməsilə də razılaşmaram»). Burada başqa məsələ də var idi. Demək, Həzrət Əli (ə) Müaviyəni həmin vəziyyətdə saxlasaydı, o, gün-gündən güclənəcək və məqsədindən dönməyəcəkdi. Amma burada Mə`munun vəzifəsi üçün dözmək lazımdır, çünki bu zəifləmə ilə özü güclənə bilərmiş. Odur ki, bunları müqayisə etmək yanlışdır.

Sual: Mənim sualım həzrət Riza (ə)-ın zəhərlənməsi barədədir, çünki siz keçən söhbətlərdə o həzrətin zəhərlənməsi barədə şübhəli olduğunuzu bildirdiniz. Ancaq həqiqət budur ki, vaxt ötdükcə həzrət Riza (ə)-ın haqlı olduğu sübuta yetişdi. Mə'mun isə bu vəziyyətlə barışa bilməyib həzrət Riza (ə)-a qarşı sui-qəsd hazırladı. Sübutumuz da həzrət Riza (ə)-ın 52 yaşında vəfat etməsidir. Bütün sağlamlıq prinsiplərinə riayət edib, ifrat-təfritdən çəkinən imamın 52 yaşında vəfat etməsi ağıla sığmır. Məşhur hədisdə deyilir:

«Biz imamlar mütləq ya öldürülmüş, yaxud zəhərlənmişik; (öz əcəlimizlə ölməmişik). Bu da şiə tarixində mə'lum məsələdir. Lakin Məs'udinin «Mürucüz-zəhəb» kitabında səhvə yol verdiyinə görə, həzrət Riza (ə)-ın zəhərlənməməsini demək olmaz. Çünki, bir çox şiə tarixçilərinin əqidəsinə görə, həzrət Riza (ə) mütləq zəhərlənmişdir.

Cavab: Mən həzrət Riza (ə)-ın zəhərlənməsini dedim. Mən özüm də bütün dəlilləri nəzərdə tutaraq, sizin fikrinizi qəbul edirəm. Sənədlərə əsasən, həzrətin zəhərlənməsi sübuta yetir. Əsaslı bir səbəb də Bəni-abbasın Bağdadda qiyam etməsi idi. Mə`mun həzrət Riza (ə)-a qarşı sui-qəsd etdiyi zaman Bağdada sarı hərəkət etmişdi. Hər an Bağdadda vəziyyətin ağırlaşması barədə ona məlumatlar verirdilər. O, həzrət Riza (ə)-ı vəzifəsindən azad edə bilmirdi. Ancaq vəziyyət də çox dəhşətli idi. Bağdada getməyə zəmin yaratmaq və Bəni-abbasa işin öz qaydasında olduğunu bildirmək üçün həzrəti zəhərləndirdi. Əsas və eləcə də tarixlə uyğun olan və ağıla sığan səbəb məsələnin bu cəhətidir. Demək, Mə`mun Bağdada getməyi qeyri-mümkün görürdü və vəliəhdliyin davamı da təhlükəli idi. (Baxmayaraq ki, Mə`mun gənc çağında, təxminən 29 yaşında, həzrət Riza (ə) isə 55 yaşında idi. Həzrət imam əvvəldə Mə`muna demişdi: "Mən səndən qoca olduğum üçün səndən tez öləcəyəm." Belə bir vəziyyətdə Bağdada getməsi ilə Bağdadı təslim etdirmək məsələsi qeyri-mümkün idi və mütləq müharibə baş verəcəkdi. Mə`mun vəziyyətin qorxulu şəkil aldığını görürmüş. Elə buna görə həm həzrət Riza (ə)-ı, həm də Fəzl ibni Səhli aradan aparmaq qərarına gəlmişdi. Fəzli Sərəxs hamamında öldürtdürdü. Əldə olan məlumatlara görə, Fəzl hamamda olan zaman bir silahlı dəstə içəri soxulub qılıncla onu doğradılar. Sonra isə dedilər: "Öldürənlər onunla düşmən idilər." (Onun qatillərinin biri öz xalası oğlu idi). Bununla da onun qanını batırdılar. Amma əslində bu işi Mə`mun özü hazırlaşmışdı. O, Fəzlin hədsiz dərəcədə güclənməsini görmüş və əngəl törətməsin deyə, onu aradan aparmışdı. Daha sonra onlar Sərəxsdən Tus şəhərinə gəldilər. Bağdaddan da xoşagəlməz xəbərlər gəlib çatırdı. Məmun həzrət imamla, yaxud Ələvi vəliəhdi ilə Bağdada daxil olmağın nə qədər təhlükəli olduğunu bilirdi. Elə ona görə də həzrət Riza (ə)-ı orada öldürtdürdü.

Şiə rəvayətlərinə əsasən, həzrət Riza (ə)-ın zəhərləndirilməsi tam həqiqətdir. Hərçənd ki, bə`zi tarixçilərin fikrincə məsələ belə deyildir. Məsələn, Avropa tarixçiləri bu sözü qəbul etmirlər. Onlardan biri tarixi sənədlər üzrə tədqiqat aparıb demişdir: Tarix «qiylə», yə`ni «deyilmişdir» sözünü yazmışdır. Bir çox sünni tarixçiləri də bu macəranı nəql etmişlər. Onlar yazırlar ki, Həzrət imam Riza (ə) Tusda xəstələnib vəfat etmişdir, sui-qəsd məsələsi isə «qiylə» sözü ilə deyilmişdir. Elə buna görə də söhbətimdə şiə məntiqi ilə bağlı olmayan bir məntiq üzərində söz açmaq istəmişdim; onsuz da bütün sənədlər o həzrətin zəhərlənməsini sübuta yetirir.

Copyright 2008 © Imamhuseyn.org